Qafar Çaxmaqlı İŞĞal və “MƏskunlaşdirma” FİTNƏkarliğI İşgal olunmuş Azərbaycan ərazilərinə



Yüklə 33,79 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix08.07.2018
ölçüsü33,79 Mb.
#54457
  1   2   3   4   5   6   7   8   9   ...   21


Qafar Çaxmaqlı

İŞĞAL VƏ  “MƏSKUNLAŞDIRMA” 

FİTNƏKARLIĞI

İşgal olunmuş Azərbaycan  ərazilərinə 

ermənilərin  qanunsuz  əhali yerləşdirmə  siyasəti

BAKI-2014


Müəllif: dos. Qafar Çaxmaqlı 

Redaktor: p ro f Ramiz Əskər 

Rəy:  dos.  Dilavər Əzimli

İşğal  olunmuş  Azərbaycan  ərazilərinə  ermənilərin  qanunsuz 

əhali 

yerhşdirilmə siyasəti.  "OHT Nəşriyyatı" mətbəəsi, Bakı, 2014,  112 səh.

Kitab  Azərbaycan  Respublikasımn  Prezidenti  yanında  Qeyri-Hökumət 

Təşkilatlanna  Dövlət  Dəstəyi  Şurasınm  maliyyə  dəstəyi  ilə “Ermənistanın 

işğal etdiyi  Dağlıq  Qarabağ və ətraf ərazilərə  əhali yerləşdirməsi probleminin 

tədqiq  olunması”  layihəsi  çərçivəsində  Müstəqil  Araşdırmaçı  Jumalistlər 

Liqası tərəfindən hazırlanmışdır.

©  Müstəqil Araşdırmaçı Jumalistlər Liqası İB

Ermənistanın  işğalçılıq  siyasətinin  davamı: 

Azərbaycan  ərazilərinə  qanunsuz əhali 

yerləşdirməsi

XIX  əsrin  əwəllərində  ermənilərin  Qarabağa  köçürülməsindən 

başlayaraq  günümüzə  qədər  bu  çoğrafıyada  baş  verən  hadisələr  çox 

mürəkkəb  olmuşdur.  Ermənilərin  Dağlıq  Qarabağa  olan  iddialannın 

əsassızlığı  tarixi  sənəd  və  dəlillərlə  dünya  ictimaiyyətinin  diqqətinə 

çatdırılsa  da 

Dağlıq  Qarabağda  erməni  separatçılığı  davam 

etməkdədir...  Torpaqlarımız  işğal  altında  qalmaqdadır. 

Ermənilər 

atəşkəsin  əldə  olunması  və  hərbi  əməliyyatların  dayandınlmasından 

sonra  işğal  etdiyi  Azərbaycan  ərazilərində-Dağlıq  Qarabağda  və  ona 

bitişik  ətraf rayonlarda  demoqrafık  strukturu  süni  şəkildə  dəyişdirmək 

siyasətini  həyata  keçirməyə  başlayıb.  Bu  məqsədlə  işğal  altındakı 

ərazilərdə  ermənilərin  qanunsuz  məskunlaşdırılması  həyata  keçirilib  və 

proses  indi  də  davam  etməkdədir.  M üxtəlif mənbələrdən,  o  cümlədən 

Ermənistan  mənbələrindən  və  ATƏT  missiyasınm  hesabatlarından 

təsdiqlənən  məlumatlara  görə  ötən  əsrin  90-cı  illərinin  ortalarından 

başlayaraq  2012-ci  ilə  qədər  Dağlıq  Qarabağa  və  işğal  altındakı  digər 

ərazilərə  25-27  min  erməni  köçürülüb. 

Bu  köçürülmə  siyasəti 

Ermənistan hökuməti,  xaricdəki  erməni  diasporu tərəfındən dəstəklənib 

və maliyyələşdirilib. Nəzərə alsaq ki,  sonrakı  illərdə  Suriyadan və digər 

yerlərdən  məcburi  köçkün  olanlar  da  buraya  yerləşdirilib,  bu  say  5-10 

min  arasında  artmışdır.  Azərbaycanın  işğal  olunmuş  ərazilərində  bu 

gün  qanunsuz  yaşayan  35  min  əhali  vardır.  İşğal  altındakı  ərazilərdə 

məskunlaşdırmanın  həyata  keçirilməsi  Ermənistanın  da  1993-cü  ildə 

qoşulduğu  12  avqust  1949-cu  il  tarixli  Mülki  Əhalinin  Müharibə 

Zamanı  Müdafıəsinə aid  Dördüncü  Cenevrə Konvensiyası  və ona  əlavə 

Protokollara  ziddir. Ermənicə  yayınlanan  TV  və  Radiolarda,  mətbuat 

orqanlarında  bu  məskunlaşmamn  planlı  şəkildə  aparılmasımn  şahidi 

oluruq.


Belə  qanunsuz  məskunlaşdırma  prosesi  ötən  əsrin  90-cı  illərinin 

ortalarında  xüsusilə  geniş  vüsət  alıb.  Ermənistan  hökuməti  vaxtilə 

Bakıdan  və  Azərbaycanm  digər  yerlərindən  köçüb  gedən  ermənilərin

3



bir  hissəsini  işğal  altındakı  ərazilərə  köçürüb,  habelə  Yaxın  Şərq 

ölkələrindən  və  digər  xarici  ölkələrindən  ermənilərin  bu  ərazilərə 

köçürülməsinə  dair  xüsusi  proqram  həyata  keçirilib.  Ermənistanm 

keçmiş  prezidenti  Levon  Ter-Petrosyanın  müşaviri  Levon  Zurabyanm 

bildirdiyinə  görə,  1998-ci  ilə  qədər  təkcə  Laçın  rayonu  ərazisində 

məskunlaşdırılan  ermənilərin  sayı  15  mindən  çox  olub.  Ermənistan 

hökuməti  Dağlıq  Qarabağda  və  işğal  altında  olan  digər  Azərbaycan 

ərazilərində  məskunlaşan  erməni  ailələrinə  birdəfəlik  maddi  yardım 

göstərib,  onları  mal-qara  ilə  təmin  edib.  Ermənistan  büdcəsindən  işğal 

altındakı  ərazilərdə  aparılan  məskunlaşmanı  dəstəkləmək  üçün  hər  il 

xüsusi  maliyyə  ayrılıb.  Xankəndindəki  ermənilərin  adına  “  Dağlıq 

Qarabağ Respublikası”  dedikləri  separatçı  qurum  işğal  olunmuş  hər bir 

Azərbaycan rayonunda erməni  əhalinin məskunlaşması  ilə bağlı  xüsusi 

plan  tutub  və  bununla  bağlı  qərar,  sərəncam  verib.  Ermənilərin  bu 

ərazilərdə  qanunsuz  məskunlaşma  planları  həyata  keçirməkdədirlər. 

Ayrı-ayrı  vaxtlarda  ermənilər bu  ərazilərdə  qanunsuz  məskunlaşma ilə 

əlaqədar  qərarlar  vermişlər.  Nümunə  kimi  “Artsaxın  azad  olunmuş 

ərazilərinə  əhali  yerləşdirmə  ilə  bağlı  “Artsax  Respublikası 

hökumətinin”  qəran və yaxud  “DQR ərazisində yenidən yerləşmiş 

ailələrə  ayrılmış  güzəştlər  haqqında”  “DQR  Hökumətinin”  2003- 

cü  il  15  aprel  tarixli  qərarlarını  göstərmək  olar.  Bundan  əw əl  də 

belə qanunsuz qərarlar qəbul  edilmişdir.

ATƏT-in  yaratdığı  Faktaraşdırıcı  Missiyasının  hesabatında  bunlar 

yer alıb.  Baxın,  qanunsuzluq  beynəlxalq  səviyyədə  qeyd  olunur,  amma 

bu  qanunsuzluğun  qarşısının  alınması  “mümkün  olmur” .  Missiyanm 

həmin  hesabatında  Ermənistanın  işğal  altındakı  ərazilərdə  qanunsuz 

məskunlaşdırma  həyata  keçirdiyi  barədə  Azərbaycamn  neçə  vaxtdır 

ifadə  etdiyi  narahatlıqlarım  təsdiqləyib.  Missiya  işğal  altındakı 

ərazilərdə  məskunlaşdınlan  ermənilərin  sayını  vizual  qiymətləndirmə 

yolu  ilə  müəyyən  edib  və  ortaya  çıxan  rəqəmlər  Azərbaycanın  daha 

əw əl  açıqladığı  rəqəmlərə  xeyli  yaxın  olub.  Missiya  müəyyən  edib  ki, 

işğal  altındakı  ərazilərdə  məskunlaşdırılan  ermənilərin  sayı  17  mindən 

çoxdur.  Həmin  missiyanın  araşdırmasından  əw əl  Azərbaycan  bu 

rəqəmin  20-23  min  arasında  olduğunu  bəyan  etmişdi.  ATƏT-in



4

Faktaraşdıncı  Missiyası  lıəmin  hesabatında  təkcə  Laçın  rayonu 

ərazisində  8-11  min  erməninin  yerləşdiri 1 diyini  müəyyən  edib. 

Azərbaycanm  məlumatlanna  görə  isə  bu  rəqəm  13  mindən  artıqdır. 

Missiyanın  araşdırmasımn  hansı  səviyyədə  apanlması  müəyyən 

şübhələr  doğurur.  Bu  iş  əslində  qurumun  Qarabağda  (Şuşada)  iqamət 

edən  Anjey Kasprşikə  tapşınlıbsa,  bu  işin  tərəfsizliyinə və  rəqəmlərin 

səhihliyinə inanmaq  olmaz.Misissiyanın  hesabatında  işğal  rayonlannın 

hamısı  nəzərə  ahnmayıb.  O  cümlədən  Ağdam.  Məgər  bu  missiyamn 

üzvləri 


görmürlər 

ki, 


ermənilər  burada 

ekspedisiya 

yaradıb 

“Tiqranakert”  adlı  “qədim  erməni  məskəni”  “aşkar  edirlər” .  Nədən 

Ermənilərin  Kovşaqan  adlandırdıqları 

Zəngilanda  xeyli  erməni 

məskunlaşdınlır.  Cəbrayılın,  Füzulinin  kəndlərini  inzibati  dəyişikliklə 

Dağlıq  Qarabağın  ərazisinə  birləşdirirlər.  Və  bununla  da  əmindirlər ki, 

buranı 

da 


Ermənistana 

ilhaq 


edəcəklər. 

Hətta 


Zəngilanda 

ermənilərdən  oluşan  şəhər  salmaq  barədə  erməni  mətbuatında  yazılar 

da 

gedir...Biz 



bu 

çalışmada 

işğal 

altındakı 



ərazilərdə 

məskunlaşdırmanın  həyata  keçirilməsinin  qanunsuzluğuna,  gələcəkdə 

daha  ağır  nəticələr  verəcəyinə  diqqəti  yönəldəcəyik. 

Beynəlxalq 

təşkilatlar  narahat  olmalıdırlar.  Ermənistanın  da 

1993-cü 


ildə 

qoşulduğu  12  avqust  1949-cu  il  tarixli  Mülki  Əhalinin  Müharibə 

Zamanı  Müdafıəsinə aid Dördüncü  Cenevrə Konvensiyası  və ona əlavə 

Protokollara  zidd  olan  bu  fəaliyyətə  görə 

o  beynəlxalq  təşkilatlar 

tərəfındən  mühakimə  olunmalı  və  sanksiyalar  tətbiq  olunmalıdır.  Bu 

kitabça  təcavüzkar,  işğalçı  dövlətin  yerində  oturdulması  üçün  yetərli 

faktlar verəcəkdir.



“Məskunlaşma”  anlayışına  “erməni  baxışı”

“Məskunlaşma”  nə  deməkdir?  Bu  termin  çox  mürəkkəb  anlayış 

olub,  əhalinin  tarixən  məskunlaşması  və  yerdəyişməsi,  onun  hansısa 

yeni  əraziləri  tutması  prosesini  və  bu  proses  nəticəsində  məskunlaşmış 

yerlər  məcmusunu,  hətta  cəmiyyətin  məkanca  təşkili  formasını  da 

bildirə  bilər.  Ermənilərin  Qarabağ  və  digər  işğal  olunmuş  digər 

Azərbaycan  ərazilərində  məskunlaşması  bu  terminin  məna  yükünü 

ehtiva  etmir.  Çünki  bu  “məskunlaşma”  süni  xarakter  daşıyır  və  bu

5



Yüklə 33,79 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə