Dərs vəsaiti Əliyev Hamlet Heydərov Nizami



Yüklə 3,72 Kb.
Pdf görüntüsü
səhifə10/32
tarix14.03.2018
ölçüsü3,72 Kb.
#31414
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   32

37
• Öyrəndiyiniz türk dövlətləri haqqında təqdimat hazırlayın.
• Sasani və Bizans imperatorluqları ilə müharibələr aparmış hansı türk 
dövlətlərini tanıyırsınız?
• Avropa türk dövlətlərinin taleyində oxşarlıqlar hansılardır?
Cavablandırın
• Türklər Avropaya jaket və şalvar geyimini gətirdilər, at sürməyi və onun 
hərbi üstünlüyünü nümayiş etdirdilər. Bəzi Avropa tayfaları öz ordularını 
hunların ordusu əsasında qurdular.
• Attilanı Avropada “Tanrının qamçısı” adlandırırdılar.
• Slavyanların basqınlarından sonra xəzərlərin bir qismi Şimali Qafqazda 
qaldı. Onlar hal-hazırda “qaraçay türkləri” adlanır. İudaizmi qəbul 
etmiş xəzərlər – karaimlər isə sonradan Polşada məskunlaşdılar. 
Öyrənin
Axtarın
Hunlar, Attila, Xalqların böyük köçü
Türk dünyası
uğ radan  müsəlmanlar  xəzərlərlə 
qar şı-qarşıya  gəldilər.  Xəzərlərin 
inad lı  müqaviməti  Şərqi  Avropa 
xal qlarını  ərəb  hücumlarından  xi-
las etdi.
VIII əsrdə Obadi xanın dövründə 
yeni din
 – 
musəvilik (iudaizm) qəbul 
edildi. Xaqanların bu addımı hakim 
təbəqə  ilə  yerli  müsəlman  əhalisi 
arasında münasibəti kəskinləşdirdi. 
Bununla dövlət zəifləməyə başladı. 
Qıpçaqların hücumları nəticəsində 
tənəzzülə  uğrayan  xaqanlıq  965-
ci  ildə  Kiyev  knyazı  Svyatoslav 
tərəfindən süquta uğradıldı.


38
Erkən orta əsrlər
Amudərya  çayı  sahilində  yerləşən  Xarəzmşahlar  dövləti Ağ  Hun  döv-
lətinin süqutundan sonra yaranmışdı. Bu dövlətin paytaxtı Ürgənc şəhəri idi. 
Bir çox türk dövlətlərində olduğu kimi Xarəzmşahlar dövlətini də daxili 
çəkişmələr zəiflədirdi. Elə bu səbəbdən istifadə edən ərəblər Mavəraənnəhri, 
yəni Xəzər dənizinin arxasını ələ keçirdilər.
Əhali İslam dinini qəbul etdi. IX əsrdə samanilər, XI əsrin əvvəllərində 
isə səlcuqlar Xarəzmşahları tabe etdilər. Səlcuqların zəifləməsindən sonra 
Xarəzm  özünün  ən  qüdrətli  dövrünü  yaşadı.  Lakin  tezliklə  monqollar  bu 
dövlətin varlığına son qoydular, Xarəzmşah hökmdarı Məhəmməd isə qaç-
maqla canını qurtardı. 
Yeni türk dövlətləri
“Türk dillərini 
öyrənin, çünki,onların 
yer üzərində uzun 
sürəcək hakimiyyəti 
olacaqdır.”
Mahmud Qaşğarlı 
(Türk ədibi)
1. Yuxarıdakı şəkli şərh edin. 
2. Necə fikirləşirsiniz – Mahmud Qaşğarlının sözləri 
özünü sübut edibmi?
3. Açar sözlərdən hansıları sizə tanışdır?
Oğuzlar_Qaraxanilər_Qəznəvilər_Fərabi_Açar_sözlər_7'>Düşünün
Xarəzmşahlar
Xarəzm
Oğuzlar
Qaraxanilər
Qəznəvilər
Fərabi
Açar sözlər
7
1.Türklərin vətəni hansı ərazilər hesab olunurdu və bu ərazilərdə hansı türk 
dövlətləri mövcud olmuşdur?
2.“Xalqların böyük köçü” nə deməkdir?
Cavablandırın'>Yada salın
• Ərəb işğalı Xarəzmdə nə kimi dəyişikliklərə səbəb oldu?
• Xarəzm özünün ən qüdrətli dövrünü nə vaxt yaşadı?
Cavablandırın


39
Oğuzlar türk xalqlarının təşək kü-
lündə, inkişafında böyük rol oynamış 
ən  güclü  türk  boylarındandır. 
Oğuz adına ilk dəfə Orxon-Yenisey 
abidələrində  rast  gə   linir.  Hələ  VI 
əsrin  sonu,  VII  əsrin  əvvəllərində 
Oğuz tay fa ları olan ağqoyunluların 
və  qa raqoyunluların  Dərbənd  ke-
çi din dən  başlayaraq,  Göyçə  gölü 
ətrafında,  Naxçıvanda, Azərbaycanın  cənub  bölgələrində  yaşadıqları  tarixi 
faktdır. Bunu “Kitabi-Dədə Qorqud” dastanı da sübut edir.
Oğuzlar
Üzərində Oğuz xanın təsviri olan
 Türkmənistan pul vahidi
”Xarəzm  ölkəsində  çoxlu  şəhər,  kənd  və  qalalar  var.  Mən  orada  gəzdiyim 
ölkələrin heç birində görmədiyim meyvələr gördüm...Üzüm, alma, armud və nar 
il boyu, xüsusilə payızda bazarları bəzəyir...Xarəzm əhalisi isə ləyaqətli alimlər, 
şairlər, xeyirxah və alicənab insanlardır”.
Ərəb səyyahı əl-Qərnati
Müzakirə edin
Mənbədən istifadə etməklə Xarəzm haqqında sizdə yaranmış fikirləri söyləyin. 
Türk dünyası


40
Erkən orta əsrlər
875-999-cu illərdə mövcud olmuş Samanlılar dövlətinin ərazisinə Ma-
vərənnəhr, Xorasan və Şimal-şərqi İran daxil idi. Dövlətin paytaxtı Buxara 
şəhəri idi. Əhalisinin əksəriyyəti türklərdən ibarət idi. Dövlət idarəçiliyində 
türk əyanları və sərkərdələri mühüm rol oynayırdılar. İri feodal mülklərinin 
yaranması,  vergilərin  ağırlığı,  üsyanlar  dövlətin  zəifləməsinə  səbəb  oldu. 
Qaraxanlılar Buxaranı tutaraq Samanilərin varlığına son qoydular və onun 
torpaqlarını Qəznəlilər dövləti ilə öz aralarında bölüşdürdülər. 
927-ci ildə Qutluq Bilgə Qədir xan Qaraxanlılar dövlətinin əsasını qoy-
du. O, özünü “Qara xan”, yəni “Böyük xan” adlandırmışdır. Satuk Qara 
xanın dövründə İslam dinini rəsmi dövlət dini elan edən qaraxanlılar həm 
Nəyə  görə  Samanlılar  dövləti  qaraxanlıların  hücumuna  müqavimət  göstərə 
bilmədi?
• Qafqazın,o cümlədən Azərbaycanın oğuzların ən qədim məkanı olduğunu nə 
sübut edir?
• Yabqu və subaşı sözlərinin mənasını izah edin.
Cavablandırın
Cavablandırın
Samanlılar
Qaraxanlılar
“Oğuzların Azərbaycana gəlişinin faydası o oldu ki, onların gəldiyini eşidən 
gürcü məliyi möhkəm surətdə mühasirəyə aldığı Tiflisdən çəkildi...oğuzların... 
hamısı Azərbaycandan qayıtmamış...,bir qismi orada qalmışdı”
İbn əl-Əsirin “Mükəmməl tarix” əsəri
Müzakirə edin
Oğuzların Azərbaycana gəlişinin faydası nə oldu? 
X əsrin ortalarında Seyhun çayı ilə Xəzər dənizi arasında yerləşən türk 
boyları Oğuz dövlətini yaratdılar. Dövlətin paytaxtı Yenikənd şəhəri idi. Hök-
mdar yabqu, ordu başçısı isə subaşı adlanırdı. 950-ci ildə İslamı qəbul etmiş 
oğuzları türkmən adlandırmağa başladılar. Daxili çəkişmələr və qıpçaqların 
hücumları  Oğuz  dövlətinin  dağılmasına  səbəb  oldu.Təqribən  1000-ci  ildə 
qıpçaqlar Oğuz dövlətinin varlığına son qoydular.


Yüklə 3,72 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə