Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   67

 
 
55 
 
sul  istehsal  edən,  texnoloji  prosesin  qısa  dövrünə  malik  olan, 
əksər hallarda bitməmiş istehsal olmayan kütləvi istehsalatlarda 
tətbiq edilir. Buna misal olaraq tikinti materialları, kimyəvi ma-
teriallar istehsal edən müəssisələr, enerji  istehsalı  və s. göstər-
mək olar. 
Proseslər  üzrə  metodun  mahiyyəti  ondan  ibarətdir  ki, 
müstəqim  və  qeyri-müstəqim  xərclər  kalkulyasiya  maddələri 
üzrə  bütün  məhsul  buraxılışına  aid  edilir.  Bununla  əlaqədar 
olaraq  məhsul  (iş,  xidmət)  vahidinin  maya  dəyəri  ay  ərzində 
çəkilmiş  bütün  xərclərin  cəmini,  həmin  dövrdə  istehsal  edilən 
məhsulun miqdarına bölünməklə təyin edirlər. Məsrəflərin uçot 
obyektləri  bir  çox  hallarda  kalkulyasiya  obyektləri  ilə  üst-üstə 
düşür.  Məsrəflərin  və  onların  əmələgəlmə  yerləri  üzərində  nə-
zarətin gücləndirilməsi  üçün bir çox müəssisələrdə istehsal bir 
sıra hallarda fazalara bölünür. Bununla əlaqədar olaraq istehsal 
məsrəfləri uçota alınan maddələri nomenklaturalarında da dəyi-
şiklik  edilir.  Nə  qədər  ki,  bütün  məsrəflər  birbaşa  (müstəqim) 
məsrəflər hesab edilir, onları iqtisadi elementlər üzrə əks etdir-
mək imkanı yaranır. 
İstehsalın  yuxarıda  sadalanan  xüsusiyyətləri  məhsulun 
maya  dəyərinin  uçotu  və  kalkulyasiyasının  proseslər  üzrə  me-
todunun xüsusiyyətlərini şərtləndirir və onun əsasını təşkil edir. 
Ona görə də uçot ədəbiyyatlarında bu metodu müxtəlif formada 
sadə,  birmərhələli  proseslər  üzrə  və  s.  adlandırırlar,  lakin  bu 
növ məhsul istehsalı daxilində planlaşdırmanı, normalaşdırma-
nı və uçotu onun ayrı-ayrı toplananları (proseslər, fazalar) üzrə 
aparılması  prinsipindən  (mahiyyətindən)  çıxış  edilərsə  meto-
dun  ən  düzgün  adının  “Məsrəflərin  uçotu  və  məhsulun  maya 
dəyərinin  kalkulyasiyasının proseslər üzrə  metodu” olması  da-
ha məqsədəuyğun hesab edilir. 
İstehsal  məsrəflərinin  uçotu  və  məhsulun  faktiki  maya 
dəyəri  kalkulyasiyasının  proseslər  üzrə  metodu  məhsulun  ha-
zırlanması,  iş  və  xidmətlərin  yerinə  yetirilməsinin  texnoloji 


 
 
56 
 
prosesinin  tərkibinin  mərhələlərə  ayrılmasını  nəzərdə  tutmur. 
Bu metodda məsrəflərin uçot obyekti bütövlükdə texnoloji pro-
ses, kalkulyasiya obyekti isə həmin texnoloji prosesin məhsulu 
hesab olunur. Məhsul vahidinin orta maya dəyəri bütün istehsal 
məsrəflərini  hazır  məhsulun  miqdarına  bölməklə  alınır.  Hesa-
bat  kalkulyasiyası  həm  müstəqim,  həm  də  qeyri  müstəqim 
xərcləri özündə əks etdirir. 
Məsrəflərin  uçotu  və  məhsulun  maya  dəyəri  kalkulyasi-
yası 1 N-li əlavə sxemdə verilmişdir. 
 
5.4. Proseslər üzrə metodun tətbiqində uçotun ardıcıllığı və 
tətbiq sahələri 
 
Uçotun  proseslər  üzrə  metodunda  yerinə  yetirilən 
əməliyyatların ardıcıllığı 7 N-li sxemdə verilmişdir. Kompleks 
maddələr  (blok  2)  köməkçi  istehsalatın  və  və  idarəetmə 
məsrəflərin  uçotu  və  nəzarəti  zəruriliyi  ilə  əlaqədar  olaraq 
yaranır.  Məsrəflərin  uçotunun  bütövlükdə  istehsal  üzrə  deyil, 
ayrı-ayrı proseslər üzrə aparıldığı zaman məsrəflər fazalar üzrə 
bölüşdürülür.  Əgər  yalnız  bir  növ  məhsul  istehsal  edilirsə  və 
bitməmiş istehsal yoxdursa məsrəflərin ay üzrə müəyyən edilən 
cəmi  məbləği  (blok  4)  ay  ərzində  buraxılan  məhsulun  maya 
dəyərini  (blok  9)  təşkil  edir.  Bir  sıra  hallarda  məsrəflərin 
bölüşdürülməsi  zəruriliyi  meydana  çıxır.  Bu  zaman  istehsal 
şirkətindən asılı olaraq bölüşdürmənin üç variantından istifadə 
edilir (blok 6-8). 
 
 
 
 
 
 
 


 
 
57 
 
İstehsal məsrəflərinin uçotunun və məhsulun maya dəyəri 
kalkulyasiyasının proseslər üzrə metodunun blok sxemi N1 
  
Sxem 7. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Məsrəflərin elementlər 
üzrə sənədləşdirilməsi və 
uçotu 

Kompleks maddələrə aid 
edilən məsrəflərin 
sənədləşdirilməsi və 
uçotu
 
 

Məsrəflərin proseslər üzrə 
bölüşdürülməsi 

Ay ərzində sərf edilən məsrəflərin ümumi məbləğinin 
təyin edilməsi 

Məsrəflərin bölüşdürülməsi (istehsalın xarakterindən 
və məhsul növündən asılı olaraq) variantları 

Məsrəflərin 
hazır məhsul və 
bitməmiş 
istehsal 
arasında 
bölüşdürülməsi 
Məsrəflərin 
bir neçə 
növ məhsul 
arasında 
bölüşdürül
məsi 
 
Məsrəflərin 
proseslər 
üzrə 
cəmlənməsi 
Məmulat üzrə aylıq məhsul buraxılışının maya dəyərinin 
təyin edilməsi 

 
 

 
 

 
 



 
 
58 
 
İstehsal məsrəflərinin proseslər üzrə kalkulyasiya 
sistemində maya dəyərinin dəyişməsi 
 
           Proses A                                                          Proses  B                                                                 
Material                 1000     B prosesinə          A prosesindən        3000     C prosesinə 
Əmək məsrəfləri   1000        verilir                Əmək məsrəfi        2000          verilir 
Üstəlik xərclər      1000         3000                 Material                 1000           6500 
                             3000                                  Üstəlik xərclər        500  
                                                                                                      6500       
   
 
                     Proses C                                                              Hazır məhsul   
B prosesindən      6500          Hazır məhsul                      C prosesindən 
Əmək sərfi           3000             anbarına                            verilmişdir     12000 
Material               2000           verilmişdir 
Üstəlik xərclər     1000                12000 
               12500 
 
Məsrəflərin  məhsul  buraxılışı  ilə    bitməmiş  istehsal  ara-
sında  bölüşdürülməsinin  birinci  variantı  (blok  6)  istehsalın 
uzunmüddətli  tsklində  tətbiq edilir və  hər dövrün sonunda bit-
məmiş  istehsal  əmələ  gəlir.  Bu  sahələrə  misal  olaraq  torf  və 
meşə  materialları  sənayesi  ilə  məşğul  müəssisələri  göstərmək 
olar.  Bu  müəssisələrdə  məsrəflərin  uçotu  proseslər  üzrə  aparı-
lır, lakin hər prosesin axırında məhsulun maya dəyəri kalkulya-
siya  edilmir.  Bitməmiş  istehsal  inventarizasiya  edilərkən    hər 
prosesdə  onun  qalığı  prosesdən  asılı  olaraq  plan  maya  dəyəri 
ilə  qiymətləndirilir.  Sonra  məhsul  buraxılışının  faktiki  maya 
dəyəri  hesablanır:  ay  ərzində  sərf  edilmiş  faktiki  məsrəflərin 
üzərinə bitməmiş istehsalın ayın əvvəlinə olan qalığı gəlinir və 
ayın sonuna qalığı çıxılır. 
Məsrəflərin bölüşdürülməsinin ikinci variantı (blok 7) bir 
neçə növ məhsul istehsalı ilə məşğul olan müəssisələrdə istifa-
də edilir ki,  burada da bitməmiş  istehsal  olmur. Bu kateqoriya 
müəssisələrə  eyni  zamanda  elektrik  və  istilik  enerjisi  istehsal 
edən elektrik stansiyalarını, neftçıxarma sənayesini, tikinti ma-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə