Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 

 
kalkulyasiyalaşdırma prosesi ilə eyni zamanda həyata keçirilir. 
Lakin nə qədər ki, xərclərin kalkulyasiya obyektlərinə aid edil-
məsi,  xərclərin  bölüşdürülməsi  şərti  xarakter  daşıyır,  yalnız 
kalkulyasiyanın  mütləq  dəqiqliyinə  səy  (cəhd)  göstərmək  la-
zımdır ki, buna da təcrübi olaraq nail olmaq mümkün deyil. 
Məhsul, iş  və xidmətin faktiki  maya dəyərinin  kalkulya-
siyası  zamanı  yüksək  dəqiqlik  prinsipinə  nail  olunması  əsasən 
istehsal  məsrəflərinin  uçotunun  təşkili  və  metodologiyasından, 
onun dəqiqliyindən və kalkulyasiyanın ümumi prinsiplərinə uy-
ğunluğundan  asılıdır.  İstehsalat  uçotu  və  kalkulyasiya  göstəri-
cilərin  vahidliyi  onların  məqsəd  nöqteyi-nəzərdən  bir-biri  ilə 
üzvi surətdə bağlılığına  əsaslanır. Bir sözlə istehsalat uçotu və 
kalkulyasiya  özlüyündə  xərc  maddələrinin  vahid  nomenklatu-
rasından,  onların  qiymətləndirilmə  sistemindən  istifadə  edərək 
eyni  vaxt  dövrü  üçün  faktiki  maya  dəyərinin  formalaşmasının 
vahid prosesini əks etdirir. 
 
1.2. Məhsulun maya dəyəri kalkulyasiyasının prinsipləri  və 
vəzifələri. 
 
Müəssisədə istehsalatın uçotunun tərkib hissələrindən biri 
də məhsul, iş və xidmətlərin maya dəyərinin kalkulyasiyalaşdı-
rılması hesab olunur. Kalkulyasiyalaşdırma istehsal məhsulları-
nın  iş  və  xidmətlərin  maya  dəyərinin  hesablanmasını  təmin 
edən üsul və qaydaların məcmusudur. Kalkulyasiyalaşdırmanın 
əsasını  kalkulyasiya proseduraları təşkil edir. Kalkulyasiyanın 
köməyi  ilə  uçotun  müxtəlif  obyektlərinin  maya  dəyəri  təyin 
edilir: torpaq, tikili və avadanlıqlar (əsas vəsaitlər) , qeyri-mad-
di  aktivlər,  satın  alınmış  material  ehtiyatları,  istehsal  olunmuş 
və satılmış məhsullar, yerinə yetirilmiş iş və xidmətlər və s. Bu 
mühasibat uçotunun müvafiq obyektlərinin pul ilə qiymətləndi-
rilməsinin  əsasını  təşkil  edir.  Kalkulyasiya  materiallarından 
məhsulun  maya  dəyərinin  idarə  olunmasında,  onun  səviyyəsi-


 
 

 
nin  üzərində  nəzarət  edilməsində,  material,  əmək  və  maliyyə 
resurslarına qənaət olunmasında , ehtiyatların aşkara çıxarılma-
sında və məmulata qiymət təyin edildikdə istifadə edilir.  
Müəssisələrdə məhsulların maya dəyərinin kalkulyasiyası 
prosesi əsasən aşağıdakı mərhələlərdən ibarətdir: 
1. Kalkulyasiya maddələrinin məsrəflərin uçot və kalkul-
yasiyalaşdırma  obyektləri  üzrə  ilkin  məsrəflərin  toplanılması 
qruplaşdırılması və detallaşdırılması; 
2. Son çıxdaş məhsulun maya dəyərinin təyin edilməsi
3.  İstehsalat  və  əlavə  məhsulların  tullantılarının  qiymət-
ləndirilməsi; 
4. Bitməmiş istehsalın qiymətləndirilməsi
5.  Məsrəflərin  hazır  məhsullar  və  bitməmiş  istehsal  ara-
sında bölünməsi; 
6. Məhsul vahidinin maya dəyərinin hesablanması. 
Müəssisələrdə kalkulyasiyalaşdırma işi istehsal məsrəflə-
rinin  və  məhsul  satışının  planlaşdırılması  və  uçotunun  ümumi 
metodologiyasına uyğun olaraq təşkil edilir.  
Kalkulyasiyalaşdırma işinin ümumi prinsipləri: 
1. İstehsal məsrəflərinin təsnifatının elmi əsaslandırılma-
sı; 
2.  Məsrəflərin  uçot  obyektlərinin  kalkulyasiyası,  kalkul-
yasiya  obyektlərinin  və  kalkulyasiya  vahidlərinin  müəyyən 
edilməsi; 
3. Dolayı xərclərin bölüşdürülməsi metodlarının seçilmə-
si; 
4. Məsrəflərin dövrlər üzrə bölgüsü
5.  Kalkulyasiya  vahidinin  maya  dəyərinin  hesablanması 
üsulunun seçilməsi. 
Ayrı-ayrı  müəssisələrdə  yuxarıda  göstərilmiş  ümumi 
prinsiplər,  sahəvi  və  istehsal  xüsusiyyətləri  nəzərə  alınaraq 
konkretləşdirilir.  


 
 
10 
 
Müəssisələrdə  kalkulyasiyalaşdırmanın  əsas  vəzifələri 
aşağıdakılardır: 
1. Məhsul, iş və xidmət vahidlərinin ayrı-ayrı növləri üz-
rə faktiki maya dəyərinin düzgün hesablanması; 
2.Maya  dəyərinin  səviyyəsi  üzərində  nəzarət  və  mövcud 
məsrəf normalarında və normativlərinə riayət edilməsi; 
3.  Məhsulun  rentabelliyinin  və  onun  səviyyəsinə  təsir 
edən amillərin müəyyən edilməsi
4.  Məsrəflərin  nəticələrlə  müqayisəsi  yolu  ilə  müəssisə-
nin və onun istehsalatdaxili strukturları (istehsalat, sexlər, sahə-
lər, briqadalar, axınlar və s.)üzrə həyata keçirilən işlərin səmə-
rəliliyinin qiymətləndirilməsi; 
5.  Məhsulun  maya  dəyərinin  aşağı  salınması  ehtiyatları-
nın aşkara çıxarılması və istifadəsi. 
 
1.3. Məhsulun maya dəyərinin hesablanması və 
kalkulyasiyalaşdırılması üsulları. 
 
Məhsulun  maya  dəyərinin  kalkulyasiyası  istehsalatın 
uçotunun  son  mərhələsi  hesab  olunur.  Bu  mərhələnin  ən  mü-
hüm əhəmiyyəti ondan ibarətdir ki, məhsulun faktiki maya də-
yəri haqqındakı məlumatlara əsasən maya dəyəri üzrə müəssisə 
tərəfindən qəbul edilmiş tapşırıqların yerinə yetirilməsi qiymət-
ləndirilir, bu tapşırıqlardan kənarlaşmaların səbəbləri təhlil edi-
lir,  müəssisənin  fəaliyyətində  gələcək  nailiyyətlərin  imkanları 
aşkara çıxarılır. Bundan əlavə məhsulun maya dəyəri haqqında-
kı  məlumatlar  maya  dəyərinin  planlaşdırılmasında  və  rəqabət 
şəraitində  mühüm  əhəmiyyət  kəsb  edən  satış  qiymətinin  təyin 
edilməsində istifadə edilir. Elə ona görə də məhsulun maya də-
yəri kalkulyasiyasının qarşısında yüksək tələblər qoyulur.  
Məhsulun, iş və xidmətlərinin maya dəyəri kalkulyasiya-
sını öz növbəsində üç mərhələyə bölmək olar. Bunlardan birin-
cisində buraxılmış bütün məhsulun bütövlükdə maya dəyəri he-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə