Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   67

 
 
83 
 
Cədvəldə ay  ərzində  yalnız  müstəqim xərclər üzrə təyin 
edilən  məsrəflər  (sütun  4  və  5)  müvafiq  maşinoqrama  əsasən 
yazılır.  Məhsul  çıxdaşı  üzrə  və  bitməmiş  istehsalın 
inventarizasiyasının  nəticələri  (çatışmazlıq  və  artıq  gəlmə) 
müvafiq  sənədlər  üzrə  normalardan  çıxış  edilərək  (sütun  6  və 
7)  silinir.  Hazır  məhsul  buraxılışının  normativ  maya  dəyəri 
(sütun  8)  məmulatlar  üzrə  normativ  kalkulyasiyasına  əsasən 
ayın  axırına  bitməmiş  istehsal  qalığı  isə  inventarizasiya  və 
yaxud  operativ  uçot  məlumatlarına  əsasən  hesablanır.  Bundan 
sonra məlumatların normalar üzrə balanslaşdırılması aparılır: 2 
və 4-cü sütun məbləğləri 6, 7, 8 və 13 –cü sütun məbləğlərinə 
bərabər  olmalıdır.  Əgər  yekunlar  düz  gəlməzsə,  alınan  fərq 
uçota alınmamış kənarlaşma məbləğini göstərir.  
Əgər  müəssisə  normativ  kalkulyasiyaya  qeyri-müstəqim 
xərcləri  (ümumi  təsərrüfat,  ümumi  istehsalat)  də  daxil  edirsə, 
norma üzrə həmin xərcləri hesablama  yolu ilə müəyyən edilir. 
Ayın sonuna bitməmiş istehsal qalığı ilə silinmələrin normativ 
kəmiyyəti  (sütun  6,  8,  11,  13)  cəmlənir  və  ayın  əvvəlinə  olan 
qalıq  çıxılır  (sütun  2)  və  nəticə  4-cü  sütuna  yazılır.  Sonra  ay 
ərzindəki  faktiki  məsrəfindən  normativ  məbləğ  çıxılır  və  fərq 
normadan  kənarlaşma  kimi  cədvəlin  5-ci  sütununa  yazılır. 
Bununla 
da 
normadan 
kənarlaşmaların 
və 
norma 
dəyişmələrinin  silinmələri  bitmiş  hesab  olunur.  Bizim 
misalımızda  3  və  5-ci  sütunun  mütləq  rəqəmləri  9  və  10-cu 
sütunlara  keçirilir,  yəni  normalardan  kənarlaşmalar  və  norma 
dəyişmələri  tamamilə  əmtəlik  məhsul  buraxılışına  silinir.  Bu 
silinmə  uçotu  sadələşdirir  və  məhsulun  maya  dəyərində 
normalardan  kənarlaşmaların  və  normaların  dəyişilmələrinin 
məhsulun  maya  dəyərində  cüzi  xüsusi  çəkiyə  malik  olmasını 
təsdiq  edir.  8,  11-ci  sütunların  məlumatları  buraxılmış  hazır 
məhsulun  müvafiq  toplamalara  ayrılmaqla  faktiki  maya 
dəyərini göstərir. 


 
 
84 
 
Normativ  uçotunda  başqa  metodlardan  fərqli  olaraq 
məhsulun  faktiki  maya  dəyəri  (sütun  12)  norma  üzrə  məsrəf 
məbləği, normadan kənarlaşma və normaların dəyişmələri kimi 
hesablanır. 
Metodik  vəsaitdə  normativ  metod  üzrə  uçot  və 
kalkulyasiyanın  qüvvədə  olan  ümumi  göstəricilərdə  nəzərdə 
tutulan ən əlverişli variant verilmişdir. Ola bilsin ki, təcrübədə 
istifadə olunan variant vəsaitə nisbətən bu və ya digər dərəcədə 
fərqlənsin, lakin bunlar hamısı eyni konsepsiyalardan çıxış edir 
(mövcud  normadan  və  normativlərdən  kənarlaşmaların  aşkara 
çıxarılması,  bu  kənarlaşmaların  sistemləşdirilməsi,  eləcə  də 
normaların  səbəblər  və  şərtlər  üzrə  dəyişilməsi  məqsədilə 
müəyyən tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsi 
məqsədilə  müttəhimlərin  axtarılması  və  cəzalandırılması 
məqsədilə deyil, istehsalın yaxşılaşdırılması məqsədilə). 
 
MÖVZU 7. AYRI-AYRI SAHƏLƏR ÜZRƏ MƏS-
RƏFLƏRİN UÇOTU VƏ MƏHSULUN MAYA DƏYƏRİ 
KALKULYASİYASININ XÜSUSİYYƏTLƏRİ 
 
7.1. Turist təşkilatlarında məsrəflərin uçotu və məhsulun 
maya dəyəri kalkulyasiyasının xüsusiyyətləri 
 
Bazar  iqtisadiyyatı  şəraitində  turizm  milli  iqtisadiyyatın 
ən perspektivli sahələrindən biri hesab olunur. Bu sahədə fəa-
liyyət göstərən bir çox təşkilatlar turist xidməti bazarında özlə-
rinə    möhkəm  və  inamlı  yer  tutaraq,  xüsusi  agentlər  və  sabit 
müştərilər şəbəkəsinə malikdirlər. 
Turist təşkilatları özlərinin fəaliyyət xarakterinə görə tur-
operatorlara və turagentlərə bölünürlər. 
Turoperator – topdansatış turist firması olmaqla turist sə-
nayesi müəssisələri ilə turagentlər arasında vasitəçi rol oynayır. 


 
 
85 
 
O, turları təşkil edir və onları öz adından turagentlikləri vasitə-
silə satır. 
Turların  təşkili  prosesində  turoperator  yerləşdirmə,  ye-
dirtmə,  nəqliyyat  eləcə  də  xarakterindən  asılı  olaraq,  mədəni 
məsrəf  idarələri,  ekskursiya  büroları  ilə  əlaqə  yaradaraq  turist 
xidmətinin topdanalıcısı kimi çıxış edir. 
Turagent  –  pərakəndə  satış  firması  olmaqla  bir  tərəfdən 
xidmətedici müəssisələrlə və yaxud turoperator firmaları ilə di-
gər  tərəfdən  müştərilər  –  turistlər  arasında  vasitəçilik  rolu  oy-
nayır. 
Turist firmalarının həyata keçirdikləri işləri əsasən aşağı-
dakı mərhələlərə bölmək olar: 
a)  Turistə  və  yaxud  turistlər  qrupuna  turist-ekskursiya 
xidmətləri təklif etmək
b)  Yol  vərəqi  üçün  müştərilərdən  pul  vəsaitlərinin  alın-
ması; 
c) turistlərin yerləşdirilməsi, yaşaması, ekskursiya xidmə-
ti göstərilməsi üçün müvafiq təşkilatlara pul vəsaitlərinin köçü-
rülməsi. 
Turist firmaları (satıcı) ilə turistlər (alıcı) arasındakı mü-
nasibətlər onların arasında bağlanmış müqavilə ilə tənzimlənir. 
Bununla da turist firmasından satın alınan məhsul xüsusi 
xarakterə  malik  olur.  Turist  tərəfindən  alınan  hüquqların  məc-
musu  “yol  vərəqi”  kimi  rəsmiləşdirilir.  Deməli,  yol  vərəqi  tu-
rist  firmasının fəaliyyətinin  son  məhsulu və satış predmeti  he-
sab  olunur.  Bununla  əlaqədar  olaraq  turist  firmalarında  “məh-
sul” satışı dövriyyəsi yol vərəqinin satışı fonunda əks etdirilir. 
Turist tərəfindən alınan xidmətlər satın alınmış məhsulun isteh-
lakı prosesini özündə əks etdirir. 
Turist firmalarının müxtəlif növ fəaliyyətlə məşğul olma-
ları təsərrüfat əməliyyatlarının uçotunun müxtəlif metodlarının 
tətbiqini və istehsalat uçotunun dəqiq sistemlə aparılmasını tə-
ləb edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə