Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   67

 
 
73 
 
malarının  dəyişilməsinin  ilkin  şərtləri  formalaşdırılmışdırsa  və 
hələ  ayın  axırına çox qalmışdırsa, onda normaların tələbat baş 
verdikcə dəyişdirilməsi məqsədəuyğun hesab edilir. 
Normaların  dəyişdirilməsinin  uçotunu  sistemləşdirmək 
üçün  bu  dəyişilmələrin  səbəbləri  haqqında  təsnifat  klassifikia-
toru tərtib edilir. 
Normalarda baş verən dəyişiliklərin səbəblərini aşağıdakı 
kimi qruplaşdırmaq olar: 
1.  mütərəqqi  texnologiyanın  tətbiqi  və  istehsalın  mexa-
nikləşdirilməsi və avtomatlaşdırılması; 
2. məmulatın konstruksiyasının təkmilləşdirilməsi və de-
tal və qovşaqların unifikasiyası; 
3. əmək vəsaitlərinin təkmilləşdirilməsi
4. əmək əşyalarından istifadənin yaxşılaşdırılması; 
5. məhsulun keyfiyyətinin yaxşılaşdırılması; 
6.  idarəetmə  sisteminin,  istehsalın  və  əməyin  təşkilinin 
təkmilləşdirilməsi. 
Yuxarıda sadalanan hər bir qrup, istehsal şəraitindən asılı 
olaraq  konkret  səbələrə  ayrılır.  Onların  hər  birinə  ayrıca  kod 
verilir  və  həmin  nömrələr  normaların  dəyişilməsi  haqqındakı 
sənədlərdə  də  əks  etdirilir.  Normaların  dəyişilməsi  haqqında 
bildiriş bütün əlamətlər üzrə kodlaşdırıldıqdan sonra hesablama 
mərkəzinə verilir. Bu məlumatlara əsasən xüsusi proqram üzrə 
məlumat  bankındakı cari normalarda dəyişiklik aparırlar.  Eyni 
zamanda  hər  bir  məmulat  üzrə  detala  tətbiq  edilməsinə  uyğun 
olaraq ayın əvvəlindən normalarda olan dəyişikliklər haqqında 
məlumat toplayırlar. Ayın sonunda dəyişilmələrin yekun məlu-
matları  üzrə  normativ  kalkulyasiya  korrektə  (təshih)  edilir  və 
nəzarət üçün dəyişikliklər hesablama mərkəzinə verilir. 
Əgər normaların dəyişilməsini normadan kənarlaşmalarla 
birləşdirilməsi  məqsədəuyğun  hesab  edilirsə  normativ  kalkul-
yasiyanı  korrektə  etmirlər,  normativ  kalkulyasiyanı  nəzərdən 
keçirənədək  aşkara  çıxarılmış  dəyişiklikləri  normadan  kənar-


 
 
74 
 
laşmalarla (bunu adətən istehsalın texnologiyasında və təşkilin-
də  əhəmiyyətli  dərəcədə  dəyişikliklər  olan  vaxt  edirlər)  birgə 
uçota alırlar. 
Hesabat  dövrü  üçün  aparılan  hesablamalarda  hər  bir  sə-
bəb üzrə tətbiq edilən tədbirlərin faktiki nömrəsi norma dəyişil-
mələrinin  məbləğini  buraxılan  məmulatın  həcminə  vurmaqla 
alınır. 
 
6.4. Normalardan kənarlaşmaların uçotu 
 
Kalkulyasiyanın  istənilən maddələri üzrə  faktiki  məsrəf-
lərin qüvvədə olan normalardan kənarlaşmasına “normadan kə-
narlaşma”  kimi  baxılır.  Bu  yanaşma  nəinki  məsrəflərin  uçotu-
nun və məhsulun maya dəyərinin düzgün təşkilinə imkan verir, 
eləcə  də maya dəyərinin  formalaşması  prosesinə  operativ təsir 
etmə  üzrə  qərar  qəbul  etmək  üçün  normalardan  kənarlaşmala-
rın  mütəmadi  olaraq  təhlil  olunmasına  da  köməklik  göstərir. 
Xüsusilə  operativ  uçotun  operativliyini  və  uçot  işçilərinin  is-
tehsalın idarə olunmasında iştiraklarını təmin edən bu hal uço-
tun normativ metodunu  digər metodlardan əhəmiyyətli dərəcə-
də fərqləndirir və mühaisblərin nüfuz və hörmətlərinin bir daha 
artması ilə nəticələnir. 
Məzmununa görə normadan kənarlaşmaları üç qrupa böl-
mək olar: 
1. Mənfi kənarlaşmalar
2. Müsbət kənarlaşmalar
3. Şərti kənarlaşmalar. 
Mənfi kənarlaşmalar özündə məhsulun maya dəyəri üzrə 
artıq  xərcə  yol  verilməsini  ehtiva  edir  və  istehsalın  texnologi-
yasında,  təşkilində  və  idarəedilməsində  müəyyən  pozulmalara 
yol verildiyini göstərir. Bunlara, xüsusilə avadanlığın xarab ol-
ması nəticəsində materialların, xammalın, yanacağın, yarımfab-
rikatların artıq sərf edilməsini göstərmək olar.  


 
 
75 
 
Müsbət  kənarlaşma  məsrəflərin  azaldılması,  material, 
əmək və maliyyə resurslarından istifadədə qənaət edilməsi isti-
qamətində tədbirlərin həyata keçirilməsinə dəlalət edir. Bunlara 
misal  olaraq  materialların  daha  səmərəli  biçilməsini,  tam  qiy-
mətli  materialların  əvəzində  tullantılardan  istifadə  olunmasını, 
daha  məhsuldar  avadanlıqların  və  qurğuların  tətbiqini  göstər-
mək olar.  
Şərti kənarlaşmada həm müsbət, həm də mənfi kənarlaş-
ma ola bilər. Bu kənarlaşma plan və normativ  kalkulyasiyanın 
tərtibi metodikasında baş  verən fərqin nəticəsində  əmələ  gəlir. 
Metodiki  mülahizəyə  görə  bir  sıra  planlaşdırılmış  məsrəflər 
(çıxdaşdan itkilər, qismən yerinə yetirilmiş əməliyyatlar və s.) 
normativ maya dəyəri kalkulyasiyasına daxil edilmir. 
Bütün bu kənarlaşmalar tam uçota alınır və ayın sonunda 
plan göstəriciləri ilə müqayisə edilməklə təhlil edilir. Bu təhlil 
müsbət  və  mənfi  kənarlaşmaların  həqiqi  kəmiyyətlərini  aşkara 
çıxarmağına  imkan verir.  
Rəsmiləşdirilmə 
xarakterinə 
görə 
normadan 
kənarlaşmalar üç qrupa ayrılır: 
a)
 
sənədləşdirilmiş kənarlaşmalar; 
b)
 
hesablama kənarlaşmaları; 
c)
 
uçota alınmamış kənarlaşmalar. 
Sənədləşdirilmiş kənarlaşmalar faktiki xərclənən material 
ehtiyatlarının  müəyyən  edilmiş  norma,  normativlər  və  digər 
şərtlərdən  kənarlaşmalarının  sənədlərlə  rəsmiləşdirilməsi 
deməkdir. 
Adətən normalardan kənarlaşmaların müxtəlif növləri ilk 
sənədlərdə  müxtəlif  cür  rəsmiləşdirilir.    Belə  ki  limitdən  artıq 
verilən  materialı  kənarlaşmanı  təsdiq  edir  ki,  bu  da  təhlil 
işlərinin  aparılmasını  tələb  edir.  Əgər  sexdə  əlavə  məhsul 
buraxılmışdırsa  bu  hal  normadan  artıq  kənarlaşma  hesab 
olunmur.  Əgər  limitdən  artıq  buraxılan  materialla  material 
itkiləri örtülürsə bu zaman normadan kənarlaşma baş verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə