Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   2   3   4   5   6   7   8   9   10   ...   133

 
14 
tərk etmiĢ, gələcəyin böyük fatehi gənc Ġsgəndərə müəllimlik etmək üçün Makedoniyada məskən salmıĢdır. E.ə. 
334-cü ildə Makedoniyalı Ġsgəndərin öz Asiya fütuhatına baĢlaması ilə Aristotel Afinaya qayıdaraq öz 
akademiyasını — məĢhur liseyi təsis etmiĢdir.  Ġsgəndərin ölümündən sonra aristokratlar partiyasına yaxın olan 
Aristotel ateizmdə ittiham edildiyindən Afinanı tərk etmək məcburiyyətində qalmıĢ və bir il sonra dünyasını 
dəyiĢmiĢdir.  
 
Aristotelin ―Etika‖, ―Politika‖, ―Ritorika‖ və digər əsərlərində cəmlənmiĢ elmi irsi əsrlər boyu əvvəlcə ġərq, 
sonralar isə Qərb fəlsəfəsinə öz həlledici təsirini göstərmiĢdir.  Orta əsrlərdə Avropada Aristoteli sadəcə olaraq 
―filosof‖ adlandırırdılar.  Ġndiyəcən çoxları fundamental fəlsəfi problemləri bütün dərinliyi ilə əhatə etdiyinə və 
ensiklopedik biliyinə görə onu bütün zamanların və xalqların ən böyük filosofu sayır. 
 
Aristotelin ―Politika‖ əsəri Qərbin siyasi fəlsəfəsində baĢlanğıc nöqtəsi hesab edilir.  Bu, yunan filosofunun siyasi 
rejimlərin müxtəlif növlərini, vətəndaĢlığın mənasını və siyasi həyatda təhsilin rolunu sistemli təhlilə çəkən ilk 
böyük elmi iĢ idi. 
 
Aristotelə görə, demokratiya siyasi rejimlərin (bunların arasında o, habelə monarxiya, oliqarxiya, tiraniya və 
politiya rejimlərini nəzərdən keçirirdi) yalnız bir formasıdır.  Aristotel monarxiya tərəfdarı idi, lakin bir Ģərtlə ki, 
monarx təhsil görmüĢ, bilikli adam olsun və dövləti hamının xeyri naminə idarə etsin.   
 
Aristotel ən geniĢ yayılmıĢ rejim kimi demokratiyaya yaxın olan, həm də özündə oliqarxiyanın və müasir 
konstitusiyalı monarxiyaların elementlərini daĢıyan politiyanı qeyd edirdi.   
 
Aristotelin fikrincə, cəmiyyət daxilində yaĢayan insan siyasi varlıqdır.  Dövlət təbii Ģəkildə ailədən törəyərək 
hakimiyyət və tabeçilik münasibətlərini (ağa və kölə, ər və arvad, ata və övladlar) yeni səviyyədə qurub həyata 
keçirir. 
 
Aristotel quldarlığı müdafiə edirdi.  Platon kimi o da belə hesab edirdi ki, insan ümumən siyasi azadlıq Ģəraitində 
yaĢamaq iqtidarında deyildir.  Lakin Platondan fərqli olaraq, Aristotelin ideal dövləti müxtəlif mülkiyyət 
formalarına, iqtisadi özünütənzimləmə mexanizminə malik, siyasi hakimiyyəti isə geniĢ yayılmıĢ institutlar 
sistemi (Ģəhər məclisi, magistrat, məhkəmə) və cəmiyyətin təyin etdiyi vəzifəli Ģəxslərin vasitəsilə həyata 
keçirilən açıq, dinamik inkiĢaf edən cəmiyyətdir.  Aristotel üçün hakimiyyət Platonda olduğu kimi hamıdan 
yüksəkdə duran əzm, iradə deyil, bir neçə müstəqil iradənin məcmusudur. 
 
Aristotel demokratiyanı idarəetmənin ən pis formalarından ən yaxĢısı kimi tövsif edirdi, belə ki, onun fikrincə, 
burada hakimiyyət adətən əksəriyyət təĢkil edən yoxsul və əsil-nəcabətsiz vətəndaĢlara məxsus olacaqdır.  
Aristotel iddia edirdi ki, demokratiyanın ən yaxĢı forması ən az demokratik olanıdır; belə demokratiyada 
insanların çoxu yoxsul deyil və yoxsulların bərabər hüquqları yoxdur.    
 
 
 
 
 
 
 
 
 
 
 
 
ARĠSTOTEL 
Politika (təx. e.ə. 330) 
 
 
ƏDALƏTLĠ DÖVLƏT QURULUġU HAQQINDA 
 
 
...Ədalət bərabərlikdir... ancaq hamı üçün yox, yalnız 
bərabərlər üçün bərabərlikdir...  
 
 


 
15 
* Dövlət quruluĢunun növlərini və onların fərqləndirici cəhətlərini incələməzdən öncə dövlətin nə olduğuna 
baxmaq gərəkdir.  Bu barədə baxıĢlar cürbəcürdür. Hazırda bu baxıĢlarda fikir ayrılığı var, bunlardan biri təsdiq 
edir ki, bəlli bir hərəkəti dövlət etmiĢdir, baĢqaları deyirlər: yox, dövlət etməmiĢdir, oliqarxiya, yaxud tiranlıq 
etmiĢdir. 
 
 
* Dövlət hər hansı bir bütöv kimi çoxlu hissələrdən ibarət olduğu üçün ilk öncə vətəndaĢın (polites) nə olduğu 
aydınlaĢdırılmalıdır, belə ki, dövlət vətəndaĢların toplusudur... Biz isə o Ģəxsləri vətəndaĢ sayırıq ki, məhkəmədə 
və xalq iclaslarında iĢtirak edir...    
 
 
* Biz görürük ki, dövlət adamı və qanunvericinin bütün fəaliyyəti istisnasız olaraq dövlətə (polis) yönəlmiĢdir, 
dövlət quruluĢu (politiya) isə dövlətin sakinlərinin məlum təĢkilatıdır... 
 
Bir çoxları bu və ya baĢqa hərəkətin dövlət hərəkəti kimi qəbul edilib-edilməməsində çətinlik çəkirlər; məsələn, 
oliqarxiyadan, yaxud tiranlıqdan demokratiyaya keçiddə bəziləri öz öhdəliklərindən imtina edir, deyirlər ki, bu 
öhdəliyi öz üstünə dövlət yox, tiran götürmüĢdü. Bu sıradan olan bir çox məsələlərdə ona söykənilir ki, dövlət 
quruluĢunun bəzi növləri ümumi fayda naminə deyil, zorakılıq sayəsində mövcuddur... 
 
 
* Həm idarə etməyi, həm də tabe olmağı bacarmaq alqıĢa layiqdir, görünür, vətəndaĢ fəziləti layiqli idarə etmək 
və tabe olmaq bacarığıdır... 
 
 
* Dövlət hakimiyyətini növlərə ayırmaq çətin deyil: onların barəsində biz ekzoterik əsərlərdə danıĢmıĢıq. Ağanın 
nökər üzərində hakimiyyəti anadan ağa və kölə doğulmuĢların hər ikisi üçün faydalı olsa da, baĢlıca olaraq 
ağanın xeyrinədir, kölə üçün isə təsadüfi faydadır (kölə məhv olarsa, ağanın onun üzərindəki hakimiyyəti də təbii 
olaraq qurtarmalıdır)... 
 
 
* Beləliklə, aydın olur ki, ümumi faydanı nəzərə alan dövlət quruluĢu ciddi ədalət baxımından düzgün sayılır; 
yalnız hakimiyyətdə olanların rifahını güdən quruluĢlar isə düzgün deyildir, səhvdir: onlar yalnız hökmranlığa 
əsaslanır, dövlət isə azad insanların ünsiyyətidir. Ġndi düzgün dövlət quruluĢlarının təbiətini və sayını gözdən 
keçirmək olar... 
 
 
* Ġlk öncə oliqarxiyanın və demokratiyanın göstərilən sadə fərqləndirici prinsipləri və bir də oliqarxiyanın və 
demokratiyanın gözündə nəyin ədalətli sayıldığı araĢdırılmalıdır. Axı hamı ədalət deyilən Ģeyə söykənmir, amma 
ədalətin yalnız bəzi əlamətlərindən söz açırlar, lakin onların ədalət adlandırdıqları heç də ədalətin bütünü 
deyildir. Göründüyü kimi, ədalət bərabərlikdir, bu, doğrudan da, belədir, ancaq hamı üçün yox, yalnız bərabərlər 
üçün bərabərlikdir; və bərabərsizlik də ədalətdir, bu da, doğrudan, belədir, amma yenə də hamı üçün yox; yalnız 
bərabər olmayanlar üçün bərabərsizlik ədalətdir. Belə ki, ―kim üçün‖ sualı diqqətdən qaçırıldığından səfeh 
mühakimə yürüdülür; səbəbi də odur ki, özləri barədə fikir yürüdürlər, öz iĢləri barədə mühakimələrdə isə bəlkə 
də bir qism insanlar pis hakimdirlər... 
 
 
* Ədalət nisbi anlayıĢ olduğundan və ―Etika‖da öncə xatırlatdığımız kimi, subyektin xassələrindən asılı olduğu 
dərəcədə də obyektin xassələrindən asılı olaraq fərqləndirildiyindən, obyektlərə aid olan bərabərliyin nisbi olduğu 
ilə hamı razılaĢır, ancaq subyektlərə aid olan bərabərlik barədə indicə göstərilən səbəbdən, yəni öz Ģəxsi iĢləri 
haqqında səfeh mühakimə üzündən qərarsızlıq vardır: sonra da həm onlar, həm də baĢqaları ədalətin nisbi 
anlayıĢı ilə razı olduqlarını zənn edərək, onu tam anladıqlarını israr edirlər... 
 
 
* Bəziləri deyirlər: əgər subyektlər bəlli cəhətdən, məsələn, pul sarıdan bərabər deyilsə, onda onlar ümumiyyətlə 
bərabər deyillər; baĢqaları isə belə düĢünürlər: əgər subyektlər hər hansı bir cəhətdən, məsələn, heç olmazsa 
azadlıq baxımından bərabərdirlərsə, deməli, onlar ümumiyyətlə bərabərdirlər. Amma baĢlıcası odur ki, onlar ən 
mühüm olanı gözdən qaçırırlar. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə