Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə133/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   125   126   127   128   129   130   131   132   133

 
cxlvi 
əhəmiyyətli dərəcədə dəyiĢdiyini nəzərə alıb BirləĢmiĢġtatların mənafeyinə uyğun olaraq yardım barədə qadağanı 
götürməyi‖ vacib sayanda Konqres tərəfindən qoyulmuĢ məhdudiyyətə baxmayaraq qeyri-azad ölkələrə yardım 
etsin. 
 
Konqresin qoyduğu qadağalara əməl olunması ABġ prezidentinin insan hüquqlarına Ģəxsi münasibətindən də çox 
asılıdır.  Məsələn, insan hüquqlarını öz siyasətinin əsas prinsiplərindən biri kimi bəyan edən prezident Karter bu 
məsələdə böyük ruh yüksəkliyi ilə Konqresi müdafiə etdi.  Ondan sonra prezidentliyə gəlmiĢ Reyqanı isə daha 
çox Sovet təhlükəsi narahat edirdi.  ―Aparteidə qarĢı mübarizə aktı‖ Konqresdə Reyqan administrasiyasının 
müqavimətinə baxmayaraq qəbul olundu və bu aktın yerinə yetirilməsində bir sıra çətinliklər qarĢıya çıxdı... 
 
*  *  * 
 
ABġ-ın Ərəbistan yarımadası, Afrika, Asiya və keçmiĢ SSRĠ-dəki avtoritar rejimlərlə əlaqədar qayğıkeĢliyinə 
nəzər salsaq, demək olar ki, ABġ-ın xarici siyasətində insan hüquqları hələ ki, strateji və iqtisadi maraqlara 
güzəĢtə getməli olur.  BaĢqa sözlə, ABġ digər ölkələrdə insan hüquqlarını öz təhlükəsizliyinə və ticarət 
əlaqələrinə ziyan vurmamaq Ģərtilə müdafiə edir. 
 
Buna baxmayaraq, ABġ-ın insan hüquqlarının qorunması ilə əlaqədar yürütdüyü xarici siyasət ildən-ilə 
hissolunacaq dərəcədə güclənir.  Amerikanı insan hüquqlarının müdafiəsinə sövq edən Amerika cəmiyyətindəki 
yüksək əxlaqi meyarlardır.  Məhz bu meyarlar sayəsində ölkədə insan hüquqları uğrunda mübarizə davam edir və 
ölkə siyasətçilərindən təkidlə tələb olunur ki, bu sahədə görülən iĢlər barədə öz seçiciləri qarĢısında hesabat 
versinlər.  Məhz bu, Amerikanı beynəlxalq insan hüquqları müdafiə hərəkatının liderinə çevirir və bir daha aydın 
olur ki, Amerika və Amerika bürokratları heç də eyni anlayıĢ deyil. 
 
 
SON SÖZ 
 
 
Ġlk baxıĢda adi görünən insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaĢdırılması ideyası özünün 
yayılmasında və inkiĢafında böyük çətinliklərlə qarĢılaĢır və azadlıq yolunda cəmiyyət və dövlətlə 
toqquĢmalardan çəkinməyən adamların Ģəxsi dramaları ilə müĢayiət olunur.  Kütləvi hərəkatlarla səciyyələnən və 
öz nailiyyətlərini vətəndaĢ müharibəsi sayəsində qazanan demokratiya (çoxluğun hakimiyyəti) uğrunda 
mübarizədən fərqli olaraq, insan hüquqları uğrunda mübarizə həmiĢə sülh yolu ilə, əksər hallarda isə ayrı-ayrı 
adamlar tərəfindən təkbaĢına aparılır.  Ədalətli məhkəmə olmadığı yerdə insan hüquqları mücahidləri dövləti 
―utandırmağa‖ və ictimai rəyi öz tərəflərinə yönəltməyə çalıĢırlar.  Buna misal olaraq, Mahatma Qandi, Martin 
Lüter Kinq və Nelson Mandelanın, Aleksandr Soljenitsın və Dmitri Saxarovun, Vatslav Havel və Lex 
Valensanın, eləcə də dünyada o qədər də tanınmayan, təkbaĢına mübarizə yolunu seçmiĢ minlərlə digər azadlıq 
mücahidinin əksər hallarda irticaçı rejim liderlərinin həbsxanalarında yazılmıĢ açıq məktub və çıxıĢlarını 
xatırlaya bilərik.  Yaxud baĢqa bir misal: 1955-ci ildə məktəb müəlliməsi amerikalı zənci Roza Parks bir 
avtobusda üzərində ―Ancaq ağlar üçün‖ lövhəsi vurulmuĢ oturacaqda əyləĢir və bu yeri ağdəriliyə verməkdən 
imtina edir.  Avtobusda baĢlayan toqquĢma qısa bir müddətdən sonra zənci əhalinin kütləvi etiraz aksiyasına 
çevrilir və bu, ABġ-da irqi bərabərlik uğrunda kütləvi mübarizənin baĢlanğıcı olur.  Roza Parks o vaxt nə 
məĢhurlaĢmaq, nə də beynəlxalq mükafatlar almaq barədə düĢünürdü.  Roza Parksı düĢündürən bu idi ki, 
avtobusda onu təhqir edən və ölümlə hədələyən ağdərili sərniĢinlər kimi, onun da toxunulmaz hüquqları və 
ləyaqəti var.  Bəli, Ləyaqət, Azadlıq və Dözümlülük cəmiyyətdə hansısa abstrakt ―tarixi proseslər‖in  yox, məhz 
Roza Parks kimi tək-tək adamların mübarizəsi hesabına qalib gəlir.  Dünya qazandığı və bir nemət kimi istifadə 
etdiyi azadlığa görə məhz bu cür adamlara minnətdar olmalıdır. 
 
Ġnsan hüquqları uğrunda mübarizə inkiĢaf etməkdə olan ölkələrlə yanaĢı, inkiĢaf etmiĢ ölkələrin özündə də gedir.  
Konstitusiya təminatı almıĢ hüquq və azadlıqların miqdarı günü-gündən artır.  Ġndi 20-ci əsrin sonunda ləyaqətli 
yaĢayıĢ üçün vacib olan hüquqlar, o cümlədən öz imkanlarını reallaĢdırmaq hüququ, insanın daxili aləminin 
özünəməxsusluğunu nəzərə almaq hüququ, insanın özünü inkiĢaf etdirmək hüququ, sülh, sağlam ətraf mühit və 
hər hansı fərdə aid qərarların qəbul olunmasında onun özünün iĢtirak etmək hüququ və s.  hüquqlar dünya 
demokratik ictimaiyyəti tərəfindən geniĢ müzakirə olunur. 
 
Görəsən, bu hüquq və azadlıqlardan nə vaxtsa biz də Azərbaycanda istifadə edə biləcəyikmi və görəsən, insan öz 
həyatında hüquq və azadlıqlarla ilk dəfə harada qarĢılaĢır? Amerikalı hakim-demokrat Learnid Hənd (Learned 
Hand) belə hesab edir ki, hüquq və azadlıqlarla insan ilk dəfə öz daxili aləmində qarĢılaĢır, çünki ―kiĢi və ya 
qadın qəlbində azadlıq ruhu öldükdə ona nə Konstitusiya, nə qanun, nə də məhkəmə kömək edə bilir‖.  BMT-nin 
Ġnsan Hüquqları Komissiyasının ilk sədri Eleonor Ruzvelt isə ―Azadlıqla ilk dəfə harada qarĢılaĢırıq‖ sualına belə 


 
cxlvii 
cavab verir: ―...Bizdən iki addım o yanda, balaca bir yerdə; elə yerdə ki, sən onu dünya xəritəsində axtarıb tapa 
bilməzsən...  Bu balaca dünya insanın fərdi dünyasıdır.  Bu balaca yer insanın yaĢadığı mühitdir, bu mühitdə o, 
məktəbə, zavoda, ofisə yollanır; bu elə bir yerdir ki, orada hər bir kiĢi, hər bir qadın, yaxud hər bir uĢaq  qalmaqal 
olmadan hamıyla ədalətli rəftar edilməsini, hamıya eyni imkanlar verilməsini və heç kəsin ləyaqətinin  
tapdanmamasını istəyir.  Əgər bu hüquqların burada mənası varsa, onda onların hər yerdə mənası olacaq.  Bizdən 
iki addım o yanda insan hüquqları birgə vətəndaĢ səyləri sayəsində qorunmasa, onda biz bu hüquqların inkiĢaf 
etməsini  böyük dünyada əbəs yerə axtarmıĢ olacağıq‖. 
 
08.01.1998 
 
*** 
 
 
 
«ABŞ demokratiyası 
haqqında əsas mətnlər». 
Melvin Urovski 
Tərcümə və redaktə 
FAR CENTRE 
 
38. «Mənimbirarzumvar» (1963) 
 
MartinLüterKinq (kiçiyi)
 
 
Qaraamerikalılarınintizarınabaxmayaraq,  “Braun”  məhkəmə  işi  ölkəniheçdəsilkələmədi.  Beləki, 
nəştatlarınqanunvericilikyığıncaqları, 
nədəKonqresonlarıntərəfindədayanmaqhəvəsindəolmadı. 
Nəhayət, 
prezidentConF.Kennedibeləqəraragəldiki, 
yalnızvətəndaşhüquqlarıhaqdagüclüqanunafroamerikalılarınbərabərhüquqlarınımüdafiəedəbilər. 
1963-cüilin  11  iyunundao,  Konqressə  «özümüzərəva 
bildiyimizmünasibətləribərqəraredən» 
qanunlayihəsinitəqdimetdi. 
CənubdanolannümayəndələrhəminqanununKonqresdəkikomitəmərhələsindədayandırmağıbacardılar
vəbelədəvətəndaşhüquqlarıuğrundahərəkatınliderləriməsələyəsiyasitəzyiqyollarını axtarmağa məcbur 
oldular. 
Fəalhüquqmüdafiəçisikimiadçıxarmış, 
məşhurhəmkarlideriA.FilippRandolfictimaiyyətindiqqətinibuməsələyəyönəltməküçünVaşinqtonayürü
ştəklifiniirəlisürdü. 
BütünirqlərdənolaninsanlarınvətəndaşhüquqlarınamünasibətdəyekdilliyinisübutayetirməknaminəA.F
ilippRandolfhəminyürüşdəağların, 
qaralarınbirgəiştirakınıvacibsaydı. 
Doğrudanda, 
müxtəlif, 
əvvəllərbir-birinəşübhə 
ilə 
yanaşan 
hüquqmühafizədəstələrioyürüşəqoşulmağarazılıqverdilər. 
“Tünddəriliəhaliüzrəmilliinkişafassosiasiyası, 
“İrqibərabərlikkonqresi, 
“Cənubxristianliderlərikonfransı”,  “Zorakılığa  qarşı  tələbələrin  koordinasiya  komitəsi”  və  “Şəhərlər 
liqası” 
özaralarındakıziddiyyətlərikənaraqoyubbirgəişləməkəzmindəoldular. 
Bəzifəallarisəbirliknaminəhətta 
özradikal 
mövqeləriniyumşaltdılar;onlar, 
yürüşünvətəndaşhüquqlarıhaqdaakta 
təkanverəcəyinəümidbəsləyənKennediiqtidarıiləəməkdaşlıqdaqurdular. 
1963-cüilavqustun 28-ibuludsuzbirgündəVaşinqtondakıLinkolnmemorialınınönünətoplaşan, özüdə 
50 
miniağlardanibarət 
250 
minlikizdiham 
«işvəazadlıq» 
tələbiniirəlisürdü. 
Çıxışedənlərinarasındademəkolarki, 
cəmiyyətinbütüntəbəqələrindənnümayəndələrvardı 
– 
həmkarlarınValterRuterkimilideri, 
ruhanilər, 
SidneyPuatyevəMarlonBrandokimiekranulduzları, 
müğənniCoanBaezvəbaşqaları. 
Hərnatiqə 
15 
dəqiqəvaxtayrılsada, 


 
cxlviii 
gününəslqəhrəmanı“Cənubxristianliderlərkonfransındanolantanınmışgəncöndəroldu. 
MartinLüterKinqayrı-
seçkilikzəncirinəgiriftarolmuşcəmiyyətdəözazadlığınıqazanmaqümidiyləyaşayanafroamerikalılarınçək
diyiiztirablarhaqqındaçoxmüxtəsər,adicəbirnitqhazırlamışdı. 
O, 
eləkürsüdəndüşməkistəyirdiki, 
müğənniMaxaliyaCeksonyerindənharayladı: 
«Martin, 
sənözarzundandanış! 
Açdeonlara!» 
NümayişçilərinçağırışındanruhlananKinqAmerikavətəndaşhüquqlarıtarixindəbir 
mərhələsayılannitqinisöylədi  –  hərcürəirqvərəngdənolanmüxtəliftaleliinsanlarınarzusundaolduğu, 
azadvədemokratikbirölkəyəçevriləsiAmerikadandanışdı. 
 
 
Əlavəməlumat  üçün  oxu:  Herbert  Garfinkel,    When  Negroes  March:  The  March  on  Washington< 
(1969);  Taylor  Branch,  Parting  the  Waters:  America  in  the  King  years?  1954-1963  (1988);  Stephen  B. 
Oates, Let the Trumpet Sound: The Life of Martin Luther King Ir. (1982) 
 
 
«MƏNİMBİRARZUMVAR!» 
 
Millətimizin  azadlığı  uğrunda  mübarizə  tarixində  azman  bir  hadisə  kimi  qalası  bu  nümayişdə 
sizinlə bir yerdə olduğuma görə xoşbəxtəm! 
Yüz  il  bundan  əvvəl,  rəmzi  olaraq  abidəsinin  kölgəsinə  yığışdığımız  böyük  amerikalı  Avraam 
Linkoln  Azadlıq  bəyannaməsini  imzaladı.  Bu  əlamətdar  sənəd  haqsızlığın  dözülməz  əsarəti  altında 
inləməkdə olan milyonlarla qul-zəncilərin qəlbində ümid işığı yandırdı. Bu, köləliyin uzun gecəsindən 
sonra sevincə açılan dan yerinə oxşayırdı. 
Ancaq  indi,  üstündən  yüz  il  keçəndən  sonra  müdhiş  fakt  qarşısında  qalmışıq.  Belə  ki,  zənci  xalqı 
hələ də azadlıqdan məhrumdur.  
Yüz il ötsə də zəncilərin həyatı yenə də ayrı-seçkilik və ögeylik buxovları ilə düyünlənib.  
Yüz  il  keçsə  də  zəncilər  yenə  tərəqqi  okeanının  ortasındakı  səfalət  adasında  ömür  sürməkdədir. 
Zənci indi də amerikan cəmiyyətinin lap dibində çürüməkdə, öz ölkəsində qaçqın həyatı yaşamqdadır. 
Bizim  bura  bugünkü  gəlişimizdə  ondan  ötrüdür  ki,  hamının  diqqətini  bu  dəhşətli  vəziyyətə  cəlb 
eləyək. 
Ölkəmizin paytaxtında toplaşmağımız, – bir növ bizə verilmiş çekin ödənişini tələb etməkdir. Yəni, 
dövlətimizin  bünövrəsini  quranlar  Konstitusiyada  və  İstiqlal  bəyannaməsindəki  dəyərli  sözlərə  imza 
atmaqla, xalqa, hər bir amerikalının payına düşən ödənişli çek vermiş oldular. Bu, insanlara, bəli, ağlı 
qaralı bütün insanlara yaşamaq, azadlıq, xoşbəxtlik haqqına zəmanət verən bir öhdəçilik oldu.  
Bu  gün  hamıya  bəllidir  ki,  Amerika  öhdəçiliyi  pozur,  hər  halda  dərisi  tünd  olan  vətəndaşlara 
verdiyi sözün üstündə dayanmır. Həmin öhdəçiliyə sadiq qalmaq bir qırağa, zənci xalqına verdiyi çek 
də  saxta  çıxıb  və  «zəmanəti  yoxdur»  dərkənarı  ilə  ona  qaytarılıb.  Ancaq  biz  inanırıq  ki,  ölkəmizdə 
ədalət bankı tamamilə iflasa uğramayıb. İnanılmazdır ki, məmləkətimizin əlində olan böyük imkanlar 
xərclənib qurtarıb. Odur ki, bizə paylanmış çeklərin əsl haqqını, yəni öz azadlığımızı, salamatlıq və ədl 
payımızı  almağa  gəlmişik!  Həm  də  bu  müqəddəs  yerə  yığışmaqda  bir  məqsədimiz  də  odur  ki, 
məsələnin  təxirə  salınmazlığını  bir  daha  Amerikaya  xatırladaq.  Biz  bundan  beləsinə  özümüzü 
qradualizm
8
 həbləri ilə ovundura bilmərik. Vəd verilmiş demokratiyanı həyata keçirməyin vaxtı gəlib 
çatıb. Seqreqasiyanın qaranlıq dərəsindən irqi ədalətin günəşli yoluna çıxmağın zamanı yetişib. 
Bu  məsələnin  həllini  gecikdirmək,  yaxud  da  zənci  xalqının  qətiyyətinə  barmaqarası  baxmaq  çox 
xatalıdır.  Azadlıq  və  bərabərliyin  təzə  nəfəsli  payızı  zəncilərin  qanuni  narazılıq  yayını  əvəzləyənə 
                                                           
8
 
Qradualizm 
– 
(ing. 
sözündəndir, 
gradual–tədricən) 
ABŞhakimdairələritərəfindənzəncilərəmünasibətdəhəyatakeçirilənxırdaislahatvəgüzəştlərdir,– H.H. 
 


 
cxlix 
qədər  bu  qızmar fəsil davam edəcəkdir. 1963-cü il son deyil, başlanğıcdır!  Zəncilərin «köpünü alıb» 
guya  ki,  onları  sakitləşdirmək,  sonra  da  ölkəni  əvvəlki  məcrasına  yönəltmək  istəyənlər  kökündən 
yanılır.  Zəncilər  əsl  vətəndaşlıq  haqqını  qazanmayana  qədər  Amerika  dinclik,  rahatlıq  nə  olduğunu 
bilən deyil. Ədalətin günəşi doğmayana qədər həyəcan dalğaları məmləkətimizin özüllərini yırğalayıb 
yerindən oynadacaqdır.  
Mən  ədl  dünyasının  kənarına  yavuqlaşan  öz  xalqıma  da  bir  neçə  kəlmə  demək  istərdim. 
Boynumuza  düşən  bu  mücadilədə  biz  gərək  hər  hansı  bir  ağılsız  hərəkət  etməyək.  Biz  öz  azadlıq 
təşnəmizi  dərd  və  nifrət  camından  içməklə  yatırmamalıyıq.  Mübarizəmiz  ən  uca  ləyaqət  və  intizam 
çərçivəsində aparılmalıdır. Ən ciddi etirazımız belə fiziki zorakılıq səviyyəsinə enməməlidir. Bizə qarşı 
güc  tətbiq  olunarsa,  buna  bir  daha  ruhumuzun  əzəməti  ilə  cavab  verməliyik.  Zənci  xalqını  bürüyən 
görünməmiş  sərt  ovqat  gərəkdi  ki,  bütün  ağlara  qarşı  çevrilməsin,  çünki  bizim  ağdərili 
qardaşlarımızdan  çoxusu  –  hansı  ki,  onlar  da  bu  gün  bizimlə  bir  cərgədədir,  –  o  gümandadırlar  ki, 
onların da taleyi bizimkiynən bağlıdır, onların da azadlığı bizim azadlığımızın ayrılmaz bir hissəsidir. 
Biz  təkbaşına  addımlaya  bilmərik.  Madam  ki,  addımlayırıq,  daima  irəli  gedəcəyimizə  and  içməliyik. 
Geriyə yolumuz yoxdur! İnsan haqları uğrunda mübarizlərdən: «Siz nə vaxt razı  qalacaqsınız?» deyə 
soruşanlar  da  tapılır.  Nə  qədər  ki,  zəncilər  ağlagəlməz  polis  qəddarlığının  qurbanı  olacaq,  biz  razı 
qalmaq  fikrində  bulunmuruq.  Nə  qədər  ki,  bizim  yorğun-arğın  qardaşlarımız  yolüstü  motellərə  və 
şəhərdəki  otellərə  buraxılmır,  biz  razı  qala  bilmərik.  Zənci  ailəsinin  hər  hansı  yerdəyişməsi,  balaca 
qettodan daha irisinə köçməkdən başqa bir şey deyilsə, biz niyə razı olmalıyıq ki?! Missisipidəki zənci 
səs  verməkdən  məhrumdursa,  Nyu-York  zəncisinin  səs  verəcəyi  bir  nəfər  yoxdursa,  nə  səbəbə  razı 
qalmalıyıq? Bəli, ədalət və ləyaqət bir sel kimi qabağına  çıxan bəndləri hələ ki, süpürüb atmayıb, biz 
narazıyıq və narazılığımız səngiməyəcək! 
Xəbərim var – bura gəlməzdən əvvəl sizlərdən çoxunuz ağır sınaqlardan keçmisiz, başınız bəlalar 
çəkib.  Bəziləriniz  qaranlıq  məhbəslərdən  yenicə  qurtulmusunuz;  bir  paranız  elə  bölgələrdən 
gəlmisiniz  ki,  azadlığa  can  atmağınız  ucbatından  oralarda  təqiblərə,  polis  amansızlığına  məruz 
qalmısız.  İrqçi  terrorun  qurbanlarına  çevrilmisiniz!  Ancaq  işinizi  davam  etdirməkdə  olun!  İnanın  ki, 
çəkdiyiniz iztirablar öz bəhrəsini verəcəkdir!  
Missisipiyə  qayıdın,  Alabamaya,  Cənubi  Karolinaya,  Corciya  və  Luizanaya  –  gəldiyiniz  yerlərə 
dönün! Şimal şəhərlərinin gettolarına, viranələrinə çıxın gedin, ancaq yadınızdan çıxarmayın ki, indiki 
vəziyyət  dəyişilə  bilər,  daha  doğrusu  dəyişilməlidir.  Qoy  bir  daha  ümidsizlik  uçurumuna 
yuvarlanmayaq!  
Ey mənim dostlarım! Sizdən nə gizlədim, məhrumiyyət və çətinliklərə baxmayaraq, hələ də mənim 
bir arzum var və o, bütün Amerikanın bəslədiyi köklü arzusundan ayrılmazdır.  
Ümidvaram ki, günlərin bir günü ölkmiz “bütün insanlar bərabər yaranıblar” prinsipiylə yaşamaq 
naminə qəddini düzəldib yüksələcəkdir. Bir gün gələcək ki, Corciyanın qırmızı təpələrində keçmiş qul 
balaları ilə quldar balaları qardaşlıq süfrəsində bir-birilə çörək kəsəcəklər!  
Arzum budur ki, haqsızlıq və sıxıntılar içində çabalayan Missisipi ştatı günlərin bir günü azadlıq və 
ədalət vahəsinə çevrilsin! 
Arzum  budur  ki,  mənim  dörd  uşağım  günlərin  bir  günü  elə  bir  ölkədə  yaşasınlar  ki,  onlara 
dərilərinin rənginə görə yox, şəxsiyyətlərinə görə qiymət versinlər! Belə bir arzum var... 
Arzum  budur  ki,  bu  gün  qubernatoru  dişlərini  qıcadıb  bizi  «məhv  etmək»  niyyətində  olan 
Alabama  ştatını  sabahısı  ağlı-qaralı  oğlanların-qızların  əl-ələ  verib  bacı-qardaş  kimi  gəzib-dolandığı 
məkan kimi tanısınlar. Bu gün belə bir arzum var!... 
Elə  bir  günün  arzusundayam  ki,  onda  çöllər  qabaracaq,  dağlar  enəcək!  Dərə-təpə  yerlər 
hamarlanacaq, dolama yollar düz gedəcəkvə “Tanrı möcüzəsi zühur edəcək və hamı bunu öz gözüylə 
görəcək!” 
Ümidimiz  bundadır!  Elə  bu  inamla  Cənuba  qayıdıram.  Bu  inamla  biz  naümidlik  dağından  ümid 
qayasına  yol  açırıq.  Bu  inam,  niyyətimizdəki  kəskin  dissonansı  gözəl  bir  qardaşlıq  simfoniyasına 
çevirməkdə  bizə  yardımçı  olacaq.  Bu  inam,  bizə  birlikdə  işləməyə,  birlikdə  ibadət  etməyə,  birlikdə 
mübarizə  aparmağa,  bir  yerdə  həbsxanaya  düşməyə,  bir  gün  xilas  olacağımızı  bilərəkdən  azadlığın 
təəssübünü  birlikdə  çəkməyə  kömək  göstərəcək!  Və  bu  elə  bir  gün  olacaq  ki,  Allah-təalanın  bütün 


 
cl 
bəndələri məşhur sözlərə yeni məna qataraq belə oxuyacaqlar:«Yurdum, azadlığın şirin torpağı, səni vəsf 
edirəm! Əcdadlarımızın üz qoyduğu torpaq, zəvvarların öyünçü – torpaq, Qoy dağlar başından azadlığın sədası 
gəlsin!»
9
.Əgər Amerika bəyük millət olmaq istəyirsə, bu arzu gerçəkləşməlidir! 
Qoy azadlıq sədası Nyu-Hempşirin təpələrindəngəlsin! 
Qoy azadlıq sədası Nyu-Yorkun əzəmətli təpələrindəngəlsin! 
Qoy azadlıq sədası Pensilvaniyadakı Alleqan dağlarından gəlsin! 
Qoy azadlığın sədası Koloradonun qarlı qayalarından gəlsin! 
Qoy azadlığın sədası Kaliforniyanın gözəl yamaclarındangəlsin! 
Təkcə oralarda yox: qoy azadlığın səsi Corciyanın daşında-qayasında əks-səda versin! 
Qoy azadlığın gur səsi Tennesidəki Lukaunt dağına düşsün! 
Qoy azadlığın sədası Missisipinin hər bənd-bərəzindən keçib-getsin! 
«Qoy hər dağ başından azadlığın sədası gəlsin!» 
Bu  əməlimiz  baş  tutsa,  yəni  azadlığa  köks  dolusu  cingildəməyə  izn  versək,  onu  hər  kənddə-
kəsəkdə, hər bir şəhərdə və ştatda səsləndirə bilsək, elə bir günü yaxınlaşdırarıq ki, həmən məqamda 
ağlar-qaralar,  yəhudilər  və  bütpərəstlər,  protestantlar  və  katoliklər,  Allahın  bütün  bəndələri  əl-ələ 
tutar və köhnə zənci nəğməsini oxuyarlar: 
 
“Azad olduq axırı.  
Axır ki, azad olduq. 
Şükür olsun ulu Tanrı, 
Biz azadıq axırı!”
10
 
 
 
 
 
 
 
 
                                                           
9
1832-ciildəSamuelF. SmittərəfindənBöyükBritaniyanın «İlahi, sənKraliçanı (Kralı) hifzelə»  
himnininmusiqisinəyazılmışməşhuramerikanpatriotikhimnininilkmisraları,– H.H 
 
10
 
“Nəhayətki, 
azadam!”(I 
am 
free 
at 
last) 
– 
özsahibindənazadıqalanköləzəncilərvaxtiləbeləhayqırardılar. 
1968-ciilaprelin 
4-dəMemfisdə, 
39 
yaşındairqçigülləsinətuşgələnM.L.Kinqinbaşdaşındabusözlərhəkkolunub. 
Ölümündən 

ayəvvəlözkilsəsindəkimoizədəisəKinqbeləsöyləmişdi: 
«...Məniməcəlsaatımyetişəndə, 
kimyanımdadayanacaqsa, 
qoyindidənbilsin, 
dəfniminuzanmasınıistəmirəm. 
Qəbriminüstündəkəlməkəsməyəadamtapılsa, 
onadeyinki, 
sözüçoxdauzatmasın. 
Tapşırarsınızki, 
mənimNobelmükafatıalmağımıyadasalmasın. 
Onudaağzındanqaçırmasınki, 
mənimüçyüz, 
yadördyüzəcənbaşqamükafatlarımdaolub. 
Axıkiminnəyinəlazım... 
İstəyirəmhəməngünüonudeyəsizki, 
mənədalətliolmağaçalışmışam. 
Həmdəonudeməyədilinizdönsünki, 
ömrümboyumənaclarıdoyurmağa, 
lütləridonaltmağacəhdgöstərmişəm. 
İstərdimqəbriminüstündədeyəsizki, 
məhbəsdəolanlarabaşçəkməkhəmişəağlımdaolub. 
İstərdimbirdəonunəzərəçatdırasızki, 
mənbəşəriyyətisevməyə, onaxidmətgöstərməyəcanatmışam! 
Lapürəyinizdənkeçsə, 
bəyaneləyərsizki, 
məntəbilçiidim, 
ədaləttəbilçisi. 
Dahadoğrusu, 
sülhüntəbilçisiolmuşam... Yerdəqalananəhacət... 
Məndənsonranəpulum, 
nəmalım, 
nədəbahalıəmlakımqalacaq. 
İstərdimki, 
məndənsonrayalnızamalahəsrolunmuşhəyatımqalsın. 
Mənimdeməkistədiyimbaxbudur...», – H.H. 
 


 
cli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə