Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   4   5   6   7   8   9   10   11   ...   133

 
16 
* Doğrudan da, əgər onlar ünsiyyətə girib yalnız varlanmaq naminə birləĢsəydilər, varlılıq dərəcəsinə görə dövlət 
həyatında iĢtirak etmək iddiasında olardılar. Belə olduqda, oliqarxiya prinsipi tam qüvvədə olardı: azı yüz min 
ümumi məbləğə kiminsə cəmi bir min qoyaraq sonra da bütün məbləği qoyan Ģəxslə ilkin məbləğə və onun 
gətirdiyi faizə eyni dərəcədə iddia etməsi ədalət sayılmır... 
 
Dövlət, ümumiyyətlə, yaĢamaq üçün deyil, xoĢbəxt yaĢamaq üçün qurulur; əks halda, kölələrdən yaranan və 
heyvanlardan təĢkil olunan birliyi də dövlət saymaq lazım gələrdi, bu isə gerçək olmazdı, çünki onlar hamının 
rifahına can atan və öz iradələri ilə birlik qurmurlar... 
 
Dövlət qarĢılıqlı incikliklərin qarĢısını almaq, ticarət və xidmət mübadiləsi xatirinə də yaranmır; belə olsaydı, 
etrusklar, karfagenlilər və ticarət əlaqəsində olan bütün insanlar bir dövlətdə birləĢmiĢ sayılardılar... 
 
 
* Amma doğrudan da, ticarət aparan tərəflər arasında malların çıxarılması, gətirilməsi barədə razılaĢmalar olur. 
Lakin bu iĢləri həyata keçirmək üçün onların ümumi vəzifəli Ģəxsləri olmur, əksinə, tərəflərin hər birində onlar 
ayrı-ayrıdır; bir-birinin ədalətli olub-olmaması barədə, alçaq hərəkət etməsinin qarĢısını almaq barədə düĢünmür, 
onlar yalnız bir-birinə ziyan vurmamaq barədə fikirləĢirlər. Dövlətdə isə qanunauyğunluğa riayət edilməsi 
naminə mənəvi keyfiyyətə qayğı ilə göz qoyulur; gerçəkdən dövlətdə vətəndaĢların mənəviyyatı barədə qayğıya 
ehtiyac da buradan irəli gəlir. Əks halda dövlət münasibətləri müttəfiqlərin yalnız məkan baxımından yaratdıqları 
sadə ittifaqa çevrilərdi. Hətta qanun da bu halda sadə müqavilələrdən ibarət olub, Likofronun söylədiyi kimi, 
sadəcə Ģəxsi hüquqların qarantından baĢqa bir Ģey olmazdı... 
 
 
* ...Beləliklə, dövlət yurd, məkan ümumiliyi deyil, qarĢılıqlı təhqirlərin qarĢısını almaq, yaxud əlveriĢli mübadilə 
xatirinə də yaradılmır. Doğrudur, dövlətin yaĢaması üçün bütün bu Ģərtlər olmalıdır, amma dövlət bunların bir 
yerə yığılması deyil; dövlət ləyaqətli həyat naminə, kamil və mənalı həyat sürmək məqsədilə ailələrin və 
qəbilələrin münasibətlərindən doğur. 
 
 
* Ona görə də belə münasibətlərdə payı çox olan adam sərbəstlik və əsl-nəcabət baxımından ona bərabər və ya 
ondan üstün olanlara nisbətən dövlət həyatında daha çox iĢtirak etməlidir və dövlətçilik fəzilətində onlar onunla 
müqayisə oluna bilməzlər; onun dövlətçilik fəziləti maddi sərvətdə üstün olanlarla da müqayisə oluna bilməz... 
 
 
* Oliqarxiyanın birinci növünün fərqləndirici əlaməti — vəzifə tutmaq vara görə müəyyənləĢdirilir. Yoxsullar 
çoxluq təĢkil etsələr də, onlar vəzifələrə buraxılmır... 
 
 
* Demokratiya və oliqarxiyadan baĢqa, dövlət quruluĢunun iki növü də vardır. Onlardan birini hamı qəbul edir — 
biz yuxarıda onun haqqında danıĢmıĢdıq. Dövlət quruluĢunun dörd növü bunlardır: monarxiya, oliqarxiya, 
demokratiya və aristokratiya. Dövlət quruluĢunun beĢinci növünü politiya adlandırırlar. Bu quruluĢ növünə az 
rast gəlinir, ona görə də dövlət quruluĢunun növlərini araĢdıranlar onu diqqətdən qaçırırlar; onlar da Platon kimi 
dörd növü göstərməyi yetərli bilirlər... 
 
 
* Ədalət naminə deyək ki, aristokratiya ilkin əlamətlərindən igidliyinə görə seçilən yox, fəzilətinə görə seçilən 
kiĢinin idarə etdiyi quruluĢdur. Yalnız belə dövlət quruluĢunda yaxĢı kiĢi və yaxĢı vətəndaĢ eynidir. O biri 
quruluĢlarda isə ―yaxĢı‖ anlayıĢı quruluĢdan asılı olaraq iĢlədilir... 
 
 
* Belə ki, aristokratik quruluĢ dövlətə ən yaxĢı vətəndaĢların gəlməsinə çalıĢır, oliqarxiya da bütün cəhətləri ilə 
mükəmməl insanlardan ibarət olur. Təbii ki, yaxĢı və yetkin insanların deyil, səfehlərin idarə etdiyi dövlət rifah 
quruluĢu ola bilməz, eynilə yaxĢı qanunları olmayan dövləti ən yaxĢı adamların idarə etməsi də mümkün deyil. 
YaxĢı qanunlar o deyil ki, heç kəsi günahlandırmasın. Əksinə, qanunçuluğun bir növü mövcud qanunlara riayət 
etməkdir, o biri növü riayət olunan qanunların yaxĢı tərtib olunmasıdır (axı pis tərtib olunan qanunlara da itaət 
oluna bilər). Burada iki hal ola bilər: dövlət ya onun üçün mümkün olan, ya da gerçəkdən ən yaxĢı olan qanunlara 
söykənir... 
 
 


 
17 
* Aristokratiya quruluĢunun mahiyyətini fəxri hüquqların mənəvi keyfiyyətə görə verilməsi (belə ki, 
aristokratiyanın təməli yüksək mənəvi keyfiyyətdir), oliqarxiyanın mahiyyətini var-dövlət, demokratiyanın 
mahiyyətini azadlıq təĢkil edir... 
 
 
 
DEMOKRATĠYA HAQQINDA 
 
 
...Çünki... belə demokratiyada ali hakimiyyət xalqın olsa da, demaqoqlar 
onun rəyi üstündə hakim olur, kütlə onların sözü ilə hərəkət edir... 
 
 
* Lakin dövlət quruluĢunun, görünür, iki baĢlıca növü vardır, — deyilənə görə, küləyin iki əsas növü (quzey və 
güney) olduğu və qalanları sapdırma sayıldığı kimi, dövlət quruluĢunun da iki baĢlıca növü vardır: demokratiya 
və oliqarxiya... 
 
 
* ...Beləliklə, azad və kasıb insanların çoxluq təĢkil edərək ali hakimiyyəti öz əlinə aldığı quruluĢ demokratiya, 
ali hakimiyyətin varlı və ali mənĢəli azlığın əlində olduğu quruluĢ isə oliqarxiya sayılmalıdır... 
 
 
* Demokratiyanın birinci növü bərabərlikdir. Bərabərlik demokratiyanın bu növü üçün əsas qanun olub nə 
kasıblara, nə də varlılara hər hansı bir üstünlük vermir; ali hakimiyyət nə onun, nə də o birinin əlində toplanır, hər 
ikisi bərabərdir. Əgər azadlıq və bərabərlik demokratiyanın mühüm əlamətləridirsə, bu özünü onda göstərə bilər 
ki, dövlətin idarə olunmasında hamı mütləq iĢtirak etsin. Xalq demokratiyada çoxluqda qaldığından və onun 
qərarları həlledici olduğundan, belə dövlət quruluĢu demokratikdir. Bu, demokratiyanın bir növüdür... 
 
 
* Demokratiyanın baĢqa bir növü vəzifələrin tutulmasında, çox olmasa da, zənginlik Ģərtinin, əmlak senzinin 
qoyulmasıdır. Bu senzi alan adam vəzifəsinə baĢlaya bilər. Onu itirən vəzifədən azad edilir.  Demokratiyanın 
üçüncü növü nəzərdə tutur ki, mənĢəcə vətəndaĢ olanların hamısının vəzifə tutmaq hüququ var, amma yalnız 
qanun hökm edir. Demokratiyanın dördüncü növü yenə də vətəndaĢın vəzifə tutmaq hüququnu, qanunun aliliyini 
nəzərdə tutur. Demokratiyanın beĢinci növü qanunun deyil, sadə xalqın ali hakimiyyətini nəzərdə tutur... 
 
 
* Burada son söz qanunun deyil, xalq iclasının demaqogiya yolu ilə qəbul edilən qərarınındır. Qanunun həlledici 
rol oynadığı demokratik dövlətlərdə demaqoqlara yer yoxdur, orada yaxĢı vətəndaĢlar birinci yerə qoyulur; 
qanunun aliliyi olmayan yerdə isə demaqogiya yaranır.  Xalq çoxluğu mütləq hökmran olur: ali hakimiyyət 
ayrılıqda heç kəsin, bir yerdə hamınındır... 
 
* Bu halda sadə xalq qanunla idarə olunmur və özü monarx olur, monarxiya qaydaları ilə idarə edib despota 
çevrilir və demokratiyanın bu növü monarxiyanın tiranlıq növünü xatırladır; odur ki, onların hər ikisi eyni 
xarakterlidir: ifrat demokratiya və tiranlıq yaxĢı vətəndaĢlarla despotcasına davranır; belə demokratiyanın qərarı 
və tiranın sərəncamı eynidir. Yaltaqlar və demaqoqlar bir-birinə oxĢayır; belə demokratiyanın demaqoqları və 
tiranın yaltaqları güclüdür... 
 
 
* Çünki xalq iclasının qərarı və tiranın sərəncamı onların canfəĢanlığı ilə olur; belə demokratiyada ali hakimiyyət 
xalqın olsa da, demaqoqlar onun rəyi üstündə hakim olur, kütlə onların sözü ilə hərəkət edir, yaltaqlar da tiranın 
rəyinə nəzarət edirlər.  Demaqoqlar vəzifəli Ģəxsləri təqsirləndirir və deyirlər ki, onları xalq mühakimə etməlidir, 
onlar isə suçu həvəslə qəbul edirlər və vəzifəli Ģəxslərin rolu heçə endirilir... 
 
 
* Belə demokratiya dövlət quruluĢu adlandırıla bilməz — qanun hakimiyyəti olmayan yerdə dövlət quruluĢu da 
yoxdur. Qanun hamının üstündə hakim olmalıdır; vəzifəli Ģəxslərə və xalq iclasına xüsusi məsələlərin müzakirəsi 
tapĢırılmalıdır. Beləliklə, hər Ģeyin xalq iclaslarının qərarları ilə idarə olunduğu dövlət quruluĢunu demokratik 
quruluĢ adlandırmaq olmaz, çünki heç bir qərar ümumi xarakter daĢımır, qanunun gücü ümumiliyindədir. 
Demokratiyanın növləri, bax, bu üsulla fərqləndirilməlidir... 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə