Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   2   3   4   5   6   7   8   9   ...   133

 

 
53.
 
ĠRANDA ĠSLAM ĠNQĠLABI — SADƏ... VƏ YANLIġ CAVAB 
Ġranda söz azadlığı Ġslam inqilabından əvvəl (1978)... və sonra (1983) 
 
54.
 
TƏK ƏLDƏN DƏ SƏS ÇIXAR 
Aleksandr Soljenitsın, Yalansız yaĢamaq (1974) 
 
55.
 
MÜHARĠBƏDƏN SONRAKI ġƏRQĠ AVROPADA DEMOKRATĠYA 
―Xartiya–77‖nin bəyannaməsi (1977-ci il) 
 
56.
 
AZƏRBAYCAN XALQ CƏBHƏSĠ  
AXC–nin proqramında Ġnsan HüquqlarI (16 Ġyul 1989) 
 
57.
 
 1989 — LĠBERALĠZMĠN SON QƏLƏBƏSĠ? 
 
 Frensis Fukuyama,Tarixin sonu? (1989) 
 
58.
 
ĠSLAM VƏ DEMOKRATĠYA 
Hikmət Hacızadə, Ġslam dünyası demokratik islahatlar ərəfəsində (1997) 
 
59.
 
AZƏRBAYCANDA SEÇKĠ ĠSLAHATI UĞRUNDA MÜBARĠZƏ —1998  
Prezidentliyə namizədlərə dəvət məktubu (4 avqust 1998) 
Prezidentə cavab məktubu (10 avqust 1998) 
 
60.
 
AZƏRBAYCANDA SĠYASĠ SENZURANIN LƏĞV EDĠLMƏSĠ 
Çingiz Sultansoy, Sonuncu senzor (sentyabr 1998) 
 
 
61.
 
AVROPADA VƏ ABġ-DA SÖZ AZADLIĞININ HÜDUDLARI HAQQINDA  
Ronald Dvorkin, Senzuranın yeni xəritəsi (1994) 
 
62. ĠNSAN HÜQUQLARI — BƏġƏRĠYYƏTĠN BAġLICA ĠDEYASI, 
 
Hikmət Hacızadə(1998) 
 
* * * 
 
“Demokratiya: Gediləsi Uzun bir Yol” 
 
 
Tərtib edən:Hikmət A.Hacızadə, FAR CENTRE,  Bakı, 2001  
 
Ön Söz 
 
QarĢımızdakı bu toplu elə vaxtda iĢıq üzü görür ki, artıq cəmiyyətimiz demokratiya və insan haqları anlayıĢını 
80-ci illərin əvvəllərindəki kimi birmənalı qavrayıb həsrətlə gözləmir.  Görünür, biz bu gün onun üstünlüklərinə 
və özündə daĢıdığı problemlərə daha ciddi və tənqidi yanaĢırıq.  Bu da təbiidir, axı son on ildə ölkədə baĢ vermiĢ 
köklü demokratik dəyiĢikliklərin ilk çağlarında bu qədər ehtiyac duyduğumuz bir Ģeyi —tarixi təcrübəni biz indi-
indi əldə edirik. 
 
Qısa müddətdə bir-birini əvəzləyən və bir-birini qəti inkar edən, eyni zamanda hər biri özünü demokratik sayan 
üç siyasi rejimin Ģahidi olduqdan sonra bəzilərimiz bu qənaətə gəlmiĢik ki, ―bizdə indiyədək demokratiya 
olmayıb‖, yaxud ―bizdə olan demokratiya əsl demokratiya deyil‖, yaxud ―demokratiya, ola bilsin, yaxĢı Ģeydir, di 
gəl ki, bizə yaramır‖ və nəhayət, ən çox eĢitdiyimiz: ―Bu, mənlik deyil, mən, sadəcə, yaĢamaq istəyirəm‖. 
 
Qısa vaxt ərzində baĢ verən sosial sarsıntılardan xoflanmıĢ adamlar azadlıqdan bir qorxu, dəyiĢikliklərə qərəz, 
ictimai fəallığın faydasına inamsızlıq duymağa baĢladılar. 
 
Bununla yanaĢı, demokratiyanın problemləri indi də ictimai mübahisələrin ən yayılmıĢ mövzusu olaraq qalır.  
Demokratiyanın nəzəriyyəsi ilə tanıĢ olmaqla biz öyrənib bilirik ki, demokratiya öz mahiyyətinə görə insanların 
öz-özlərini idarə etməsi deməkdir; öyrənirik ki, demokratiya zamanı hər kəs digərinə öz bərabəri kimi 
baxmalıdır; öyrənirik ki, demokratik dövlətdə hakimiyyət bölüĢdürülməli və ona məhdudiyyət qoyulmalıdır.  Bu 
gün bütün bunlar cəmiyyətə yaxĢı bəllidir, nəinki bəllidir, həm də bu müddəalar bizim Konstitusiyada əks 
olunmuĢdur.  Və bununla belə, bu gün Azərbaycanda demokratiyanın acınacaqlı halına nəzər saldıqda bizdə belə 
bir duyğu yaranır ki, demokratiyanın baĢlıca sirri bizim üçün hələ də açılmamıĢ qalmaqdadır.  Britaniyadakı kimi 


 

parlament, ABġ-dakı kimi Konstitusiya bizdə də var, lakin demokratiya və insan hüquqları sahəsindəki uğurla-
rımız adamı məyusedəcək dərəcədə azdır...   
 
Bu yerdə adama belə bir xilasedici fikir gəlir ki, ümumiyyətlə, dünyada demokratiya yoxdur — dünyanın hər 
yerində seçkilər yalnız qüdrətli rejissorların qoyduğu tamaĢadır; məhkəmələrdəki çəkiĢmələri pulu çox olanlar 
udur və s. və i.  Bundan dərhal sonra ağlımıza belə bir fikir də gəlir ki, namusumuz dolanmağımıza mane 
olmamalıdır. 
 
Bu kitab məhz belə Ģübhələr haqqındadır. Demokratiyanın qədim çağlardan baĢlayıb bizim günlərədək uzanan 
inkiĢaf yolunu göstərən materiallardan tərtib edilmiĢ bu antologiya ilə oxucu tanıĢ olarkən görəcək ki, bizim bu 
gün üzləĢdiyimiz problemlərlə, bizi tərk etməyən Ģübhə və qorxularla demokratiya yoluna qədəm qoymuĢ bütün 
xalqlar istisnasız olaraq üzləĢmiĢlər.  Bu gün Qərb dünyasında axarına qoyulmuĢ rahat, firavan həyat insanın 
çoxəsrlik mənəvi axtarıĢlarının, onun öz adına layiq, Ģərəfli həyat uğrunda apardığı mübarizənin gediĢindəki 
dramatik vətəndaĢ münaqiĢələrinin nəticəsidir. 
 
* * * 
 
Biz bu kitabda iki min ildən də çox müddət ərzində ədalətli dövlət quruluĢu və dövlətin insanla qarĢılıqlı 
münasibətləri haqqında gedən mübahisələrdən qopmuĢ baĢlıca ideyaları təqdim etməyə çalıĢmıĢıq.  Antologiyada 
bəĢər tarixinin ən böyük simaları demokratiyanın lehinə və əleyhinə səmimi-qəlbdən (mən bu ifadəni təsadüfi və 
gəliĢigözəl söz kimi iĢlətmirəm) fikirlər söyləyirlər.  Buradaca həmçinin tarixi inkiĢafın ayrı-ayrı mərhələlərini, 
bir növ, tamamlamıĢ və tarixin neçə yüzillik axarını irəlicədən müəyyən etmiĢ qanunlar, saziĢ və bəyannamələr 
də özünə yer tutub.  Topluda demokratiyanın ən böyük sirri və onun uğurunun rəhni olan demokratik insan 
xüsusi yer tutur.  Bu insan  ədalətli, xoĢməramlı və fəal insandır; hər Ģeyə hörmətlə yanaĢan, ancaq heç nəyə 
böyük hörmət bəsləməyən insandır; elə bir insan ki, onun üçün qurub-yaratmaq qələbədən yüksəkdir. 
 
Kitabda təqdim olunmuĢ demokratiya yalnız maraqlı və idraki mövzu deyil — o, oxucunu həyəcana gətirir; o, hər 
hansı uydurma dramdan qat-qat dramatikdir.  Perikl, Con Milton, polkovnik Reynboro, Tomas Cefferson və 
Oliver Vendell Holmsun səsində duyulan yüksək gərginlik ġekspir faciələrindəki hisslərdən də güclü və qaynar 
ehtirasdan xəbər verir. 
 
Antologiyanın böyük hissəsi — ilk dəfə olaraq Azərbaycan türkcəsinə çevrilmiĢ 60-dan çox məqalə oxucuları 
çoxluğun mütləq hakimiyyətinə söykənən antik demokratiyadan baĢlayaraq müasir demokratiyaya — çoxluğun 
hakimiyyətini insan hüquqları ilə məhdudlaĢdıran liberal demokratiyayaqədərki demokratik sistemin keyfiyyət 
inkiĢafı ilə tanıĢ edir.  Bundan əlavə, toplu demokratiyanın məkanca inkiĢafını — antik Ģəhər-dövlətlərdən üzü 
bəri Avropanın millət-dövlətlərinə, oradan da cizgiləri artıq bu gün beynəlxalq qurumlar timsalında aydınca 
sezilən gələcək ümumbəĢər hökumətinə doğru uzanan yolunu izləməyə imkan verir. 
 
Kitabda Ġngiltərə, Amerika və Fransa inqilablarına da böyük diqqət yetirilib və oxucular 1988-92-ci illərdə 
Azərbaycanda baĢ verənləri yada salmaqla həmin təlatümlü olayları daha aydın və canlı təsəvvür edə bilərlər.   
 
Burada insan hüquqları: seçki hüququ, söz və din azadlığı, köləliyin ləğv edilməsi, qadınların hüquq bərabərliyi 
uğrunda mübarizə də kifayət qədər əks olunmuĢdur. 
 
Antologiyaya baĢlıca olaraq Amerikadakı, Qərbi və ġərqi Avropadakı demokratiyanın problemləri haqqında 
materiallar daxil edilmiĢdir; burada Azərbaycandakı demokratiyanın problemləri barədə beĢ məqalə də vardır ki, 
onlar ayrıca fəslə ayrılmayaraq, digər materialların arasında xronoloji qaydada düzülməklə bütün dünyada gedən 
demokratik prosesin vahid təbiətini əyani nümayiĢ etdirir.  Bu məqalələr gələcəkdə bizim üçün çox vacib olan 
―Azərbaycanda demokratiya‖ araĢdırmasının özəyini təĢkil edə bilər.  Təəssüf ki, kitabın həcminə qoyulan hədd 
biz oxucuları demokratiya və insan hüquqlarına aidiyyəti olan bir çox dünya və Azərbaycan müəlliflərinin və 
siyasi simalarının əsərləri ilə tanıĢ etmək imkanından məhrum etmiĢdir. 
 
Bununla belə, demokratiyanın tərkib hissəsi olan insan hüquqları mövzusu ilə daha əsaslı tanıĢ olmaq istəyənlər 
üçün antologiyada ―Ġnsan hüquqları bəĢəriyyətin baĢlıca ideyasıdır‖ essesi təqdim olunmuĢdur ki, bu material 
lazım gəldikdə ictimai fənn müəllimləri və ali məktəb tələbələri üçün dərs vəsaiti rolunu oynaya bilər... 
 
Ümid edirik ki, bu antologiya bizi demokratiyanın sirrinə bir addım da yaxınlaĢdıracaq, bir də, kim bilir, bəlkə 
bunda heç bir sirr yoxdur? Axı adətən yaĢlı nəslin öz ağlı ilə kəsdirə bilməyib sirr zənn etdiyi Ģey cavanlar üçün 
apaydın həqiqətdir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə