Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   5   6   7   8   9   10   11   12   ...   133

 
18 
 
 
 
4. ĠNSAN HAQLARI UĞRUNDA ĠLK UĞURLU ADDIMLAR 
 
Ġngilis Azadlıqlarının Böyük Toplusu — Magna Carta (1215)  
 
 
 
Təmin edilmiĢ insan haqları uğrunda mübarizənin tarixi demokratiya (çoxluğun hakimiyyəti) uğrunda mübarizə 
tarixindən daha gəncdir, onun cəmisi 700 yaĢı var.  Demokratiyanın vətəni Qədim Yunanıstandırsa, liberalizmin 
(dövlət müdaxiləsindən qorunmuĢ insan haqlarının) vətəni tam hüquqla orta əsr Ġngiltərəsi hesab olunmalıdır.  
Məhz burada 1215-ci il iyunun 15-də Rannimid qəsəbəsində baĢ vermiĢ hadisələr insan haqları uğrunda mübarizə 
tarixinin baĢlanğıc nöqtəsi kimi qəbul olunub.  O zamandan indiyə kimi hər bir fərdin Ģəxsi, siyasi və sosial 
haqları uğrunda mübarizəsi həqiqətən ümumdünya miqyası almıĢdır... 
 
Kral Con Plantagenet (tarixi romanlardan bizə tanıĢ olan ġir ürəkli Riçardın kiçik qardaĢı) ağılsızcasına və 
israfçılıqla hökmranlıq edirdi.  Hərəkətləri ilə o, təkcə xalqı deyil, həm də imtiyaz və mülkiyyətlərinə qəsd etdiyi 
iri feodalları da özünə qarĢı qaldırdı; kralın ölkənin sərhədlərindən xaricdə hərbi mükəlləfiyyəti yerinə yetirmək 
tələbini feodallar həddini aĢmaq hesab etdilər.  Kralın özbaĢınalığından hiddətlənmiĢ bir neçə nüfuzlu baron qoĢun 
toplayaraq uğursuz danıĢıqlardan sonra onu ağır məğlubiyyətə uğratdı. 
 
Qələbədən sonra baronlar, həmiĢə olduğu kimi, bacarıqsız despotu devirib hakimiyyətə ―ədalətli kral‖ı 
gətirmədilər. Kenterberi arxiyepiskopu Stefan Lanqtonun köməyi ilə baronlar onların qədim imtiyazlarını təsdiq 
və təsbit edən sənəd hazırlayıb kralı məcbur etdilər ki, torpaq sahibkarlarından olan lordlarla və ali ruhani 
nümayəndələrlə birlikdə Rannimiddə onu imzalasın. 
 
Həmin sənəd insan haqları, kral hakimiyyətinə qoyulmuĢ məhdudiyyətlər, hüquqi norma və prosedurların 
siyahısından ibarət idi; Magna Carta  və ya İngilis Azadlıqlarının Böyük Toplusu kimi tanınan bu sənəd 63 
bənddən ibarət olub ―Krallığımızın bütün azad insanlarına‖ sözləri ilə baĢlanırdı. 
 
Magna Carta-ya görə, bundan belə baronların razılığı olmadan kral heç bir mühüm siyasi və iqtisadi qərar qəbul 
edə bilməzdi... 
 
Cek və Adam Livlilər (J. & A.Lively, Democracy in Britain, 1994) yazırlar ki, bu sənədi müasir mənada insan 
haqları bəyannaməsi adlandırmaq olmaz.  Magna Carta yalnız konkret situasiyaların həlli üsullarının siyahısıdır, 
orada öz əksini tapmıĢ hüquqların əksəriyyəti isə yalnız baronlara aiddir.  Bundan əlavə, həmin müəlliflər hesab 
edirlər ki, Magna Carta-nın mətni mühafizəkardır, o, yeni idarə üsulunu bəyan edən dildən daha çox, mövcud 
hüquqları təsdiqləyən bərpa dilində yazılıb... 
 
Bütün bunlara baxmayaraq, həmin sənədin liberalizmin inkiĢafında əhəmiyyəti çox böyükdür.  Magna Carta  
konstitusiya tipli hakimiyyətin əsasına çevrildi.  Sonralar inadlı mübarizə nəticəsində yalnız baronlara aid olan 
hüquqlar ölkənin bütün vətəndaĢlarına aid edildi, sənədin bəzi müddəaları isə ölkənin hüquqi sisteminin əsasına 
çevrildi.  1295-ci ildə kral I Eduardın hakimiyyəti dövründə fəaliyyətə baĢlamıĢ ilk Ġngiltərə parlamentinin üzvləri 
qərarların qəbulu zamanı daim Magna Carta-ya müraciət edirdilər. 
 
Müttəhimlə eyni statusu olan andlıların qərarı olmadan heç kəs məhkum və ya mülkiyyətindən məhrum edilə 
bilməz — bu müddəa demokratik məhkəmənin əsaslarından birinə çevrildi. 
 
Bu gün demokratik ölkələrdə qəbul edilmiĢ ―vergiləri yalnız vergiödəyənləri təmsil edən parlament tətbiq edə 
bilər‖ qaydası öz baĢlanğıcını Magna Carta-nın belə bir müddəasından götürür ki, torpaq sahibkarları olan 
lordların razılığı olmadan kral yeni vergilər tətbiq edə bilməz. 
 
Magna Carta-nın taleyi asan olmayıb.  Sənədin imzalanmasından dərhal sonra kral Con baronlarla saziĢi pozdu və 
ölkəni yenidən vətəndaĢ müharibəsi alovu bürüdü.  Lakin kral Conun varisi III Henrix Magna Carta-nın 
qüvvəsini yenidən bərpa etdi və 1225-ci ildə krallığın bütün münaqiĢə edən tərəfləri sənədi son redaktədə qəbul 
etdilər.   
 
Krallar sonralar da öz hakimiyyətlərini asanlıqla bölüĢdürmək istəmirdilər, ancaq Magna Carta-da təsbit olunmuĢ 
hüquqlar tədricən Ġngiltərə vətəndaĢının kimliyinin bir hissəsinə çevrilir və istibdada qarĢı mübarizə səngimədən 
gedirdi. 


 
19 
 
 
 
 
MAGNA CARTA  
Ġngiltərə kralı Conun imzaladığı  
Ġngilis Azadlıqlarının Böyük Toplusu (1215-ci il) 
 
 
Heç bir azad insan onunla bərabərhüquqlu olan insanların qanuni hökmün-
dən və ya ölkə qanunlarından savayı heç bir əsasla tutulub həbs edilə, hüquq 
və ya mülkiyyətindən məhrum oluna... bilməz. 
 
 
Allahın mərhəməti ilə Ġngiltərə kralı, Ġrlandiya hökmdarı, Normandiya və Akvitaniya hersoqu, Anju qrafı Con öz 
arxiyepiskopları, yepiskopları, abbatları, qrafları, baronları, hakimləri, meĢəbəyiləri, Ģerifləri, idarəçiləri, nökərləri 
olan bütün qulluqçu və sadiq təbəələrinə müraciət edir: 
 
Sizi salamlayıram... 
 
...Krallığımızın bütün azad insanlarına özümüzün və varislərimizin adından aĢağıda göstərilən Azadlıqları onların 
və varislərinin sahibliyinə və mühafizəsinə əbədi olaraq bəxĢ edirik: 
 
...(12) Krallığın Ümumi ġurasının razılığı olmadan krallığımızda heç bir vergi və mükəlləfiyyət tətbiq 
edilə bilməz... 
 
(20) Xırda cinayət törətmiĢ azad insan ancaq həmin cinayətin dərəcəsinə görə, ağır cinayətə görə də 
həmin qaydada, amma öz statusundan məhrum edilməmək Ģərti ilə cəzalandırılacaq.  
 
Beləliklə, kral məhkəməsinin rəhmdilliyi ilə üzləĢmiĢ tacir öz mallarından, əkinçi isə öz torpaqlarından 
məhrum ediləcək. 
 
Bu cəzalardan heç biri qonĢuluqda yaĢayan ləyaqətli adamların and içərək çıxardıqları qərar olmadan 
verilə bilməz... 
 
 
(39) Heç bir azad insan onunla bərabərhüquqlu olan insanların qanuni hökmündən və ya ölkə 
qanunlarından savayı heç bir əsasla tutulub həbs edilə, hüquq və ya mülkiyyətindən məhrum oluna, 
qanundan kənar qoyula, sürgün edilə, hər hansı yolla cəmiyyətdəki mövqeyindən məhrum edilə bilməz, 
eləcə də biz ona qarĢı güc iĢlətməyəcəyik və baĢqalarını da buna məcbur etməyəcəyik. 
 
(40) Hüquq və ya ədaləti heç kəsə satmayacaq, rədd cavabı verməyəcək və təxirə salmayacağıq. 
 
(41) Bütün tacirlər sağ-salamat və qorxusuz Ġngiltərəyə gedib-gələ, ticarət məqsədilə qədim və qanuni 
rüsumlara uyğun, qanunsuz vergilərdən azad Ģəkildə quru, su yolları ilə ölkədə səyahət edə və ya burada 
yaĢaya bilərlər. 
 
Fəqət bu, müharibə dövrünə, bizimlə vuruĢan ölkələrin tacirlərinə aid deyil.  Biz və ya baĢ hakimimiz 
bizimlə vuruĢan ölkədəki tacirlərimizlə necə rəftar edildiyini müəyyənləĢdirənə kimi hər belə tacir onun 
Ģəxsiyyətinə və mülkiyyətinə ziyan toxunmadan müharibənin baĢlanğıcında tutulub saxlanılmalıdır.  
Tacirlərimiz sağ-salamatdırlarsa, onlara da xətər toxunmamalıdır...   
* * * 
 
 
 
5. ĠNGĠLTƏRƏDƏ ÖZÜNÜĠFADƏ AZADLIĞI UĞRUNDA MÜBARĠZƏ 
Con Milton 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə