Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   2   3   4   5   6   7   8   9   ...   133

 
10 
 
 
 
AFĠNALI PLATON 
Demokratiyanın əleyhinə (təx. e.ə. 350-ci il) 
 
 
Bu quruluşda bərabər olanları və olmayanları bərabərləşdirən 
qəribə bir bərabərlik var... 
 
Belə ki, demokratiyanın xoşbəxtlik kimi qəbul etdiyi və 
yorulmadan can atdığı şey [azadlıq] elə onun özünü dağıdır. 
 
 
Demokratiya, məncə, o vaxt həyata keçirilir ki, yoxsullar qalib gələrək düĢmənlərinin bir hissəsini məhv edir, 
digər hissəsini qovur, yerdə qalanların isə vətəndaĢ hüquqlarını və dövlət vəzifəsi tutmaq imkanlarını 
bərabərləĢdirirlər.  Demokratik quruluĢda dövlət vəzifələrinin tutulması əsasən püĢkatma yolu ilə həyata 
keçirilir... 
 
Ġnsanlar bu Ģəraitdə necə yaĢayırlar? Bu dövlət quruluĢu nədən ibarətdir?  Aydındır ki, o, demokratik 
xüsusiyyətlər əldə edən insanda da öz əksini tapır... 
 
Hər Ģeydən öncə, bu, azad insanlar olacaqdır: dövlətdə tam azadlıq, aĢkarlıq və istədiyini etmək imkanı 
olacaqdır...  Buna imkan verilən yerdə isə hər kəs öz həyatını istədiyi kimi quracaqdır... 
 
Demokratik dövlətdə hətta qabiliyyətin çatsa da, idarəetmədə iĢtirakın vacib deyildir; həmçinin baĢqaları 
döyüĢərkən döyüĢmək istəmirsənsə, ya da sülh tərəfdarı deyilsənsə və baĢqaları kimi sülhü gözləmək 
istəmirsənsə, tabe olmağa borclu deyilsən.  Və bir də, tutaq ki, hər hansı qanun sənə idarə, yaxud mühakimə 
etməyi qadağan edir, amma ağlına batsa, istədiyini edə bilərsən.  Belə həyat ilk baxıĢdan gözəl və cazibədar 
deyilmi?..    
 
Sonra.  Məgər burada bəzi məhkum edilmiĢlərə münasibətdə mərhəmət əla deyilmi? Yoxsa sən bu dövlət 
quruluĢunda ölümə, ya da sürgünə məhkum edilmiĢ adamların cəmiyyətdə qalıb yaĢadıqlarını görməmisən? Elə 
bil, heç kəsin onunla iĢi yoxdur və heç kəs onu görmür, beləsi az qala yarımallah kimi özü üçün gəzib dolaĢır... 
Bu yumĢaqlıq demokratik quruluĢun heç də xırda təfsilatı deyildir; əksinə, [ideal] dövlətimizi yaradarkən mühüm 
hesab etdiyimiz hər Ģeyə qarĢı nifrəti əks etdirir.  Biz deyirdik ki, insanın təbiəti gözəl deyilsə, o, heç vaxt 
xeyirxah ola bilməz; eynilə uĢaqlıqdan (oyunlarda və məĢğələlərdə) o, gözəlliklə təmasda olmur.  Bununla belə, 
demokratik quruluĢ təkəbbürlə bütün bunları tapdalayır, heç fərqinə də varmır ki, dövlət qulluğuna keçənlər əvvəl 
nə ilə məĢğul olublar.  Adamlara yalnız kütlənin rəğbətini qazandığına görə hörmət göstərirlər.  Bu və bu kimi 
cəhətlər demokratiyaya xasdır.  Bu quruluĢ zəruri idarəçiliyə malik deyil, lakin xoĢagələn və rəngarəngdir.  Bu 
quruluĢda bərabər olanları və olmayanları bərabərləĢdirən qəribə bir bərabərlik var... Lakin ən qəribə dövlət 
quruluĢu və ən qəribə adam haqqında hələ danıĢmamıĢıq: bu, tiraniya və tirandır.  Gəl baxaq görək, əziz dost, 
tiraniya necə meydana gəlir.  Onun demokratiyadan törədiyi, deyəsən, aydındır. 
 
Belə ki, demokratiyanın xoĢbəxtlik kimi qəbul etdiyi və yorulmadan can atdığı Ģey [azadlıq] elə onun özünü 
dağıdır.  Onun xoĢbəxtlik kimi qəbul etdiyi Ģey, səncə, nədən ibarətdir? Demokratik dövlətdə elə ancaq eĢidirsən 
ki, azadlıq necə gözəldir və təbiətən azad olanlar yalnız bu cür dövlətdə yaĢaya bilərlər... 
 
Demokratik quruluĢun və azadlıq yanğısının hökm sürdüyü dövlətin baĢına axmaq Ģərabpaylayan gəlib çıxanda 
bu dövlət ―su qatılmamıĢ‖ azadlıqdan hədsiz məst olur, öz vəzifəli Ģəxslərini isə yalnız ona görə cəzalandırır ki, 
onlar kifayət qədər iltifatlı deyillər və hamıya tam azadlıq vermirlər... 
 
Orada hakimiyyətə itaətkar vətəndaĢları heç nəyə dəyməyən könüllü qullar kimi hörmətsiz edir, ancaq təbəələrə 
oxĢayan hakimləri və hakimlərə oxĢayan təbəələri isə tərifləyir və onlara həm Ģəxsi, həm də ictimai həyatda 
hörmətlə yanaĢırlar.  Məgər belə dövlətdə azadlıq labüd olaraq hər Ģeyə sirayət etmirmi?..  Mənim dostum, o, 
Ģəxsi evlərə də nüfuz edir və axırda hətta heyvanlar da itaətsizlik göstərməyə baĢlayır... 
 
Bəli, məsələn, ata uĢağa uyğunlaĢmağa məcbur olur və öz uĢaqlarından çəkinir, oğul isə atasından yuxarıda 
dayanır; orada valideynlərə nə hörmət edir, nə də onlardan çəkinirlər (bütün bunlar azadlıq adı altında edilir), 
köçkün yerli vətəndaĢa, vətəndaĢ isə köçkünə bərabər tutulur; yadellilərə münasibət də belədir... 


 
11 
 
Bundan baĢqa, digər xırda Ģeylər: bu cür Ģəraitdə müəllim Ģagirdlərdən çəkinir və onların qarĢısında alçalır, 
Ģagirdlər isə öz müəllim və tərbiyəçilərini veclərinə də almırlar.  Ümumiyyətlə, gənclər böyükləri yamsılamağa, 
fikir və iĢlərində onlarla yarıĢmağa baĢlayırlar; böyüklər isə gənclərə uyğunlaĢmağa və onları yamsılamağa məc-
bur olaraq xoĢ gəlmək və hökmlü görünməmək üçün yersiz zarafatlaĢmaqdan və Ģuxluq etməkdən çəkinmirlər... 
 
Lakin bu cür dövlətin əhalisi üçün ifrat azadlıq ondan ibarətdir ki, satın alınmıĢ qul və kənizlər heç də öz 
sahiblərindən az azad deyillər.  Hə, az qala burada qadınların kiĢilərə və kiĢilərin qadınlara münasibətdə nə cür 
azad olduqlarını deməyi unutmuĢduq. 
 
Bax, mən də elə onu deyirəm.  Adamların ixtiyarında olan heyvanların nə qədər azad olduğunu gözlərinlə 
görməyincə inanmazsan.  Lap ―itlər evin sahibidir‖ məsəlində olduğu kimidir; ...burada atlar və ulaqlar vüqarla 
və tam sərbəst keçib getməyə və hətta yoldan çəkilməyəndə qabaqlarına çıxanı döĢləməyə vərdiĢ ediblər. Bax, 
beləcə, hər Ģey azadlıq hissi ilə aĢıb-daĢır... 
 
Əgər bunların hamısını bir yerə yığsaq, ən əsas Ģey vətəndaĢların qəlbinin hətta xırda məsələlərə də son dərəcə 
həssas olmasından ibarətdir:  məcburi olan hər Ģey onlarda hiddət doğurur...  Onlar sonda elə bir həddə gəlib 
çıxacaqlar ki, hətta yazılmıĢ və yazılmamıĢ qanunlarla hesablaĢmamağa baĢlayacaqlar, kiminsə onların üzərində 
hakimiyyətinin olmasını istəməyəcəklər. 
 
Bax, beləcə, dostum, belə gözəl və gənc kimi ötkəm idarəetmədən, məncə, tiraniya yaranır...  ÖzbaĢınalıq 
demokratiyanı kölə halına salır...  Ġfrat azadlıq, görünür, həm ayrı-ayrı adamlar, həm də dövlət üçün ağır köləliyə 
çevrilir... 
 
Mən dəliqanlı igidlərin rəhbərliyi altında çox cəsur olmasalar da, onları təqlid etməyə çalıĢan, xüsusi növ avara 
və israfçı adamların peyda olmasını da o cür xəstəlik sayıram: biz onları tüfeyli arılara bənzədirik, onların 
bəzilərinin iynəsi var, digərləri isə bundan məhrumdur... 
 
Hər iki qrup meydana gələn kimi iltihab və səfranın bədənə təsir göstərdiyi qaydada istənilən dövlət quruluĢunu 
dağıdır.  Həm yaxĢı həkim, həm də yaxĢı dövlət baĢçısı təcrübəli arıçı kimi əvvəlcədən tədbir görməlidir ki, 
tüfeyli arıların meydana gəlməsinə imkan verməsin.  Əgər onlar, hər halda, meydana gəlsələr, onları Ģanıları ilə 
birlikdə kəsib atmaq lazımdır. 
 
Nəyi fərqləndirmək istədiyimizin aydın olması üçün belə edək.  Demokratik dövləti xəyalən üç hissəyə bölək — 
bu, həqiqətdə də belədir.  Bir hissə tüfeyli arılara oxĢayanlardan ibarətdir...  Demokratiya Ģəraitində onlar nadir 
istisnalarla baĢda dayanırlar: tüfeyli arıların ən zəhərliləri nitq söyləyir və fəaliyyətdədirlər, qalanları isə kürsüyə 
yaxın yerləĢir, hay-küy salır və heç kəsin baĢqa cür danıĢmasına imkan vermirlər.  Belə çıxır ki, bu cür dövlət 
quruluĢunda belə adamlar çox az istisnalarla hər Ģeyi idarə edirlər... 
 
Kütlədən adətən baĢqa bir hissə də ayrılır...  ĠĢbazların içərisində təbiətcə ən sahmanlılar əksərən ən varlı 
adamlara çevrilirlər.  Tüfeyli arılara məhz onlardan bal toplamaq daha rahatdır.  Belə varlıları adətən tüfeyli 
arıların Ģanı adlandırırlar. 
 
Üçüncü hissə xalqdan ibarətdir.  Bunlar o adamlardır ki, öz əlləri ilə zəhmət çəkirlər, iĢbazlıqdan uzaqdırlar və 
elə bir əmlakları yoxdur.  Onlar hamıdan çoxdurlar və demokratik quruluĢda daha çox təsirə (xüsusilə də bir yerə 
toplaĢanda) malikdirlər.  Hakimiyyətin varlıların əmlakını alıb xalqa paylamaq imkanı var (düzdür, çox hissəsini 
özünə saxlayır)... Əmlakı alınanlar isə özlərini müdafiəyə, xalq yığıncağında çıxıĢ etməyə və ümumiyyətlə, 
mümkün olan hər Ģeyə əl atmağa məcbur olurlar... Onlar çevriliĢ etmək fikrində olmasalar da, xalqa qarĢı fitnə 
törətməkdə ittiham olunurlar... Ġttihamlar, məhkəmə araĢdırmaları, çəkiĢmələr baĢlayır... 
 
Məgər xalq kimi isə — bir nəfəri xüsusilə fərqləndirməyə, ona pərəstiĢ etməyə və yüksəltməyə öyrəncəli 
deyilmi? Əlbəttə, öyrəncəlidir... 
 
Deməli, heç olmasa o aydındır ki, tiran məhz bu kökün üzərində, yəni xalqın adamı kimi yetiĢib meydana çıxır.  
Xalq adamının tirana çevrilməsi nədən baĢlayır? 
 
Ġxtiyarında son dərəcə itaətkar kütlə olan bir adam öz həmqəbilələrinin qanını tökmək istəyini cilovlaya bilərmi? 
Əksinə, həmiĢə olduğu kimi, o, onları ədalətsiz ittihamlarla məhkəməyə çəkəcək və həyatdan məhrum edərək 
özünü ləkələyəcəkdir: öz günahları doğmalarının ölümünə bais olacaqdır. O, sürgün və dəhĢətli edamlarla yanaĢı, 
borcların ləğv edilməsi və torpaqların yenidən bölünməsi haqqında da vədlər verəcəkdir.  Məgər bütün bunlardan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə