Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   2   3   4   5   6   7   8   9   ...   133

 
12 
sonra bu adam iki yoldan birini seçmək məcburiyyətində qalmırmı: ya öz düĢmənlərinin əlində həlak olmalı, ya 
da tiran olmalı və insanlıqdan çıxıb canavara çevrilməlidir.  O, həmin adamdır ki, mülkiyyəti olanlara qarĢı üsyan 
qaldırır... 
 
Ġlk günlər, ümumiyyətlə, ilk vaxtlar o, qarĢısına çıxanların hamısının üzünə gülür, özü haqqında isə tiran 
olmadığı fikrini formalaĢdırır;  ayrı-ayrı adamlara və cəmiyyətə çoxlu vədlər verir;  adamları borclardan azad 
edir, xalqa və öz məiyyətinə torpaq paylayır... 
 
O, düĢmənlərindən bəziləri ilə barıĢdıqdan, digərlərini narahatlıq törətməmələri üçün məhv etdikdən sonra, 
düĢünürəm ki, əsas vəzifə kimi vətəndaĢları daim hər hansı müharibələrə cəlb edəcəkdir ki, xalq baĢçıya ehtiyac 
hiss etsin...  Bunu həm də ona görə edəcəkdir ki, adamlar vergilərdən yoxsullaĢsınlar və ona qarĢı pis fikrə 
düĢməyə vaxt tapmayaraq özlərini birtəhər dolandırsınlar. 
 
O, azadfikirlilikdə və hakimiyyətə qarĢı olmaqda Ģübhələndiyi adamları isə məhv edəcək və bəhanə kimi onları 
düĢmənə satılmaqda suçlandıracaqdır... 
 
Yeri gəlmiĢkən, onun yüksəliĢinə yardım etmiĢ bəzi nüfuzlu adamlar da açıq Ģəkildə, öz aralarındakı söhbətlərdə 
baĢ verənlərə narazılıqlarını bildirəcəklər...  Tiran öz hakimiyyətini saxlamaq üçün onların hamısını məhv etməli 
olacaqdır.  Sonra isə nə düĢmənlərin, nə də dostların içərisində iĢə yarayan adam qalacaqdır...  Deməli, tiran 
bütün mərd, alicənab, ağıllı, varlı adamları diqqət mərkəzində saxlamalıdır.  Tiranın rahatlığı istər-istəməz bu cür 
adamlara qarĢı düĢmənçilik və dövləti onlardan təmizləyənə qədər onlara qarĢı fitnələrin qurulması üzərində 
dayanır...  Görünür ki, hakimiyyəti saxlamaq istəyirsə, bu, tiran üçün vacibdir.  O, ya ona nifrət bəsləyən 
yaramazlar dəstəsi ilə firavan yaĢamaq, ya da həyatla vidalaĢmaq seçiminə məhkum edilmiĢdir... 
 
Vəziyyət ―yağıĢdan çıxdıq, yağmura düĢdük‖ məsəlindəki kimidir: xalq azad adamların tabeliyindən çıxıb 
despotik hakimiyyətin nökərinə, tam azadlığını ən ağır və acı köləliyə dəyiĢərək kölələrin köləsinə çevrilir... 
 
 
―Dövlət‖əsərindən
 
 
 
 
 
PLATONUN ĠDEAL DÖVLƏTĠ  
Birlik, harmoniya və ləyaqətlilərin hakimiyyətinə itaətkarlıq  
 
Burada ən əsası odur ki, heç kəs heç vaxt —  kişilər də, qadınlar da başçısız 
qalmamalıdır. 
 
 
 
...Beləliklə, hər bir insan bu və ya digər tələbatını ödəmək üçün gah bir, gah da digər adamdan istifadə edir. Çox 
Ģeyə ehtiyac duyan adamlar bir yerə toplaĢırlar ki, birgə yaĢasınlar və bir-birlərinə kömək etsinlər: bu cür 
birgəyaĢayıĢ bizdə dövlət adlanır... 
 
 
Bizdə [ideal dövlətdə] çəkməçilik iĢinin müvəffəqiyyətlə getməsindən ötrü çəkməçiyə əkinçi, yaxud toxucu, ya 
da bənna olmağa hətta cəhd göstərməyi də qadağan etmiĢik; elə beləcə də hər kəsə fitri qabiliyyətinə uyğun 
yalnız bir iĢ tapĢırmıĢıq: o məhz bununla bütün ömrü boyu məĢğul olacaq, diqqətini baĢqa Ģeyə yayındırmayacaq 
və uğur qazanacaq... 
 
 
Burada ən əsası odur ki, heç kəs heç vaxt— kiĢilər də, qadınlar da baĢçısız qalmamalıdır. Ciddi məĢğələlərdə və 
oyunlarda heç kəs özünü Ģəxsi rəyi ilə hərəkət etməyə öyrətməməlidir.  Yox, həmiĢə — müharibədə də, sülh 
vaxtı da hər kəsin bir gözü baĢçıda olmalı, onun göstəriĢlərinə əməl etməlidir.  Hətta ən əhəmiyyətsiz Ģeylərdə də 
onların rəhbərliyi əsas götürülməlidir, məsələn, baĢçının əmri ilə dərhal yerində dayanmalı, irəli getməli, 
təlimlərə baĢlamalı, yuyunmalı, qidalanmalı və keĢik çəkməli, yaxud tapĢırıqları yerinə yetirmək üçün oyanıb 
durmalı... Bir sözlə, qoy insanın qəlbi baĢqalarından ayrılıqda nəyisə etməməyə və hətta bunun necə mümkün ola 
biləcəyini baĢa düĢməməyə vərdiĢ etsin... 
 
 
Tərbiyə necə olmalıdır?.. Nəhənglərin döyüĢlərini, Tanrı və qəhrəmanların öz qohumları və yaxınları ilə digər 
Çoxsaylı ixtilaflarını təsvir etməyə və ĢiĢirtməyə heç bir ehtiyac yoxdur — əksinə, əgər biz vətəndaĢlardan heç 


 
13 
birinin digərinə heç vaxt düĢmənçilik bəsləməməsi və bunun Ģərəfsizlik olması fikrini beyinlərə yeritmək 
istəyiriksə, onda qocalar və qarılar yubanmadan uĢaqlara elə onlar böyüyəndən sonra da məhz bu barədə və 
mümkün qədər Çox danıĢmalıdırlar.  
 
Mif yaratmaq [dövlətin] əsasını qoyanların iĢi deyil — onlara bədii yaradıcılığın əsas cizgilərini bilmək və 
onların təhrif edilməsinə yol verməmək kifayətdir...     
 
Axı həqiqəti hər Ģeydən üstün tutmaq lazımdır.  Bu yaxınlarda demiĢdik ki, yalanın allahlara mahiyyətcə heç bir 
faydası yoxdur, adamlara isə yalan müalicə dərmanı kimi faydalı ola bilər.  Dediklərimiz düzdürsə, onda bu 
dərmanı həkimlərin ixtiyarına buraxmaq lazımdır, nadan adamlar isə ona əl vurmamalıdır... 
 
 
Kimə olmasa da, dövlət baĢçılarına həm düĢmənə qarĢı, həm də dövlətin xeyri naminə öz vətəndaĢlarından ötrü 
yalan iĢlətməsinə yol vermək olar, lakin yerdə qalan heç kəsə ona əl atmasına Ģərait yaratmaq olmaz.  Əgər ayrı-
ayrı Ģəxslər hökmdarlar kimi yalan danıĢmağa  baĢlasalar, onda bunu xəstənin həkimə yalan deməsindən də betər 
hərəkət sayacağıq... 
 
 
EĢq zövqündən daha güclü və Ģiddətli həzzin adını çəkə bilərsənmi? Bununla belə, düzgün eĢq sadəliyi və 
gözəlliyi sevir, bunları mühakimə və harmoniya ilə edir.  Deməli, həqiqi məhəbbətə azğınlıq və pozğunluqla 
bağlı Ģeyləri calamaq olmaz.  Sözsüz ki, ona eĢqbazlığı da əlavə etmək olmaz: həqiqi sevənlərlə onu bağlayan heç 
bir ümumi cəhət yoxdur... 
 
 
Beləliklə, dövlətimizin güclənməsi və abadlaĢması Ģəraitində bütün təbəqələrə imkan yaratmaq lazımdır ki, fitri 
qabiliyyətlərinə uyğun olaraq ümumi inkiĢafımıza öz paylarını verə bilsinlər... 
 
 
Bax gör bu deyilmi o biri ustaların hamısını korlayan, onları yararsız edən?..  Sərvət və yoxsulluq. VarlanmıĢ 
dulusçu, səncə, öz sənətində daha da təkmilləĢməyə çalıĢacaqmı?.. 
 
 
Dövlətin bizim dediyimiz kimi deyil, baĢqa cür adlanmağa layiq olduğunu sayırsansa, xoĢ halına.  BaĢqa cür 
yanaĢsaq, ad çox uzun alınacaqdır, çünki onlardan hər biri ―Ģəhər‖i [Ģəhər-dövləti] deyil, çoxlu dövləti 
bildirəcəkdir.  Ġstənilən halda onlar bir-birinə düĢmən iki dövlətdən ibarətdir: biri yoxsulların, digəri varlıların; 
onların hər biri də çoxlu dövlətdən ibarətdir, ona görə də onları vahid saysanız yanılmıĢ olarsınız... 
 
 
Əgər sən onlara çoxluğa yanaĢdığın kimi yanaĢsan, pul vəsaitini və hakimiyyəti birindən alıb digərinə versən, 
yaxud onların özünü bir qrupdan digərinə dəyiĢsən özünə əbədi müttəfiqlər qazanarsan, düĢmənlərin isə azalar...   
 
 
Bu ərlərin [keĢikçilərin] arvadları ümumi olmalıdır, təklikdə isə qoy heç bir qadın heç kəslə nikahda olmasın.  
UĢaqlar da ümumi olmalıdır, qoy ata hansı uĢağın onun olduğunu, uĢaq isə atasının kim olduğunu bilməsin... 
 
 
Biz abad dövləti bədənə bənzətdik, onun ağrıları, yaxud sağlamlığı isə üzvlərinin vəziyyətindən asılıdır... 
 
 
Məncə, bircə dəyiĢikliyin baĢ verməsi kifayətdir ki, bütün dövlətin necə baĢqalaĢdığını nümayiĢ etdirə bilək; 
doğrudur, bu dəyiĢiklik asan olmasa da, hər halda, mümkündür.  O nədən ibarətdir? Nə vaxta qədər ki dövlətləri 
filosoflar idarə etməyəcəklər, yaxud indiki üzdəniraq Ģahlar və hökmdarlar nəcibliklə və ürəkdən filosofluq 
etməyə baĢlamayacaq və dövlət hakimiyyəti ilə fəlsəfə birləĢib bir araya gəlməyəcək və nə vaxta qədər ki ayrı-
ayrılıqda ya hakimiyyətə, ya da fəlsəfəyə can atan adamlar (onlar isə çoxdurlar) məcburi qaydada 
kənarlaĢdırılmayacaq, o vaxta qədər də dövlət fəlakətlərdən qurtula bilməyəcək və indicə təsvir etdiyim dövlət 
quruluĢu iĢıq üzü görməyəcək və bəĢər nəslinə qismət olmayacaqdır. 
 
Platonun ―Dövlət‖ və ―Qanunlar‖ əsərlərindən 
 
 
 
3. ĠLK SĠYASĠ TƏHLĠL  
Aristotel 
 
 
 
 
Qədim yunan filosofu Aristotel (e.ə. 384–322) iyirmi il ərzində Platonun Ģagirdi olmuĢ, onun Afina 
akademiyasında o dövrün elmi biliklərinə mükəmməl yiyələnmiĢdir. Platonun ölümündən sonra Aristotel Afinanı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə