Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   6   7   8   9   10   11   12   13   ...   133

 
20 
Cəmiyyət və dövlətdən çəkinməyərək öz fikrini ifadə etmək hüququ — özünüifadə azadlığı,  ümumi fikrə görə, 
insan haqlarının ən mühümü və vətəndaĢın dövlətin idarə olunması və ona nəzarət edilməsində həqiqi iĢtirakının 
əsasıdır. ―Özünüifadə azadlığı‖ anlayıĢı  tarixən vicdan və dini fəaliyyət azadlığı, söz və mətbuat azadlığı, sərbəst 
toplaĢmaq və hökumətə Ģikayət və tələblərlə müraciət etmək hüququnu ehtiva etmiĢdir. 
 
Yadfikirliliyin təqib olunması dünyanın özü qədər qədim tarixə malikdir. Sokrat, Nəsimi, Tomas Mor, Qalileo 
Qaliley və minlərcə digər intellektual öz fikirlərini azad Ģəkildə ifadə etməyə cəhd göstərdiklərinə görə hər Ģeyə 
qadir olan cəmiyyət, yaxud dövlət tərəfindən cəzalandırılmıĢlar.  16-cı əsrdən baĢlayaraq kitab çapının sürətlə 
inkiĢafı ilə bağlı 1637-ci ildə Ġngiltərədə kral hökuməti mətbuatda ilkin senzura qoydu.  Elə həmin ildə ingilis 
yazıçısı Uilyam Prinn müəllifi olduğu kitaba görə ömürlük həbs cəzasına məhkum edildi.  Onun günahı bu 
kitabda ―kraliçaya böhtan atmaqdan‖ ibarət idi.  Əlavə cəza kimi onun hətta qulaqlarını da kəsdilər. 
 
Özünüifadə azadlığı uğrunda fəal mübarizə Ġngiltərə inqilabı dövründə (17-ci əsr) baĢlanmıĢdır.  Bu vaxt 
mübarizəyə həm dini və siyasi xadimlər, həm də elm və incəsənət nümayəndələri qoĢulmuĢlar.  Bu mübarizədə 
ingilis Ģairi Con Milton (1608—1674) da fəal iĢtirak etmiĢdir.  Con Milton bu gün Ġngiltərədə Vilyam ġekspirdən 
sonra ikinci böyük Ģair hesab olunur.  O, bizdə ―ĠtirilmiĢ cənnət‖ poeması ilə məĢhurdur.  Con Miltonun ictimai 
və siyasi fəaliyyəti haqqında məlumatımız daha azdır.  O, bütün dünyada insan haqları uğrunda mübarizəyə 
qalxmıĢ ən məĢhur incəsənət nümayəndəsi kimi tanınır. 
 
Parlamenti böyük inamla müdafiə edən Milton Ġngiltərə inqilabının, demokratiya və mənəvi yeniləĢmə uğrunda 
hərəkatın intellektual liderlərindən birinə çevrilmiĢdi.  O, çoxsaylı esse və pamfletlərində kralın yaratdığı 
yepiskop kilsəsinə qarĢı çıxır, vicdan və söz azadlığını, boĢanma hüququnu, təhsildə demokratik islahatları 
müdafiə edirdi. 
 
Milton öz tərəfdarları ilə birlikdə kral hakimiyyətinin 1637-ci ildə qoyduğu ilkin senzuraya qarĢı müvəffəqiyyətlə 
mübarizə aparırdı.  1640-cı il inqilabı kral senzurasını ləğv edir.  Lakin ölkədə hakimiyyət parlamentin ixtiyarına 
keçdikdən sonra Milton parlamentin qərarları ilə 1641, 1642 və 1643-cü illərdə senzuranın bərpa edilməsindən  
dəhĢətə gəlir.  Senzura qaydalarını pozanlar ciddi cəzalara — cəriməyə və hətta həbsə məruz qalırdılar. 
 
1644-cü ildə Milton parlament qarĢısında çıxıĢı ilə öz silahdaĢlarını ölkədə yeni repressiya rejimi yaratmaqdan 
çəkindirməyə çalıĢdı, onları bununla bağlı təhlükədən xəbərdar etdi.  Milton bildirdi ki, senzura cəmiyyətin 
inkiĢafına zərər gətirir, daha çox isə o, azad, yaradıcı insanın ləyaqətini təhqir edir, çünki belə insanlar üçün 
onların yaradıcılığına nəzarət etməkdən də artıq təhqir yoxdur.  Milton senzorları ―kitab qatilləri‖ adlandırır, hər 
bir kitabın qətlə yetirilməsini isə bütöv bir dünyanın məhv edilməsinə bərabər tuturdu.  Ġnsanın hərəkətlərinə bu 
alçaldıcı nəzarəti rədd edən Milton böyük əminliklə bildirirdi ki, əgər insanlara istənilən problemi azad müzakirə 
və tədqiq etmək imkanı verilərsə, həqiqət istənilən halda özünə yol tapacaqdır.   
 
Miltonun nitqi onun silahdaĢlarına təsir etmədi.  Ġlkin senzura özünüifadə azadlığı tərəfdarlarının təzyiqi ilə 
yalnız Ģairin ölümündən 20 il sonra — 1694-cü ildə ləğv olundu.  Lakin bundan sonra söz azadlığının təqib 
edilməsi məhkəmələr vasitəsilə davam etdirildi.  On səkkizinci və on doqquzuncu əsr Ġngiltərəsində kim nə istəsə 
danıĢa bilərdi, lakin sonra buna görə məhkəmədə cavab verməli idi.  O dövrdə Böyük Britaniyada Çexov və 
Tolstoyun bəzi kitabları ―əxlaqi səbəblərə görə‖ qadağan edilmiĢdi... 
 
Söz azadlığının müdafiəsi haqqında söylədiyi nitqində Milton bildirirdi ki, senzura insanın çoxsahəli mənəvi 
fəaliyyəti üzərində hətta texniki baxımdan da həyata keçirilə bilməz.  Lakin o, burada yanılırdı — mətbuatda 
ilkin senzuranın ĢaxələnmiĢ sistemi tezliklə bütün mədəni dünyaya yayıldı və bir sıra ölkələrdə bu günə qədər 
qalmaqdadır. 
 
CON MĠLTON 
Areopagitica
(1)
(1644) 
Parlament qarşısında mətbuat azadlığı haqqında nitq
 
 
 
...Mənə hər cür azadlıqlardan əvvəl bilmək, 
danışmaq və öz məsləkimə uyğun olaraq 
sərbəst fikir yürütmək azadlığı verin... 
 
 
...Əslinə qalsa, bu barədə gərək mən özüm danıĢmayaydım, lakin əminəm ki, əgər burada hamı öz ölkəsini azad 
görmək naminə sidq ürəkdən birləĢmiĢsə, məni də heç kəs məzəmmət etməz; o zaman mənim fərz olunan nitqim 


 
21 
azadlıq töhfəsi olmasa da, hər halda, həqiqətin səsi olar.  Biz ölkədə heç vaxt heç bir çətinliyin ola bilməyəcəyi 
bir azadlıq arzusunda deyilik: bunu heç kəs arzulaya bilməz; lakin narazılıqlar azad surətdə dinlənilib, diqqətlə 
nəzərdən keçirilib tez bir zamanda həll edilirsə, o zaman ağıllı adamın yalnız arzu edə biləcəyi vətəndaĢ 
azadlığının son həddi əldə edilmiĢ olar.  Elə mənim bu cür danıĢmaq imkanımın olmasından bu nəticəyə gəlirəm 
ki, biz artıq həmin vəziyyətə xeyli yaxınlaĢmıĢıq... 
 
Lordlar və icmalar, siz özünüzə xas olan ehtiyatkarlıqla ağıllı məsləhətə qulaq assanız və bu məsləhətin haradan 
qulağınıza çatmasından asılı olmayaraq ona əməl etsəniz və sonra özünüzün təyin etdiyiniz qanunu, eləcə də 
sələflərinizin qoyduqları qanunu eyni həvəslə ləğv etsəniz, onlardan üstün olduğunuzu tam sübuta yetirmiĢ 
olarsınız. 
 
Mən sizdəki bu qətiyyəti etiraf etməklə (bunu etiraf etməməksə sizin üçün təhqir olardı) sizin özünüzdə 
gördüyünüz ədalətə olan məhəbbəti və özünüzə qarĢı tərəfgir olmağa qoymayan mühakimənizin aliliyini bir daha 
nümayiĢ etdirmək imkanını sizə göstərmək cəsarətində bulunuram: bunun üçün sizin kitab çapı üzərində nəzarət 
haqqında qəbul etdiyiniz qanunu bir daha müzakirə etməyiniz kifayətdir; həmin qanuna görə―heç bir kitab, 
broşüra, yaxud vərəqə bu iş üçün xüsusi təyin edilmiş şəxslər, yaxud heç olmasa bu cür şəxs tərəfindən irəlicədən 
yoxlanılıb təqdir edilməyənəcən çapa verilə bilməz‖.  Mən bu qanunun hər kəsin öz əlyazmasına sahibolma 
hüququnu ədalətlə müəyyən edən və yoxsullar haqqında qayğıya aid olan hissəsinə toxunmuram — yalnız heç bir 
xüsusi Ģəxsi təhqir etməyən namuslu və zəhmətsevər insanların təqib olunması ehtimalını istisna etmək 
istəyirəm... 
 
Kitablar cansız əĢyalara tamamilə aid edilə bilməz: onlarda həyat gücü var və bu güc həmin kitabları yaratmıĢ 
ruhun özü kimi təzahür və hərəkət edir; bu kitablarda hətta bundan da artığı — sanki qabın içindəymiĢ kimi xalis 
mənbə — baĢlanğıc, onları yaratmıĢ canlı zəkanın cövhəri bulunur.  Mən yaxĢı bilirəm ki, onlar mifologiyada 
danıĢılan əjdahanın diĢləri kimi davamlı və bərəkətlidir:  bu toxumlardan asanlıqla silahlı adamlar cücərə bilər.  
Lakin digər tərəfdən, kifayət qədər ehtiyatla hərəkət etməmək üzündən yaxĢı kitabı öldürmək yaxĢı adamı 
öldürmək kimi bir Ģeydir; insanı öldürən kəs Tanrı mislində olan Ģüurlu canlını öldürmüĢ olur; yaxĢı kitabı məhv 
edən Ģəxs isə Tanrının doğruçu, həqiqi mislində olan zəkanın özünü öldürmüĢ olur... 
 
...Beləliklə, əgər bu dünyada eybin dərki və müĢahidəsi həqiqi ləyaqətə yetmək, yolunu azmanın öyrənilməsi isə 
insanın həqiqətdə möhkəmlənməsi üçün bu qədər zəruridirsə, günah və yalan anlayıĢı ilə tanıĢ olmaq üçün hər 
cür kitabı oxumaqdan və hər cür mülahizəni dinləməkdən yaxĢı və təhlükəsiz nə ola bilər? Hərtərəfli oxunuĢun 
bizə verdiyi əsas üstünlük də elə bundan ibarətdir... 
 
Böyük hörmətə (yeri gəlmiĢkən, ən az da öz ―Dövlət‖inə görə) layiq olan Platon qanunlar haqqında kitabında (bu 
qanunlar heç vaxt heç bir cəmiyyətdə qəbul edilməmiĢdi) öz fantaziyasını xəyali hökmdarların müxtəlif cür 
fərmanları ilə məĢğul edir. Lakin ona baĢqa cəhətdən pərəstiĢ edənlər də istərdilər ki, bütün bunlar yaddan 
çıxarılsın və olsa-olsa, akademiya alimlərinin axĢam iclaslarında söylənilsin.  Bu qanunlara görə, o, yalnız prak-
tiki etiqadlar (bunların tərtibi üçün hətta onun qısaca dialoqları da artıqlıq edərdi) əsasında tərtib edilən Ģərtsiz 
nizamnamələrin yol verdiyi bilikləri məqbul sayır.  O hətta istəyir ki, hakimlər və qanunvericilər Ģairin əsərini 
oxuyub bəyənməyənəcən onun bu əsəri baĢqa xüsusi Ģəxsə oxumaq hüququ olmasın; buradan da açıq-aĢkar aydın 
olur ki, Platon bu cür qanunları yalnız və yalnız öz xəyali respublikası üçün tərtib edir.  Belə ki, o heç özünün də 
əməl etmək istəməyəcəyi qanunlar uydurur... 
 
Əgər biz mətbuatda məlum qayda-qanun yaratmaq istəyiriksə, bütün baĢqa insan zövqlərini və əyləncələrini də 
həmin məlum qayda-qanunlara tabe etdirməliyik.  Əgər onlar ciddi və təntənəli deyilsə, heç bir musiqili pyes 
ifadə edilməməli, heç bir mahnı oxunmamalıdır.  Beləcə, rəqsləri də nəzarət altında saxlanılmalıdır ki, cavanlar 
bəyənilməmiĢ hansısa jesti, hərəkəti və ya hansısa ünsiyyət vasitəsini öyrənə bilməsinlər; Platon gərək mütləq 
bunların da qayğısına qalaydı.  Azı iyirmi senzorun gərgin zəhməti gərəkdir ki, hər bir evdəki bütün lyutnyalar, 
skripkalar və gitaralar öyrənilib təhqiq edilsin; əslinə qalsa, o zaman bu alətləri dinc buraxmaq da olmaz: bu 
alətlərdə çalınması mümkün olanları xəlvətcə dinləmək gərəkdir... 
 
Bəs hər iki cinsdən olan gənclərin söhbətlərini kim izləyəcək? Kim qayda qoyacaqdır ki, nəyi danıĢmaq olar, nəyi 
yox? Nəhayət, kef məclislərinin yığıĢmasını kim qadağan edəcək və buna yol verməyəcək? Bütün bunlar mütləq 
və labüd Ģəkildə mövcud olmalıdır və hər bir ağlı baĢında olan hökumətin əsl müdrikliyi məhz bundadır ki, 
bunları mümkün qədər azziyanlı və azəxlaqsız etsin. 
 
Bu həyatı tərk edərək heç bir iĢə yaramayan utopik və xəyalpərvər ideyalar aləminə qapılmaq hələ mövcud 
vəziyyəti düzəltmək demək deyildir; Tanrının bizə qoyduğu bu Ģər aləminin içində hərəkət etməyi bacarmaq 
lazımdır... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə