Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   2   3   4   5   6   7   8   9   ...   133

 

 
 
...Bu müharibədə həlak olanların Ģərəfinə nitq söyləmək vaxtı çatanda natiq qismində Ksantippin oğlu Perikli 
seçdilər.  O, hamı eĢitsin deyə, məqbərə önündə ucaldılmıĢ meydançadan bu nitqlə çıxıĢ etdi... 
 
...Bu gün burada dəfn etdiyimiz qəhrəmanların Ģəninə təriflər söyləməyə baĢlamazdan əvvəl mən Ģəhərimizi 
hazırkı əzəmətə yetirmiĢ quruluĢ, həyat tərzimizin qanun-qaydaları barədə danıĢmaq istəyirəm. 
 
...Biz öz dövlət quruluĢumuz üçün heç bir yadelli qanunları nümunə götürməmiĢik. Əksinə, biz nədəsə kimlərisə 
təqlid etməkdənsə özümüz baĢqaları üçün həmiĢə örnək olmuĢuq. ġəhərimizi bir ovuc Ģəxs deyil, xalqın böyük 
əksəriyyəti idarə etdiyinə görə dövlət quruluĢumuz xalq idarəçiliyi adlanır. Bizdə Ģəxsi iĢlərdə hamı qanunlar 
əsasında eyni hüquqlardan istifadə edir. Dövlət iĢlərinə gəldikdə isə, bizdə hər bir kəs yalnız ləyaqətinə görə fəxri 
dövlət vəzifələrinə irəli sürülür, belə ki, həmin Ģəxs müəyyən zümrəyə mənsub olduğuna görə deyil, Ģəxsi 
fədakarlığına görə nəyləsə fərqlənə bilmiĢdir. Əgər hər hansı bir insan dövlətə xidmət göstərməyə qadirdirsə, 
yoxsulluq, əsil-kökün olmaması, yaxud aĢağı ictimai hal onun fəxri vəzifə tutmasına mane olmur. 
 
Biz dövlətimizdə azad yaĢayır və gündəlik həyatımızda qarĢılıqlı Ģübhələrə yol vermirik: qonĢumuz öz 
davranıĢında Ģəxsi meyllərinə uyğun hərəkət edirsə, biz ona pis gözlə baxmırıq və öz ziyansız, lakin qan qaralda 
biləcək narazılığımızı ona bildirmirik. 
 
ġəxsi münasibətlərimizdə biz bir-birimizin günahlarından keçsək də, ictimai həyatda qanunları heç vaxt 
pozmuruq, baĢlıcası ona görə ki, biz qanunlara hörmətlə yanaĢırıq, hakimiyyətə və qanunlara, ələlxüsus da 
incidilənlərin müdafiəsi üçün qoyulmuĢ qaydalara, habelə yazıya alınmasalar da, pozulmasını eyib saydığımız 
qanunlara tabe oluruq... 
 
...Rəqiblərimiz də öz tərbiyə üsullarına əsasən öz cavanlarının mətanətini lap kiçik yaĢlarından sərt intizamın 
köməyilə möhkəmləndirməyə can atırlar, biz isə sərbəst, bu cür sərtliklərdən azad yaĢayır, bununla belə, bizə 
bərabər olan düĢmənə qarĢı cəsarətlə mübarizə aparırıq... 
 
...Biz gözəlliyə olan meylimizi israfçılığa yol vermədən inkiĢaf etdirir və elmlərlə mənəvi gücümüzə xələl 
gətirmədən məĢğul oluruq. Var-dövləti biz boĢ bir lovğalıq xatirinə deyil, ondan faydalı Ģəkildə istifadə 
etdiyimizə görə qiymətləndiririk.  
 
Bizdə yoxsulluğu etiraf etmək heç kəs üçün rüsvayçılıq sayılmır, lakin biz ən böyük rüsvayçılığı onda görürük ki, 
insan öz əməyi ilə bu rüsvayçılıqdan qurtulmağa çalıĢmasın. 
 
Bizdə elə adamlar var ki, eyni vaxtda həm öz iĢləri ilə, həm də ictimai iĢlərlə məĢğul olurlar. Lakin qalan 
vətəndaĢların hər biri öz peĢəsi ilə məĢğul olsa da, siyasətdən yaxĢı baĢ çıxarırlar. Çünki yalnız biz ictimai 
fəaliyyətlə məĢğul olmayanı qeyrətli vətəndaĢ deyil, gərəksiz adam sayırıq.  
 
Biz heç də düĢünmürük ki, açıq müzakirə dövlət iĢlərinin gediĢinə ziyan vura bilər. Əksinə, biz belə hesab edirik 
ki, hər bir lazımlı qərar lehinə və əleyhinə çıxıĢların köməyilə qabaqcadan hazırlıq görülməklə qəbul olunmalıdır. 
 
Çox az adam siyasətçi ola bilər, lakin siyasətçilərin əməllərinə qiymət verməyə hamının haqqı var. 
 
BaĢqalarından fərqli olaraq biz cəsarət sahibi olmağımıza baxmayaraq, planlarımızı qabaqcadan əsaslı surətdə 
düĢünüb yalnız bundan sonra risq etməyi üstün tuturuq;  baĢqalarında isə nadanlıq ötkəm bir cəsarət, ayıq 
mülahizə isə qətiyyətsizlik törədir. Yalnız o adamları həqiqi igid saymaq olar ki, onlar dərdin də, sevincin də nə 
olduğunu yaxĢı bilirlər və məhz bunu bildiklərinə görə təhlükələrdən qorxub çəkinmirlər... 
 
...Bir sözlə, mən israr edirəm ki, Ģəhərimiz bütün Ellada üçün bir məktəbdir və güman edirəm ki, bizlərdən hər 
birimiz ən müxtəlif həyat Ģəraitlərində öz Ģəxsi keyfiyyətlərini asanlıq və incəliklə təsdiq edə bilər... 
 
...Buna görə də mən Ģəhərimizin Ģan-Ģöhrəti barədə bu qədər geniĢ danıĢdım. Mən həm də onu göstərmək 
istəyirdim ki, biz öz mübarizəmizlə bu cür sərvətdən məhrum insanların müdafiə etdiyindən daha böyük bir Ģeyi 
müdafiə edirik... 
 
...Və Ģəhərimizin əzəmətinə görə fərəhlənərkən unutmayın ki, bu Ģəhəri Ģərəf hissindən ilham alan, vətəndaĢlıq 
borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən insanlar yaratmıĢlar... 
 


 

Bu cür insanları indən belə örnək sayın və bilin ki, xoĢbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur və hərbi 
təhlükələrin gözünə dik baxın... 
 
 
Fukidid, ―Pelopones müharibəsinin tarixi‖   
 
 
 
2. ĠLK ANTĠDEMOKRATLAR  
Afinalı Platon  
 
 
 
Platonun (e.ə. 427/8–347/8-ci illər) fəlsəfi irsi Azərbaycan oxucularına yaxĢı tanıĢdır.  O, Periklin ölümündən bir 
il sonra aristokrat ailəsində doğulmuĢdur.  Demokratik Afina o vaxtlar Sparta müdaxiləsi dövrünü yaĢayırdı.  
Ölkəni bürüyən vətəndaĢ müharibəsi e.ə. 404-cü ildə ―On üç tiranın hakimiyyəti‖ adı ilə məĢhur olan mürtəce 
aristokrat rejiminin bərqərar olmasına gətirib çıxardı.  Bu rejimin liderlərindən ikisi — Kriti və Karmid Platonun 
yaxın qohumları idi.  Lakin tezliklə demokrat partiyası aristokratları hakimiyyətdən uzaqlaĢdırdı, Platonun hər iki 
qohumu hadisələrin gediĢində öldürüldü.  Ölkədə demokratik rejim bərqərar oldu. 
 
Platonun gənclik illərində Afinanı bürümüĢ qanlı hadisələr, aclıq və epidemiyalar onda hər hansı sosial 
dəyiĢikliklərə qarĢı güclü nifrət yaratmıĢdı.  Onun müəllimi — aristokratların yaxını və böyük filosof Sokrat 
demokratiya bərpa ediləndən sonra Afina Ģurası tərəfindən ataların dinini təhqir etməkdə və gənclərin Ģüurunu 
zəhərləməkdə günahlandırılaraq ölümə məhkum edildi (220 səsə qarĢı 280 səslə).  Platon və onunla yanaĢı 
Sokratın digər Ģagirdləri e.ə. 399-cu ildə Afinanı tərk etdilər.  Platon Yunanıstan, Misir və Ġtaliyanın Ģəhərləri 
boyunca səyahətə çıxdı.  Siciliyada olarkən o, Sirakuz tiranı Dionisinin sarayında siyasi mübarizəyə qoĢuldu və 
sonra Sirakuzdan qovuldu.  Platon e.ə. 387-ci ildə Afinaya qayıdaraq akademiya (müasir universitetlərin 
prototipi) yaratdı və 40 il orada fəlsəfəni tədris etdi. 
 
Platonun əsərləri Avropa idealizminin və etikasının təməlini qoymuĢ və sovet filosoflarının arasıkəsilməyən 
amansız tənqidləri sayəsində keçmiĢ SSRĠ məkanında yaxĢı tanınmıĢdır.  Platonun cəmiyyətin siyasi və sosial 
quruluĢuna dair baxıĢları isə bizə daha az məlum olmuĢdur; onun yaradıcılığının bu tərəfi sovet filosofları 
tərəfindən az xatırlanmamıĢ və tənqid edilmiĢdir.  Bu, onunla izah olunur ki, Platonun təsvir etdiyi dövlət 
kommunistlərin ölkədə qurmaqda olduqları utopiyaya (yaxud antiutopiyaya) çox oxĢayırdı. 
 
Platonun siyasi baxıĢları mürtəce mühafizəkarlıq fəlsəfəsi üçün təmələ çevrilmiĢdir.  Əslində Platon bu günə 
qədər qalmaqda olan ümumi antidemokratik ənənələrin banisi olmuĢdur.  Periklin demokratiyanın müdafiəsinə 
söylədiyi alovlu nitqindən 80 il sonra Platon israr edirdi ki, cəmiyyəti kəmsavad xalqın iradəsi deyil, ləyaqətli və 
bilikli insanlar, ruhən aristokratlar idarə etməlidir; dövlətdə hərc-mərcliyin əsas səbəbi isə insan azadlığıdır. 
 
Hər halda, demokratiyanın Platon tərəfindən tənqidinə diqqətlə yanaĢılmalıdır.  Biz burada dərhal görəcəyik ki, 
Platonun keçirdiyi qorxu və Ģübhə hisslərini ölkəmizdə demokratiyanın inkiĢafını izləyərkən hər birimiz də 
keçiririk; bundan baĢqa, Platonun dövlətin idarə olunmasında iĢtirak etmək istəyən insanların (demokratik 
ölkələrdə bu, bütün vətəndaĢlara aiddir) öz bilik səviyyələrini daim artırmalı olmalarına dair tələbi tamamilə 
haqlıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə