Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   2   3   4   5   6   7   8   9   ...   133

 

Taleyini öz əlinə almaq, öz həyatında kəskin dönüĢ yaratmaq keçmiĢ sovet adamı üçün böyük sarsıntı, postsovet 
Azərbaycanında həyata qədəm qoymuĢ gənc üçünsə adi bir hərəkətdir. 
 
Demokratiyanın bizə qeyri-real görünən müddəaları, ola bilsin, gənc nəsildə heç bir təəccüb doğurmaz — 
həyatda yalansız da yaĢamaq mümkündür; insanlar arasında mövcud olan fərqlər cəmiyyətin parçalanmasına 
deyil, onun inkiĢafına kömək edir; dünyada heç bir yeganə və son həqiqət yoxdur, saysız-hesabsız həqiqətlər 
vardır ki, hər kəs özünə bu həqiqətlərin arasından hansınısa seçməlidir; azadlığı istəyən gərək onun gətirdiyi 
müəyyən qarma-qarıĢıqlığa da dözsün və nəhayət, demokratiya heç kəsə müftə yemək vermir.  O, yalnız 
müəyyən qaydalar məcmusudur ki, biz onun əsasında ―oynamağı‖ öyrənməliyik; öz problemlərimizi əl-ələ 
tutaraq həll etməyi öyrənməliyik; bir-birimizin mənafeyini gözləyə-gözləyə həll etməyi öyrənməliyik. 
 
 
 
Hikmət Hacızadə, 
Bakı, 28 may 1999-cu il 
 
* * * 
 
“Demokratiya: Gediləsi Uzun bir Yol”
 
Demokratiya və Antidemokratiya  
Antologiyası (e.ə.430 – b.e.1998) 
Hikmət A.Hacızadə, FAR CENTRE,  
Bakı, 2001  
 
 
 
 
 
 
 
 
 
 
 
Antik və Avropa  
demokratiyası 
 
 
 
 
1. ĠLK DEMOKRATLAR   
Afinalı Perikl  
 
 
 
Afina demokratiyası dünya tarixində dolğun təsvir olunmuĢ ilk demokratik dövlət sistemidir.  Qullar istisna 
olmaqla Ģəhərin bütün vətəndaĢları üçün ümumi bərabərlik və Ģəxsi azadlıq ideyası afinalılar arasında 
aristokratların hakimiyyətinin doğurduğu yoxsulluq və istibdada qarĢı cavab reaksiyası kimi yayılmağa baĢlamıĢ-
dı.  Qədim yunan salnamələrinə görə, demokratlarla aristokratlar arasında e.ə. 7-ci əsrdə baĢlanan və demək olar 
ki, fasiləsiz davam edən mübarizə e.ə. 460-cı ildə demokratlar partiyasının qələbəsi ilə nəticələnmiĢdi.  Bu parti-
yaya görkəmli siyasətçi və sərkərdə, əqidəli demokrat Perikl 32 il baĢçılıq etmiĢdir (e.ə. 495–429-cu illər). 
 


 

Afina demokratiyası ziddiyyətlərlə zəngin olmuĢdur.  O, bəzi afinalı intellektuallar (o cümlədən Platon və onun 
həmfikirləri) tərəfindən kütlələrin nəzarətsiz hakimiyyəti, korrupsiya və xaos mənbəyi kimi qəbul olunurdu.  
Lakin Periklin rəhbərliyi dövründə Afina uğurlu daxili siyasət yeridərək, həmçinin Ġranın istibdad və Spartanın 
totalitar rejimlərinin (Sparta ilə Afina on illərcə davam edən üzücü müharibələr aparmıĢlar) təcavüzlərini dəf 
edərək iqtisadi, siyasi və mənəvi yüksəliĢə nail olmuĢdur. 
 
Yalnız düzgünlüyünə əmin olduqdan sonra hər hansı əmri yerinə yetirən azad insanlara — demokratik 
cəmiyyətin üzvlərinə rəhbərlik etmək, əlbəttə, liderin istənilən əmrini sözsüz yerinə yetirməyə hazır olan 
insanlardan ibarət totalitar cəmiyyətin üzvlərinə rəhbərlik etməkdən müqayisəolunmaz dərəcədə çətindir.  Lakin 
Perikl populizmdən uzaq idi, ―o, kütləyə ona görə rəhbərlik edə bilirdi ki, hakimiyyətə ləyaqətsiz vasitələrdən 
istifadə etmədən gəlmiĢdi; onun kütləyə yarınmağa ehtiyacı yox idi və o, hörmətə malik olduğundan kütləyə qarĢı 
kəskin Ģəkildə çıxa bilirdi‖, — deyə tarixçi Fukidid yazırdı. 
 
Bütün bu vaxt ərzində Afina dövlətinin siyasi quruluĢu haqqında mübahisələr səngimirdi. Demokratiyanı 
amansızcasına tənqid edənlər israr edirdilər ki, əsl-nəcabəti olmayan vətəndaĢların Ģəhərin idarə olunmasında 
iĢtirakına yol vermək olmaz — Ģəhəri ―ləyaqətli və bilikli‖ adamlar idarə etməlidir. Bundan baĢqa, Afina 
cəmiyyətindəki azadlıq və açıqlıq tənqid olunurdu; iddia edirdilər ki, əmlak ziddiyyətlərindən və demək olar ki, 
bütövlükdə fərdi azadlıqlardan məhrum olan hərbiləĢdirilmiĢ Sparta cəmiyyəti sosial cəhətdən daha səmərəli və 
müharibə aparmaq üçün daha sərfəlidir. 
 
Sparta ilə müharibə əslində vətəndaĢ müharibəsi idi. O həm Afinanı, həm də bütün yunan Ģəhərlərini iki hissəyə 
parçaladı: bütün Elladada aristokratiyanın tərəfdarları öz nəzərlərini Spartaya dikir, demokratlar isə Afinaya 
rəğbət bəsləyirdilər.  
 
Sparta ilə müharibədə ilk həlak olmuĢ döyüĢçülərin dəfn mərasimində Periklin söylədiyi və Afina tarixçisi 
Fukididin yazıya aldığı, öz zəmanəsini min-min illər qabaqlamıĢ və indinin özündə də insanları həyəcana gətirən 
bu nitq demokratiyanın müdafiəsinə söylənilmiĢ bizə bəlli ilk nitqdir və yaxĢı olardı ki, bizim məktəblilər də 
demokratik təhsil çərçivəsində bu nitqi əzbər öyrənsinlər.  
 
―...QonĢumuz öz davranıĢında Ģəxsi meyllərinə uyğun hərəkət edirsə biz ona pis gözlə baxmırıq‖ — Periklin bu 
ifadəsi ilə tarixdə ilk dəfə liberalizmin baĢlıca ideyası — insan Ģəxsiyyətinə hörmət və onun Ģəxsi həyatına 
müdaxilə etməmək ideyasının mahiyyəti səslənmiĢdir.  ―...Biz azad yaĢayırıq... bununla yanaĢı, bizə bərabər olan 
rəqibə qarĢı cəsarətlə mübarizə aparırıq...‖ — Periklin bu sözləri hərbiləĢdirilmiĢ Sparta həyat tərzinin 
tərəfdarlarına ünvanlanmıĢdır. ―Və güman edirəm ki, bizlərdən hər birimiz ən müxtəlif həyat Ģəraitlərində öz 
Ģəxsi keyfiyyətlərini asanlıq və incəliklə təsdiq edə bilər...‖ — burada Perikl həmvətənlərinə açıq cəmiyyətin çox 
gözəl bir cəhətini xatırladır və haqlı olaraq zənn edir ki, Ģəxsi keyfiyyətlərini göstərmək, öz Ģəxsiyyətini 
cəmiyyətdə təsdiqləmək imkanı insan təbiətinin can atdığı əsas istəklərdəndir və onun uğrunda mübarizə aparma-
ğa dəyər. 
 
Ġyirminci əsrin görkəmli filosofu Karl Popperin yazdığı kimi, Periklin nitqi ―yalnız proqram deyildir.  Bu həm də 
müdafiə, bəlkə də hücumdur.  Bu nitq yalnız Spartanın donub qalmıĢ tayfa quruluĢuna qarĢı deyil, həmçinin 
Afinanın totalitar dairəsinə, yaxud ―totalitar birliyə‖ qarĢı, ―ata dövlət‖ uğrunda hərəkata qarĢı yönəlmiĢdir. 
 
E.ə. 431-ci ildə Sparta Perikllə bağladığı sülhü pozdu və Ġranın yardımına arxalanaraq Afina torpaqlarına soxuldu 
və, son nəticədə qələbə çaldı. 
 
Bu, istibdad və totalitarizmin demokratiya üzərində çoxsaylı qələbələrindən birincisi idi.  Lakin 2500 ildən sonra 
dünya  demokratiyası  öz  mənfəətləri,  ―ali  məqsədləri‖  naminə,  bəzən  isə  elə-belə,  məqsədsiz  olaraq  insanların 
həyatını qurban verən rejimləri iyirminci əsrin sonunda darmadağın edərək öz tam qələbəsini çaldı... 
 
 
 
 
AFĠNALI PERĠKL 
Demokratiyanın müdafiəsinə dair  
Afina şəhid oğullarının dəfnində qəbirüstü nitq (təx. e.ə. 430-cu il)  
 
 
Çox az adam siyasətçi ola bilər, lakin siyasətçilərin 
əməllərinə qiymət verməyə hamının haqqı var. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə