Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   11   12   13   14   15   16   17   18   ...   133

 
30 
Hobbs özünün baĢlıca əsərlərində [―Fəlsəfənin əsasları‖ (1642); ―Leviafan‖ (1651); ―Begemot‖ (1668)] ictimai 
müqavilənin yeni nəzəriyyəsini irəli sürür.  Bu yeni nəzəriyyə onun rədd etdiyi Ġngiltərə inqilabı hadisələrinin 
təhlili nəticəsində meydana gəlmiĢdi.  Hobbsun həll etməyə çalıĢdığı baĢlıca məsələ vətəndaĢ iğtiĢaĢlarının səbəbi 
və onların qarĢısının alınmasından ibarət idi.  
 
Hobbsa görə, insan anadan ―təbii hüquqlar‖ı (Rights of Nature) — tələbatlarının ödənilməsi haqları ilə doğulur.  
Onlara yaĢamaq, baĢlıca həyat tələbatları, düĢmən təcavüzündən qorunmaq haqları daxildir.  Təbii haqlar vəhĢi, 
cəmiyyətəqədərki tarixi dövr insanlarını səciyyələndirir, burada hələ nə qanun, nə də mülkiyyət — yalnız hər 
kəsin özünə lazım olan Ģeyləri qoparıb almaq haqqı var.  Ġnsan özü özünə hakimlik edir.  Və insan təbiəti etibarilə 
eqoist olduğuna görə hər kəs çalıĢır ki, daha çox Ģey ələ keçirsin, buradan da ―hamının hamıya qarĢı müharibəsi‖ 
baĢlayır.  
 
Bu müharibənin qarĢısını almaq məqsədilə insanlar öz aralarında öz təbii haqlarını, öz qeyri-məhdud azadlıqlarını 
hamılıqla könüllü məhdudlaĢdırmaq haqqında razılığa gəlirlər.  Ġnsanlar onları bir-birindən müdafiə etməli olan 
bir dövlət yaratmaq haqqında ictimai müqavilə bağlayırlar.  Hobbs hər Ģeyə qadir olan dövləti Leviafanla — 
azman və hər Ģeyə qadir Bibliya əjdahası ilə eyniləĢdirir.  Dövlət tam suverenliyə — vətəndaĢlar üzərində tam 
hakimiyyətə malikdir.  Suveren qanuna tabe deyil, o, qanunları özü yaradır.  Suveren yalnız Allah qarĢısında 
məsuldur.  Parlament də, aristokratiya da suveren rolunu oynaya bilər, lakin kral olsa, daha yaxĢı olardı.  
 
Hobbs vətənə dönəndə artıq I Karl edam olunmuĢ və ölkədə respublika qurulmuĢdu.  Bu yeni Ģəraitdə o öz 
nəzəriyyəsinə aĢağıdakı müddəanı əlavə edir: əgər dövlət daha vətəndaĢların təhlükəsizliyini təmin edə bilmirsə 
(yaxud özü tapdalayırsa), ictimai müqaviləni ləğv etmək olar.  
 
Cəmiyyət içərisində yaĢayan hər bir insan ―təbii qanun‖a (Law of Nature), etik davranıĢ normalarına tabe 
olmalıdır: insan mümkün olan qədər sülhə can atmalıdır; hər kəs baĢqalarını özünə bərabər hesab etməlidir; 
özünün Ģəxsi iĢində hakimlik etməməli, suverenin hakimliyini qəbul etməlidir; əsas qayda isə bizə yaxĢı 
məlumdur: özünə rəva görmədiyini baĢqasına da görmə.  
 
Hobbsun ideyalarını həm mütləqiyyətin, həm də demokratiyanın xeyrinə izah etmək olar.  Məsələn, Hobbsun 
nəzəriyyəsinin belə bir müddəası monarxistlər partiyasının qəzəbinə səbəb oldu ki, dövlət vətəndaĢların könüllü 
razılığı ilə yaradılır və hökmdar vətəndaĢların təhlükəsizliyini təmin edə bilmirsə, hakimiyyətdən salına bilər.  
 
Hobbsun ictimai müqaviləsi ədalətli ictimai quruluĢa dair antik və orta əsr baxıĢları ilə müqayisədə irəliyə doğru 
böyük bir addım oldu və liberalizm nəzəriyyəsinin inkiĢafına təkan verdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
TOMAS HOBBS 
Leviafan (1651) 
 
İnsanları... qorumağa qadir ola bilən... bu cür ümumi hakimiyyət yalnız bir 
yolla — məhz bütün hakimiyyətin və gücün bir adamın, yaxud... insan 
toplumunun əlində cəmləşdirilməsi ilə qurula bilər.  
 
 
ĠNSANLARIN XOġBƏXTLĠYĠNƏ VƏ BƏDBƏXTLĠYĠNƏ  
MÜNASĠBƏTDƏ ĠNSAN NƏSLĠNĠN TƏBĠĠ  
DURUMU HAQQINDA 
 


 
31 
 
İnsanlar yaranışdan bərabərdir. Təbiət insanları fiziki və əqli qabiliyyət baxımından bərabər yaratmıĢdır, çünki 
biz bəzən bir insanın baĢqasından fiziki cəhətdən güclü, yaxud ağıllı olduğunu görsək də, hər Ģeyi bütövlükdə 
nəzərdən keçirəndə görərik ki, onların arasındakı fərq elə böyük deyildir ki, bir insan bu fərqə əsaslanaraq özü 
üçün hər hansı bir nemət iddiasında olsun, baĢqası isə eyni haqla bunu tələb edə bilməsin.  Fiziki gücə gəldikdə 
isə, daha zəif olanın kifayət qədər gücü vardır ki, gizli fırıldaqlar, yaxud eyni təhlükənin hədələdiyi digər 
insanlarla ittifaq yolu ilə daha güclü olanı öldürə bilsin.  
 
Əqli qabiliyyətlərə gəlincə isə (mən əsasında sözün durduğu incəsənəti, xüsusilə elm adlandırılan ümumi və 
sarsılmaz qaydalara yetmək incəsənətini bir kənara qoyuram — bu cür qaydalara çox adam, özü də çox az şeylə 
əlaqədar yiyələnib, çünki bu qaydalar bizimlə birgə doğulmuş fitri qabiliyyətlər deyil, bunlar həmçinin nəyinsə 
üzərində müşahidə prosesində qazanılmış ağıl, kamal kimi qabiliyyətlər də deyil) mən bu sahədə fiziki güclə 
müqayisədə insanlar arasında daha çox bərabərlik görürəm.  Belə ki, ağıllılıq yalnız bütün insanların eyni vaxt 
ərzində eyni səylə məĢğul olduqları Ģeylər barədə eyni dərəcədə əldə etdikləri təcrübədir.  Yəqin bu bərabərlik 
ona görə ağlasığmaz görünür ki, hər kəs bütün insanlara xas olan bir lovğalıqla öz Ģəxsi müdrikliyi haqqında xam 
xəyallara qapılaraq özünü ―qara‖ camaatdan daha ağıllı bilir...  
 
Bərabərlik üzündən qarşılıqlı inamsızlıq doğur. Qabiliyyətlərin bərabərliyi üzündən  məqsədəyetmə ümidlərinin 
bərabərliyi yaranır.  Bax, buna görə iki nəfər eyni bir Ģeyi arzuladıqda və ikilikdə buna yiyələnə bilmədikdə bir-
birinə düĢmən kəsilir.  Onlar məqsədəyetmə yolunda (bu, əsasən həyatı qoruyub saxlamaqdan, bəzən isə yalnız 
həzz almaqdan ibarət olur) bir-birlərini məhv etməyə çalıĢırlar.  Belə çıxır ki, insan hücumun qarĢısında təkbaĢına 
qalanda, o əkmək, biçmək və qurmaqla, yaxud hər hansı bir ləyaqətli adın sahibi olmaqla yanaĢı, əminliklə 
gözləyə bilər ki, baĢqa adamlar gələrək birləĢmiĢ qüvvəylə onun mülkünü əlindən alacaq, onu nəinki öz əməyinin 
bəhrələrindən, həm də həyatdan, yaxud azadlıqdan məhrum edəcəklər.  Hücum edən də özünü baĢqaları 
tərəfindən bu cür təhlükədə hiss edir.  
 
 
Qarşılıqlı inamsızlıqdan müharibə törəyir.  Bu qarĢılıqlı inamsızlıq üzündən insan üçün öz həyatının 
təhlükəsizliyini təmin etməyin ən ağıllı üsulu ehtiyat tədbirləri görmək, yəni gücün, yaxud hiylənin köməyi ilə 
bacara bildiklərinin hamısını etməkdir...  Bu tədbirlər özünüqoruma çərçivəsindən kənara çıxmır və buna görə 
adətən yolverilən sayılır...  
 
Beləliklə, biz insan təbiətində müharibənin üç əsas səbəbini tapmıĢ oluruq: birincisi  rəqabət; ikincisi inamsızlıq 
və üçüncüsü Ģöhrət yanğısı.  Birinci səbəb insanları qazanc, ikinci səbəb Ģəxsi təhlükəsizliyi təmin etmək 
məqsədilə, üçüncü səbəb isə Ģərəf mülahizələri üzündən bir-birlərinə hücum etməyə sövq edir...  
 
 
Ümumi hakimiyyət olmayan durumda hamının hamıya qarşı müharibəsi baş verir.Buradan göründüyü kimi, nə 
qədər ki, insanlar hamını qorxu içində saxlayan ümumi hakimiyyətdən məhrumdur, onlar elə müharibə 
durumundadır ki, hamı hamıya qarĢı müharibə aparır.  Çünki müharibə yalnız döyüĢ, yaxud hərbi əməliyyat 
deyildir, müharibə həm də elə zaman kəsiyidir ki, bu vaxtda mübarizə iradəsi döyüĢ yolu vasitəsilə öz aĢkar 
təsirini göstərmiĢ olur.  Buna görə müharibə anlayıĢına hava anlayıĢı kimi, zaman məfhumu da daxil edilməlidir.  
Rütubətli hava anlayıĢı yalnız bir-iki yağıĢdan yox, bir çox günlər ərzində bu yağıĢı fasiləsiz gözləməkdən ibarət 
olduğu kimi, müharibə anlayıĢı da yalnız gedən döyüĢlərdən deyil, barıĢığa ümid olmadığı bütün vaxt ərzində 
müharibəyə aĢkar canatmadan ibarətdir.  Bütün qalan vaxt sülh deməkdir.  
 
 
Bu cür müharibənin əlverişsizliyi Bax, buna görə hamının hamıyla düĢmən olduğu müharibə dövrü üçün 
səciyyəvi olan hər Ģey insanların öz fiziki gücündən, fərasətindən savayı heç bir təhlükəsizlik təminatı olmadan 
yaĢadıqları dövr üçün də səciyyəvidir.  Belə bir vəziyyətdə zəhmətsevərliyə yer yoxdur, belə ki, heç kəsin öz 
zəhmətinin bəhrəsini görə biləcəyinə təminat yoxdur və buna görə də əkinçilik, gəmiçilik, dəniz ticarəti, rahat 
binalar yoxdur, nəqliyyat və böyük güc tələb edən Ģeylərin daĢınma vasitələri yoxdur, yer səthini, zaman 
hesablanmasını öyrənən elmlər, peĢələr, ədəbiyyat yoxdur, cəmiyyət yoxdur, ən pisi isə odur ki, bunların əvəzinə 
əbədi qorxu və zorakı ölümün daimi təhlükəsi var və insanın həyatı yalqız, yoxsul, qaranlıq, küt və çox qısadır...  
 
Hər halda, qorxu təlqin edən ümumi hakimiyyət olmadıqda insan həyatının necə keçə biləcəyini əvvəllər dinc 
hökumətin rəhbərliyi altında yaĢamıĢ adamların adətən vətəndaĢ müharibəsi zamanı düĢdükləri həyat tərzinin 
nümunəsindən də görmək olar...  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə