Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   10   11   12   13   14   15   16   17   ...   133

 
28 
 
Ġngiltərədə 1649-cu ildə bərqərar olan və lord-protektor Oliver Kromvelin baĢçılıq etdiyi respublika uzun müddət 
qala bilmir.  Kromvelin hərbi diktaturası mahiyyətcə kral hakimiyyətindən az fərqlənirdi.  Kromvel doqquz illik 
hakimiyyəti dövründə üç dəfə parlamenti qovmuĢ və son olaraq bütün hakimiyyəti öz əlinə almıĢdı.  1658-ci ildə 
Kromvel öldükdən sonra hakimiyyət onun oğluna keçir, lakin o, bu cür qarıĢıq vaxtda dövləti idarə edə bilmir. 
 
Ġki ildən sonra parlament edam edilmiĢ kral I Karlın oğlunu taxt-taca dəvət etmək qərarına gəlir.  Xalq kralı 
sevinclə qarĢılayır.  Kral zəbt edilmiĢ torpaqları öz əvvəlki sahiblərinə qaytarmağı əmr edir, vahid anqlikan 
kilsəsini bərpa və protestant sektalarını qadağan edir.  Lakin inqilab ölkəni dəyiĢmiĢdi və onu köhnə qaydalarla 
idarə etmək mümkün deyildi.  Parlament kralın onu buraxmasına imkan verməmək məqsədilə kralın xərcləri üçün 
hər il parlament tərəfindən pul vəsaitinin müəyyən olunması haqqında qərar qəbul edir, kral nazirlərinin 
fəaliyyətinə nəzarət etmək hüququ müəyyənləĢdirir və kralın hər hansı fərman verməməsinə nəzarət edir, belə ki, 
ölkədə qanunları yalnız parlament qəbul etməli idi.  Parlamentdə ―torilər‖ (kralın tərəfdarları) və ―viqlər‖in 
(parlamentin üstünlüyünü müdafiə edənlər) partiyaları yaranır.  Onların arasında mübarizə 1679-cu ildə kəs-
kinləĢir, bu vaxt viqlər kraldan tələb etdilər ki, öz kiçik qardaĢını katolik olduğuna görə varislik hüququndan 
məhrum etsin.  II Karl bu tələbi yerinə yetirməkdən imtina edir və parlamenti buraxır.  Bundan sonra parlament 
dörd il çağırılmır.  Üsyan etmiĢ viqlər darmadağın edilir, onların liderləri edam olunur, yaxud mühacirət etməli 
olur. 
 
1685-ci ildə II Karl ölür və onun oğlu II Yakov taxta çıxır.  O, katolikliyə böyük rəğbət bəsləyirdi və Fransa kralı 
XIV Lüdovikin təsiri altında idi.  II Yakov parlamentlə hesablaĢmadan ölkəni idarə edirdi.  Bu, üsyana səbəb olur, 
lakin üsyan kral tərəfindən amansızlıqla yatırılır, 200-dən çox adam edam olunur.  Bu qələbədən məst olmuĢ kral 
parlament və əhalinin əhval-ruhiyyəsi ilə hesablaĢmamaqda davam edir və ―Dini dözümlülük haqqında 
bəyannamə‖ verir.  Bu bəyannamə əhali tərəfindən Ġngiltərədə ən çox nifrət edilən katolikliyin bərpa olunması 
istiqamətində ilk addım kimi qəbul olunur.  Torilər və viqlər birləĢir və II Yakovu qovaraq onun qızı Mariyanı əri, 
holland mənĢəli Oranlı Vilhelmlə birlikdə taxt-taca dəvət etmək qərarına gəlirlər.  1688-ci ildə Vilhelm Ġngiltərə 
sahillərinə çıxır, II Yakov isə öz vətənini tərk etməli olur.  Parlament III Vilhelmi taxta çıxarır və 1689-cu ildə 
Magna Carta ruhunda tərtib edilmiĢ ―Hüquqlar haqqında Qanun‖u (Bill of Rights) ona təqdim edir.  Bu sənəd 
parlamentin kral hakimiyyəti üzərində üstünlüyünü təsdiqləyir, beləliklə də ölkədə konstitusiyalı monarxiyanı 
bərqərar edir.  Bundan sonra parlament qanunlar verməklə ölkəni idarə edir, kral isə ―padĢahlıq edir, lakin idarə 
etmir‖.  Bu hadisələr ―ġanlı inqilab‖ adını alır və parlamentlə mütləqiyyət arasında təxminən yüzillik müharibəyə 
son qoyur.  1707-ci ildə, kraliça Annanın hakimiyyəti dövründə ġotlandiya, Ġngiltərə və Uels birləĢir və vahid 
parlament formalaĢır, bundan sonra krallıq Böyük Britaniya adlanır. 
 
―ġanlı inqilab‖dan sonra da parlament ölkənin bütün əhalisini təmsil etmirdi.  Böyük Britaniyanı (təminatlı insan 
haqları baxımından) hələ nə demokratik, nə də azad ölkə adlandırmaq olardı. 
 
Əhalinin yoxsul təbəqələri, eləcə də bəzi etnik azlıqlar və qadınlar səsvermə hüququndan və digər mühüm 
hüquqlardan məhrum idi.  Maraqlıdır ki, məĢhur iqtisadçı Adam Smit (1723 –1790) Edinburq Universitetinin 
professoru olsa da, səsvermə hüququna malik deyildi...   1876-cı ildə həyata keçirilmiĢ böyük seçki islahatı 
nəticəsində səsvermə hüququ olan Ģəxslərin sayı iki milyon nəfərədək artır.  Böyük Britaniyada (ABġ-da olduğu 
kimi) ümumi seçki hüququ uzun mübarizədən sonra yalnız bizim yüzilliyin 20-ci illərində tətbiq olunur.  Böyük 
Britaniya qadınları seçki hüququna sonuncu olaraq nail olurlar (məhz nail olurlar, yuxarıdan almırlar). 
 
Təqribən səkkiz əsr ərzində zadəganlar, varlı tacir və sənayeçilər, muzdlu fəhlə və qulluqçular, etnik və dini 
azlıqlar, qadınlar addım-addım öz hüquq və azadlıqlarını geniĢləndirirdilər.  Belə bir cəmiyyətdə hər hansı bir 
qrupun və ya ayrıca fərdin tarixinə, həyat tərzinə çevrilmiĢ haqlarını məhdudlaĢdırmağa cəhd göstərmək belə 
mümkün deyil. 
 
Bizim üçün Konstitusiyamıza yazılmıĢ hüquqlar uğrunda mübarizə yenicə baĢlayır və bu mübarizə nə asan, nə də 
qısamüddətli olacaq və qoy Ģəxsi və siyasi azadlıqlar uğrunda Britaniya mübarizlərinin inadkarlığı bizim üçün 
ilhamverici örnək olsun. 
 
 
 
BILL OF RIGHTS 
Britaniya parlamentinin ―Hüquqlar Haqqında Qanun‖u (1689) 
 
 


 
29 
Parlamentin razılığı olmadan kral hakimiyyətinin qanunları və ya 
onların həyata keçirilməsini dayandırmaq hüququnu mənimsəməsi 
qanunsuzdur... 
 
 
...Bununla yuxarıda adı çəkilən dini və dünyəvi lordlar, eləcə də üçüncü zümrə nümayəndələri onların mövqeyini 
təsdiq edən məktublara və seçkilərin onlara verdiyi hüquqa uyğun olaraq burada millətin tam və azad 
nümayəndəliyində toplaĢıb yuxarıda göstərilən məqsədlərə çatmaq üçün xeyirxah niyyətləri tam ciddiliklə nəzərə 
alaraq, ilk növbədə onların qədim hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədilə belə hərəkət edərək 
bəyan edirlər: 
 
 
1.  Parlamentin razılığı olmadan kral hakimiyyətinin qanunları və ya onların həyata keçirilməsini dayandırmaq 
hüququnu mənimsəməsi qanunsuzdur... 
 
4.  Parlamentin icazəsi olmadan müstəsna hüquq iddiası ilə taxt-tacın ehtiyacları və xərcləri üçün pul toplamaq 
qanunsuzdur... 
 
5.  Subyektin krala petisiya (müraciət) vermək hüququ var və buna qarĢı olan bütün maneələr qanunsuzdur. 
 
6.  Sülh Ģəraitində parlamentdən icazəsiz krallıqda nizami ordu saxlamaq və onu gücləndirmək qanunsuzdur... 
 
8.  Parlament üzvlərinin seçkisi azad olmalıdır. 
 
9.  Parlamentdə nitq və fikir söyləmək azadlığı məhkəmədə və ya parlamentdənkənar hər hansı bir yerdə təqib 
oluna və töhmətləndirilə bilməz... 
 
11.  Andlılar lazımi qaydada tərtib olunub seçilməlidir və böyük xəyanət(1) haqqında məsələyə baxılarsa onlar 
əmlak yiyələri olmalıdırlar. 
 
12.  Məhkəmənin hökmü yoxdursa cərimələr qanunsuzdur. 
 
13.  Parlament bütün Ģikayətləri təmin etmək, qanunları qorumaq, möhkəmləndirmək və onlara dəyiĢikliklər 
etmək üçün tez-tez toplanmalıdır. 
 
Və onlar təntənəli surətdə bildirir, tələb və təkid edirlər ki, yuxarıda sadalananlar hamıya və hər kəsə onların 
alınmaz hüquq və azadlıqları kimi Ģamil edilir; bu müddəalardan hər hansı birində insanlara ziyan gətirən çıxıĢlar, 
məhkəmə qərarları, hərəkət və əməllər nəticə kimi göstərilə vəya nümunə hesab oluna bilməz. 
 
 
 
 
 
 
_________________________________________________ 
1 Dövlət cinayəti 

red.
 
 
 
 
 
 
 
8. TOMAS HOBBS  
   
Ġctimai müqavilə haqqında
 
 
 
Filosof Tomas Hobbs (1588–1679) 17-ci əsr Ġngiltərəsində dramatik hadisələrin fəal iĢtirakçılarından olmuĢdur.  
Monarxist olan Hobbs parlament tərəfdarlarından canını qurtararaq Fransaya mühacirət edib orada gənc II Karlın 
(edam edilmiĢ I Karlın oğlu) tərbiyəçisi olur. O, 1651-ci ildə vətənə qayıdır və Kromvelin respublikaçı hökuməti 
ilə barıĢır.   
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə