Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   13   14   15   16   17   18   19   20   ...   133

 
34 
 
Lokk orta səviyyəli protestant ailəsində doğulub. Atası əqidəli demokrat idi və Birinci Ġngiltərə inqilabında 
parlament tərəfində vuruĢub. Lokk Oksfordda yaxĢı təhsil alıb. Monarxiyanın bərpasından sonra II Karlın 
vaxtında diplomatik xidmətdə olub. Lakin o, həmiĢə Viqlər Partiyasına (Britaniyanın gələcək Liberal Partiyası) 
rəğbət bəsləmiĢdir. Bu partiya kral hakimiyyətinin məhdudlaĢdırılmasının tərəfdarı idi. Viqlərin II Karla qarĢı 
üsyanı amansızlıqla yatırılır və Lokk 1683-cü ildə Hollandiyaya qaçmalı olur. 1689-cu ildə ġanlı inqilabın 
qələbəsindən sonra Lokk yeni kral Oranlı Vilhemlə birlikdə vətənə dönərək təntənə ilə qarĢılanır və tezliklə 
viqlərin qəbul etdiyi  intellektual liderə çevrilir. 
 
Lokk Hobbsdan fərqli olaraq, ictimai müqavilə nəzəriyyəsinin baĢqa bir istiqamətini yaratmıĢdır. O, bu 
nəzəriyyədən cəmiyyət tərəfindən mütləqiyyətin məhdudlaĢdırılmasını əsaslandırmaq üçün istifadə edib, liberal 
demokratiya və konstitusiyaçılığın ilkin nəzəri Ģərtlərini yaradıb. 
 
Lokkun baĢlıca əsəri üzərində on ildən artıq iĢlədiyi ―Ġdarəetmə haqqında iki traktat‖ kitabıdır. Burada Lokk 
―təbii hüquq‖un teoloji Ģərhinə qarĢı çıxır. Bu Ģərhə əsasən, mütləqiyyətin sarsılmazlığı haqqında müddəa ortaya 
atılırdı. Ġnsanı eqoist varlıq hesab edən Hobbsdan fərqli olaraq, Maarifçilik dövrünün ideallarına sadiq olan Lokk 
inanırdı ki, insan xeyrin daha sərfəli olduğunu dərk etməyə qadirdir. Qorxu deyil, ağıl insanları dövlətdə 
birləĢməyə məcbur edir. Ġnsanın ―təbii vəziyyət‖indən çıxaraq dövlətə verdiyi yeganə ―təbii hüquq‖u ümumi 
razılıqla qəbul olunmuĢ qanunlar əsasında öz vətəndaĢını mühakimə etmək və cəzalandırmaq haqqıdır. 
Cəmiyyətdə insanların iradəsi ümumi razılıqla qəbul olunmuĢ qanunlardan baĢqa heç nə ilə əngəllənmir. Dövlət 
insanların həyatı, azadlığı və mülkiyyətini qorumalı, cəmiyyəti xarici təcavüzdən müdafiə etməlidir. Dövlət 
qanunlara əməl olunmasına nəzarət etməli və insanların mübahisələrinin həllində yalnız arbitr kimi xidmət 
etməlidir. 
 
Lokka görə, suveren xalqın özüdür. Hətta xalqın özünün yaratdığı dövlət hakimiyyəti də, Hobbsun iddia etdiyi 
kimi, mütləq deyil, o, insan haqları ilə məhdudlaĢdırılmalıdır. Və insan dövlətin zorakılığına Ģərtsiz müqavimət 
göstərmək haqqına malikdir. Aydındır ki, bu nəzəriyyə mütləqiyyətlə ideoloji mübarizənin əsasını təĢkil etmiĢdir.  
Lokku hətta o da çəkindirmirdi ki, bu nəzəriyyə vətəndaĢ müharibəsinə aparır. Onun fikrincə, bu halda öz 
haqlarını müdafiə edənləri yox, vətəndaĢların haqlarını tapdalayaraq bu müharibəni törədənləri suçlandırmaq 
lazımdır. 
 
Lokkun dəqiq və baĢadüĢülən Ģəkildə əsaslandırdığı klassik liberalizm prinsipləri tezliklə Qərbdə populyarlıq 
qazanır və yüz ildən sonra Amerika və Fransa inqilablarının əsas sənədlərində öz əksini tapır. Lokkun təsiri indi 
də zəifləmir. Onun formalaĢdırdığı prinsiplər öz avtoritar keçmiĢindən yaxa qurtarmağa çalıĢan cəmiyyətlərdə 
siyasi fikrə xüsusilə güclü təsir göstərir. 
 
 
CON LOKK
 
Ġdarəçilik haqqında ikinci traktat (1690) 
 
 
Deməli, hər hansı saydakı insan cəmiyyət halında elə birləşəndə ki onlardan hər biri 
ona təbii qanunla verilmiş icraedici hakimiyyətdən imtina edir və onu cəmiyyətə verir, 
bu halda, yalnız bu halda siyasi, yaxud mülki cəmiyyət mövcud olur. 
 
 
SĠYASĠ, YAXUD MÜLKĠ CƏMĠYYƏT HAQQINDA 
 
 
...Artıq sübut edildiyi kimi, insan dünyanın hər hansı bir insanı kimi tam azad yaĢamaq, təbii qanunun bütün 
hüquq və imtiyazlarından digər insanlar kimi eyni dərəcədə qeyri-məhdud bəhrələnmək hüququ ilə birgə doğulur 
və o, fitrətən öz mülkiyyətini, yəni öz həyatını, azadlığını, əmlakını digər insanların qəsd və hücumlarından 
yalnız qorumaq deyil, həm də baĢqaları bu qanunu pozduqda onları mühakimə etmək, onun fikrincə, həmin 
cinayətin layiq olduğu cəzanı vermək və əməlin rəzaləti buna layiq olduqda hətta ölümlə cəzalandırmaq 
hakimiyyətinə malikdir. 
 
Siyasi cəmiyyətin özünün öz mülkiyyətini qorumaq və bu məqsədlə bütün üzvlərini cinayətlərə görə 
cəzalandırmaq hüququ olmasa o, mövcud olub yaĢaya bilməz; belə cəmiyyət yalnız o yerdə ola bilər ki, orada 
onun üzvlərindən hər biri bu təbii hakimiyyətdən imtina edərək, onu (həmin üzvün bu cəmiyyətin təyin etdiyi 
qanundan müdafiə ummasına maneçilik törətməyən bütün hallarda) cəmiyyətin ixtiyarına vermiĢ olsun. 


 
35 
 
Və beləliklə, cəmiyyətin hər bir ayrıca üzvünün hər cür Ģəxsi məhkəməsi istisna olunur və cəmiyyət ―münsiflər 
məhkəməsi‖nə çevrilərək qərəzsiz və hamı üçün eyni qaydalar təyin edir və cəmiyyətdən səlahiyyətlər almıĢ 
insanların köməyilə bu qaydaları həyata keçirir, bu cəmiyyətin hər hansı üzvləri arasında hər hansı hüquqi məsələ 
barədə yarana biləcək bütün ixtilafları həll edir, eyni zamanda bu cəmiyyətin hər hansı üzvünün cəmiyyətə qarĢı  
cinayətini qanunun müəyyən etdiyi cəzalarla cəzalandırır. 
 
Bunun nəticəsində siyasi cəmiyyətdə kimin bir yerdə olub-olmadığını asanca müəyyən etmək olur. Bir yumruq 
halında birləĢənlər, öz ümumi qanunları, müraciət edə biləcəkləri və aralarındakı mübahisələri həll etmək və 
cinayətkarları cəzalandırmaq hakimiyyətinə malik məhkəmə iddiaları olanlar mülki cəmiyyətdə yaĢayırlar; belə 
bir məhkəmələri olmayanlar isə (mən dünyanı nəzərdə tuturam) hələ də təbii vəziyyətdə yaĢayırlar, elə bir vəziy-
yətdə ki, hər kəs baĢqa birisi olmadığından özü həm hakimdir, həm də cəllad, bu isə, artıq dediyim kimi, 
büsbütün təbii vəziyyətdir. 
 
Beləliklə, dövlət bu cəmiyyətin üzvlərinin törətdiyi müxtəlif pozuntulara görə hansı cəzanın verilə biləcəyini və 
onların cəzaya layiq olduqlarını təyin etmək ixtiyarını qazanmıĢ olur (bu, qanunverici hakimiyyət deməkdir), o, 
habelə onun üzvlərindən hər hansına bu cəmiyyətin üzvü olmayanlardan hər hansının vurduğu zərərə görə 
cəzalandırmaq ixtiyarına malikdir (bu, hərb və sülh məsələlərini həll etmək hakimiyyətidir) və bütün bunlar 
cəmiyyətin bütün üzvlərinin mülkiyyətini mümkün qədər qoruyub saxlamaq üçündür.  
 
Lakin mülki cəmiyyətə daxil və deməli, hansısa dövlətin üzvü olmuĢ hər bir Ģəxs bununla təbii qanuna qarĢı 
törədilən cinayətləri Ģəxsən cəzalandırmaqdan və öz Ģəxsi ədalət mühakiməsini həyata keçirməkdən imtina etmiĢ 
olsa da, hər halda, bununla o özünün qanunverici hakimiyyətə təhvil verdiyi cinayətlərə görə mühakimə hüququ 
ilə birgə   dövlətə dövlət hökmlərinin icrası üçün onun gücündən buna ehtiyacı olduğu bütün hallarda istifadə 
hüququnu verib; axı bu hökmlər həm də onun öz hökmləridir, belə ki, bu hökmləri onun özü, yaxud onun 
nümayəndələri çıxarır.  
 
Biz burada ilkin olaraq mülki cəmiyyətin qanunverici və icraedici hakimiyyətinin ilk əsası ilə rastlaĢmıĢ oluruq, 
bu hakimiyyət daimi qanunlar əsasında dövlət daxilində törədilən cinayətlərin hansı ölçüdə cəzalandırılacağını 
təyin etməli, habelə dövlətin bayırından vurulmuĢ zərərin hansı ölçüdə ödənilməsi barədə hər dəfə mövcud iĢin 
halları əsasında qərar qəbul etməli və hər iki halda tələb olunduğu zaman cəmiyyətin bütün üzvlərinin gücündən 
istifadə etməlidir.        
 
Deməli, hər hansı saydakı insan cəmiyyət halında elə birləĢəndə ki onlardan hər biri ona təbii qanunla verilmiĢ 
icraedici hakimiyyətdən imtina edir və onu cəmiyyətə verir, bu halda, yalnız bu halda siyasi, yaxud mülki 
cəmiyyət mövcud olur. Və bu o zaman baĢ verir ki, təbii vəziyyətdə yaĢayan hər hansı saydakı insan cəmiyyətə 
daxil olur ki, ali hökumətin hakimiyyəti altında vahid xalq, siyasi vücud təĢkil etsin, yaxud bu o zaman baĢ verir 
ki, hər hansı insan onlara qoĢulur və artıq mövcud olan dövlətə daxil olur. Bununla o, cəmiyyəti, yaxud onun 
qanunverici hakimiyyətini (fərqi yoxdur) vəkil edir ki, onun üçün cəmiyyətin rifahının tələb etdiyi qanunları 
yaratsın; o, bu qanunların yerinə yetirilməsinə öz Ģəxsi qanunlarına kömək edirmiĢ kimi kömək göstərməlidir. Və 
bu, insanları təbii vəziyyətdən dövlətə köçürür, belə ki, yerdə bütün mübahisələri həll etmək və dövlətin hər hansı 
bir üzvünə vurula biləcək hər hansı zərəri ödəmək hakimiyyəti olan hakim peyda olur; bu hakim qanunverici 
hakimiyyət, yaxud onun təyin etdiyi vəzifəli Ģəxsdir. Əgər hər hansı bir saydakı insan, hətta bir-birləriylə bağlı 
olsalar da, onların müraciət edə biləcəkləri qərarlar qəbul edən bu cür hakimiyyətləri yoxdursa, deməli, bu halda 
onlar hələ də təbii vəziyyətdə qalmaqdadırlar. 
 
Buradan da aydındır ki, çoxlarının dünyada yeganə idarəçilik forması hesab etdiyi mütləq monarxiya əslində 
mülki cəmiyyətlə bir araya sığmır və deməli, ümumiyyətlə, mülki idarəçilik forması ola bilməz. Axı mülki 
cəmiyyətin məqsədi hər insanın öz Ģəxsi iĢində hakim olmasından doğan təbii vəziyyətin labüd narahatlıqlarından 
yaxa qurtarmaq və bunların yerini doldurmaqdan ibarətdir. Bu, məlum hakimiyyət orqanının qurulması yolu ilə 
əldə edilir ki, cəmiyyətin hər üzvü hər hansı bir zərəri çəkdikdə, yaxud hər hansı bir mübahisə halında həmin 
orqana müraciət edə bilər və cəmiyyətin hər bir üzvü bu orqana tabe olmalıdır. O hallarda insanlar varsa, lakin 
onların öz aralarındakı ixtilafları həll etmək üçün müraciət edə biləcəkləri belə orqanları yoxdursa, deməli, bu 
insanlar hələ də təbii vəziyyətdə qalmaqdadırlar. Və hər bir hakimi-mütləq onun hakimiyyəti altında olanlara 
nisbətdə bu cür təbii vəziyyətdədir. 
 
Axı belə güman olunur ki, o və yalnız o, mütləq hakimiyyətə — həm qanunverici, həm də icraedici hakimiyyətə 
malikdir, ondan baĢqa heç bir hakim yoxdur, elə adam yoxdur ki, kömək üçün ona müraciət edəsən və o, zəruri 
səlahiyyətləri olan Ģəxs kimi iĢi ədalətli və qərəzsiz Ģəkildə həll edə bilsin, onun çıxardığı qərarlardan kömək və 
hökmdarın ya özünün, ya da əmrinin vura biləcəyi hər hansı bir zərərin, yaxud pisliyin əvəzini ödəməyi ummaq 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə