Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   9   10   11   12   13   14   15   16   ...   133

 
26 
27 oktyabr 1647-ci ildə levellerlərin tərəfdarları və ordu rəhbərliyinin nümayəndələri — parlamentin tərəfdarları 
(cəmi 20 nəfər) Londonun Patni qəsəbəsində levellerlərin irəli sürdükləri ―Xalq saziĢi‖ni müzakirə etməyə kiçik 
bir kilsəyə toplaĢdılar.  Yığıncağın katibi Uilyam Klarkın qələmə aldığı Patnidəki mübahisələr mahiyyətcə 
ölkənin gələcək siyasi quruluĢunun, Ġngiltərənin yeni Konstitusiyasının müzakirəsi idi.  Mübahisələrin gediĢində 
əslən zadəgan olan leveller polkovnik Reynboro ilə general-komissar Ayrton (Kromvelin kürəkəni) arasındakı 
kəskin və parlaq polemika bizə artıq çoxdan tanıĢ olan, hələ qədim Afinada Perikl və Platonun apardıqları 
mübahisələrin bir növ davamı — azadlıq və onun hədləri, hamı üçün bərabərlik, yaxud ―yalnız buna layiq 
olanlar‖ üçün bərabərlik haqqındakı qədimdən də qədim mübahisələr idi. 
 
 
 
 
 
UĠLYAM KLARK
 
Patni mübahisələri (1647) 
 
 
...İngiltərədə ən kasıb bəndə belə qurulmasında iştirak etmədiyi 
hökumətə tabe olmağa əsla borclu deyildir... 
 
 
 
...General-leytenant Kromvel: Nitqlərinizin ahəngində mən bizə qarĢı açıq-aĢkar bir hikkə və acıq duyuram.  
Bunu hələ dünənki iclas zamanı hiss eləmiĢdim.  Sizə elə gəlir ki, guya biz köhnə idarə üsullarına elə aludəyik ki, 
hətta bu barədə bizimlə söhbət etmək belə faydasızdır, saziĢdən isə heç danıĢmağa dəyməz. Sizi inandırıram ki, 
bu belə deyil. Mən təklif olunmuĢ layihədə səmərəli və faydalı çox Ģey görürəm. Mən inanıram ki, bu layihəni 
yazanlar bizim əlləĢib-vuruĢduğumuza — ictimai xeyirə nail olmağa can atıblar. Lakin xalqımızın beyni və ürəyi 
təklif olunan bu dəyiĢiklikləri qəbul etməyə hazırdırmı? 
 
 
...General-komissar Ayrton: Gəlin təklif olunmuĢ layihənin bəndləri barədə danıĢaq, belə ki, biz bu yöndə fikir 
yürütdükcə bütün bu məsələlər də aĢkar olub aydınlaĢar. Katibdən xahiĢ edək birinci bəndi oxusun. 
 
 
Katib Klark (oxuyur): ―Ġngiltərə xalqı hazırda öz nümayəndələrinin parlamentə seçilməsi üçün qraflıqlar, Ģəhərlər 
və qəsəbələr arasında son dərəcə qeyri-bərabər bölüĢdürülüb; sakinlərin sayına mütənasib olan yeni bölgü 
aparılması gərəkdir‖. 
 
 
Ayrton: Mənim etirazım ―Ġngiltərə xalqı‖ ifadəsinə aiddir.  Sənəddə bu sözlər altında kimlər nəzərdə tutulub? Axı 
hər yetənə ―sakin‖ kimi baxıla bilər; bilmək istərdim: bu o deməkdirmi ki, parlament seçkiləri zamanı hər bir 
kəsə səs vermək üçün bərabər hüquqlar veriləcəkdir? 
 
 
Sıravi Pitti: Bəli.  Biz belə bilirik ki, öz anadangəlmə hüquqlarını itirməmiĢ hər bir ingilisin seçkilərdə səs 
vermək üçün bərabər hüquqları olmalıdır. 
 
 
Ayrton: Ġngiltərə torpağında doğulmuĢ hər bir kəsin? Yalnız burada doğulduğuna görə? 
 
 
Polkovnik Reynboro: Məncə, Ġngiltərədə kasıbın birisinin də ən mənsəbli adam kimi öz həyatını yaĢamaq haqqı 
var; buna görə, ser, mənə gün kimi aydındır ki, hansısa hökumətin iqtidarı altında yaĢayan hər bir kəs ən əvvəl bu 
hökumətə tabe olmağa öz razılığını verməlidir və mən əminəm ki, Ġngiltərədə ən kasıb bəndə belə qurulmasında 
iĢtirak etmədiyi hökumətə tabe olmağa əsla borclu deyildir və mən bunun əleyhinə olan dəlilləri eĢidəndə belə 
hesab edirəm ki, bu dəlillər hər Ģeydən əvvəl inandırıcı olmalıdır; elə inandırıcı olmalıdır ki, məndə artıq heç bir 
Ģübhə qalmasın ki, buna Ģəkk gətirən adam ingilisdir, ya baĢqa millətdəndir. 
 
 


 
27 
Ayrton: ...Mənsə düĢünürəm ki, bu, heç də [hamı üçün] hüquq deyildir.  Mənə belə gəlir ki, bizim krallıqda təsbit 
edilmiĢ daimi marağı olmayan adamın krallığın iĢlərində iĢtirak etmək və bizi hansı qanunların idarə edəcəyini 
müəyyənləĢdirən Ģəxsləri seçmək hüququ olmamalıdır.  Yalnız bizim krallığın əldə olan hər hansı real və 
uzunmüddətli maraqlarını ifadə edən Ģəxslər birlikdə krallığı təmsil edə və müvafiq surətdə krallığın 
nümayəndələrini seçə bilərlər.  Və mən əminəm ki, heç kəs bizə izah edə bilməz ki, nə üçün aramızda peyda olan 
və ya hələ peyda olacaq, yaxud özbaĢına və ya baĢqa yolla, yaxud da ən azı bizim razılığımızla burada məskən 
salacaq əcnəbilər — nə üçün onlar da qalanlarının (ölkədə daimi marağı olmayanların) tələb etdiklərini tələb edə 
bilməzlər? Biz burada anadangəlmə hüquqlardan danıĢırıq.  Həqiqətən də, bir çox tələblər məhz anadangəlmə 
hüquqlara əsaslanır.  Ġnsanlar haqlı olaraq, anadangəlmə hüquqa görə, Ġngiltərədə doğulduqlarına görə ən 
müxtəlif hüquqlara malik ola bilərlər və biz onları Ġngiltərədən qova bilmərik.  Biz onların hava, su, torpaq 
hüquqlarını, ictimai yollardan istifadə etmək azadlığını və digər Ģeylərə olan hüquqlarını, bizim aramızda 
yaĢamaq hüquqlarını əllərindən ala bilmərik, ancaq bütün bunlar burada doğulanların heç biri üçün krallığın 
iĢlərində daimi maraq yaratmır. 
 
Mən əminəm ki, əgər biz krallığın dövlət quruluĢunun əzəli mahiyyətini təĢkil edən Ģeyə, onun ən vacib və 
fundamental prinsipinə (elə bir prinsipinə ki, onun ləğvi ilə ölkədə daha heç kəsin nə torpağı, nə var-dövləti, nə 
də hər hansı bir mülki marağı olar)  müraciət etsək, o zaman bunun aĢağıdakından ibarət olduğunu görərik: o 
kəslər ki dövlətin və krallığın idarə olunacağı qanunları yaratmaq üçün öz nümayəndələrini seçirlər, onlar 
birlikdə götürüldükdə bu krallığın maddi nemətlərini təmsil edirlər, yəni bu torpaq da, bu sənaye də onlara 
məxsusdur.  Bu krallığın dövlət əsasını elə məhz bu adamlar təĢkil edirlər və əgər siz onu qadağan etsəniz, qalan 
bütün Ģeyləri də qadağan etmiĢ olarsınız.  Belə qurum seçim hüququnu məhdudlaĢdırır və onu yalnız bu adamlara 
verir... 
 
 
Reynboro: ...Mənim üçünsə qətiyyən fərqi yoxdur: kraldır, ya kral deyil, lorddur, ya lord deyil, mülkiyyəti var, ya 
heç bir mülkiyyəti yoxdur və məncə, əgər bizim hamımız üçün bunun heç bir əhəmiyyəti yoxdursa, onda biz 
bütün bunlara bacardıqca tez son qoymalıyıq...  Mülkiyyətə gəldikdə isə, mən bəzilərinin bunu necə ələ 
keçirdiklərini yaxĢı bilirəm...   
 
Mən burada Ġngiltərədə doğulan hər bir kəsin parlamentə seçkilər zamanı nə üçün səs vermək hüququ olmadığını 
mənə izah eləyə bilən elə bir fikir eĢitmədim.  Burada deyildi ki, əgər insanın daimi mənafeyi yoxdursa, o, heç nə 
tələb eləyə bilməz; burada iddia edildi ki, guya biz qanunun izn verdiyindən çox azad ola bilmərik və guya 
indiyəcən yer üzündə elə bir qanun olmayıb ki, hazırda bizim azad olduğumuzdan daha çox azad olmağa imkan 
vermiĢ olsun.  Dünən bu barədə nəsə deyirdilər.  Ancaq mənim fikrimcə, Allah-təala insanlara ona görə ağıl verib 
ki, bu ağıldan Allahın onların qarĢısında qoyduğu məqsəd və vəzifələr üçün istifadə eləsinlər.  Məncə, əgər insan 
acdırsa, kömbənin yarısı heç olmamasından yaxĢıdır.  Allah-təalanın neməti — ağıl baĢqa bir mal-mülk 
olmadıqda öz-özlüyündə bəlkə də kimin üçünsə dəyərsiz bir Ģey kimi görünər, lakin, fikrimcə, Allahın insana 
bəxĢ etdiklərinin içində ağıl yeganə nemətdir ki, onu heç kəs heç kəsdən qəsb edə bilməz.  Buna görə deyirəm: 
qoy bu, Allahın qanunu, ya insanın qoyduğu qanun olsun, fərqi yoxdur, ancaq o, krallıqda yaĢayan insanların ən 
kasıbına da krallığın ən Ģöhrətli sakininə verdiyi qədər imkanlar verməlidir.  Mən Allah-təalanın qanunlarında elə 
bir göstəriĢ görmədim ki, lord [parlamentə] iyirmi nümayəndə göndərə bilər, centlmen(2)  iki, yoxsul isə heç 
birisini; belə bir Ģey nə təbii qanunlarda var, nə millətlərin qanununda.  Lakin mən görürəm ki, ingilis 
qanunlarına bütün ingilislər tabe olmalıdır və əminəm, heç kəs inkar edə bilməz ki, qanunları təyin etmək hüququ 
bütövlükdə bütün xalqa məxsusdur və bir halda ki, o, bütövlükdə bütün xalqa məxsusdur, mən bütün xalqa hüquq 
bərabərliyi verilməsi üçün vuruĢacağam... 
 
 
 
 
 
_____________________________________________________________ 
1 Levellers (ingil.) — bərabərçilər, bərabər hüquqların tərəfdarları.   
2 Centlmen — orta əsrlər Ġngiltərəsində zadəgan, xırda mülkədar. 
 
 
 
 
7. ĠNGĠLTƏRƏDƏ KONSTĠTUSĠYALI MONARXĠYANIN BƏRQƏRAR OLMASI  
VƏ SEÇKĠ HÜQUQUNUN GENĠġLƏNMƏSĠ 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə