Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   12   13   14   15   16   17   18   19   ...   133

 
32 
 
DÖVLƏTĠN SƏBƏBLƏRĠ, YARANIġI  
VƏ TƏRĠFĠ HAQQINDA   
 
 
Dövlətin məqsədi əsasən təhlükəsizliyi təmin etməkdir.  Ġnsanlar (təbiətən azadlığı və baĢqaları üzərində ağalığı 
sevənlər) özlərini buxova salarkən (gördüyümüz kimi, dövlət daxilində yaĢamaqla onlar buxova girmiĢ olurlar) 
onların son məqsədi, yaxud niyyəti özlərini qorumaq və bu zaman daha əlveriĢli həyat qurmaq qayğısıdır.  BaĢqa 
sözlə desək, insanlar dövlət yaradarkən müharibənin fəlakətli vəziyyətindən xilas olmağa can atırlar və bu 
müharibə vəziyyəti onları qorxu içində və cəzalandırılmaq hədəsi altında saxlayan, saziĢləri yerinə yetirməyə və 
təbii qanunlara əməl etməyə məcbur edən real hakimiyyətin olmadığı yerlərdə insanların təbii ehtiraslarının...  
zəruri nəticəsidir.  
 
Həqiqətən də təbii qanunlar (ədalət, qərəzsizlik, təvazökarlıq, rəhmdillik və ümumiyyətlə, başqalarının bizimlə 
necə davranmağını istəyiriksə, onlarla da o cür davranmaq) bizi onlara əməl etməyə məcbur edən hər hansı 
qüvvə qarĢısında qorxudan kənarda, özü-özlüyündə bizi qərəzli münasibətə, lovğalığa, qisas almağa və s.   
sürükləyən təbii ehtiraslara ziddir.  Əldə qılınc olmadıqca hər hansı bir saziĢ insanı qoruya bilməyəcək quruca 
sözlərdir.  Bax, buna görə də təbii qanunların olmasına baxmayaraq (o qanunlar ki, insan onlara istədikdə, özünə 
heç bir təhlükə yaranmadıqda əməl edir), hakimiyyət qurulmadıqda, yaxud insanların təhlükəsizliyini təmin 
etmək üçün kifayət qədər güclü dövlət olmadıqda hər bir fərd öz təhlükəsizliyini baĢqalarından qorumaq üçün öz 
fiziki gücündən və çevikliyindən istifadə edəcəkdir, yaxud o, tam qanuni Ģəkildə bunlardan istifadə edə bilər... 
 
 
Dövlətin (commonwealth) mənşəyi, dövlətin tərifi. Ġnsanları yadelli basqınlarından və qarĢılıqlı ədalətsizliklərdən 
qorumağa qadir olan və beləliklə, onların öz əlinin zəhməti və torpağın bəhrəsiylə dolana biləcəyi və rahatlıqla 
yaĢaya biləcəyi bu cür ümumi hakimiyyət yalnız bir yolla — məhz bütün hakimiyyətin və gücün bir adamın, 
yaxud səs çoxluğuyla bütün vətəndaĢların iradəsini bir vahid iradə halında toplaya biləcək insan toplumunun 
əlində cəmləĢdirilməsi ilə qurula bilər.   
 
BaĢqa cür desək, ümumi hakimiyyətin bərqərar olması üçün, insanların onların nümayəndəsi ola biləcək bir 
adamı, yaxud adamlar yığıncağını təyin etmələri gərəkdir; hər bir insanın ümumi sülhü və təhlükəsizliyini 
qorumaq məqsədilə ümumi Ģəxsin özünün etdiyi, yaxud baĢqalarını məcbur edəcəyi bütün iĢlərə münasibətdə 
özünü köməkçi sayması və buna görə özünü məsul hesab etməsi gərəkdir; hər bir insanın öz iradəsini və 
fikirlərini ümumi şəxsin iradəsinə və fikirlərinə tabe etməsi gərəkdir.   
 
Bu, yekdillik və həmrəylikdən də çox Ģey deməkdir.  Bu, saziĢ vasitəsilə bir vahid Ģəxsdə təcəssüm tapmıĢ real 
vəhdətdir; hər bir insan bu saziĢi digəriylə elə tərzdə bağlamıĢ olur ki, sanki hər kəs digərinə demiĢ olur: bu 
adamı, yaxud bu yığıncağı özümə vəkil edirəm və özümün idarə etmək hüququmu ona verirəm, bir Ģərtlə ki, sən 
də öz hüququnu bu qaydayla verəsən və onun bütün hərəkətlərinə icazə vermiĢ olasan.  Əgər bu baĢ veribsə, o 
zaman çoxlu insanın bu qaydayla bir Ģəxsdə birləĢməsi dövlət (latınca — civitas) adlanır.  Ölməz Allahın dərgahı 
altında öz dincliyimizə və müdafiəmizə görə borclu olduğumuz ulu Leviafanın, daha ehtiramla desək, fani 
Allahın doğuluĢu belə baĢ verir.  Çünki dövlət daxilində hər bir ayrıca insanın ona verdiyi səlahiyyətlər sayəsində 
göstərilən insan, yaxud insanlar yığıncağı onda cəmlənmiĢ elə böyük güc və hakimiyyət qazanır ki, onun 
doğurduğu qorxu bu insanı, yaxud bu insanlar yığıncağını bütün insanların iradəsini daxili barıĢığa və xarici 
düĢmənlərin əleyhinə qarĢılıqlı köməyə yönəltməyə qadir edir.  
 
Mahiyyəti belə bir insandan, yaxud insanlar yığıncağından ibarət olan dövlətin aĢağıdakı tərifə ehtiyacı vardır: 
dövlət elə bir vahid şəxsdir ki, külli miqdarda insan qarşılıqlı müqavilə yolu ilə onun hərəkətlərinə görə özünü 
məsul hesab edir və bu şəxs onların hamısının gücündən və vəsaitindən dinc yaşamaları və ümumi müdafiələri 
üçün zəruri saydığı kimi istifadə edə bilir.  
 
Bu Ģəxsin daĢıyıcısı Suveren adlanır və onun barəsində deyirlər ki, o, ali hakimiyyət sahibidir, baĢqa hər hansı 
Ģəxssə onun təbəəsidir...  
 
 
 ―Leviafan və ya dini və mülki dövlətin mahiyyəti, forması və hakimiyyəti‖ essesinin 
13—18-ci fəsillərindən çıxarışlar  
 
 
 
 


 
33 
 
HOBBSUN "Sülh qaydaları" 
 
 
1.  Sülhü axtarmaq və ona riayət etmək gərəkdir.  Amma özünü də bütün mümkün vasitələrlə müdafiə etməyə 
hazır olmalısan.  
 
2.  BaĢqa adamların razılığı olarsa, sülh və özünümüdafiənin maraqları üçün zəruri ölçüdə bütün Ģeylərə olan 
hüquqdan imtina etmək, baĢqa adamlara münasibətdə adamların özünə qarĢı münasibətdə yol verdiyi qədər 
azadlığın dərəcəsi ilə qənaətlənmək lazımdır.  
 
3.  Adamlar bağladıqları müqavilələri yerinə yetirməlidir.  
 
5.  Hər bir adam baĢqalarına uyğunlaĢmağı bacarmalıdır.  
 
6.  Gələcəyə münasibətdə təminatın mövcudluğu zamanı adam peĢmanlıq hissi keçirən və barıĢmağı arzulayan 
Ģəxslərə keçmiĢ incikliklərini bağıĢlamalıdır.  
 
7.  Qisas alarkən (yəni pisliyə pisliklə cavab verərkən) törədilmiĢ pisliyin ölçüsü yox, qisasdan sonra yaranacaq 
xeyirin ölçüsü nəzərə alınmalıdır.  
 
8.  Heç bir adam baĢqasına ədavət və nifrətini iĢ, söz, mimika və ya jestlə bildirməməlidir.  
 
9.  Hər bir adam baĢqalarını özünə əzəldən bərabər hesab etməlidir.  
 
10.  Sülh müqaviləsinə girən adam baĢqasına verilməsinə razı olmadığı hüquqların ona verilməsini tələb 
etməməlidir...  
 
12.  Bölünməz əĢyalardan, mümkünsə, birgə istifadə olunmalıdır.  Həm də nəzərə alınmalıdır ki, əĢyaların sayı 
buna imkan verirsə, birgə istifadə məhdudiyyətsiz, əks halda isə buna hüququ olanların sayına mütənasib surətdə 
olmalıdır.  
 
13.  ƏĢyaları bölmək, yaxud onlardan birgə istifadə etmək mümkün deyilsə, onlardan növbəli istifadə etmək və ya 
sahiblik hüququ püĢklə müəyyənləĢdirilməlidir.  
 
15.  Sülh məsələsində vasitəçi olan bütün adamlara toxunulmazlıq təminatı verilməlidir.  
 
16.  Mübahisə zamanı tərəflər öz hüquqlarını hakimin qərarına tabe etməlidirlər. 
 
17. Öz Ģəxsi iĢində baĢqalarının maraqlarına toxunan kimsə ədalətli hakim ola bilməz.  
 
18.  Tərəflərdən hansınınsa qələbəsindən açıq-aĢkar böyük fayda, Ģərəf, məmnunluq əldə edə biləcək Ģəxs hakim 
olmamalıdır.  
 
19.  Faktla bağlı mübahisədə hakim bir tərəfə baĢqasından, bir Ģahidə o biri Ģahiddən çox etibar edə bilməz və o 
vaxtacan yeni Ģahidlər dəvət etməlidir ki, onların verdiyi ifadə məsələnin həlli üçün kifayət olsun.  
 
20. Ümumi qayda: Özünə rəva görmədiyini baĢqasına da görmə.  
 
 
 
 
 
9. CON LOKK 
Ġctimai müqavilə haqqında 
 
 
Ġngilis filosofu Con Lokk (1632–1704) haqlı olaraq liberal demokratiyanın atası hesab edilir. Hobbsun siyasi 
fəlsəfəsini Birinci Ġngiltərə inqilabının nəzəri təhlilinin nəticəsi kimi qiymətləndirmək olarsa, Lokka parlament 
quruluĢunu bərqərar etmiĢ (1688–1689) ikinci, yaxud ġanlı Ġngiltərə inqilabının ideoloqu kimi baxılmalıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə