Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   7   8   9   10   11   12   13   14   ...   133

 
22 
 
Məsələn, bir çoxları Ġlahi Qüvvəni Adəmə qadağanı pozmağa imkan verdiyinə görə məzəmmət edirlər.  Ey 
axmaqlar! Axı Tanrı ona ağıl və deməli, seçmək azadlığı vermiĢdi, belə ki, ağıl seçmək bacarığından baĢqa Ģey 
deyildir; əks halda, Adəm adicə maĢın olardı.  Heç biz özümüz də məcburiyyət nəticəsi olan itaəti, yaxud 
məhəbbəti və ya qurbanları sevmirik.  Məhz buna görə Allah onu tamah doğuran Ģeyin qarĢısında qoyaraq ona 
sərbəstlik vermiĢdir.  Adəmin xidməti — öz nəfsini saxladığına görə mükafat və alqıĢ qazanmaq hüququ məhz 
bundan ibarət idi... 
 
Bunu baĢa düĢmək daha yaxĢı olar ki, hərəkəti təyinlərə tabe olmayan, xeyir və Ģər mənbələrə eyni dərəcədə təsir 
göstərən Ģeyə yol verməməyə can atan qanun mütləq zərərli və zorakı olacaqdır.   Əgər mənim seçmək imkanım 
olsaydı, həmiĢə Ģərin yayılmasına qarĢı zorakı maneələrin qat-qat olduğunu dərk etməkdənsə xeyir iĢlərin lap 
cüzi bir hissəsiylə qarĢılaĢmağı üstün tutardım.  Əlbəttə ki, Allah üçün on əxlaqsızın öz nəfsini saxlamasındansa 
bir ləyaqətli adamın uğurlu fəaliyyəti daha vacibdir.  Və əgər biz evdə olarkən, gəzərkən, səyahət edərkən, 
söhbətləĢərkən gördüklərimizi və eĢitdiklərimizi həmiĢə əlimizin altında olan və yazılan kitabın gördüyü iĢi görən 
bir nəhəng səyyar kitab təsəvvür etsək, aydınlaĢar ki, yalnız çap kitabına aid olan qadağa bu qanunu tamamilə 
əsassız edir.  Məgər biz hər gün saray ədəbiyyatının parlamentə və cəmiyyətə qarĢı yönəldilmiĢ və senzuraya 
baxmayaraq geniĢ yayımlanan həftəlik məhsullarını görmürükmü?.. 
 
Lordlar və icmalar, əgər siz bu qanunu faydasız saymırsınızsa, bir az da zəhmət çəkməli olacaqsınız: siz 
yolverilməz məzmunlu və artıq çapdan çıxıb satılmıĢ bütün kitabları bircə-bircə nəzərdən keçirməlisiniz; siz hər 
kəsin oxuyan kimi nəyə icazə verildiyini və nəyə icazə verilmədiyini anlayacağı bütün kitabların siyahısını tərtib 
etməlisiniz və bundan əlavə, göstəriĢ verməlisiniz ki, təzə gətirilən bütün xarici kitablar baxılıb yoxlanmayanacan 
sekvestr(2) altında qalsın.  Bu iĢ xeyli vaxt və sıralarına hər yetənin mənsub ola bilməyəcəyi çoxsaylı nəzarətçilər 
tələb edəcəkdir.  Bundan əlavə, elə kitablar var ki, bir cəhətdən yaxĢı və faydalı olduğu halda, digər cəhətdən 
ziyanlı və fəlakətli ola bilər; dövləti bu zərərdən qorumaq məqsədilə o kitablardan ziyanlı və pis Ģeyləri çıxarmaq 
üçün yenə xeyli miqdarda məmur lazım olacaqdır.  Sonra əgər bu cür kitabların sayı artmağa baĢlasa, sizə qanunu 
ən çox pozan bütün çapçıların siyahısını tutmaq və bəlkə də onların Ģübhəli fəaliyyətini ümumiyyətlə qadağan 
etmək lazım gələcəkdir.  Bir sözlə, göstəriĢlərinizin kəsərli olması üçün senzuranı Trident(3) və Seviliyanın(4)  
üsulu ilə büsbütün yenidən qurmaq lazımdır, lakin bilirəm ki, bu, sizin üçün dözülməz görünəcəkdir... 
 
Əgər burada qarĢıya xalqın əxlaqını yaxĢılaĢdırmaq məqsədi qoyulubsa, zəhmət çəkib Ġtaliyaya və Ġspaniyaya 
baxın: orada inkvizisiya kitablara divan tutmağa baĢlayandan bəri bu ölkələr daha yaxĢı, daha nəcib, daha ağıllı 
və əxlaqlı olublarmı?.. 
 
Senzor idarəsinin heç bir fayda gətirmədiyini sübuta yetirdikdən sonra mən onun vurduğu ziyana keçmək 
istəyirəm ki, bu ziyan da, hər Ģeydən əvvəl, ondan ibarətdir ki, senzura elmə və elm adamlarına qarĢı edilə 
biləcək ən ağır zorakılığın və təhqirin təmsilçisidir... 
 
Bilin və agah olun ki, qəyyumsuz və nəzarətçisiz öz fikrini mətbuata tapĢırmağa qabil olmadığını və bu zaman 
guya nəzarətsizlik səbəbindən küfr və əxlaqsızlığı yaya biləcəyini heç nəylə göstərməyən, elm sahəsində ad-san 
qazanmıĢ Ģəxsin ağlına və namusuna bu qədər inamsızlıqla yanaĢmaq azad və ziyalı Ģəxsin uğraya biləcəyi ən 
dəhĢətli təhqir və ən dəhĢətli ədalətsizlikdir... 
 
Bəs fikir sarıdan zəngin müəllif senzuradan sonra — kitab artıq çapda ikən ora nəsə əlavə etmək istəsə necə 
olsun?  Axı ən ehtiyatcıl yazıçılarda da belə hallar çox, bəzən hər əsərdə bir neçə dəfə olur.  Çapçı senzura 
nüsxəsinə bir söz belə əlavə etməyə ürək eləmir; buna görə müəllif yenə öz ―hakim‖inin hüzuruna getməli olur 
ki, o, əlavələri də nəzərdən keçirsin.  Və beləcə, müəllif senzoru iĢdən azad tapana qədər dönə-dönə onun yanına 
ayaq döyməli olur, bu vaxt çap iĢi dayanır ki, bu da bəzən artıq xərcə səbəb olur və ya müəllif ən parlaq 
fikirlərdən imtina edib kitabı yarımçıq Ģəkildə çap etdirməyə məcbur olur ki, bu da zəhmətsevər yazıçı üçün 
dünyada ən böyük dərd və əzab deməkdir. 
 
Belə bir halda baĢqalarını öyrətmək üçün zəruri olan hansı nüfuz gücündən danıĢmaq olar? Müəllifin öyrətdiyi, 
ifadə etdiyi bütün Ģeylərin nəzarət altında olduğu, onun mühafizəkar senzorun düzəliĢlərinə məruz qaldığı, yaxud 
bu senzorun ani əhval-ruhiyyəsindən asılı olaraq xoĢuna gəlmədiyi Ģeyləri tamam poza və ya dəyiĢə biləcəyi bir 
vəziyyətdə müəllif özünü qələmə aldığı kitabın sahibi hesab edə bilərmi? (Bu isə çox zəruridir, çünki əks halda 
susmaq yaxĢıdır)... 
 
Hərgah, lordlar və icmalar, kimsə sizi senzuranın elmlə məĢğul olan insanları güc və gümrahlıqdan məhrum 
etməsi barədəki fikirlərin guya ritorikadan baĢqa Ģey olmadığına və guya əsl həqiqətdə belə Ģeyin yoxluğuna 
inandırmağa çalıĢsa, mən bu cür inkvizisiya tiraniyasının fəaliyyət göstərdiyi ölkələrdə gördüklərimi və 


 
23 
eĢitdiklərimi həvəslə sizə nağıl edə bilərəm.  Mən bu maarifpərvər insanların arasında bulunmaq Ģərəfinə nail 
olarkən onlar fikir azadlığı ölkəsində (onlar Ġngiltərəni bu cür görürdülər) doğulduğum üçün mənə qibtə edir və 
elə hey ölkələrində elmin düĢdüyü köləlik vəziyyətindən gileylənirdilər.  Ġtalyan dühasının parıltısı artıq 
sönmüĢdür və uzun illərdir ki, bu ölkədə təriflərlə və cəfəngiyatla dolu kitablardan savayı heç nə yaranmır.  Elə o 
zaman mən qocaman Qalileyi axtarıb tapdım və görüĢdüm — inkvizisiya onu həbsxanaya yalnız buna görə 
salmıĢdı ki, o, astronomiyanı fransisk və dominikan senzorlarından fərqli Ģəkildə görür və dərk edirdi.  O 
zamanlar Ġngiltərənin prelatlar və yepiskoplar zülmündən boğulmasına baxmayaraq, mən baĢqa xalqların 
Ġngiltərədə azadlığın olması barədəki inamını ölkəmizin gələcək inkiĢafının rəhni kimi qəbul etdim. 
 
O vaxtlar mən hələ ümid edə bilməzdim ki, artıq onun havasıyla ölkənin azadlığa doğru yolunda onun rəhbərləri 
olacaq və zamanın bütün qovğalarına baxmayaraq, dünyanın sonunacan xatirələri yaddaĢlardan silinməyəcək 
ləyaqətli insanlar nəfəs alır.  Bu azadlıq hərəkatı baĢlayanda heç ağlıma da gəlməzdi ki, bir vaxtlar baĢqa 
ölkələrdə inkvizisiya ilə bağlı maarifpərvər insanların dilindən eĢitdiyim Ģikayətləri sonralar öz ölkəmin o cür 
elmli adamlarından eĢitməli olacağam... 
 
Yepiskopları təzəcə devirməyə baĢlayanda mətbuat hələ azad idi və bu azadlıq parlament tərəfindən idarə olunan 
xalqın fitri hüququ və imtiyazı, həqiqəti dərk etmək vasitəsi sayılırdı.  Ġndi  — yepiskopların öz səlahiyyətlərini 
itirdiyi və kilsələrdən qovulduğu bir vaxtda onların fəndləri yenə qüvvəyə minməyə baĢlayıb, elə bil bizim 
reformasiyamız ona görə əlləĢib-vuruĢurmuĢ ki, onların yerinə baĢqa adlar altında yenilərini əyləĢdirsin; mətbuat 
azadlığı yenə hansısa iyirmi prelatdan ibarət komissiyanın zülmünə tabe olur, xalqın hüquqları pozulur, ən 
dəhĢətlisi budur ki, elm öz azadlığını itirir və yenə öz köhnə boyunduruğu altına qayıtmalıdır və bütün bunlar 
parlamentin(5) fəaliyyət göstərdiyi bir vaxtda baĢ verir, halbuki ruhaniliklə mübarizə zamanı elə bu yaxınlarda 
irəli sürdükləri öz Ģəxsi arqumentləri parlamentdə oturanlara gərək xatırladaydı ki, bu qüvvə həmiĢə qarĢısına 
qoyduğu məqsədin tam əksi olan nəticələrə gətirib çıxarır —  təfriqələri aradan götürmək əvəzinə onları 
dərinləĢdirir və onlara hörmət bəsləməyə məcbur edir! Vikont Sent-Alban deyir: ―Zəkanın və istedadın təqib 
edilməsi onun əhəmiyyətini qaldırır və qadağan edilmiĢ hər cür kitab həqiqət qığılcımıdır və bu qığılcım onu 
tapdamaq istəyənlərin gözünə tez girir‖... 
 
Ġngiltərə lordları və icmaları! Məxsus olduğunuz və idarə etdiyiniz xalqa diqqət yetirin — bu, tənbəl və ağılsız 
millət deyil, diri, iti və bəsirətli ağlı olan millətdir; bu, ixtiralarda mahir, tədqiqatlarda çalıĢqan və güclü, insan 
qabiliyyətinin yüksələ bildiyi ali zirvələrə yetməyə qabil bir millətdir... 
 
Biliklər əldə etməyə bu cür hazır və meylli olan xalqdan nə ummaq olar? Bu münbit və bərəkətli torpağa bütün 
xalqımızı alimlər, peyğəmbərlər, müdriklər və ləyaqətli ərənlər xalqına çevirmək üçün ağıllı və inamlı 
əkinçilərdən savayı nə lazım ola bilər? Biliyə can atanların çox olduğu yerlərdə düĢünən, yazıb-pozan və çeĢidli 
məsləklərə tapınanlar da çox olur, belə ki, insan məsləki fəaliyyətdə olan bilikdən baĢqa Ģey deyildir.  Xəyali 
sekta və küfrlərdən ehtiyat etməklə biz Tanrının özü tərəfindən məmləkətimizə təlqin edilən bir Ģeyə — elmə və 
tərəqqiyə ciddi və fədakar cəhdə əngəl törətmiĢ oluruq... 
 
Ġndi siz nə etmək fikrindəsiniz? Bu Ģəhərdə təzəcə cücərmiĢ və cücərməkdə davam edən elm və maarifin gələcək 
bəhərini məhv etməkmi? Ġyirmi inhisarçıdan ibarət oliqarxiyanı baĢımızın ağası etməkmi ki, beynimizi qidadan 
məhrum etsinlər və bizə öz arĢınları ilə ölçdüklərindən artıq heç nə verməsinlər? Ġnanın mənə, lordlar və icmalar,  
xalqa bu cür zülm etməyi öyrədənlər sizi ona sürükləyirlər ki, özünüz özünüzün qəniminə çevriləsiniz.   
 
Siz bizi məcbur edirsiniz ki, biz yenə nadan, vəhĢi və kölə olaq, lakin bunun üçün siz əvvəlcə bizi bir vaxtlar 
zülmündən azad etdiyiniz kəslər kimi müstəbid və zalım olmalısınız, bu isə, ümidvaram ki, sizin üçün mümkün iĢ 
deyil.  Sizin örnək olmuĢ Ģücaətiniz sayəsində ürəklərimiz nəcibləĢmiĢ, beyinlərimiz böyük-böyük həqiqətlər 
axtarıĢına və qavrayıĢına yönəlmiĢdir və siz bütün bunları məhv edə bilməzsiniz, çünki bunun üçün siz əvvəlcə 
hələ qədimlərdə rədd edilmiĢ qanun — atanın öz övladını öldürməyə ixtiyarı olması qanununu bərpa etməlisiniz.  
Elə olsa bəs kimlər sizin ardıcıllarınız olacaq və sizin üçün yeni-yeni tərəfdarlar cəlb edəcək? Mən heç də 
müəyyən növ azadlıqların mövcudluğunu inkar etmirəm, lakin dünyada hər Ģeydən çox o hüququ sevirəm ki, 
Ģəxsi təhlükəsizliyimizə təminat verir.  Bu mənada isə mənə hər cür azadlıqlardan əvvəl bilmək, danışmaq və öz 
məsləkimə uyğun olaraq sərbəst fikir yürütmək azadlığı verin... 
 
Bir halda ki, hamı eyni cür düĢünə bilmir, onda bu qopmuĢ hissələri zorakı Ģəkildə birləĢdirməyə səy 
göstərməkdənsə bunlara səbr və dözümlə yanaĢmaq, heç Ģübhəsiz ki, daha faydalı, daha ağıllı və xristian ruhuna 
daha çox yaraĢan hərəkətdir... 
 
Mən bilirəm ki, səhvlər yaxĢı, həm də pis hökumətlərdə eyni dərəcədə mümkündür; onların hər hansı biri aldadıla 
bilər, ələlxüsus kitab çapı bir neçə adamın ixtiyarına verildikdə.  Lakin möhtərəm lordlar və icmalar, səhvləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə