Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   18   19   20   21   22   23   24   25   ...   133

 
44 
olduqları üstünlüklərə müvafiq olmalıdır, bu isə yalnız o halda əldə edilə bilər ki, onlar xalqın qərarlarını ləğv 
etmək hüququ olan (necə ki, xalqın onun qərarlarını ləğv etmək hüququ var) xüsusi məclis təĢkil etsinlər. 
 
Beləliklə, qanunverici hakimiyyət həm ad-sanlıların məclisinə, həm də xalq nümayəndələri məclisinə həvalə 
edilərdi və bu halda onlardan hər birinin digər məclisdən ayrılıqda öz mənafe və məqsədləri olardı.  
 
Haqqında danıĢdığımız üç hakimiyyətdən məhkəmə hakimiyyəti müəyyən mənada heç də hakimiyyət deyil. Qalır 
birinci iki hakimiyyət; bunları ifratçılıqdan saxlamaq üçün tənzimləyici hakimiyyət zəruridir; bu vəzifəni 
qanunverici heyətin ad-sanlılardan ibarət  hissəsi layiqincə yerinə yetirə bilər... 
 
Ġcraedici hakimiyyət hökmdarın əlində olmalıdır, çünki idarəetmənin, demək olar ki, həmiĢə çevik hərəkət tələb 
edən bu növünü çoxları deyil, bir nəfər daha yaxĢı yerinə yetirir; bunun əksinə, qanunverici hakimiyyətdən asılı 
olan Ģeyləri bir nəfər deyil, çoxları daha yaxĢı ərsəyə gətirir... 
 
Əgər icraedici hakimiyyətin qanunverici məclisin hərəkətlərini dayandırmaq hüququ olmasa, qanunverici 
hakimiyyət despotik Ģəkil alacaq, belə ki, arzu elədiyi istənilən hakimiyyəti özünə vermək imkanı olduğundan 
bütün digər hakimiyyətləri məhv edəcək. 
 
Əksinə, qanunverici hakimiyyətin  icraedici hakimiyyətin hərəkətlərini dayandırmaq hüququ olmamalıdır. Belə 
ki, icraedici hakimiyyət öz təbiəti etibarilə məhduddur, deməli, onu daha nəyləsə məhdudlaĢdırmağa ehtiyac 
yoxdur; bundan əlavə, onun fəaliyyətinin məğzi sürətli həllini tələb edən məsələlərdir. Roma tribunları 
hakimiyyətinin baĢlıca nöqsanlarından biri bu idi ki, onlar nəinki qanunverici hakimiyyətin, hətta icraedici 
hakimiyyətin də fəaliyyətini dayandıra bilirdilər ki, bu da böyük fəlakətlərə səbəb olurdu... 
 
Qanunverici məclisin icraedici hakimiyyəti yerinə yetirən Ģəxsi (deməli, həmin Ģəxsin davranıĢını) mühakimə 
etmək hüququ yoxdur. Onun Ģəxsiyyəti toxunulmaz olmalıdır, bu, dövlətə ona görə lazımdır ki, qanunverici 
hakimiyyət tiraniyaya çevrilməsin; icraedici hakimiyyətin ittihama məruz qaldığı, yaxud məhkəməyə cəlb 
edildiyi məqamdan azadlıq da yoxa çıxmıĢ olardı... 
 
Eyni zamanda həm uzaqgörən, həm də kor olan qanunun bir sıra hallarda hədsiz sərt olması mümkündür. Lakin 
xalqın hakimləri, artıq dediyimiz kimi, qanunun sözlərini tələffüz edən dodaqlar, onun gücünü nə azalda, nə də 
sərtliyini yumĢalda bilən cansız məxluqlardır... 
 
Bu cür idarəetmənin qədim respublikaların əksəriyyətindəki qüsurlu idarə üsulundan (həmin respublikalarda xalq 
eyni zamanda həm hakim, həm də ittihamçı idi) üstünlüyü də bundan ibarətdir. 
 
Beləliklə, söhbət açdığımız üsul-idarə tərzinin əsasları bunlardır: qanunverici məclis iki hissədən — onlara 
verilmiĢ ləğvetmə hüququ ilə qarĢılıqlı Ģəkildə bir-birinin qabağını alan hissələrdən ibarətdir ki, bunların ikisi də 
icraedici hakimiyyətlə, icraedici hakimiyyət isə öz növbəsində qanunverici hakimiyyətlə məhdudlaĢdırılır...  
 
Ġcraedici hakimiyyətə malik Ģəxsin zülm edə bilməməsi üçün ona tapĢırılan ordunun Romada Mariydən öncə 
olduğu kimi xalqdan ibarət olması və xalqla eyni ruhda tərbiyə edilməsi lazımdır... 
 
Ordu yaradıldıqdan sonra o, qanunverici hakimiyyətdən deyil, bilavasitə icraedici hakimiyyətdən asılı olmalıdır; 
bu, gerçəkliyin təbiətinə tam uyğundur, belə ki, ordu mülahizə yürütməkdən daha çox fəaliyyət göstərməlidir... 
 
Tasitin germanların əxlaqı haqqındakı parlaq əsərini oxumaq istəyən hər kəs ingilislərin öz siyasi idarəetmə 
ideyasını germanlardan mənimsədiyini görmüĢ olar. Bu gözəl sistem meĢələrdə kəĢf edilmiĢdir.  
 
Ġnsanla bağlı hər Ģeyin sonu var və haqqında danıĢdığımız dövlət də nə vaxtsa  öz azadlığını itirəcək və Roma
Lakedemon və Karfagen kimi məhv olacaq; o, qanunverici hakimiyyət icraedici hakimiyyətdən daha çox 
pozulduqda məhv olacaqdır. 
 
Ġngilislərin bu azadlıqdan istifadə edib-etməmələri barədə fikir yürütmək mənim vəzifəmə daxil deyil. Mən, 
sadəcə olaraq, onların bu azadlığı öz qanunları vasitəsilə yaratdıqlarını göstərməklə kifayətlənirəm və bundan 
artıq heç nə istəmirəm.  
 
 
 ―Qanunların təbiəti haqqında‖, VI  fəsil  
 


 
45 
 
 
 
12. JAN-JAK RUSSO 
Ġctimai müqavilə haqqında 
 
 
 
Ġsveçrə filosofu Jan-Jak Russonun (1712–1778) əsərləri Avropanın ictimai Ģüuruna böyük təsir göstərmiĢdir.  
Əgər Con Lokk Amerika inqilabının ilhamvericisi sayılırsa, Russonu haqlı olaraq Böyük Fransa inqilabının 
(1789) və hətta Rusiya bolĢevik inqilabının (1917) intellektual atası hesab etmək olar.  
 
Russo Cenevrədə saatsaz ailəsində doğulub və anasının vəfatından sonra atası onu tərbiyə etmiĢdir.  O, sistemli 
Ģəkildə təhsil almamıĢ, lakin özü klassik və müasir fəlsəfə ilə ciddi məĢğul olmuĢdur.  Oymaçı emalatxanasında 
iĢə düzələn Russo 1728-ci ildə Cenevrəni tərk edir və madam Varensin yanında məskunlaĢaraq onunla dostluq 
edir; onun köməyi ilə Ģəxsi qaydada öz təhsili ilə ciddi məĢğul olmaq imkanı qazanır.  1742-ci ildə Russo Parisə 
— o vaxtkı dünyanın intellektual mərkəzinə köçür.  O burada Dalamber və digər fransız filosof 
ensiklopediyaçıları ilə tanıĢ olur.  1750-ci ildə Russonun ―Ġncəsənət və elm haqqında düĢüncələr‖ essesi Dijon 
Ģəhəri akademiyasının keçirdiyi müsabiqədə qalib gəlir.  Onun sonrakı əsərləri, xüsusilə də ―Ġctimai müqavilə 
haqqında‖ Ģah əsəri müəllifinə Ümumavropa Ģöhrəti gətirir, eyni zamanda həm Fransa, həm də Ġsveçrə 
hakimiyyətlərinin qəzəbinə səbəb olur.  Russonun əsərləri yasaqlanır, o, Parisi tərk etməli olur və buraya bir də 
1770-ci ildə qayıda bilir.  
 
Russo ictimai müqavilə nəzəriyyəsini parlaq Ģəkildə populyarlaĢdırmıĢ və eyni zamanda ona bir sıra xüsusi 
cizgilər əlavə etmiĢdir.  Russo bütün insanların bərabərliyini tanımayan və insanı anadangəlmə xudbin və qüsurlu 
varlıq hesab edən Aristotel və Hobbsu kəskin tənqid edirdi.  Russo bildirirdi ki, ―insan azad doğulur, lakin hər 
yerdə zəncirlənmiĢdir‖.  Bu vəziyyətin səbəbi ədalətsiz ictimai quruluĢda, konkret olaraq isə feodal qaydalarında 
və insanları bir-birinə düĢmən etmiĢ xüsusi mülkiyyətdədir.  Cəmiyyətdə mövcud ziddiyyətləri aradan qaldırmaq 
üçün insanlar arasında tarixəqədərki harmonik münasibətlərə qayıtmaq lazımdır.  
 
Russo hesab edirdi ki, insanlar öz mülkiyyət və azadlıqlarını müdafiə etmək üçün ictimai müqavilə bağlayırlar.  
Ġctimai müqavilənin bağlanması nəticəsində vahid ictimai və mənəvi orqanizm — Dövlət meydana gəlir.  
Russoya görə, Suveren — xalqdır, onun iradəsi mütləqdir və dəyiĢikliyə məruz qala bilməz.  Russo insanın fərdi 
təbiətindən baĢlayaraq sonda ictimai, kollektiv baĢlanğıcın insan hüquqlarından üstünlüyü ideyasına gəlib çıxır.  
Beləliklə, Russonun nəzəriyyəsi bəĢəriyyətin tarixində ən totalitar doktrinalardan birini təmsil edir.  
 
Russonun mütləq ümumi iradə haqqında tezisi sonralar Hegel, Marks və Leninin siyasi doktrinalarına ciddi təsir 
göstərmiĢdir.  Russo bildirir ki, cəmiyyətin bütün üzvlərinin razılığı ilə yaradılan və ümumi iradəni ifadə edən ali 
hakimiyyət insanların maraqlarına zidd ola bilməz, ona görə də hakimiyyətə cəmiyyət tərəfindən nəzarət 
edilməsindən heç söhbət də gedə bilməz.  Russonun ümumi iradə haqqında nəzəriyyəsi Fransa və Rusiya 
inqilablarının birpartiyalı diktaturası və qanlı terrorunun ideoloji əsasına çevrildi.  
 
Russo yazırdı ki, ―əgər kimsə ümumi iradəyə tabe olmaqdan imtina edərsə, bütün orqanizm tərəfindən o buna 
məcbur ediləcəkdir; bu, yalnız o deməkdir ki, onu zorla azad edəcəklər‖.  Bunu kommunist və faĢist ölkələrinin 
rəhbərləri artıq nümayiĢ etdirmiĢlər.  Bu halı Corc Oruell öz antiutopik romanında (―1984‖) belə müəyyən 
etmiĢdir: ―Azadlıq köləlikdir‖.  
 
 
JAN-JAK RUSSO 
Ġctimai müqavilə haqqında (1762) 
 
 
Kimsə ümumi iradəyə tabe olmaqdan imtina etsə, o buna bütün orqanizm tərəfindən 
məcbur ediləcəkdir, bu isə o deməkdir ki, onu azad olmağa zorla məcbur edəcəklər...  
 
 
Mən insanları olduğu kimi, qanunları isə olmalı olduğu kimi qəbul etdikdə mülki vəziyyətdə etibarlı və qanunlara 
əsaslanan hər hansı bir idarəetmə prinsipinin mümkünlüyünü araĢdırmaq istəyirəm.  Bu araĢdırmada mən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə