Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə130/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   125   126   127   128   129   130   131   132   133

 
cxl 
qanlı diktaturaya gətirib çıxarmıĢ və bu diktaturaya qarĢı mübarizə minlərlə insanın həyatı bahasına baĢa 
gəlmiĢdir.  Məsələnin bu cəhətinə diqqət edək ki, ―Asiya dəyərləri‖ konsepsiyasının müddəaları öz mahiyyətinə 
görə sosialist və milli-sosialist ölkələrində  qəbul edilmiĢ müddəalarla tam üst-üstə düĢür.  Bunun  SSRĠ-də 
nələrə gətirib çıxardığını biz öz gözümüzlə görmüĢük. 
 
Azərbaycan ailəsini və cəmiyyətini daha çox nə dağıda bilər: insan hüquqları, yoxsa insan hüquqlarının 
pozulması? Əgər adət-ənənə  qadını kiĢinin təhqirləri qarĢısında baĢını aĢağı salıb susmağa məcbur edirsə, onda 
həmin adət-ənənə kiĢini də dövlət məmurunun təhqirləri qarĢısında baĢını aĢağı salıb susmağa məcbur edəcəkdir.  
Ailədə avtoritarizm dövlətdə avtoritarizmin baĢlıca səbəbidir. 
 
Demokratiya Asiya cəmiyyətlərinə uyğun gəlirmi? Asiya mədəniyyətinə mənsub olan Türkiyə, Yaponiya, 
Koreya, Tayvan kimi ölkələrin demokratik təcrübədəki uğurları bu suallara cavab verməyə kömək edər, bu 
ölkələrin nümunəsi bizdə ümid yaratmalıdır.  Ġnsan hüquqlarının pozulduğu, zülmün və dilənçiliyin baĢ alıb 
getdiyi cəmiyyətlərin nümunəsi  isə hələ 200 il bundan əvvəl inqilabçı Fransada  ―...insan hüquqlarına 
məhdudiyyət qoyulması cəmiyyətdə bədbəxtliyin, dövlətdə isə korrupsiyanın yeganə səbəbidir‖ fikri ilə 
təsdiqlənmiĢ aydın bir həqiqəti qəbul etməyə kömək etməlidir. 
 
20-ci illərdə dünyada insan hüquq və azadlığına hörmət edən 12 ölkə qeydə alınmıĢdı; 60-cı illərdə bu ölkələrin 
sayı 36-ya çatdı; 90-cı illərdə isə artıq müxtəlif qitələri əhatə edən 60 ölkə insan hüquqlarını beynəlxalq müdafiə 
təĢkilatları tərəfindən azad və demokratik ölkə hesab edilirdi. 
 
Ġnsan hüquqları universal səciyyə daĢıyır, baĢqa sözlə desək, onlar dövlətlə münasibətdə istənilən mədəniyyət 
tipinə mənsub olan insana məxsusdur! Bizdə adamların öz hüquqlarından Ģüurlu Ģəkildə istifadə edəcəklərinə 
Ģübhəniz varsa, onda gəlin BMT-nin, Azərbaycanın da imzaladığı Ümumdünya Ġnsan Hüquqları Bəyannaməsinə 
nəzər salaq (kitabın sonundakı ―Sənədlər‖ bölməsinə bax).  Bəyannamədə sadalanan hüquqlara diqqət yetirin, 
indi onların  hansından imtina edərsiniz?..  Elə bilirəm ki, heç birindən... 
 
 
HƏM AZADLIQ, HƏM DƏ RĠFAH 
 
 
20-ci əsr həm də bir sıra ziddiyyətləri, o cümlədən  Ģəxsiyyətin azadlığı ilə ümumi rifahı yüksəltmək səyləri 
arasındakı, dövləti insan azadlığı üçün təhlükə hesab edən və ona məhdudiyyət qoymağı vacib sayan klassik 
liberalizmlə dövləti  hamının firavanlığı naminə planlaĢdırma aparmaq, fəal Ģəkildə cəmiyyətin iĢinə qarıĢmaq və 
iqtisadiyyatı idarə etmək institutu kimi qiymətləndirən sosializm baxıĢları arasındakı qarĢıdurmanı  azaltmıĢ oldu. 
 
Avropa qitəsində və Rusiya imperiyasında sosial və iqtisadi hüquq ideyaları 19-cu əsrin sonunda, kütləvi fəhlə 
hərəkatları dövründə geniĢ yayılmağa baĢladı və artıq Birinci dünya müharibəsi baĢlanan zaman siyasi və sosial 
hüquqların qovuĢması (sosial-demokratiya) burada ən populyar bir ideyaya çevrildi.  Müsavat Partiyasının 1917-
ci ildə qəbul olunmuĢ proqramında söz, mətbuat, vicdan azadlığı, yığıncaq keçirmək, yer dəyiĢmək azadlığı, 
qanun qarĢısında bütün vətəndaĢların bərabərliyi, eləcə də 8 saatlıq iĢ günü, həmkarlar təĢkilatının sərbəst Ģəkildə 
fəaliyyət göstərməsi, torpağın kəndliyə verilməsi, pulsuz və icbari təhsil Azərbaycanın inkiĢafının vacib Ģərtləri 
kimi göstərildi. 
 
Siyasi azadlıq və dövlətin siyasi hakimiyyətinin məhdudlaĢdırılması ənənələrinin dərin kök atdığı ölkələrdə isə 
həmin ideyaların qovuĢması asan olmadı, çünki bu ölkələrdə iqtisadiyyata müdaxilə edən dövlətə cəmiyyətdə 
düĢmən münasibət var idi.  Klassik liberalizmin nümayəndələri insanın dövlət tərəfindən dolandırılması və iĢlə 
təmin olunması ideyası ilə heç cür razılaĢa bilmirdilər.  Lakin 30-cu illərdən etibarən özünü kəskin Ģəkildə 
göstərən iqtisadi böhranlar, kütləvi həmkarlar hərəkatı, heç də bunlardan az həlledici olmayan bir tarixi fakt - 
SSRĠ-nin mövcudluğu (bu dövlətdə hər bir adamın minimum yaĢayıĢ tərzinə təminat var idi) inkiĢaf etmiĢ 
kapitalist ölkələrində sosial təminatın və dövlətin iqtisadiyyata müdaxiləsinin xeyli artmasına gətirib çıxardı. 
 
ABġ prezidenti F.D.Ruzvelt özünün ―Dörd cür azadlıq‖dan bəhs edən məĢhur çıxıĢında  (1941) Amerika 
ənənələrinə zidd olan belə bir fikir söylədi: ―Ehtiyac içində olan adam azad ola bilməz‖.  F.D.Ruzveltin burada 
bəĢəriyyətin inkiĢafı naminə irəli sürdüyü ―ehtiyacdan xilasolma azadlığı‖ təhlükəsizlik və demokratiya üçün  
―fikir azadlığı‖, ―vicdan azadlığı‖ və ―qorxudan xilasolma azadlığı‖ qədər əhəmiyyətli idi.  Beləliklə, demokratik 
ölkələrin parlamentləri ―tam məĢğulluq‖ ideyasından həmiĢə yan keçsələr də, insan hüququna baxıĢlar get-gedə  
geniĢlənməyə baĢladı. 
 


 
cxli 
Siyasi və iqtisadi azadlıq olmadan ümumi bərabərlik cəmiyyəti qurmaq təcrübəsi 80-ci illərin axırlarında SSRĠ-
nin süqutu ilə iflasa uğradıqda, Avropa və Amerikanın demokratik dövlətləri  Lokkun liberalizmini və Russonun 
―yaxĢı dövlət‖ ideyasını qəbul edərək hərtərəfli inkiĢafa nail oldular.  Ġnsanın söz və yığıncaq azadlığına sosial 
müdafiə hüququ da əlavə olundu.  Ġnsan hüquqları, bazar iqtisadiyyatı və inkiĢaf etmiĢ sosial təminat (bunsuz 
insan hüquqlarından istifadə etmək mümkün deyil) müasir demokratiyanın baĢlıca məzmununa çevrildi. 
 
 
ĠNSAN HÜQUQLARI VƏ BEYNƏLXALQ HÜQUQ 
 
 
20-ci əsrin sonu insan hüquqlarının dünyada tam qələbəsi ilə məĢhurlaĢdı.  80-ci illərdə sovet sosialist sistemi 
dağılandan sonra milli maraq və ümumi rifah naminə insan hüquqlarını qurban verən qüdrətli dövlət ideyası 
dəbdən düĢdü.  Ġndi dünyada açıq Ģəkildə insan hüquqlarının əleyhinə çox az adam çıxıĢ edir.  Dünyanın bir çox 
ölkələrində insan hüquqları faktik olaraq pozulmaqda davam etsə də, dünya ictimaiyyəti insan hüquqları 
ideyasını mədəniyyət fərqlərindən asılı olmayaraq, hər bir cəmiyyətin can atacağı bir məqsəd kimi qəbul edir. 
 
Ġnsan hüquqlarının ―ilahi qanun‖dan  ―insani qanun‖a çevrilməsi  insan hüquqları haqqında beynəlxalq qanunun 
inkiĢafı ilə müĢayiət olunmuĢdur.  Orta əsr hökmdarlarının qonĢu dövlətin öz təbəələrinə qeyri-insani 
münasibətini həmin dövlətlə hərbi toqquĢmanın baĢlıca səbəbi elan etməsinə dair tarixdən çoxlu misallar çəkmək 
olar.  19-cu əsrdə də dini və ya etnik azlığı kütləvi qırğından qurtarmaq üçün fövqəldövlətin qonĢu dövlətə qarĢı 
zor iĢlətməsi hallarına da misal gətirmək çətin deyil.  Birinci dünya müharibəsinin baĢa çatması ilə insan 
hüquqlarına beynəlxalq təminat vermək ideyası müasir Ģəklə düĢməyə baĢlamıĢdır.  Millətlər Liqası haqqında 
saziĢdə qalib dövlətlər tutduqları ərazilərdə əhali ilə qeyri-insani davranmağın və azlıqların hüquqlarını pozmağın 
yolverilməzliyi ilə əlaqədar öhdəlik götürmüĢlər.  Lakin bütün bunlar o zaman geniĢ yayılmıĢ ―insan hüquqları 
hər bir ölkənin daxili iĢidir və ona qarıĢmağa baĢqa bir dövlətin ixtiyarı yoxdur‖ fikrinə uyğun gəlməyən istisna 
hallar idi. 
 
Ġnsan hüquqlarının beynəlxalq təminatı ilə bağlı müasir hərəkat məhz Ġkinci dünya müharibəsi dövründə 
baĢlanmıĢdır.  Böyük Britaniya və ABġ-ın müharibəyə qoĢulmasının səbəbi, özlərinin bəyan etdiklərinə görə, heç 
də Birinci dünya müharibəsindəki kimi ―demokratiyanın inkiĢafı naminə sülhü bərqərar etmək cəhdi‖ ilə yox, 
insan hüquqlarının (Ruzveltin göstərdiyi dörd cür azadlığın) hər bir ölkədə hər bir insan üçün bərqərar olması ilə 
əlaqədar idi.  FaĢizmə qarĢı mübarizədə irəli sürülmüĢ bu Ģüar müharibədən sonrakı dövrdə də beynəlxalq 
sabitliyin planlaĢdırılmasının əsasını təĢkil etdi. 
 
Müharibədən sonra müttəfiqlər insan hüquqları prinsipini sülh saziĢlərinə daxil etdilər və həmin prinsip hərbi 
canilərə qarĢı baĢlıca ittiham maddəsinə çevrildi.  Müharibədən sonra müttəfiqlər insan hüquqlarına təminatı  
məğlubiyyətə uğramıĢ Almaniya, Avstriya və Yaponiya konstitusiyalarına daxil etdilər.  Lakin dünyada hər kəsin 
ayrılmaz hüquqları ilk dəfə BMT-nin yaradılmasını bəyan edən sənəddə — BirləĢmiĢ Millətlər Xartiyasında 
(1945) öz əksini tapdı. 
 
BMT Xartiyası Millətlər Liqası haqqında saziĢdə ifadə olunan ―döyüĢ bölgələrində  azlıqların taleyi ilə bağlı 
narahatlığı‖ yer üzündə yaĢayan hər bir insanın taleyi üçün narahatlıqla əvəz etdi.  ―Ġnsan hüquqlarına və  
irqindən, cinsindən, dilindən və dini mənsubiyyətindən asılı olmayaraq, istisnasız Ģəkildə hamıya aid olan ən 
mühüm azadlıqlara hörmət edilməsini dəstəkləmək və mükafatlandırmaq‖  sahəsində beynəlxalq əməkdaĢlıq 
BMT-nin məqsədi elan edildi (maddə 1,55).  Xartiyada BMT-nin BaĢ Assambleyası və Ġqtisadi və Sosial ĠnkiĢaf 
ġurası qarĢısında mütəmadi olaraq dünya ölkələrində insan hüquqlarının vəziyyətini öyrənmək və bu sahədə 
tövsiyələr hazırlamaq vəzifəsi qoyuldu.  BMT Xartiyası ―Ġnsan hüquqları təkcə ölkənin daxili iĢi deyil, həm də 
beynəlxalq narahatlığın predmetidir‖ prinsipini irəli sürməklə  əvvəllər insanı beynəlxalq ―siyasətin subyekti‖ 
saymayan beynəlxalq hüquqda əsaslı dəyiĢiklik etdi.  Xartiya insanı beynəlxalq hüququn tərkib hissəsi kimi 
götürdü və ona yaĢadığı ölkənin istəyib-istəməməsindən asılı olmayaraq, beynəlxalq hüquqda hüquq verdi. 
 
Məsələyə belə yanaĢmağın mənəvi cəhətindən baĢqa strateji əhəmiyyəti də var.  Axı ölkə daxilində öz 
vətəndaĢları ilə pis rəftar etsə, onda bu ölkə  baĢqa ölkələrin vətəndaĢlarının hüququna hörmətlə yanaĢmayacaq 
və bununla da həmin ölkənin sülhsevər siyasət yürüdəcəyinə heç bir təminat olmayacaqdır. 
 
BMT-yə daxil olan ölkələr 10 dekabr 1948-ci ildə Ümumdünya Ġnsan Hüquqları  Bəyannaməsini qəbul etdi (o 
vaxtdan 10 dekabr dünyada insan hüquqları günü kimi qeyd olunur).  Ġnsan hüquqlarını  dövlət mənafeyindən 
üstün tutan bu bəyannamə dünya dövlətlərini insan hüquqlarına görə cavabdehlik daĢımağa çağırdı.  Bəyannamə 
vətəndaĢ və siyasi hüquqlarla bərabər, o vaxtlar demokratik ictimaiyyət tərəfindən qəbul edilmiĢ sosial və iqtisadi 
hüquqları da əhatə etmiĢdir.  Həmçinin orada ədalətli məhkəmə təhqiqatı hüququ, dövlət təqiblərindən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə