Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə127/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   123   124   125   126   127   128   129   130   ...   133

 
cxxxiv 
Vicdan azadlığı: ―Dində məcburiyyət yoxdur‖ (2:256).  ―Ġnsanları inanmağa sənmi məcbur edəcəksən?!‖ 
(10:99). 
 
Şəxsi təhlükəsizlik: ―BaĢqalarının evlərinə sahiblərindən icazə almadan ...girməyin‖ (24:27). 
 
 
Məhəmməd peyğəmbər buyurub: 
 
 
— ―Heç kim ədalətsiz fərmana tabe olmamalıdır‖.  Yəni hakim ―təbii hüquqlar‖ı pozursa, onun əmrini yerinə 
yetirmək günahdır. 
 
— ―Heç bir ərəbin baĢqa bir ərəbdən hansısa bir üstünlüyü yoxdur, eləcə də ərəbin zəncidən, zəncinin ağdərilidən 
üstünlüyü yoxdur‖. 
 
— ―Mənim icmamda fikir müxtəlifliyinin olması Allahın bizə mərhəmətini  göstərən bir əlamətdir...‖. 
 
 
Göründüyü kimi, insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaĢdırılması ideyası dini cəmiyyətlərdə 
məğzində toxunulmaz insan ləyaqəti anlayıĢı duran ―təbii hüquqlar‖dan doğur. 
 
Qeyd etmək vacibdir ki, insan ləyaqəti Ģəxsi ləyaqət anlayıĢından (bu anlayıĢ ―Ģərəf‖ anlayıĢına daha çox 
yaxındır) fərqlənir.  ġəxsi ləyaqəti həyatda biz özümüz qazanırıq — nəcabətli olanda Ģəxsi ləyaqətimiz artır, 
alçaqlığa yol verəndə Ģəxsi ləyaqətimizi itiririk.  Ġnsan ləyaqətini isə biz məhz heyvan yox, insan olduğumuza 
görə anadan olan gündən qazanırıq. 
 
*  *  * 
 
BaĢqa bir insan bizi yaĢamaq hüququndan məhrum edə bilməz, bizi susmağa məcbur edə bilməz və yaxud 
mülkiyyətimizi əlimizdən ala bilməz.  Bəs bütün bunları etməyə  dövlətin ixtiyarı vardırmı? 
 
Belə ki, qədim Afinada tam ―demokratik‖ Ģəkildə, Ģəhər  əhalisinin səs çoxluğu əsasında böyük filosof Sokrata öz 
tənqidi fikirləri ilə hamını boğaza yığdığına görə ölüm hökmü kəsildi! Afina dövləti Sokratı yaĢamaq 
hüququndan məhrum etdi.  Ġnsan hüquqları ideyasını nəzərə almasaq, bu, tamamilə qanuni idi.  Beləcə də qanuni 
Ģəkildə 30-cu illərdə Almaniyada antiyəhudi qərarlar çıxarıldı, yaxud SSRĠ-də hökumət barədə öz fikirlərini 
bildirən adamlar həbsxanalar küncünə atıldı, sürgünə göndərildi. 
 
Bu misalları çəkməklə insan hüquqlarının məhz insanın dövlətlə münasibətlərinə aid  bir məsələ olduğunu nəzərə 
çatdırmaq istəyirəm.  Ġnsan hüquqları uğrunda tarixi mübarizənin əsas məğzi ondan ibarətdir ki, dövlətə insanın 
yaĢamaq, öz fikrini sərbəst Ģəkildə bildirmək, təhlükəsiz olmaq, mülkiyyətə yiyələnmək, qanuni və ədalətli 
məhkəməyə müraciət etmək və s.  hüquqlarına toxunmaq, bu hüquqları məhdudlaĢdırmaq imkanı verilməsin.  
Demokratik ölkələrdə insan hüquqları çoxluğun hakimiyyətinin məhdudlaĢdırılması iĢinə xidmət edir.  Heç  bir 
çoxluq insan hüquqlarını pozacaq bir qanun qəbul edə bilməz.  Müasir demokratiya, məsələn, qədim Afina 
demokratiyasından məhz bu cəhətinə görə fərqlənir.  Ona görə də bu gün demokratik rejim o deməkdir ki, 
düzgün keçirilmiĢ seçkilər sayəsində ölkədə çoxluğun hakimiyyəti bərqərardır, amma bu hakimiyyətə insan 
hüquqları tərəfindən müəyyən məhdudiyyət qoyulur.  Bu cür demokratiya liberal demokratiya adlanır (bu termin 
çoxluğun hakimiyyətini — democracy — əhatə etdiyi kimi, insan azadlığının ayrılmazlığı prinsipini də — liberal 
— əhatə edir)... 
 
 
ORTA ƏSRLƏR 
 
 
Ġnsanın hakimi-mütləq dövlətə qarĢı mübarizəsi hələ monarxiya dövründən baĢlamıĢdır.  Belə ki, 1215-ci ildə 
zülmkar krala qarĢı üsyana qalxmıĢĠngiltərə feodallarının qələbəsi insan hüquqları və dövlət hakimiyyətinin 
məhdudlaĢdırılması tarixində əlamətdar bir hadisəyə çevrildi.  Üsyançılar kralı təəhhüdlər sənədini — ―Böyük 
Azadlıqlar Xartiyası‖nı(Magna Carta) imzalamağa məcbur etdilər; sənəddə dövlətin hakimiyyətinə məhdudiyyət 
qoyan maddələrdən biri belə idi: ―Məhkum olunanlarla  bərabər hüquqlara malik olan məhkəmə iclasçılarından 
baĢqa heç kim heç kəsi mühakimə edə bilməz‖ (əlbəttə, burada söhbət hamıdan yox, hələlik baronlardan və ali 
ruhani təbəqədən gedirdi – H.H.).  Artıq kral öz vassallarını istədiyi kimi mühakimə edə bilməzdi.  Bu isə insan 


 
cxxxv 
hüquqlarının dövlət hakimiyyəti tərəfindən qanuni və ədalətli məhkəməyə təminat alması tarixində ilk 
addımlardan idi.  Adətən, krallar hakimiyyətlərinin məhdudlaĢdırılması ilə barıĢmaq istəmir və bir qayda olaraq 
öhdələrinə götürdükləri təəhhüdləri pozurdular, bununla da demokratiya və insan hüquqları uğrunda mübarizə 
davam edirdi.  Bu mübarizə Ġngiltərədə 17-ci əsrdə kapitalizmin inkiĢafı ilə əlaqədar olaraq yeni bir vüsət aldı.  
Həm kralın, həm də parlamentin (!) təkhakimiyyətliliyinə qarĢı baĢlamıĢ qanlı üsyanlardan sonra qəbul olunan 
―Hüquqa dair müraciət‖ (1628), ―Xalq saziĢi‖ (1647), ―Hüquqlar haqqında Bill‖ (1689) parlamentarizmin əsasını 
qoydu, seçki hüquqlarını geniĢləndirdi, insanın ədalətsiz hakimiyyətin təqib və təzyiqlərindən qorunmasına, 
həmçinin dini azadlıq və dini ayrı-seçkilikdən müdafiə olunmasına təminat verdi. 
 
Ġngilis inqilabının liberal qanadına mənsub olan və ―Xalq saziĢi‖ni irəli sürən levellerlər və onların lideri Con 
Lilbern haqqında siyasi rəqibi Klement Uoker belə yazırdı: ―Onlar donuzlara ―nəstəliq‖ xəttinin nə olduğunu 
baĢa salırmıĢ kimi, idarəetmənin bütün sirlərini açıb kütbeyin adamlara baĢa saldılar, onlar əsgərlərə və xalq 
kütləsinə o dərəcədə irəliyə baxmaq təlimi keçdilər ki, adi adamlar hökumətə ―təbii hüquqlar‖ baxımından qiymət 
verməyə baĢladılar.  Onlar adamları elə dəyiĢdirdilər ki...  mövcud nizam-intizama sözsüz əməl etməyin vacib 
Ģərti olan itaətkarlıq daha heç vaxt bu adamlara yaxın düĢə bilməyəcək‖. 
 
Elə həmin vaxt böyük ingilis filosofu, liberalizmin klassiki, ingilis inqilabının ideyalarından ilhamlanan  Con 
Lokk (1632–1704) demokratiyanın 4 əsas Ģərtini irəli sürdü: ―Bərabərlik; insan hüquqları; ancaq vətəndaĢların 
iradəsini yerinə yetirən hökumət; dövlət hakimiyyətinin məhdudlaĢdırılması‖.  Levellerlərin ardınca Lokk da bu 
qənaətə  gəldi ki, ədalətli hökumət yalnız vətəndaĢların (bu hökuməti yaradanların) könüllü razılığı əsasında idarə 
olunmalıdır: ―Cəmiyyətdə insan azadlığı odur ki, insan ictimaiyyətin razılığı əsasında yaranmıĢ qanuni 
hakimiyyətdən baĢqa hər hansı bir hakimiyyətə tabe olmasın...‖. 
 
Bundan baĢqa, insanlar dövləti yaĢamaq, azad olmaq, mülkiyyət sahibi olmaq kimi ―təbii hüquqlar‖ını qorumaq 
üçün yaradırlar.  Əgər əvvəllər belə hesab edilirdisə ki, dövlət nə qədər hüquq verirsə, insanın bir o qədər hüququ 
olmalıdır, Lokk isə əksinə, bəyan etdi ki, insan hüquqlarını qorumalı olan dövlətin yaradılması barədəki ictimai 
saziĢə əsasən insanlar nə qədər hüquq verirsə, dövlətin bir o qədər hüququ olmalıdır.  Məsələn, vətəndaĢlar 
könüllü olaraq özlərinin mülkiyyət hüququnu məhdudlaĢdırıb əmlaklarının bir qismini vergi kimi dövlətə verə 
bilər, yaxud öz azadlıqlarını məhdudlaĢdırıb orduda xidmət etməyə razı olarlar. 
 
Bundan baĢqa, hakimiyyət yalnız insanlar tərəfindən qəbul olunmuĢ qanun çərçivəsində addım ata bilər, insanlar 
isə qanunun qadağan etmədiyi hər addımı ata bilərlər!  Lokk göstərirdi ki, insanın öz müqəddəratını təyin etmək 
(həyat yolunu azad Ģəkildə seçmək), xalqın isə ədalətsiz hakimiyyətə qarĢı üsyan etmək hüququ vardır. 
 
Levellerlərin və Lokkun ideyaları Amerikanın, sonralarsa dünyanın bütün demokratik ölkələrinin 
konstitusiyalarının əsasını təĢkil etdi.  Onun dini azadlıq doktrinası sekulyarizmin — dinin dövlətdən 
ayrılmasının əsası oldu.  Əlbəttə, Lokk 17-ci əsrdə insanın ayrılmaz hüquqlarına dair öz qənaətlərini  irəli 
sürərkən ―ilahi qanun‖dan doğan ―təbii hüquq‖a əsaslanırdı. 
 
Hər bir kəsin ləyaqət və azadlığını tanımaq ideyası ilk baxıĢda aydın və sadə görünsə də, cəmiyyətdə çox böyük 
çətinliklə özünə yer tapırdı.  Hətta Lokk özü dini azadlıqdan bəhs edən əsərlərində bu azadlığı hamıya yox, yalnız 
ayrı-ayrı protestant sektalara aid edirdi, həmin hüquq, Lokkun fikrincə, məsələn, katoliklərə aid edilə bilməzdi.  
Həmçinin Lokk hüquq və azadlıqları qadınlara və cəmiyyətin yoxsul təbəqəsinə Ģamil etmirdi. 
 
Söz azadlığı uğrunda senzura ilə ardıcıl mübarizə Ġngiltərədə əsrlər boyu davam etmiĢdir.  Kral zülmünə və kilsə 
rəsmiyyətinə qarĢı mübarizə aparanların davamçılarından biri, parlament tərəfdarı Con Milton (1608–1674) 
1644-cü ildə özünün ―Areopagitika‖ əsərində əvvəllər kralın etdiyi kimi hərəkət edib mətbuata senzura qoyan 
parlamentə qarĢı çıxdı.  Hətta 20-ci əsrin əvvəllərində Tolstoyun bəzi əsərləri ―mənəvi-əxlaqi məsələlərə görə‖ 
Böyük Britaniyada qadağan edilmiĢdi. 
 
Hökumət seçkilərində iĢtirak etmək hüququ uğrunda mübarizə Böyük Britaniyada bir neçə əsr çəkdi.  Orta 
əsrlərdə seçki hüququndan ancaq nüfuzlu feodallar istifadə edirdi; 17-ci əsr inqilabından sonra bu hüquqdan 
protestantlığa mənsub mötəbər adamlar, 19-cu əsrin ortalarında isə milli və dini azlıqlar istisna olunmaqla, 
əhalinin kiĢilərdən ibarət hissəsi istifadə etməyə baĢladı.  Gərgin mübarizələrdən sonra qadınlar ancaq 1920-ci 
ildə seçki hüququna nail ola bildilər, Ġsveçrədə isə qadınlar bu hüququ yalnız bizim əsrin 70-ci illərində əldə 
etdilər. 
 
 
 
18-CĠ ƏSR: BÖYÜK DEMOKRATĠK ĠNQĠLABLAR 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə