Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə125/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   121   122   123   124   125   126   127   128   ...   133

 
cxxx 
qanunverici orqanlarını onlar inandıra bildilər — Kanadada Konstitusiya müdafiəçilərinin qəti etirazına 
baxmayaraq senzura haqqında sərt qanun qəbul edildi. Lakin Kanadanın yeni qanunlarının qüvvəsi ilk növbədə 
feminist qadınların qətiyyən nəzərdə tutmadığı Ģəxslərə Ģamil edildi. Bunlar görkəmli homoseksualist yazıçılar və 
ağlara qarĢı irqi ədavəti qızıĢdırmaqda ittiham edilən qara dərili feminist qadın və K. Makkinonun qısa müddətə 
feminist silahdaĢı Andrea Dvorkin idi. 
 
Prinsip bölünməzdir və biz onu yalnız öz müsibətimiz hesabına bölə bilərik. Biz yaxın məqsədləri daha vacib 
hesab edirik deyə azadlığı məhdudlaĢdırsaq yəqin tez bir zamanda aĢkar edərik ki, bu məhdudiyyətlər bizim 
deyil, ―ağzı fitvalı‖ fanatik ruhanilərin və öz kin-küdurətlərini əldə silaha döndərmiĢ fanatik moralistlərin 
sərəncamında olacaq. 
 
 
―Index on Censorship‖, May/June 1994, 
33 Islington High Street, London N1 9LH  
 
____________________________________________________________________________________ 
1 Məhkəmə baĢa çatdıqdan sonra hakim Arieh Neyer demiĢdir: ―Ola bilsin ki, yəhudilər və onların dostları Skokidə haki-
miyyət baĢında dururlar, lakin ölkədə hakimiyyət onlarda deyil. Və onlar heç vaxt hakimiyyətə gələ bilməyəcəklər. Skokidə 
yəhudilər özlərini qorumaq üçün məhdudiyyətlər qoyulmasını tələb edir. Lakin bir ovuc nasisti Skoki küçələrindən yığıĢdır-
maq çətin ki, yəhudilərin xeyrinə olsun, belə ki, bundan ilk növbədə ABġ-da danıĢmaq, dərc etmək və toplaĢmaq azadlığı zi-
yan çəkəcək... Nasistlərə səs hüququ vermək təhlükəlidir. Lakin yəhudilərə kömək harayını bir-birlərinə və dünyaya çatdır-
maq lazım gəldikdə məhz onun sayəsində heç kəsin yəhudilərin ağzını yuma bilməyəcəyi həmin o qanunları məhv etmək daha 
təhlükəlidir‖ (red.).
 
 
 
 
 
 
 
HĠKMƏT  HACIZADƏ
 
 
ĠNSAN HÜQUQLARI 
Bəşəriyyətin başlıca ideyası 
(1998) 
 
İçindəkilər 
 
  Ön söz 
Ġnsan hüquqları nə deməkdir? 
Ġnsan hüquqları ideyasının antik və dini kökləri 
  Orta əsrlər 
  18-ci əsr: böyük demokratik inqilablar 
  19-cu əsr: insan  hüquqlarına hücum.  Ġnsan, ya dövlət? 
  ―Ġlahi qanun‖ yerini ―insani qanun‖a verir 
Ġnsan hüquqları və beynəlxalq hüquq 
Ġnsan hüquqlarına beynəlxalq nəzarət mexanizmləri 
  ABġ-ın xarici siyasətində insan hüquqları məsələsi 
  Son söz 
 
 
 
 
ÖN SÖZ 
 
Ġnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaĢdırılması ideyası bu gün dünyada ictimai inkiĢaf prosesinə  
istiqamət verən mühüm ideyalardan biridir.  Ġnsan hüquqları ciddi elmi araĢdırmaların predmetinə, daxili 
siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin Konstitusiyasının ana xəttinə, sülh 
və əməkdaĢlıq haqqında beynəlxalq saziĢlərin baĢlıca məğzinə çevrilmiĢdir.  Dünyanın əksər ölkələrində insan 


 
cxxxi 
haqları insanın mövcudluğunun və milli inkiĢafın ən vacib Ģərti kimi qəbul olunur.  Bununla yanaĢı, insan 
hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaĢılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və 
beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır. 
 
Dünyanın özü kimi qədim olan (yəqin ki, cəmiyyətlə birgə yaranan) insan hüquqları ideyasının fəlsəfi əsaslarının 
iĢlənib hazırlanması və bu ideya uğrunda səmərəli mübarizə aparılması son üç əsrin payına düĢmüĢdür.  18-ci 
əsrdə  Avropa ayrılmaz insan hüquqlarının (yaĢamaq hüququ, azad olmaq hüququ) və vətəndaĢ hüquqlarının (söz 
və vicdan azadlığı, təhlükəsizlik və mülkiyyət hüququ) meydana çıxmasının Ģahidi olmuĢdur.  Siyasi hüquqlar 
(ümumi seçki, gizli səsvermə, respublika quruluĢu, xalq özünüidarəsi, cəmiyyət və birliklərin sərbəstliyi, siyasi 
həyatda və hakimiyyət sistemində iĢtirak etmək və s. hüquqlar) 19-cu əsrdə əldə edilmiĢdir.  20-ci əsr bütün bu 
hüquqlar sırasına sosial hüquqları (sosial təminat hüququ, əmək, təhsil, tibbi yardım hüquqları, qadın bərabərliyi 
və uĢaqları müdafiə hüquqları) əlavə etmiĢ, insan hüquqları ideyasını və həmin ideyanı həyata keçirmək 
təcrübəsini bütün dünyaya yaymıĢdır. 
 
Ġnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaĢdırılması ideyasının bugünkü mənzərəsi Ġkinci dünya 
müharibəsi zamanı  və müharibədən sonrakı ilk illərdə formalaĢmıĢdır.  Müharibə gedən dövrdə antihitler 
koalisiyasına daxil olan ölkələrin baĢçıları bəyan etmiĢlər ki, insan hüquqlarının qorunması və bu hüquqlara 
təminat verilməsi onların müharibədə güddüyü baĢlıca məqsəddir və 1945-ci il Nürnberq məhkəməsində 
müttəfiqlər nasist liderlərinin cinayətlərini əks etdirən  siyahıya ―insaniyyətə qarĢı cinayəti‖ daxil etdilər.  
BirləĢmiĢ Millətlər TəĢkilatının Xartiyasında (1945) bəyan edildi ki, insan hüquqlarının qorunmasına kömək 
etmək BMT-nin əsas məqsədidir.  Və nəhayət, 1948-ci ildə insan hüquqları ideyası BMT-nin Ümumdünya Ġnsan 
Hüquqları Bəyannaməsində və həmin bəyannamədən irəli gələn çoxsaylı beynəlxalq saziĢlərdə müasir səviyyədə 
öz əksini tapdı.  O vaxtdan etibarən ―insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaĢdırılması‖ ideyası bütün 
dünyaya yayılmıĢ,  azadlıq və ləyaqətli yaĢayıĢ uğrunda mübarizə aparan insan üçün əsas ilhamverici  ideyaya 
çevrilmiĢdir. 
 
 
ĠNSAN HÜQUQLARI NƏ DEMƏKDĠR? 
 
 
―Ġnsan hüquqları‖ dövlətlə qarĢılıqlı münasibətdə hər bir insana məxsus olan baĢlıca əxlaqi və hüquqi haqlardır. 
 
Ġnsan hüquqları və dövlət hakimiyyətinin məhdudlaĢdırılması ideyası üç  müddəaya əsaslanır: 
 
- hər bir insan doğulduğu gündəncə böyük, təkrarolunmaz və qiymətli bir varlıqdır, onun öz muxtariyyəti və 
ləyaqəti var, insanın ləyaqətinə toxunaraq onun muxtariyyətinə müdaxilə etməyə dövlətin ixtiyarı yoxdur; 
 
- hər hansı bir hakimiyyətin öz hədd-hüdudu var; 
 
- hər bir kəs öz hüquqlarını qoruyaraq dövlət qarĢısında tələblər irəli sürə bilər. 
 
Ayrılmaz hüquqları insan ona görə doğulan gündəncə  qazanır ki, o, insandır.  Bu hüquqlar eyni dərəcədə həm 
cəmiyyətin yaĢlı nümayəndəsinə, həm uĢağa, həm hörmətli adama, həm də cinayətkara məxsusdur. 
 
Dövlət hakimiyyətinin hədd-hüdudu var! Dövlət yalnız o hakimiyyətə malikdir ki, həmin hakimiyyəti öz 
hüquqlarını müdafiə etmək məqsədilə insanlar özləri könüllü olaraq dövlətə vermiĢlər.  Heç bir qanun, hətta 
demokratik bir dövlətdə çoxluğun iradəsiylə qəbul olunmuĢ qanun belə insan hüquqlarını poza bilməz. Ġnsan 
hüquqları çoxluğun hakimiyyətinə məhdudiyyət qoyur. 
 
Ġnsan  hüquqlarının bir qismi ayrılmaz hüquqlardır! Dövlət insanı onun hüquqlarından məhrum edə bilməz.  
Hətta insanın özü belə könüllü olaraq öz hüquqlarından imtina edə bilməz.  Əgər bir adam sənəd imzalayıb 
könüllü Ģəkildə azadlıqdan imtina edərsə və özünü qula çevirərsə, bu sənəd məhkəmədə həqiqi sənəd sayılmaz.  
Lakin insan qərar verib özünü mülkiyyətdən təcrid edə bilər, çünki mülkiyyət hüququ insanın ayrılmaz 
hüquqlarından deyil. 
 
Ġnsan dövlətdən öz haqqını tələb edərkən heç də məhkəmədə sübuta yetirməyə borclu deyil ki, onun anadan olan 
gündən filan hüququ var.  Dövlətə (adətən, bizim hüquqlarımızı pozan dövlət məmurlarına) etiraz etmək haqqı 
insan hüquqları ideyasının əsas müddəalarından biridir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə