BLACKBERRY İNTERNET CƏMİYYƏTİNDƏ ÜNSİYYƏT STANDARTLARI
BBM daxilində BlackBerry ortaq maraqlara malik insanların fikir və informasiya mübadiləsi üçün
əyləncəli və maraqlı məkan olacaq BBM Channels kimi İnternet cəmiyyət və xidmətləri təklif edir.
İstifadəçilərimizə qonaqpərvər mühitin təmin edilməsi üçün istifadəçilərin qarşılıqlı əlaqələrinin aşağıdakı
standartlara cavab verməsi vacibdir:
1.
Hörmətcil olun. Digərlərini rüsvay, təhqir, rahatsız və təhdid etmək, izləmək, qorxutmaq,
zədələmək və ya qanuni hüquqlarını (məsələn, məxfilik və yayınlama, müqavilə və intelektual
mülkiyyət hüquqları) pozmaq olmaz;
2.
Nəzakətli olun. Münasib olmayan, küfredici,
təcavüz xarakterli, əxlaqsız,
nalayiq və ya qanunsuz
mətn, ad, material və ya informasiya paylaşmamalı, ünvanlanmamalı, yükləməməli və ya
yaymamalısınız;
3.
Qanunlara riayət edin. Tətbiq olunan qanun və qaydaları pozmayın, eləcə də casus proqramları,
zərərli proqramlar, virus və ya digər xidmətə xələl gətirəcək və ya başqalarına ziyan vuracaq
şeyləri paylaşmaq və ya göndərmək olmaz;
4.
Doğruçu olun.. Heç kəsi və heç bir qurumu təqlid etməyin, kimləsə və ya hansısa qurumla
əlaqənizi yalnız və ya düzgün olmayan şəkildə təqdim etməyin, eləcə də, digərlərinin
gözlənilməz, saxta və ya ədalətsiz təcrübə yaşaması üçün saxta kimlik yaratmayın; və
5.
Məqsədəyönlü olun. Divarda ikiqat göndərişlar, çoxsaylı ismarıclar və ya mövzuya aidiyyatı
olmayan göndərişlar daxil olmaqla başqalarını “spam”-a atmayın və onların icazəsi olmadan
nəyəsə təkid etməyin.
Standartlarımız istifadəçilərimiz üçün maraqlı, dəyərli, yaradıcı və ən əsası zövqverici təcrübə yaratmaqla
gələcək hədəflərimiz üzərində qurulmuşdur.