Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə126/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   122   123   124   125   126   127   128   129   ...   133

 
cxxxii 
Ġnsan hüquqları ictimaiyyət yox, fərdiyyət məsələsidir.  Ona görə də insan hüququ anlayıĢı altında azlığın 
hüquqları yox, bu azlığa daxil olan konkret Ģəxsin hüquqları nəzərdə tutulur. 
 
Öz Konstitusiyası olan respublikalarda insan hüquqları məhz Konstitusiya qanunu kimi müəyyən edilir və bu 
qanun parlamentin qəbul etdiyi adi qanunlardan yüksəkdə dayanır.  Odur ki, insan hüquqlarını bəzən 
―konstitusiya hüquqları‖ da adlandırırlar. 
 
Ġnsan hüquqları yalnız insanın dövlətlə qarĢılıqlı münasibətlərinə aid bir məsələdir.  Əgər kimsə öz hərəkətləri ilə 
hər hansı bir insana zərər vurursa, bu, artıq insan hüququ məsələsi yox, qanunçuluq məsələsidir. 
 
 
İnsan hüquqları iki əsas qrupa ayrılır: 
maddi hüquqlar və prosessual hüquqlar 
 
 
Maddi hüquqlar insana məxsus olan bir çox hüquq və azadlıqlardır ki, buraya fikir azadlığı, vicdan azadlığı və 
seçki azadlığı daxildir. 
 
Prosessual hüquqlar insana məxsus hərəkət üsullarını və onlarla bağlı olan məhkəmə, prokurorluq institutlarını 
əhatə edir ki, həmin institutların köməyi ilə insan ədalətin bərpasına nail olur, cinayət törətməkdə ittiham 
olunarkən hakimiyyət qarĢısında öz hüquqlarını müdafiə edir. 
 
 
Maddi hüquqlara Hüquq və Azadlıqlar daxildir. 
 
 
Vətəndaş hüquqlarıdövlətin hər bir insan qarĢısında eyni dərəcədə daĢıdığı vəzifələrdir.  Məsələn, insanın təhsil 
hüququ təhsil sistemi yaratmağa və həmin sistemi dəstəkləməyə dövləti məcbur edir.  Yaxud insanın məhkəmə 
təhqiqatı hüququ dövləti hər kəsin Ģikayətlə müraciət edə biləcəyi məhkəmə sistemi yaratmağa məcbur edir. 
 
Vətəndaş azadlıqlarıĢəxsi həyatımızla (məsələn, fikir azadlığı, vicdan azadlığı ilə, yığıncaq keçirmək, yer 
dəyiĢmək və ailə qurmaq hüququ ilə) bağlı olaraq, dövlət qarĢısında qoyulmuĢ qadağalardır. 
 
Deməli, konstitusiyalarda və beynəlxalq saziĢlərdə öz əksini tapmıĢ vətəndaĢ azadlıqları ―azadlığ‖ın, vətəndaĢ 
hüquqları isə ―bərabərliy‖in qorunmasına xidmət etməlidir.  ―Azadlıq‖ Konstitusiyada mövcud hüquq 
prosedurları, ―bərabərlik‖ isə hamını eyni dərəcədə qanun tərəfindən qorumaq prinsipi əsasında müdafiə 
olunmalıdır.  ―Azadlığın tarixi daha çox prosessual təminatların yerinə yetirilməsi tarixidir‖ — amerikalı 
hakimlər bu sözləri tez-tez iĢlədirlər.  Bu gün demokratik dövlətlərin hakimləri istintaq proseduru polis tərəfindən 
pozulduğu halda müttəhimi günahkar  saymaqdan imtina edirlər.  Belə hesab edirlər ki, ―hakimiyyətin ləyaqətsiz 
bir rolda çıxıĢ etməsindənsə bir-iki cinayətkarın cəzasız qalması daha yaxĢıdır‖. 
 
 
İnsan hüquqları aşağıdakı kateqoriyalara bölünür: 
 
 
ġəxsi azadlıqlar insanın muxtariyyətini və onun Ģəxsi həyatını dövlət müdaxiləsindən qoruyan hüquqlardır. 
 
Siyasi hüquqlar insana partiya və ictimai təĢkilatlar vasitəsilə  dövlət qərarlarının qəbul edilməsində, seçkilərdə 
iĢtirak etmək və dövlət vəzifələrində çalıĢmaq hüququ verir. 
 
Prosessual hüquqlar, yəni məhkəməyə müraciət etmək və s.  hüquqlar vasitəsilə insana dövlətin onun digər 
hüquqlarını pozan qərarlarından qorunmaq imkanı verilir. 
 
Sosial və iqtisadi hüquqlar vətəndaĢı minimal yaĢayıĢ tərzi ilə (bunsuz insan öz haqqını lazımi Ģəkildə müdafiə 
etməyə çətinlik çəkərdi) təmin edən hüquqlardır. 
 
 
Ġnsan hüquqları hökumətin mənafeyi, ənənəvi əxlaq anlayıĢı, cəmiyyətin iqtisadi maraqları ilə tez-tez toqquĢur, 
amma hər dəfə insan hüquqları ilə digər dəyərlər arasında toqquĢmalar baĢ verəndə üstünlük insan hüquqlarına 
verilir.  Məhz buna görə deyirlər ki, insan hüquqları digər dəyərlərdən daha üstün və əsasdır (1971-ci ildə ―Nyu-


 
cxxxiii 
York tayms‖ qəzeti hökumətin ABġ-ın  Vyetnam müharibəsinə cəlb olunmasının ilk tədbirlərindən bəhs edən 
gizli bir məruzəsi ilə bağlı yazılar seriyası çap eləməyə baĢladı.  ABġ məhkəmələrinin vaxtilə hərbi sirləri 
qorumaq haqqında çıxardığı qərarlara əsaslanaraq Ədliyyə Nazirliyi həmin məruzənin nəĢrini müvəqqəti olaraq 
qadağan etdi.  Lakin cəmi 17 gündən sonra ABġ Ali Məhkəməsi qadağan barədəki qərarı ləğv etdi və 
Konstitusiya maddələrini əsas götürərək qərar qəbul etdi ki, hökumət mətbuat azadlığını məhdudlaĢdıra bilməz 
və insanların öz taleləri ilə bağlı informasiyalardan xəbərdar olmaq hüququ vardır). 
 
Digər dəyərlərlə müqayisədə insan hüquqlarının bəziləri  daha vacib və üstün sayılsa da, onlar hər halda mütləq 
hüquqlar hesab edilmir və baĢqa hüquqlarla toqquĢmada onlara müəyyən məhdudiyyət qoymaq olar.  Məsələn, 
söz azadlığına irqçiliyi təbliğ etmək qadağası qoyula, yaxud mənzilin toxunulmazlığı hüququ cinayət axtarıĢı 
prosesində pozula bilər.  Hüquqların məhdudlaĢdırılması hakimiyyətin qərarı ilə yox, qanun əsasında həyata 
keçirilməlidir.  Ġnsan hüquqlarının məhdudlaĢdırılmasının dərəcəsi qanunda bu məhdudlaĢdırmanı doğuran 
vəziyyətin gərginliyi ilə və bu məhdudlaĢdırma müqabilində baĢqa bir dəyərin qorunmasının vacibliyi ilə 
müəyyən olunmalıdır.  Qanunların Ģərh olunması isə hansısa məmura yox, demokratik hüquqi dövlətin 
məhkəməsinə aid bir iĢdir. 
 
Demokratiya qanunilik və ictimai tərəqqi kimi dəyərlərin sinoniminə çevrilsə də, insan hüquqları tez-tez həmin 
dəyərlərlə toqquĢmalı olur.  Qanun hər hansıĢəxsin haqqının tapdanmasına Ģərait yaradarsa, insan hüquqları qərar 
və qanunların demokratik yolla qəbul olunmasını məhdudlaĢdıra; sosial və ekoloji Ģərtlərin qorunmasını tələb 
edərək, iqtisadi inkiĢafı müvəqqəti olaraq ləngidə; sosial bərabərliyin bərqərar olmasına mane ola bilər.  1900–
1937-ci illər arasında ABġ məhkəmələri hökumətin minimum əmək haqqı və 8 saatlıq iĢ günü barədə qanun 
qəbul etmək cəhdlərini Konstitusiyaya zidd addımlar kimi qiymətləndirdi.  Məhkəmə belə hesab etdi ki, bu cür 
qanun Konstitusiyanın müdafiə etdiyi və insanın öz müəssisəsini hökumət müdaxiləsi olmadan, sərbəst Ģəkildə 
idarə etmək hüququ ilə səciyyələnən Azadlıq prinsipini məhdudlaĢdırır. 
 
 
ĠNSAN HÜQUQLARI ĠDEYASININ ANTĠK VƏ DĠNĠ KÖKLƏRĠ 
 
 
Ġnsan hüquqları və hakimiyyətin məhdudlaĢdırılması ideyasının tarixi kökləri qədim dövrlərə gedib çıxır.  Çox 
güman ki, insanın istər cəmiyyət, istərsə də dövlət tərəfindən pozula bilməyən hüquqlara sahib olması ilə bağlı 
ideya insan cəmiyyətlərinin yarandığı dövrlərdən meydana çıxmıĢdır.  Stoiklərin və epikürçülərin adı ilə bağlı 
qədim yunan fəlsəfi məktəbi, eləcə də romalı Sitseron və onun davamçıları insan azadlığını, insanın Ģəxsi 
həyatını ictimai mənafedən və dövlətin siyasi maraqlarından üstün tutmuĢlar. 
 
Allahlara inamın ictimai Ģüura hakim kəsildiyi dini cəmiyyətlərdə insan hüquqları ideyası ―ilahi qanun‖dan, 
yaxud sonralar deyildiyi kimi, ―təbii hüquq‖dan  doğurdu.  ―Ġlahi qanun‖ isə hökmdarın verdiyi fərmandan, 
cəmiyyətin qoyduğu qayda-qanundan yüksəkdə dayanırdı.  Bu halda insan Yerdəki hakimin ədalətsiz fərmanına 
tabe olmamaq hüququ qazanırdı, çünki o, ―ilahi hakimiyyət‖in ədalətli hökmünə tabe olurdu.  Təkallahlı dinlərdə 
— iudaizm, xristianlıq və islamda göstərilmiĢdir ki, insanı Allah yaratmıĢdır və onun həyatı yalnız Böyük 
Yaradanın iradəsindən asılıdır.  Ġnsanı Allah ―özünə oxĢadaraq‖ yaratmıĢdır və insan özündə Böyük Yaradanın 
bir zərrəsini əks etdirir.  Həmçinin Allah bütün insanları bərabər yaratmıĢdır və müqəddəs kitablarda Allah 
insanın əzilməsini və onun ləyaqətinin tapdanmasını böyük cinayət elan edir (müqayisə üçün xatırladaq ki, 
induizmə görə, insanlar bərabər doğulmur, məsələn, brəhmənlər Allaha toxunulmazlardan daha çox yaxındırlar). 
 
―Ġlahi-təbii hüquqlar‖a  daxil olan insan hüquqları haqda Qurandan və Məhəmməd peyğəmbərin 
buyurduqlarından bir neçə nümunə: 
 
BƏRABƏRLĠK: ―Ey insanlar! Biz sizi bir kiĢi və bir qadından yaratdıq, sonra  sizi xalqlara və qəbilələrə ayırdıq 
ki, bir-birinizi tanıyasınız‖ (surə 49: ayə 13).  (Quranın bu ayəsini BMT-nin Ümumdünya Ġnsan Hüquqları 
Bəyannaməsinin birinci maddəsi ilə müqayisə etmək maraqlı olardı: ―Bütün insanlar öz hüquqları etibarilə azad 
və bərabər doğulurlar.  Onlara ağıl və vicdan bəxĢ edilmiĢdir və onlar bir-biri ilə qardaĢlıq münasibətində 
olmalıdırlar‖). 
 
Xalq hakimiyyəti: ―O kəslər ...iĢlərini öz aralarında məsləhət-məĢvərətlə görərlər...‖ (42:38); Buna görə öyüd-
nəsihət ver.  Sən ancaq öyüd verənsən!  Onların üzərində hakim deyilsən!‖ (88:21-22). 
 
Seçmək azadlığı: ―Və de ki: ―Haqq Rəbbinizdəndir.  Ġstəyən inansın, istəməyən inanmasın‖ (18:29). 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə