1. Günəşin şüa enerjisi



Yüklə 10,28 Kb.
tarix23.12.2023
ölçüsü10,28 Kb.
#157487
landsaft

  • Coğrafi təbəqənin quruluşu və onun komponentləri üçün maddə və enerji dövranı, ritmlik, mütərəqqi dəyişikliklər xarakterdir. Bütün bunlar ərazi üzrə dəyişməyə məruz qalır, daha doğrusu, müxtəlif dərəcəli mürəkkəb landşaftların yaranmasına səbəb olan təbii ərazi differensiasiyası ilə nəticələnir. Coğrafi differensiasiya anlayışı bütövlükdə coğrafi təbəqə və hər hansı landşaft və onun hissələrini əhatə etməklə ayrı-ayrı komponentlərdən və komplekslərdən təşkil olunmaqla, həm də bütövdür.

Coğrafi təbəqə daxilində ərazi differensiasiyasının yaranmasının əsas səbəbi onun ayrı-ayrı hissələrində inkişaf şəraitinin rəngbə-rəngliyidir. İnkişafın qeyri bərabərliyi, coğrafi təbəqədə fiziki-coğrafi differensiyasiyanın iki növünü-regional və lokal ayrılmağa imkan verir. Regional differensiasiya coğrafi prosesləri şərtləndirən iki əsas enerji mənbəyindən və onların münasibətindən asılıdır:
1.Günəşin şüa enerjisi.
2.Yerin daxili enerjisi.
  • Hər iki amil məkan və zaman etibarilə özünü qeyribərabər göstərir ki, bunun nəticəsində coğrafi təbəqənin landşaft sferasında iki böyük (ümumi) differensiasiya qanunauyğunluğu- zonallıq və azonallıq yaranır. Enlik zonallığı dedikdə bütün coğrafi proseslərin və təbii komplekslərin ekvatordan qütblərə doğru dəyişməsi başa düşülür. V.V.Dokuçayev xüsusi təbii qanun kimi coğrafi enlik zonallığı qanununu əsaslandırdıqdan sonra, landşaft zonaları haqqında təlim bütün tədqiqatçılar tərəfindən qəbul edildi və bu coğrafiya elmi nəzəriyyəsinə daxil oldu.
  • Zonallığın yaranmasının əsas və ilkin səbəbləri aşağıdakılardan ibarətdir:
  • a)Yerin kürə şəklində olması, daha doğrusu, Yerin forması və böyüklüyü ilə əlaqədar olaraq, günəş radiasiyasının enliklər üzrə qeyri-bərabər paylanması və günəş şüalarının yer səthinə müxtəlif bucaqlar altında düşməsidir:
  • b)yer oxunun orbit müstəvisinə mailli (66,5O) olması ilə əlaqədar günəş radiasiyasının onun səthinə fəsillər üzrə qeyri-bərabər daxil olması. Bu istiliyin və rütubətin zonal paylanmasını mürəkkəbləşdirir və təbii zonallığın təzadlığını artırır. Əgər yerin oxu orbit müstəvisinə perpendikulyar yerləşsəydi, onda bütün coğrafi enliklər il boyu təxminən eyni miqdarda günəş istiliyi alardı və Yer səthində təbii hadisələrin fəsillər üzrə əvəz olunması mümkün olmazdı;
  • C)Yerin öz oxu ətrafında fırlanması (sutkalıq hərəkəti) cisimlərin, hadisələrin, o cümlədən hava kütlələri hərəkətinin şimal yarımkürədə sağa, cənubda sola meyl etməsinə səbəb olur ki, bu da öz növbəsində zonalıq sxemində əlavə mürəkkəbliklərin yaranması ilə nəticələnir.
  • Bir sıra coğraflar üfüqi və enlik zonaları anlayışlarının eyni, bir-birinin sinonimii olduğunu irəli sürülər. Q.D.Rixter yazır ki, enlik zonaları əvəzinə «üfüqi zonallıq» terminini işlətmək daha yaxşıdır, çünki bu termini ilk dəfə 1898-ci ildə V.V.Dokuçayev tətbiq etmişdir.
  • Əlbəttə, Q.D.Rixterin bu təklifilə bir sıra coğraflar, o cümlədən N.A.Qvozdetski razılaşır və göstərir ki, üfüqi zonallıq anlayışı enlik zonallığından daha geniş və dərin mənalıdır. Üfüqi zonallığa enlik zonallığından əlavə, digər növ zonallıqlar – dağ arası çökəkliklərdə müşahidə edilən konsentrik zonalar, dağətəyi düzənliklərdə yayılmış humid və arid landşaft zonaları da daxildir.
  • Məsələn, Ön Qafqazda dağlar enliyə yaxın istiqamətdə uzandığından, burada humid dağətəyi zonallıq enlik zonallığına tamamilə uyğun gəlir və ya Kür-Araz ovalığı daxilində yarımsəhra kompleksləri dağlara doğru yaxınlaşdıqca konsentrik şəkildə quru çöl landşaftları ilə əvəz olunur.
  • Belə hallarda bir landşaft tipii və yarımtipindən başqasına keçdikdə bəzən tam horizontal səth deyil, hətta böyük mailliyi ilə seçilən düzənlik və təpəli-düzənlik səthlər müşahidə olunur. Dağlıq ölkələrdə okeana yaxın və uzaqlıqla əlaqədar adveksiya proseslərinin dəyişməsilə bağlı olaraq, hündürlük landşaft strukturu tiplərinin yaranması özüdə üfüqi zonallıq anlayışını əks etdirir. Məsələn, Böyük Qafqazın cənub yamacının qərb hissəsində(Suram dağlarınadək) hündürlük landşaft qurşaqları əsasən rütubət sevən komplekslərdən təşkil olunduğu halda, şərq hissəsində (Suram dağlarından şərqə) quraqlığa davamlı komplekslər üstünlük təşkil edir.
  • Landşaftın üfüqi zonallığı Yer səthində müxtəlif formalara biruzə verir və bəzən enlik zona sərhəddindən kənara çıxır və meridian istiqamətinə yaxınlaşır. Bir sıra zonalar isə materiklərin daxili və ya kənar hissələrində qırıq-qırıq, bir-birindən təcrid olunmuş şəkildə müşahidə edilir. Zonallığın bu xüsusiyyətlərini, yəni onun ideal, paralellərə müvafiq olmadığını hələ V.V.Dokuçayev və onun davamçıları qeyd etmişlər. Bununla əlaqədar olaraq Dokuçayev deyirdi, təbiət riyaziyyat deyil, zonallıq yalnız sxem və ya qanundur. Onun bu fikrindən məlum olur ki, üfqi zonallıq (enlik zonallığı) qanunu özünü Yer səthində ideal formada göstərə bilmir.

Landşaftın azonal və introzonal differensiasiyası
  • Başqa sözlə, təbiətdə eyni zamanda zonal adı altında digər qanunauyğunluqları birləşdirən zonallıq da mövcuddur. Bu xüsusiyyətlər Yer səthində mənşə etibarilə daha mürəkkəb landşaft differensiasiyasının əmələ gəlməsinə səbəb olmuşdur. Məsələn, landşaft zonaları daxilində okean sahilindən materikin daxilinə doğru uzaqlaşdıqca meridional-iqlim göstəricilərinin, xüsusilə iqlimin kontinentallıq dərəcəsinin artması ilə əlaqədar daha soyuğa davamlı (qara şam, daur şamı meşələri) təbii komplekslər yaranır. Ərazinin litoloji cəhətcə müxtəlif süxurlardan təşkil olunması, mütləq yüksəkliyin dəyişməsi, müxtəlif xarakterli landşaft komplekslərinin əmələ gəlməsinə səbəb olur.
  • Bir sıra coğraflar azonal qanunauyğunluqları çox geniş mənada şərh edir. Bunlardan biri A.Q.İsaçenkodur. O, «azonal» anlayışı dedikdə, «özünün ümumi mənbəyinə (tektonikaya) əsaslanan, qeyri-adi mürəkkəbliyi və çoxcəhətli təzahürü ilə fərqlənən bütöv kompleks qanunauyğunluqları» başa düşür. O, yer səthinin quru və okeanlara bölünməsini, tektonik fərqləri, mütləq yüksəklikləri, geoloji quruluşu və geomorfoloji xüsusiyyətləri, qurunun ayrı-ayrı sahələrinin okeana nisbətən yerləşməsini, onların istilik və rütubət münasibətinə görə müxtəlifliyini vənəhayət landşaftların xarakterini azonal hadisələrlə bağlayır
  • A.Q.İsaçenko (1965, s.80) landşaftın meridional differensiasiyasını, o cümlədən bölmələrini (sektorluğu) və dağlardakı hündürlük zonallığını da azonal qanunauyğunluğa daxil etməklə, bütövlükdə azonallığı yaradan əsas amillərə yer qabığının əmələ gəlmə tarixini, onun geoloji və morfoloji xüsusiyyətlərini aid edir. Son işlərinin birindəlandşaftın meridional differensiasiyasına (sektorluğa), hündürlük qurşağına və ya şaquli zonallığa müstəqil qanunauyğunluq kimi baxı
  • Landşaftın hündürlük differensiyası dedikdə, dağlıq ölkələrdə təbii-ərazi komplekslərinin hündürlüyə görə dəyişməsi və bunun nəticəsində yaranan hündürlük qurşaqları başa düşülür. Onun əsasını müxtəlif landşaft kompleksləri yaradan ərazinin mütləq yüksəkliyinin artması ilə eyni zamanda temperaturun azalması, istilik və rütubət münasibətinin dəyişməsi təşkil edir. Dağlar qısa məsafədə, hətta eyni mütləq yüksəkliklər daxilində, eyni dağ yamaclarında landşaftların müxtəlifliyinə görə düzənliklərdən kəskin fərqlənir. Müxtəlif səmtli və müxtəlif dağ yamaclarında bu fərq daha qüvvətli görünür.

Landşaftin hündürlük differensiyasi
Ədəbiyyat
  • http://anl.az/el/Kitab/2015/Azf-282700.pdf
  • Azərbaycan tarixi. Dərslik.(S. Əliyarlının red. ilə). Bakı, 1996, 2009 səh.570-668
  • Azərbaycan tarixi. Dərslik. I cild. Bakı,1994 səh. 569-587
  • Şükürov K. Azərbaycan tarixi. (Üç hissədə) III hissə. Bakı,2004

Diqqətinizə görə təşəkkür edirəm..
Yüklə 10,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə