Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə129/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   125   126   127   128   129   130   131   132   133

 
cxxxviii 
 
 
19-cu əsrdə rasionalizm, humanizm və ateizm ideyalarının yayılması ilə əlaqədar olaraq  insan hüquqlarının 
nəzəri cəhətdən əsaslandırılmasında böyük problemlər əmələ gəldi.  NitsĢe yazırdı: ―Allah öldü‖; təkamül 
nəzəriyyəsi deyirdi: ―Ġnsan meymundan əmələ gəlmiĢdir‖.  Əgər Allah yoxdursa, onda  insanda onun bəxĢ etdiyi 
hüquqlar haradandır? Axı bir vaxtlar onlar ―ilahi-təbii hüquq‖la əlaqələndirilirdi? Bundan baĢqa, ―təbii 
hüquq‖dan təkcə liberallar istifadə etmirdi.  Ondan ən mürtəce monarxiyalara, dini müharibələrə və azadfikirli 
adamların təqiblərə məruz qalmasına qanunilik donu geydirmək istəyənlər də fəal Ģəkildə istifadə edirdilər. 
 
19-cu əsr mütəfəkkirlərinin çoxu ―təbii hüquq‖ ideyasından uzaqlaĢdılar, onlar belə hesab edirdilər ki, insan 
yalnız əksəriyyət tərəfindən qəbul olunmuĢ qanun əsasında pozitiv hüquqdan aldığı hüquqlara malik ola bilər! 
Amma neyləməli ki, məhz bu insanlar  qədim afinalıların onları tənqid edən Sokratın ölümünə səs verdikləri 
kimi, səsvermə yolu ilə insanı hər hansı hüquqdan da məhrum edə bilər.  Belə çıxır ki, məsələn, Hitler, yaxud hər 
hansı baĢqa bir milli lider özünün antihumanist proqramı ilə seçicilərin əksəriyyətinin səsini toplaya bilsə, heç də 
cinayətkar deyil? Bəs insanı çoxluğun iradəsindən necə qorumalı, təbii hüquqla pozitiv hüquq arasındakı 
uçurumu aradan necə qaldırmalı? 
 
Məsələnin həllini ABġ Konstitusiyasının müəllifləri göstərmiĢ və sonralar bu yol ABġ Ali Məhkəməsinin sədri 
Con MarĢall (John Marshall, 1755–1835) tərəfindən inkiĢaf etdirilmiĢdir.  ABġ Konstitusiyasının müəllifləri onu 
―ölkənin ali qanunu‖ (Law of the Land, IV maddə), ―ali pozitiv qanun‖ elan etdilər.  Bu o demək idi ki, Konqresin 
qəbul etdiyi qanunların heç biri Konstitusiyadan, onun insan hüquqlarına dair maddələrindən yüksəkdə dura 
bilməz.  Konqres Konstitusiyanın özünü dəyiĢdirmək iqtidarında deyil və beləliklə, insan hüquqlarına qəsdlər 
xeyli dərəcədə çətinləĢir. 
 
1803-cü ildə Ali Məhkəmənin sədri Con MarĢall məhkəmədə dövlət məmuru Marbürinin  dövlət katibi Medisona 
qarĢı qaldırdığı iddiaya baxarkən Konqresin qəbul etdiyi qanunu ABġ Konstitusiyasına uyğun gəlmədiyinə görə 
ilk dəfə olaraq ləğv etdi.  Beləliklə, MarĢall belə bir qayda yaratdı ki, məhz Ali Məhkəmə Konqresin və 
hökumətin Konstitusiyaya zidd qanun və qərarlarını ləğv edə bilər.  Ali hakim həmçinin belə bir qayda qoydu ki, 
məhkəmədə insan hüquqlarının hökumət tərəfindən pozulması hallarına baxılarkən hakimlər Konstitusiyanın 
insan hüquqlarına dair maddələrindən hökumətə qarĢı istifadə edə bilərlər və etməlidirlər.  Ġnsan hüquqları faktik 
olaraq ölkənin ―ali pozitiv hüququ‖na, yaxud bütün hüquqlardan yuxarıda duran ―Konstitusiya hüquqları‖na 
çevrildi. 
 
Beləliklə, Con MarĢall insan hüquqları ilə dövlət mənafeyi arasında əsrlər boyu davam edən münaqiĢəni insan 
hüquqlarının xeyrinə həll etdi.  Belə bir qərarı  ABġ Ali Məhkəməsi ilk dəfə olaraq 1857-ci ildə qəbul etdi və 
sonralar belə qərarları çox böyük ehtiyatla qəbul edirdi.  O gündən etibarən ali hakim MarĢallın bu mövqeyi ABġ 
və dünyanın digər demokratik ölkə məhkəmələrini insanın xeyrinə, onun hüquqlarını pozan hökumətin  isə 
əleyhinə hökmlər çıxarmağa ruhlandırdı. 
 
Amerikalılar ―ilahi qanun‖u ―insani qanun‖la əvəz edə bildilər! Bu ölkədə ictimaiyyət insan hüquqlarının 
toxunulmazlığını qəbul etdi.  Bu gün dövləti məhkəməyə vermək və onu udmaq imkanı amerikalılardan ötrü adi 
bir haldır.  Yəqin onların çoxu artıq unudub ki, buna nail olmaq üçün insan əsrlər boyu kralların da, çoxluğun da 
mütləqiyyətinə, öz daxilindəki mənəviyyatsızlığa qarĢı mübarizə aparmalı, demokratiya və mənəviyyatın 
müdafiəsini günbəgün gücləndirməli olub.  Yalnız bu yolla ona nail olmaq olardı ki, Amerika hakimləri,  hətta 
prezident tərəfindən təyin edilmiĢ hakimlər də məhkəmədə prezidentin — belə böyük nüfuz sahibinin yox, 
ədalətin xeyrinə hökm çıxara bilsinlər. 
 
 
 
 
20-CĠ ƏSR ĠNSAN HÜQUQLARI ƏSRĠDĠR 
 
 
Ġnsan hüquqları uğrunda siyasi və ideoloji mübarizə tarixində 20-ci əsr həlledici rol oynadı.  Bu əsr həm də 
demokratiya və insan hüquqlarının mədəniyyət müxtəlifliyindən irəli gələn maneələri aĢıb BirləĢmiĢ Millətlər 
TəĢkilatında təmsil olunan bütün ölkələrə yayılması ilə də məĢhurlaĢdı. 
 
19-cu əsrin sonu — 20-ci əsrin əvvəlləri həm insan hüquqlarına yeni hücumlarla, həm də onları bərqərar etməyin 
yeni cəhdləri ilə səciyyələndi.  Çar Rusiyası, Almaniya və Avstriya–Macarıstanda baĢlanan demokratik hərəkat 
Birinci dünya müharibəsindən sonra ġərqi Avropa və Almaniyada sosialist və milli-sosialist diktaturasının 


 
cxxxix 
yaranması ilə baĢa çatdı.  Cəmiyyət həyatına çox güclü Ģəkildə nüfuz edən və ümumi rifah naminə  insan 
hüquqlarını məhdudlaĢdıran qüdrətli dövlət ideyası məhz 20-ci əsrdə qol-qanad açdı və həyata keçdi. 
 
Dövlətçilik naminə ayrılmaz insan hüquqları ideyasından imtina etməyin, insan hüquqlarını müdafiə etməkdən və 
dövlətin özbaĢınalığına qarĢı mübarizə aparmaqdan  boyun qaçırmağın nələrə gətirib çıxardığını protestant 
ruhanisi Martin Neymüllerin həmin prosesin faĢist Almaniyasında necə baĢ verdiyini əks etdirən  məĢhur 
deyimlərində aydın Ģəkildə görmək olar: 
 
 
―Onlar əvvəlcə kommunistlərin dalınca gəldilər, 
kommunist olmadığıma görə səsimi çıxarmadım. 
Sonra yəhudilərin dalınca gəldilər, 
yəhudi olmadığıma görə səsimi çıxarmadım. 
Sonra həmkarların dalınca gəldilər, 
həmkarlar təĢkilatının üzvü olmadığıma görə səsimi çıxarmadım. 
Sonra katoliklərin dalınca gəldilər, 
protestant olduğuma görə səsimi çıxarmadım. 
Sonra mənim dalımca gəldilər, 
ancaq o vaxta artıq ətrafda sözümü deyəsi bir kəs qalmamıĢdı‖. 
 
 
(Taleyin iĢinə bax ki, axırda ölüm düĢərgəsinə düĢən Neymüller faĢist rejiminin ilk   vaxtlarında  yəhudilər 
əleyhinə dini mərasimlər keçirmiĢdi).  Ġkinci dünya müharibəsində müttəfiqlərin qələbəsi insan üzərində aparılan 
ağlasığmaz Hitler eksperimentlərinə son qoydu.  Və müharibədə qalib gəlmiĢ demokratik ölkələr insan 
hüquqlarının müdafiəsi ilə bağlı geniĢ beynəlxalq proqram və kampaniya həyata keçirməyə baĢladılar.  SSRĠ-nin 
və kommunist rejimli Çinin fövqəldövlətlərə çevrilməsi demokratik və sosialist sistemlər arasında beynəlxalq 
qarĢıdurmaya gətirib çıxardı.  Sistemlər arasındakı fikir ayrılığının baĢlıca mövzusu, əlbəttə, insan hüquqlarına 
kimin  hansı mövqedən yanaĢması idi (o vaxtlar artıq kommunistlər də insan hüquqlarından danıĢmağa  baĢlamıĢ-
dılar, lakin onlar sadəcə olaraq insan hüquqlarına ―sosialist‖ sözünü də əlavə edirdilər). 
 
Yeni millət-dövlətlərin meydana çıxması ilə nəticələnən əsarətçiliyə qarĢı kütləvi mübarizə  hərəkatları dünyada 
―öz müqəddəratını təyinetmə hüququ‖ ilə bağlı müzakirələrə təkan verdi.  Asiya və Afrikanın əsarətdən qurtarmıĢ 
29 ölkəsinin liderləri Bandunq konfransında onlara həm ―eqoizmə aparan‖ Qərb insan hüququ konsepsiyasına, 
həm də xüsusi mülkiyyət və fikir azadlığını inkar edən bolĢevik kollektivizminə alternativ kimi görünən  
inkiĢafın yeni — ―üçüncü yolu‖nu elan etdilər.  Bandunq konfransı (1955) bəyan etdi: nə liberalizm, nə də 
kommunizm! Ümumi məqsəd naminə milli birlik! Üçüncü dünya ölkələrinin insan hüquqlarına baxıĢları bizə 
Azərbaycanda ―millilik‖, yaxud dünyada ―Asiya dəyərləri‖ adları  altında məlumdur: 
 
 
1. ―Ġnsan hüquqları ancaq Qərb mədəniyyətinin məhsuludur‖ — ―Asiya dəyərləri‖ tərəfdarları belə 
hesab edirlər — və o, bizə, baĢqa mədəni, ictimai və siyasi Ģəraitdə boya-baĢa çatmıĢ adamlara uyğun 
gəlmir.  Ona görə də insan hüquqlarını bərqərar edərkən həmiĢə milli xüsusiyyətləri nəzərə almaq 
lazımdır. 
 
2. ―Ġcma insan üzərində  üstünlüyə malik olmalıdır‖ — ―Asiya‖ və Qərb  mədəni dəyərləri arasındakı 
baĢlıca fərq bundadır.  Ġnsan hüququna dair Qərb konsepsiyası cəmiyyətdə eqoizm, əxlaqsızlıq və 
zorakılıq meyllərini yayaraq, ənənəvi asiyalı cəmiyyətini və ailəsini dağıdır. 
 
3. Sosial və iqtisadi hüquqlar (iĢləmək, sosial təminat hüququ və s.) vətəndaĢların Ģəxsi və siyasi 
hüquqlarından yuxarıda durmalıdır.  ―Asiya mədəniyyəti‖ ―iqtisadi inkiĢaf hüququ‖nu Ģəxsi hüquqlardan 
üstün tutur.  Azərbaycanda bu cür çağırıĢlar bizə çox yaxĢı tanıĢdır: ―əvvəlcə insanın qarnını doyur, 
ondan sonra  ona azadlıq verərsən‖; ―qoy  dövlət quraq, sonra demokratiyadan danıĢarıq...‖. 
 
4. Ġnsan hüquqları ölkənin daxili iĢidir, hər bir xalq insana hansı hüquqlar verəcəyini  özü həll etməlidir, 
heç bir xarici qüvvə insan hüququ məsələsində ölkənin iĢinə müdaxilə edə bilməz. 
 
 
Ola bilsin ki, insan hüququnun ―millilik‖, yaxud  ―Asiya dəyərləri‖ ilə müqayisəsinə ilk dəfə rast gələn hansısa 
oxucumuz  çətinlik qarĢısında qalsın.  Doğrudan da, insan hüquqları ideyasının qəbul olunmasında ―milli 
mədəniyyətin‖ xüsusiyyətlərinin nəzərə alınması  ilk baxıĢda  ədalətli görünür.  Lakin məsələnin əsl mahiyyətini 
anlamaq üçün baĢqa xalqların tarixi təcrübəsini yada salmaq kifayət edir: insan hüquqlarına məhəl qoyulmaması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə