Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə128/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   125   126   127   128   129   130   131   132   133

 
cxxxvi 
 
 
Amerika  və Fransa inqilabları (1776; 1789) insan hüquqları tarixində bir dönüĢ  yaratdı.  Lokkun ideyalarından 
və ―təbii hüquqlar‖ konsepsiyasından ruhlanan Tomas Cefferson ABġ-ın Ġstiqlaliyyət Bəyannaməsində 
göstərirdi: ―Biz bunu sübuta ehtiyacı olmayan  bir həqiqət hesab edirik ki, bütün insanlar bərabərhüquqlu 
yaradılıb və Yaradan onlara yaĢamaq, azad olmaq və xoĢbəxtliyə canatma kimi hüquqlar verib; bu hüquqları 
həyata keçirmək məqsədilə insanlar təbəələrin rəyinə əsaslanan hökumət qururlar; əgər hər hansı dövlət quruluĢu 
bu hüquqları pozarsa, onda xalqın həmin quruluĢu dəyiĢməyə, ləğv edib yenisini qurmağa tam ixtiyarı vardır...‖.  
Daha sonra 1791-ci ildə ABġ Konstitusiyasında dəyiĢiklik edilərək, dövlətin toxuna bilməyəcəyi hüquqlar daha 
da dəqiqləĢdirildi: ―Konqresin hər hansı bir (dövlət) dini bərqərar etmək, yaxud söz və yığıncaq azadlığını 
məhdudlaĢdırmaq haqqında hər hansı bir qanun çıxarmaq hüququ yoxdur...‖.  Ona da  diqqət yetirək ki, ABġ 
Konstitusiyasında ―insanın hüququ var‖ ifadəsi iĢlədilmir, ―Konqresin hüququ yoxdur‖ ifadəsi iĢlədilir. 
 
Müstəqillik Bəyannaməsində insanın ―xoĢbəxtlik‖ hüququndan yox, məhz ―xoĢbəxtliyə canatma‖ hüququndan 
bəhs olunur ki, bunun çox böyük əhəmiyyəti var.  XoĢbəxtliyə canatma insanın ayrılmaz hüququdur və dövlət bu 
hüquqa maneçilik törətməməli, əksinə, onun həyata keçməsinə imkan yaratmalıdır.  ABġ Konstitusiyasının 
tələbinə görə, hökumət əhalinin ümumi rifah halının yaxĢılaĢmasının  qayğısına qalmalı, amma heç də hər kəsi 
iĢlə, yeməklə təmin etməməli, ayrı-ayrı adamların sosial ehtiyaclarını ödəməməlidir, çünki bunların heç biri 
Amerika insan hüquqları ənənələrinə daxil deyil.  Dövlət hakimiyyətini məhdudlaĢdırmaq üçün xalq tərəfindən 
qəbul olunmuĢ ABġ Konstitusiyası fövqəladə vəziyyətdə də öz qüvvəsini saxlayır.  Konstitusiyada həmçinin 
vətəndaĢların vəzifələri,  yaxud  onların  hüquqları ilə vəzifələri arasındakı əlaqə göstərilməmiĢdir.  Burada insan 
cəmiyyət qarĢısında vəzifələrini yerinə yetirib-yetirməməsindən asılı olmayaraq öz hüquqlarından istifadə edir... 
 
Beləliklə, Konstitusiyaya görə, ABġ hökuməti hər bir adamı iĢlə, yeməklə təmin etməyə, onun sosial tələbatını 
ödəməyə borclu deyil.  Amerika demokratiya ənənələrinin Avropa demokratiya ənənələrindən fərqi də məhz 
bundadır.  Əhalisi daha sıx olan Avropada Amerikadan fərqli olaraq ictimai inkiĢaf o yerə gətirib çıxartdı ki, 
burada insanlar kənar təzyiqlərdən, məsələn, torpaq sahiblərinin təzyiqindən qorunmaq üçün ümidlərini dövlətə 
bağladılar.  Azadlığın sosialist konsepsiyası - dövlət vasitəsilə azadlıq əldə etmək ideyası məhz Avropada 
meydana çıxdı. 
 
Bu konsepsiyanın əsasları Fransa inqilabının ilhamvericisi Jan-Jak Russonun (1712–1778) əsərlərində 
qoyulmuĢdur.  Russo da belə hesab edirdi ki, insan anadan olan gündən müəyyən hüquqlar qazanır, lakin 
cəmiyyətə qoĢulan kimi onun hüquqları istər-istəməz pozulmalı olur.  Güclülər hakimiyyətlərini ―ali ədalət‖ adı 
altında pərdələyərək zəifləri əzirlər.  Belə bir vəziyyətdə yoxsul adamın hansı hüququndan danıĢmaq olar? Məhz 
bunu nəzərdə tutaraq Mirzə Ələkbər Sabir yazırdı: ―Fəhlə, özünü sən də bir insanmı sanırsan? Pulsuz kiĢi, 
insanlığı asanmı sanırsan?‖.  Məhz buna görə Russo ―yaxĢı dövlət‖ (yaxud pozitiv dövlət — Positive State
ideyasını irəli sürürdü.  Bu ideyaya görə, dövlət insanın sosial müdafiəsini təmin etməli, əhalinin yoxsul 
təbəqəsinin qayğısına qalmalı və insanın iqtisadi hüquqlarının təminatçısı olmalıdır.  Russo  vətəndaĢına 
xoĢbəxtlik gətirəcək bir dövlətin qurulacağına ümid edirdi. 
 
Bu cəhət Fransa Ġnsan və VətəndaĢ Hüquqları Bəyannaməsinin (1789) insanın xoĢbəxtlik hüququna dair 
maddəsində öz əksini tapmıĢdır.  Bəyannamə müəllifləri yekdil olaraq belə bir fikrə gəldilər ki, ―...insan 
hüquqlarına etinasızlıq cəmiyyətdə bədbəxtliyin, dövlətdə isə  korrupsiyanın  yeganə səbəbidir‖; insanın azadlıq, 
mülkiyyət, təhlükəsizlik və zorakılığa müqavimət göstərmək  kimi ―təbii‖ və ayrılmaz hüquqları vardır.  Burada 
ilk dəfə olaraq ―təqsirsizlik prezumpsiyası‖ müddəası irəli sürülmüĢdür.  Bu müddəaya görə, ―hər bir insan 
məhkəmə tərəfindən günahkar elan edilməyənə qədər təqsirsiz sayılır; əgər onu tutub saxlamaq vacibdirsə, onda 
ona qarĢı həddini aĢan tədbirlərin görülməsi qanunla qadağan olunmalıdır‖. 
 
Bəyannamədə deyilir: ―Azadlıq baĢqalarının hüquqlarına toxunmayan hər bir addımı atmaq  imkanıdır‖; ―Qanun 
ancaq cəmiyyətə ziyan vuracaq hərəkəti qadağan edə bilər‖; ―Öz imkanlarına uyğun olaraq, bütün vətəndaĢların 
istənilən dövlət vəzifəsində çalıĢmaq hüququ vardır‖; ―Vergi bütün vətəndaĢlar arasında onların əmlakına uyğun 
olaraq bərabər Ģəkildə  bölünməlidir‖.  Bütün bu müddəalar bərabərlik və dövlət hakimiyyətinin  məhdud-
laĢdırılması yolunda böyük tarixi addıma çevrildi.  Demokratiya uğrunda yorulmaz ingilis mübarizlərindən 
sayılan Tomas Peyn (1737-1809) yazırdı: ―Hüquqlar Bəyannaməsi  dünya üçün  bu vaxtacan qəbul olunmuĢ 
qanun və prinsiplərdən daha qiymətlidir və daha çox fayda verəcək‖.  Bəyannamə, Peynin də qeyd etdiyi kimi, 
demokratiyanın Avropada və bütün dünyada geniĢ yayılmasına çox böyük təsir göstərdi, Fransa Konstitusiyası 
(1791) isə siyasi hüquqlardan baĢqa, vətəndaĢların sosial hüquqlarına da (ehtiyacı olanlara sosial yardım hüququ 
və pulsuz ümumtəhsil hüququ) təminat verdi.  Ġngilis-amerikan konsepsiyası insanın siyasi  və vətəndaĢ 
hüquqlarının inkiĢafına təkan verdisə, fransız konsepsiyası sosial və iqtisadi hüquqların inkiĢafına kömək etdi. 
 


 
cxxxvii 
 
19-CU ƏSR: ĠNSAN  HÜQUQLARINA HÜCUM.  ĠNSAN, YA DÖVLƏT? 
 
 
Ġnsan  hüquqları ideyasının inkiĢafında sənaye inqilabının, böyük elmi kəĢflərin vüsət alması və dinin nüfuz 
dairəsinin azalması ilə səciyyələnən 19-cu əsr xüsusi yer tutur.  Liberalizmin atası sayılan C.Lokkun ―Ġctimai 
müqavilə‖sində meydana çıxan ―insanın təbii hüquqları‖na 19-cu əsr mənəvi və iqtisadi aspekti əlavə etdi: yaxĢı 
yaĢayıĢa nail olmaq (indi bunu liberallar bəyan edirdilər) və normal cəmiyyət qurmaq üçün hüquq və azadlıqlar 
labüddür.  Amma, hər halda, liberalizmin əsl atası ingilis filosofu Ceremi Bentam (Jeremy Bentham, 1748–1831) 
sayılmalıdır.  Onun Con Stüart Mill (John Stuart Mill, 1806–1873) tərəfindən inkiĢaf etdirilən ideyaları insan 
hüquqlarının labüdlüyünün fundamental əsaslarına çevrildi.  Onun utilitarizm (utility — ingiliscə ―sərfəli, xeyirli, 
faydalı‖ deməkdir) fəlsəfəsinə görə, hər bir insanın öz mənafeyi var və o öz mənafeyini baĢa düĢməyə qadirdir 
(azadlığın düĢmənləri buna Ģübhə ilə yanaĢırlar), onu həyata keçirməyə can atır; sərfəlilik subyektiv anlayıĢ 
olduğuna görə hər kəs onu öz bildiyi kimi dərk edir; nəyin həqiqətən sərfəli olduğunu ancaq bazar müəyyən edə 
bilər; insana yaĢamaq, iĢləmək və bazarda sərbəst Ģəkildə hərəkət etmək imkanı verilməlidir  və bu, son nəticədə  
cəmiyyətə insanın lider, iqtisadiyyatın isə dövlət tərəfindən idarə olunması üsulundan daha böyük fayda verəcək.  
Mill yazırdı: ―Haqqında danıĢılmalı yeganə azadlıq öz yolunla öz xeyrinin dalınca getmək azadlığıdır, o vaxtacan 
getmək ki, baĢqalarını bu azadlıqdan məhrum edib, yaxud baĢqalarına maneçilik törədib, onların xeyrini 
mənimsəməyə çalıĢmayasan‖. 
 
ġəxsi maraq və sərfəlilik konsepsiyası Böyük Britaniya və ABġ-da təkcə fəlsəfi fikrə yox, eləcə də mədəniyyət, 
təhsil, idarəçilik, cinayət hüququ və iqtisadi islahatlara çox böyük təsir göstərdi.  Ġctimai həyatın 
müvəffəqiyyətlilik meyarı kimi, sərfəlilik ―təbii hüquqlar‖ı əvəz etdi: insan hüquq və azadlıqları ümumi rifah 
halının yaxĢılaĢması üçün labüddür; baĢqa sözlə, insan hüquqları olmadan uğurlu və ədalətli dövlət qurmaq 
mümkün deyil!.. 
 
Əgər əvvəllər insan hüquqları tərəfdarları bu ideyanı əsaslandırmaq üçün Allaha üz tuturdularsa, 19-cu əsr buna 
insanın özünü, onun daxili aləmini  əlavə etdi.  Hüquq və azadlıqlar insanın təbiəti, onun ləyaqətli olmaq tələbatı 
ilə əsaslandırıldı.  19-cu əsrdə insan hüquqları ideyasının mənəvi-əxlaqi cəhəti Qərbdə o qədər dərin iz buraxdı 
ki, bu, böyük gəlir gətirən  qul alverinin Avropada və ABġ-da qadağan edilməsinə səbəb oldu. 
 
Ġngilis mütəfəkkirləri Adam Smit (1723–1790) və Herbert Spenserin  (1820–1903) ideyalarının təsiri ilə ABġ və 
Böyük Britaniyada yeni bir ideya — iqtisadi azadlıq ideyası, xüsusi biznes iĢinin dövlət müdaxiləsindən azad 
olması fikri formalaĢmağa baĢladı.  Adam Smitin davamçılarının qənaətinə görə, ―insan tələbatı dövlət qayğısına 
çevrilən kimi insan öz azadlığının bir hissəsini itirər, o, nisbətən az  tərəqqipərvər və nisbətən az insani olar.  O, 
vətəndaĢlar arasında geniĢ yayıla biləcək əxlaqi ətalətin əsirinə çevrilər‖. 
 
Bütün bunlarla bərabər, 19-cu əsrdə insan hüququna hücum prosesi də baĢlandı.  Fransız inqilabı Napoleonun 
diktaturası ilə nəticələndi, daha sonra Napoleonun məğlubiyyəti  Avropa monarxiya rejimlərinin bərpasına gətirib 
çıxardı.  Tomas Peyn ―Ġnsan hüquqları‖ kitabında Fransa inqilabının ideyalarını təbliğ etdiyinə görə Böyük 
Britaniyadan qovuldu.  19-cu əsr millətçilik və imperializm ideyalarının  geniĢ vüsət almasının Ģahidi oldu.  Latın 
Amerikasında respublika rejimi geniĢ yer tutsa da, onun prinsipləri  burada çox vaxt kağız üzərində qalırdı.  
Demokratiya olmayan yerdə isə insan hüquqlarından danıĢmaq da əbəsdir. 
 
19-cu əsr Kantı və Darvini, NitsĢeni və Freydi görmüĢdü.  Bu əsr böyük ideyalar əsri idi.  Lakin insan hüquqları 
və demokratiyaya zidd ideyaların ən kəskini də 19-cu əsrdə meydana çıxdı.  Bu, fəal, qüdrətli sosialist dövləti, 
insanın dövlət maraqlarına tabe etdirilməsi və ümumi rifah naminə insanın azadlıqdan imtina etmək ideyası idi. 
 
 O vaxtlar liberallar ―bərabərlik‖ dedikdə hüquq bərabərliyi və qanun qarĢısında bərabərlik  baĢa düĢdükləri 
halda, sosialistlər də belə hesab edirdilər ki, insanlar real bərabər imkanlara, heç olmazsa, minimum həyat tərzinə 
(onlar bunu rifah dövləti — Welfare State adlandırırdılar) malik olmalıdırlar.  Kommunistlər bir az da ―irəli‖ 
gedərək, tam ictimai bərabərlik yaratmaq qərarına gəldilər və bəyan etdilər ki, sosialist dövlətində hər bir insan 
öz ehtiyaclarını ödəmək imkanı qazanacaqdır.  Artıq 20-ci əsrdə Avropada seçicilərinə dövlət tərəfindən təmin 
edilmiĢ xoĢbəxt həyat vəd edən sosialist hökumətləri meydana gəldi.  Bu halda vətəndaĢlar öz hüquqlarının bir 
qismini ictimai mənafeyə qurban verməli idilər.  Sovet sosializmi iqtisadi inkiĢafı siyasi hüquqlardan, rifah halını 
isə azadlıqdan üstün tuturdu.  Əlbəttə,  insanın sosialist dövlətinə etiraz etməyə heç bir hüququ yox idi, lakin 
onun belə dövlət qarĢısında külli miqdarda öhdəliyi var idi... 
 
 
―ĠLAHĠ QANUN‖ YERĠNĠ ―ĠNSANĠ QANUN‖A VERĠR 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə