Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə132/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   125   126   127   128   129   130   131   132   133

 
cxliv 
 
Yuxarıda qeyd edildiyi kimi, BMT-nin hüquq müdafiə sistemi hələlik dövləti ―utandırmaqla‖ kifayətlənir, amma 
insan hüquqlarını qorumağın vacibliyi dünyada daha geniĢ miqyasda baĢa düĢüldükcə BMT-nin demokratik 
qüvvələri özünün hüququ müdafiə sistemini addımbaaddım təkmilləĢdirməyə nail olur.  Avtoritar rejimlərin 
müqavimətinə baxmayaraq BMT 1994-cü ildə, özünün yerlərdəki nümayəndələri vasitəsilə BMT ölkələrində 
hüquq pozuntularına nəzarət edə bilən bir qurum — Ġnsan Hüquqları üzrə Ali Komissarlıq yaratdı. 
 
Bu gün dünya ictimaiyyəti Beynəlxalq Ədalət Məhkəməsi yaratmaq ideyasını qızğın müzakirə edir.  Söhbət elə 
bir məhkəmədən gedir ki, o, təkcə dövləti ―utandırmaqla‖ kifayətlənməsin, həm də insan hüquqlarını pozan 
hökumətə qarĢı müəyyən ölçü götürə bilsin.  Əgər BMT üzvləri bu layihəyə razılıq versələr, onda 1998-ci ildə 
Beynəlxalq Ədalət Məhkəməsi ayrı-ayrı ölkələrdə insan hüquqlarının kütləvi surətdə pozulması hallarına 
baxmağa baĢlayacaq və Bosniyada olduğu kimi, hökumət məmurlarını mühakimə edib cəzalandıra biləcəkdir.  
Vaxt gələcək, bu beynəlxalq təĢkilat insan hüquqlarının, məsələn, bu gün Azərbaycandakı səviyyədə pozulduğu 
dövlətləri də mühakimə etmək imkanı qazanacaqdır. 
 
 
ABġ-IN XARĠCĠ SĠYASƏTĠNDƏ ĠNSAN HÜQUQLARI MƏSƏLƏSĠ 
 
 
Demokratiya və insan hüquqlarının  dünyada geniĢ yayılmasında ən böyük xidmət, heç Ģübhəsiz, ABġ-a 
məxsusdur.  Dünyada insan hüquqlarının qorunması ABġ-ın xarici siyasətinin rəsmən bəyan edilmiĢ mühüm 
xətlərindən biridir.  Konqresin qəbul etdiyi qanunlar prezident qarĢısında özünün xarici siyasətində insan 
hüquqlarının pozulması problemini xüsusi nəzərə almaq vəzifəsini qoyur. Ancaq ABġ-ın xarici siyasətində bu 
məsələ ilə əlaqədar tez-tez güzəĢtlərə və ziddiyyətlərə də yol verildiyinin Ģahidi oluruq.  Keçid dövründə olan 
ölkələrdə, o cümlədən  Azərbaycanda fəaliyyət göstərən demokratlar bir çox hallarda strateji və iqtisadi maraqları 
naminə vətəndaĢ hüquqlarının pozulması hallarına göz yummağa hazır olan ABġ hökumətinə öz təəssüflərini 
bildirirlər. 
 
Bu cür qeyri-ardıcıllığın səbəbi, əlbəttə, Amerikanın ―ikiüzlülüyündə‖ yox, əksinə,  özlərinin ―realist‖ 
hökumətlərindən həm ölkə daxilində, həm də xaricdə insan hüquqları məsələsini unutmamağı təkidlə tələb edən 
Amerika vətəndaĢlarının demokratik və humanist Ģüur sahibi olmalarında axtarılmalıdır.  Qeyd edək ki, dünyada 
ABġ-dan baĢqa heç bir dövlətin xarici siyasətdə insan hüquqlarının nəzərə alınmasını tələb edən qanunları 
yoxdur. 
 
* * * 
 
Artıq 19-cu əsrdə ABġ prezidenti və Konqresi bir çox ölkələrin yürütdüyü qeyri-insani siyasətlə bağlı olaraq öz 
narahatlığını bildirməyə baĢlamıĢdı, amma bu, hələ ki, hər hansı dramatik hadisəyə, ictimaiyyətin o cür 
hadisələrdən doğan hiddət və qəzəbinə cavab olaraq ifadə edilən bir narahatlıq idi.  Bu vəziyyət 1941-ci iləcən, 
yəni F.D.Ruzvelt insan hüquqlarının bərqərar olmasınıĠkinci dünya müharibəsində iĢtirak etməkdə ABġ-ın 
baĢlıca məqsədi kimi bəyan edənəcən çəkdi.  Müharibədən sonrakı dünyada sabitlik iĢlərini planlaĢdırarkən 
müttəfiqlər insan hüquqlarının qorunmasını əsas prinsip kimi götürdülər.  ABġ-ın səyləri nəticəsində insan 
hüquqları Nürnberq prosesində faĢizmi ittihamın əsas maddəsinə çevrildi və BMT-nin Xartiyasına daxil edildi. 
 
ABġ-ın digər ölkələrdə insan hüquqları məsələsinə münasibətindəki ziddiyyətlər artıq müharibədən sonrakı 
dövrdən özünü göstərməyə baĢladı.  Problemə yanaĢma tərzinə görə prezidentlə Dövlət Departamenti arasında, 
Dövlət Departamentinin öz daxilində, icraedici hakimiyyətlə qanunverici hakimiyyət arasında fikir ayrılıqları 
meydana çıxdı. 
 
Siyasətə müharibədən sonrakı demokratiya dalğasında gələn ―liberallar‖ — ―idealistlər‖ hökumətdən təkidlə 
tələb etdilər ki, ölkədə və xaricdə insan hüquqları məsələsi ilə bağlı öz öhdəliklərini yerinə yetirsin.  Beynəlxalq 
insan hüquqları uğrunda mübarizə hərəkatını təcrübəsiz, səbirsiz və zəhlətökən bir hərəkat sayan ―realistlər‖, 
peĢəkar məmurlar, karyera diplomatları — siyasi istebliĢment liberallara qarĢı çıxdılar.  ―Realistlər‖ə görə, insan 
hüquqları hər hansı bir dövlətin daxili iĢi, onun inkiĢafı ilə bağlı bir məsələdir və bu məsələ ABġ-ın milli 
mənafeyinə maneçilik törətməməlidir. 
 
Amerikanın milli mənafeyini və ona xidmət etməyi ―idealistlər‖ bir cür, ―realistlər‖ isə baĢqa cür baĢa düĢdülər, 
ABġ siyasətinə təsiretmədə həlledici rol gah ―idealistlər‖in, gah da ―realistlər‖in payına düĢdü.  Müharibədən 
sonrakı illərdə BMT-nin yaranması və insan hüquqları məsələsinin geniĢ yayılmasından doğan həyəcanlar 
səngiyən kimi ―realistlər‖  daha çox milli təhlükəsizlikdən, xaricdəki Amerika hərbi bazalarından və beynəlxalq 


 
cxlv 
xarici ticarətdən danıĢaraq, yenidən üstünlük əldə etdilər.  Amma dini icmalar tərəfindən, demokratik ictimaiyyət 
arasındakı, Konqresdəki, hətta Ağ evdəki ―əxlaq‖çılar tərəfindən müdafiə olunan ―xarici siyasətdə  insan 
hüquqları‖ hərəkatı zəifləmədi.  ―Ġdealistlər‖in 18 illik ardıcıl səyləri nəticəsində BMT siyasi və sosial hüquqlar 
haqqında paktlar qəbul etdi.  Prezident Kennedi bununla bağlı deyirdi: ―Qoy bütün millətlər bilsin ki, ...azadlığın 
(dünyada – H.H.) yaĢayıb uğurlar qazanmasını təmin etmək üçün biz istənilən qiyməti ödəməyə, ...hər hansı bir 
düĢmənlə üz-üzə gəlməyə hazırıq...‖. 
 
BMT-də və digər beynəlxalq təĢkilatlarda insan hüquqlarının qorunması ilə bağlı bütün yeni proqramların 
baĢında ABġ durur.  ABġ insan hüquqları məsələsinin Helsinki saziĢlərinin gündəliklərinə salınmasının əsas 
təĢəbbüskarına çevrilir.  Bundan narahat olan ―realistlər‖ çalıĢırlar ki, ABġ-ın bu fəallığı ritorika çərçivəsindən 
kənara çıxmasın və ABġ-ın ―dost ölklər‖lə (oxu: mürtəce, amma Amerikaya tərəfdar rejimlərlə) qarĢılıqlı 
münasibətlərinə xələl gətirməsin (bu, kommunist bloku ilə qarĢıdurma zamanı xüsusən hiss olunurdu).  
―Realistlər‖in fikrincə, diktatordan diktatora fərq var, məsələn, filankəs ―əlbəttə, köpəkoğludur, amma bizim 
köpəkoğludur‖. 
 
70-ci illərdən etibarən xarici siyasətdə insan hüquqları məsələsinə ABġ Konqresi də xüsusi diqqət yetirməyə 
baĢladı.  Nümayəndələr Palatasında liberalların təsiri ilə Konqres bir neçə qərar qəbul etdi və orada  insan 
hüquqları ―ABġ xarici siyasətinin prinsipial məqsədi‖ kimi götürüldü.  Konqres azadlığı boğan ölkələrə hərbi 
köməyi, maliyyə və ərzaq yardımını qadağan etdi.  Bundan əlavə, ABġ-ın BVF və Beynəlxalq Bankdakı  
nümayəndələrinə  insan hüquqlarının pozulmasında günahkar olan hökumətlərə kredit verilməsinə qarĢı çıxmaq 
tövsiyə olunurdu.  Konqres öz qərarı ilə Dövlət Departamentində insan hüquqları üzrə büro yaratdı və Dövlət 
Departamentinə tapĢırdı ki, dünyanın ayrı-ayrı ölkələrindəki  hüquq pozuntularına dair illik hesabat hazırlasın.  
Qeyd edək ki, Konqresin səyləri dünya ölkələrində demokratiyanın geniĢlənməsi uğrunda mübarizəyə yox, 
dövlətlər tərəfindən tanınan, amma onlar tərəfindən həmiĢə tapdanan hüquqların qorunması uğrunda mübarizəyə, 
baĢqa sözlə desək, ―beynəlxalq səviyyədə qəbul olunmuĢ insan hüquqlarının kütləvi surətdə pozulmasının saysız-
hesabsız təzahür formalarına‖ qarĢı mübarizəyə doğru yönəlmiĢdir.  Konqres aydın Ģəkildə müəyyənləĢdirmiĢdir 
ki, ―hüquq pozuntuları‖ dedikdə ―fiziki iĢgəncələr, kobud, qeyri-insani və təhqiramiz rəftar, yaxud cəza; 
ittihamnamə olmadan uzun müddət həbsdə saxlama, qeyri-qanuni tutub saxlama nəticəsində insanın yoxa 
çıxması, yaxud insanın yaĢamaq hüququnun və Ģəxsi təhlükəsizliyinin cinayətkarcasına pozulması ilə bağlı digər 
hallar‖ nəzərdə tutulur.  Bunu da qeyd edək ki, Konqresin bu qərarları onsuz da Amerika yardımı almamıĢ 
kommunist bloku ölkələrinə qarĢı yox, Üçüncü dünya ölkələrinə qarĢı yönəlmiĢdir.  Beləliklə, Konqres və 1977-
ci ildən prezidentlik kürsüsündə əyləĢən Cimmi Karter insan hüquqları məsələsini ―soyuq müharibə‖ 
çərçivəsindən çıxararaq, göstərdilər ki, ABġ-ın narahatlığının baĢlıca səbəbi onun kommunist bloku ölkələri ilə 
strateji qarĢıdurması yox, məhz insan hüquqlarıdır. 
 
Konqres özünün xüsusi aktları ilə insan hüquqlarını pozan ayrı-ayrı ölkələrə, o cümlədən Çili, Argentina, Cənubi 
Afrika, Uqanda və baĢqalarına Amerika yardımını qadağan etdi.   Daha sonra isə insan hüquqlarını pozan 
Mərkəzi Amerika ölkələri ilə bağlı aktlar qəbul olundu.  1986-cı ildə aparteidə qarĢı qəbul olunmuĢ geniĢəhatəli 
akt Cənubi Afrikada irqçi rejimin dağılmasında mühüm rol oynadı. 
 
Konqresin bu cür fəallığı onun Amerikada insan hüquqları probleminə çox həssas yanaĢan seçicilərlə birbaĢa 
əlaqə və yaxınlığından irəli gəlir.  Amerika seçiciləri öz ölkələrinin siyasətçilərindən tələb edirlər ki, onlar 
dünyada insanlıq əleyhinə yönəlmiĢ cinayətlərin qarĢısını alsınlar, bu mümkün olmadıqda, heç olmasa, mürtəce 
rejimlərlə hər cür əlaqəni kəssinlər (və Amerikanın hər hansı bir ölkədəki  irticaya diqqətini cəlb etmək üçün 
Amerika siyasətçiləri ilə yanaĢı, qeyri-dövlət təĢkilatları, həmkarlar, kilsə Ģuraları, demokratik ruhlu ictimai 
xadimlər və elm adamlarına da müraciət etmək lazımdır). 
 
Prezident Aparatındakı və Dövlət Departamentindəki ―realistlər‖ öz növbələrində seçicilərin gündəlik təsirlərinə 
məruz qalmırlar.  Onlar əməkdaĢlıq etdikləri ölkə liderlərinin ―qarĢılaĢdığı çətinlikləri çox yaxĢı baĢa düĢürlər‖.  
Onların fikrincə, ―ölkədə demokratik perspektiv olmayan yerdə sabitliyi pozmağa dəyməz‖. 
 
Konqresin qoyduğu qadağalar və atdığı müəyyən addımlar Ağ evdə və Dövlət Departamentində həyəcana səbəb 
olmuĢdur.  Bunu baĢa düĢmək də olar, çünki Konqres dostluq əlaqələri yaratmaq üçün digər ölkələrə göndərilən 
ABġ diplomatlarına göndərildikləri ölkələrdə hüquq pozuntuları barədə məlumatlar toplayıb çap etdirmək 
göstəriĢi vermiĢdir.  Bu cür məlumatların çap olunması isə çox vaxt ABġ hökumətinin xarici hərbi bazalar, 
ticarət, hətta ümumi əməkdaĢlıq məsələləri ilə bağlı qalmaqallarla qarĢılaĢmasının baĢlıca səbəbinə çevrilirdi. 
 
Konqres icraedici hakimiyyət qarĢısında müəyyən güzəĢtlərə gedir.  Məsələn, Konqres prezidentə imkan yaradır 
ki, o, ―ABġ-ın yardımı insanların ən zəruri ehtiyaclarını ödəməyə yönələndə‖, yaxud ―yardım göstərmək 
fövqəladə vəziyyətdən irəli gələn bir zərurətə çevriləndə‖, yaxud da prezident ―insan hüquqlarına münasibətin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə