Demokratiya: gediləsi uzun bir yol



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə131/133
tarix01.11.2017
ölçüsü5,01 Kb.
#7909
1   ...   125   126   127   128   129   130   131   132   133

 
cxlii 
gizlənmək, ölkəni tərk etmək, ölkəyə qayıtmaq, ailə qurmaq hüquqları, vicdan, söz, yığıncaq və Ģəxsi həyat 
azadlıqları; bərabər  zəhmətə görə bərabər ödəniĢ hüququ, layiqli yaĢayıĢ səviyyəsi hüququ, cəmiyyətin mədəni 
həyatında iĢtirak etmək hüququ öz əksini tapmıĢdır. 
 
Bəyannamə bütün ölkələrin əməl edəcəyi beynəlxalq qanun kimi yox, BMT-yə daxil olan dövlətlərin can atacağı 
bir standart kimi qəbul edilmiĢdir.  Ona görə BMT-yə daxil olan ölkələrin növbəti addımı bəyannamənin 
müddəalarının beynəlxalq saziĢin müddəalarına çevrilməsindən ibarət olmuĢdur.  SaziĢdə insan hüquqlarını 
qorumaq artıq çağırıĢ kimi yox, ölkələrin yerinə yetirməli olduqları bir öhdəlik kimi irəli sürülmüĢdür.  Bu, çox 
da asan olmayan bir məsələ idi: axı bəyannamənin çağırıĢları belə SSRĠ və sosialist blokuna daxil olan digər 
ölkələr, eləcə də Cənubi Afrika və Səudiyyə Ərəbistanı tərəfindən müdafiə olunmamıĢdı. 
 
Beynəlxalq saziĢlərin qəbul olunması sahəsindəki təĢəbbüslər ancaq 18 il sonra ―Mülki və siyasi hüquqlar 
haqqında Pakt‖ın və ―Ġqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt‖ın imzalanması ilə nəticələndi.  Əvvəlcə 
yalnız 35 ölkə tərəfindən imzalanmıĢ ―Mülki və siyasi hüquqlar haqqında Pakt‖ dövlətlərin öz vətəndaĢlarının 
hüquqlarını pozmaq imkanlarını xeyli dərəcədə məhdudlaĢdırdı.  Bu paktları imzalayan ölkələrin sayı bu gün 
artıq 100-ü keçmiĢdir. 
 
―Mülki və siyasi hüquqlar haqqında Pakt‖da millətlərin öz müqəddəratını təyinetmə hüququ da qeyd olunmuĢdur, 
amma əslində həmin hüquq fərdin yox, kollektivin, insan qruplarının hüququ olduğundan insan hüquqlarına daxil 
deyil.  Bu maddə bəyannaməyə siyasi motivlərə görə, əsarətdə olan xalqların müstəqillik uğrunda mübarizəsini 
dəstəkləmək məqsədilə salınmıĢdır. 
 
―Ġqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt‖ı  qəbul edərək BMT göstərmiĢdir ki, bu hüquqlar da siyasi 
hüquqlar kimi insanın ləyaqətli yaĢayıĢı üçün zəruridir və heç bir ölkə sosial, iqtisadi və mədəni 
özünəməxsusluqları əldə əsas tutub vətəndaĢların  siyasi hüquqlarını poza bilməz. 
 
Sənədləri imzalayan ölkələr özlərinin milli qanunvericiliyini bu paktların maddələrinə uyğunlaĢdırmalıdır.  
Ölkələr həmçinin BMT-nin Ġnsan Hüquqları Komitəsini yaratmaq barədə razılığa gəlmiĢlər.  Bu komitə dünya 
tarixində ilk orqandır ki, orada paktları imzalayan ölkələr vaxtaĢırı olaraq, öz dövlətlərində insan hüquqlarının 
vəziyyəti barədə hesabat verməlidirlər və bunun əsasında komitə hüquq pozuntuları ilə bağlı öz narahatlığını 
bildirmək və həmin pozuntuların aradan qaldırılması barədə ölkələrə tövsiyələr hazırlamaq imkanı qazanmalıdır. 
 
Bu paktları Azərbaycan da imzalamıĢdır.  Amma, məsələn, Böyük Britaniya özünün insan hüquqlarına kifayət 
qədər təminat verən milli ənənələrə malik olduğunu nəzərdə tutaraq, həmin paktları imzalamamıĢdır.  Dövlətin öz 
vətəndaĢlarını dolandırmağa borclu olması ideyası ilə razılaĢmayan ABġ da sosial və iqtisadi hüquqlar haqqında 
paktı imzalamayan dövlətlər sırasındadır.  Görünür, Azərbaycandan fərqli olaraq Böyük Britaniya və ABġ belə 
hesab edir ki, saziĢə imza atırsansa, onun Ģərtlərini yerinə yetirməlisən, yox, əgər yerinə yetirməyəcəksənsə, onda 
ona imza atmağın nə mənası? Əlbəttə, bu bizim üçün qəribə məntiqdir... 
 
Yarandığı vaxtdan bu yana BMT insan hüquqlarının müdafiəsi ilə, o cümlədən irqi, cinsi və dini ayrı-seçkiliyin 
ləğv edilməsi; əmək hüququ; təhsil hüququ; uĢaq hüququnun, yığıncaq keçirmək və informasiya yaymaq 
azadlığının  qorunması və s.  ilə əlaqədar onlarca pakt və saziĢ qəbul edib.  BMT həmçinin bu gün Azərbaycan 
üçün çox aktual olan ―Hüquq-mühafizə orqanları qulluqçuları üçün BMT-nin davranıĢ kodeksi‖ni qəbul edib.  
Qeyd edək ki, insan hüquqları haqqında beynəlxalq saziĢlər insan hüquqlarını qorumağın demokratik inkiĢaf 
səviyyəsinə görə fərqlənən müxtəlif ölkələr tərəfindən qəbul olunmuĢ minimum həddini müəyyənləĢdirir.  
Çoxluq tərəfindən qəbul edilən bu minimum hədd azadlıq yoluna yenicə qədəm qoyan ölkələrin daxili 
qanunvericiliyini daha da geniĢləndirir. 
 
1975-ci ildə Avropa və ġimali Amerika ölkələri Helsinkidə Avropada təhlükəsizlik və əməkdaĢlıq haqqında Akt 
imzalamıĢlar.  Bu sənəddə göstərilmiĢdir ki, sərhədlərin dəyiĢməsi uğrunda hərəkat yox, dövlətlərin insan 
hüquqlarına Ģərait yaratması Avropaya sülh və səadət gətirir; insan azadlığına hörmətlə yanaĢılması sülh və 
əməkdaĢlıq siyasətinin əsasını təĢkil edir və azadlığa imkan verməyən dövlətə qarĢı  beynəlxalq aləmdə 
inamsızlıq olacaqdır.  Ölkələrin Vyana görüĢündə (1986) belə bir müddəa da qəbul olunmuĢdur ki, baĢqa dövlət, 
təĢkilat və Ģəxslərin ölkədə insan hüquqlarının vəziyyəti ilə əlaqədar narahatlığını bildirməsi ölkənin daxili iĢinə 
qarıĢmaq hesab edilmir.  Ġnsan hüquqları beynəlxalq narahatlığın mövzusudur. 
 
 
ĠNSAN HÜQUQLARINA BEYNƏLXALQ NƏZARƏT MEXANĠZMLƏRĠ 
 
 


 
cxliii 
BMT-də 
 
 
Bəs necə etmək lazımdır ki, beynəlxalq qanun icra olunsun? Axı yer üzündə beynəlxalq  saziĢlərin yerinə 
yetirilməsini izləyən hansısa  bir ümumdünya hökuməti yoxdur? Axı heç kim yuxarıdan hər hansı bir dövləti  
insan qarĢısındakı borcunu yerinə yetirməyə məcbur edə bilməz.  Burada yuxarıdan aĢağı nəzarət mexanizmi 
mümkün deyil, ona görə də beynəlxalq hüquq mütəxəssisləri ―üfüqi‖ nəzarət mexanizmini iĢləyib hazırlamağa 
baĢladılar.  Bu mexanizmə əsasən, ölkələr qarĢılıqlı təzyiq üsulundan istifadə edib, bir-birlərini saziĢlərdən irəli 
gələn öhdəlikləri yerinə yetirməyə məcbur edə, böyük fikir ayrılıqlarına son qoymaq üçün razılığa gəlib bir-
birlərində insan hüquqlarının vəziyyətini izləyə bilərlər.  Ġnsan hüquqlarını pozan dövlət dünya ictimaiyyəti 
tərəfindən ittiham oluna, ―utandırıla‖ bilər, hüquq pozuntuları kütləvi xarakter alsa, BMT-nin razılığı ilə o 
dövlətə qarĢı iqtisadi, siyasi, hətta hərbi sanksiyalar tətbiq edilə bilər. 
 
―Mülki və siyasi hüquqlar haqqında Pakt‖ı imzalayan ölkələr BMT-nin Ġnsan Hüquqları Komitəsi qarĢısında 
vaxtaĢırı hesabat verməlidir.  Komitə dövlət hesabatlarını qəbul edərkən insan hüquqları ilə məĢğul olan 
beynəlxalq və yerli qeyri-dövlət təĢkilatlarından daxil olmuĢ alternativ hesabatları da nəzərə alır.  Hesabat zamanı 
ölkədə vətəndaĢ hüquqlarının kobud Ģəkildə pozulması faktları üzə çıxarsa, həmin ölkənin adından hesabat verən 
xarici iĢlər nazirinin necə pərt olacağını təsəvvür etmək çətin deyil.  Hesabatlar dinlənildikdən sonra komitə 
ölkəyə tövsiyələr hazırlayır və  kütləvi informasiya vasitələri ilə geniĢĢəkildə yayılan həmin tövsiyələr ölkənin 
nüfuzuna zərbə vurur.  SSRĠ-də, Cənubi Afrikada və Çilidə insan hüquqlarının pozulması BMT-də gedən 
müzakirələrin daimi mövzusu olmuĢdur. 
 
Ġnsan hüquqlarının ölkədə kütləvi surətdə pozulması məsələsini komitədə baĢqa bir dövlət də qaldıra bilər.  
Məsələn, Skandinaviya ölkələri Azərbaycandakı hüquq pozuntuları barədə BMT-yə müraciət edə bilər. 
 
BMT-də vətəndaĢların öz hökumətlərindən fərdi Ģikayətinin də mexanizmi iĢlənib hazırlanmıĢdır: ―Mülki və 
siyasi hüquqlar haqqında Pakt‖a ―Qeyri-məcburi protokol‖ da əlavə olunmuĢdur, əgər ölkə onu imzalayıbsa, onda 
BMT komitəsində öz vətəndaĢının tələblərini dinləməyə hazır olmalıdır (Azərbaycan BMT-nin insan hüquqları 
ilə əlaqədar 50-dən yuxarı pakt və saziĢini imzalasa da, ―Qeyri-məcburi protokol‖a hələ də imza atmamıĢdır). 
 
Təəssüf ki, BMT-nin Ġnsan Hüquqları Komitəsi yalnız dövləti  ―utandıra‖ bilir.  Ġnsan hüquqlarını pozan (bəli, 
ancaq kütləvi surətdə pozan) dövlətə qarĢı sanksiyaları BMT-nin Təhlükəsizlik ġurası qəbul edir. 
 
 
Avropa Şurasında 
 
 
Avropa qitəsindəki demokratik ölkələr arasında əməkdaĢlığı möhkəmləndirmək məqsədilə 1949-cu ildə 
yaradılmıĢ Avropa ġurası insan hüquqlarına beynəlxalq nəzarət iĢini daha güclü Ģəkildə həyata keçirir.  1953-cü 
ildə Avropa ġurasında ―Ġnsan hüquqları üzrə Avropa Konvensiyası‖ və ona aid protokollar qüvvəyə minmiĢdir.  
Bu sənədlərdə ―eyni siyasi baxıĢları müdafiə edən, siyasi ənənələr və ideallar baxımından, azadlığa və qanunun 
aliliyinə ehtiram nöqteyi-nəzərindən ümumi irsə malik olan Avropa ölkələri‖ qarĢısında öhdəlik qoyulmuĢdur ki, 
bu ölkələr BMT-nin ―Mülki və siyasi hüquqlar haqqında Pakt‖ının əksər müddəalarını, ―Ġqtisadi, sosial və 
mədəni hüquqlar haqqında Pakt‖ının isə təhsil hüququ ilə bağlı müddəasını kollektiv Ģəkildə müdafiə etsinlər. 
 
Konvensiyada dövlət, ictimai təĢkilat və ayrı-ayrı vətəndaĢlar tərəfindən daxil olmuĢĢikayətlərə baxmağın 
mexanizmi göstərilmiĢdir.  SaziĢə əsasən, bu təĢkilatın üzvü olan ölkələr öz suverenliyinin müəyyən bir qismini 
Avropa ġurasına verir və Avropa məhkəmə sisteminin qərarlarını yerinə yetirmək barədə razılığa gəlirlər. 
 
VətəndaĢın öz dövlətindən Ģikayətinə Avropa insan hüquqlarını müdafiə sistemində  yalnız o vaxt baxılır ki, 
həmin adamın Ģikayəti öz ölkəsində bütün hüquqi pillələrdən keçmiĢ olsun.  Onun Ģikayətinə Ġnsan Hüquqları 
Komissiyasında, Avropa ġurası üzvlərinin Nazirlər Komitəsində və Avropa Məhkəməsində baxıla bilər.  Bu 
məhkəmə artıq ayrı-ayrı vətəndaĢların bir çox Ģikayətlərinə, o cümlədən hakimiyyətin amansız rəftarı, qeyri-
qanuni həbs olunma, mətbuat azadlığının və təhsil hüququnun pozulması və s.  ilə bağlıĢikayətlərə baxmıĢdır.  
Əgər dövlət günahkar hesab olunmuĢsa, onda o, məhkəmənin qərarına tabe olaraq vurulan zərəri ödəmiĢ, öz 
qanunvericiliyində, yaxud praktik fəaliyyətində dəyiĢiklik etmiĢdir. 
 
 
Beynəlxalq ədalət məhkəməsi? 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə