Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə488/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   484   485   486   487   488   489   490   491   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1720

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

İmzalanmış nəhəng təbii qaz müqavilələri ilə Azərbaycan yaxın gələcəkdə Avropa bazarını təbii 

qazla  təmin  etməyi  planlaşdırır.  XXI  əsrin  nəhəng  layihəsi  hesab  olunan  “TANAP”  layihəsi  ilə 

Azərbaycan  təbii  qazı  Türkiyə  ərazisindən  keçərək,  Avropaya  nəql  olunacaq.Yəni  Azərbaycan  həm 

Türkiyə bazarını indi olduğu kimi gələcəkdə də təbii qazla təmin edəcək, həm də Türkiyə üzərindən 

Avropa bazarına təbii qazı nəql edəcək.  

Belə olduğu halda, mövzunun aktuallığı nəzərə alınaraq, Azərbaycan və Türkiyə təbii qaz bazarı 

hüquqi baxımdan müqayisəli şəkildə təhlil edilməyə çalışılmışdır. 

A.

 

 

Azərbaycan təbii qaz bazarının hüquqi çərçivəsi 

 Azərbaycan  təbii  qaz  bazarının  necə  tənzimləndiyini  görmək  üçün  əlaqəli  qanunvericilik 

aktlarına  nəzər  salınmalı  və  bazarla  birbaşa  əlaqli  qurumlar  olan  ARDNŞ-in  və  Energetika 

Nazirliyinin roluna diqqət yetirilməlidir.  



1. Azərbaycan təbii qaz bazarını tənzimləyən qanunvericilik 

Əvvəlcə  bunu  qeyd  etmək  zəruridir  ki,  Azərbaycan  Respublikası  Konstitusiyasının  14-cü 

maddəsinə  əsasən  dövlət  bütün  ilkin  enerji  materiallarının  yataqları  üzrə  müstəsna  mülkiyyət 

hüququna malikdir.  

Azərbaycan  təbii  qaz  bazarını  tənzimləyən  qanunvericilik  aktları  daxili  bazarda  əsasən 

“Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu və “Qaz təchizatı haqqında” Azərbaycan 

Respublikasının  Qanunudur.  Xarici  bazarda  isə,  ikitərəfli  hökumətlərarası  sazişlərlə  və  beynəlxalq 

hüququn ümumi norma və prinsipləri ilə tənzimlənir.  



1.1.

 

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu 

1998-ci  il  tarixli  Qanun  energetika  qanunvericiliyinin  əsas  prinsipləri  üzərində  qurulmuşdur, 

spesifik olaraq təbii qaz təchizatı sahəsindəki fəaliyyətləri tənzimləyir.  

Qanunun  birinci  maddəsinə  əsasən  qaz  təchizatı  sahəsində  fəaliyyət  –  qazın  istehsalı,  emalı, 

saxlanması,  nəqli,  paylanılması,  mayeləşdirilməsi  və  istifadəsi,  həmçinin  sənaye  və  istehlakçı 

qurğularının tikintisi, istifadəsi, nəzarəti, sınağı və sertifikatlaşdırılmasıdır.  

Azərbaycan  təbii  qaz  bazarını  daxili  məsələlərdə  tənzimləyən  bu  Qanun  hazırlanarkən  və 

təkmilləşdirilərkən Avropa Birliyinin Təbii Qaz üzrə daxili bazar üçün ümumi qaydalar (2009/73/EC 

Direktivi)  Direktivi  əsas  mənbə  kimi  götürülmüşdür.  Hazırda  da  Azərbaycan  energetika 

qanunvericiliyinin Avropa İttifaqının qaz direktivlərinə uyğunlaşdırılması istiqamətində işləri davam 

etdirir.  Bu  çərçivədə  “Qaz təchizatı  haqqında”  Qanuna  əlavə  və  dəyişikliklər edilməsi,“Qaz  Şəbəkə” 

Məcəlləsinin  layihəsinin  hazırlanması,  təbii  qaz  bazarında  rəqabət  şəraitinin  yaradılması,  yüksək 

xidmət  standartları,  təchizat  təhlükəsizliyi  və  davamlılığının  təmin  edilməsi,  ölkədə  tənzimləyici 

strukturun (tənzimləyici orqan) yaradılması istiqamətində işlər aparılır.  



1.2.

 

Ölkə xaricinə nəql zamanı tənzimləmələr  

Azərbaycan  təbii  qazının  xarici  ölkələrə  nəqli  zamanı  hüquqi  məsələlər  dövlətlər  arasında 

bağlanan  ikitərəfli  Hökumətlərarası  Sazişlərlə  və  beynəlxal  hüququn  hamılıqla qəbul  olunan  ümumi 

norma və prinsipləri ilə tənzimlənir. Nümunə kimi göstərə bilərik ki, Azərbaycan təbii qazını Türkiyə 

və  Avropaya  nəql  edəcək  “TANAP”  layihəsi  üzrə  bütün  məsələlər  25  oktyabr  2011  ci  il  tarixli 

“TANAP”-ın  tikintisi  ilə  əlaqədar  Azərbaycan  Respublikası  və  Türkiyə  Cumhuriyyəti  arasında 

imzalanmış  İzmir  Memorandumu  və  26  iyun  2012  ci  il  tarixində  İstanbulda  imzalanmış  “Türkiyə 

Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında TransAnadolu təbii qaz boru 

kəməri sisteminə dair Hökumətlərarası Sazişlə” və bu Sazişə 1 nömrəli əlavə olarq “Tranzit hökuməti 

ilə Saziş” ilə tənzimlənir. 

2. Azərbaycan təbii qaz bazarında Energetika Nazirliyi və ARDNŞ-nin rolu 

Energetika  Nazirliyi  -  2004-cü  il  də  yaradılmış,  yanacaq-energetika  kompleksində  dövlət 

siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 

“Energetika  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda  və  “Qaz  təchizatı  haqqında” 

Azərbaycan Respublikasının Qanununda göstərilən təbii qaz bazarını tənzimləyən və nəzarəti həyata 

keçirən  müvafiq  icra  hakimiyyəti  orqanı  Energetika  Nazirliyidir.  Qeyd  olunan  qanunlardakı  enerji 

sahəsindəki  fəaliyyətə  -  yəni  enerji  növü  kimi  təbii  qazın  emalına,  nəqlinə,  paylanmasına  dövlət 

nəzarətini, strukturuna daxil olan müxtəlif qurumlar vasitəsilə həyata keçirir.  

 ARDNŞ  -  1992-ci  il  də  “Azərineft”  Dövlət  Konserni  və  “Azərnefkimya”  İstehsalat  Birliyininin 

bazasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti yaradılmışdır.  




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1721

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

ARDNŞ,  Azərbaycan  ərazisindəki  neft  və  qaz  yataqlarının  axtarışı,  kəşfiyyatı  və  işlənməsi, 

neftin,  qazın  və  qaz  kondensatının  hasilatı,  emalı  və  nəqli,  neft  və  neft-kimya  məhsullarının,  qazın 

daxili və xarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə 

məşğul olur. Qanunvericilikdə nəzərdə tutulmuş enerji fəaliyyətləri üzərində idarəçiliyə dair dövlətin 

müstəsna  hüquqlarını  ARDNŞ  həyata  keçirir.  Eyni  zamanda  xarici  dövlətlərə  qaz  satışına  dair 

müqavilələrdə Azərbaycan Hökuməti adından iştirak edir. 



B.

 

 Türkiyə təbii qaz bazarının hüquqi çərçivəsi 

Ümumilikdə  Türkiyənin  enerji  bazarı  Azərbaycan  enerji  bazarından  fərqli  olaraq  idxal  edən 

bazardır,  yəni  Türkiyənin  neft,  təbii  qaz  ehtiyatları  yoxdur  və  başqa  ölkələrin  ehtiyatları  hesabına 

enerji ehtiyaclarını ödəyən ölkədir. Hazırda təbii qaz ehtiyacının mühüm bir hissəsini Azərbaycandan 

aldığı  təbii  qazla  ödəyir  və  yaxın  gəlcəkdə  TANAP  layihəsi  hesabına  tranzit  ölkə  olaraq  da  öz 

nüfuzunu artırmağı planlaşdırmaqdadır. 

Türkiyədə də təbii qaz bazarının hüquqi çərçivəsini görmək üçün bununla bağlı qəbul olunmuş 

qanunvericilik aktlarına və yaradılmış qurumların bazardakı roluna baxmaq lazımdır. 



1Türkiyə təbii qaz bazarını tənzimləyən qanunvericilik 

Türkiyədə təbii qaz bazarı ilə bağlı hüquqi tənzimləmələr əsasən 4646 nömrəli “Təbii qaz bazarı 

haqqında” Qanunla (4646 saylı Kanun) həyata keçirilməkdədir.  

18  aprel  2001-ci  il  tarixli,  4646  nömrəli  Qanunun  qəbul  olunma  məqsədi,  Türkiyə  təbii  qaz 

bazarının sərbəstləşməsini təmin edərək, təbii qazın davamlı, ucuz, keyfiyyətli və ətraf mühitə zərər 

verməyəcək bir şəkildə istehlakçılara çatdırılması, rəqabətə davamlı, şəffaf və maliyyə baxımdan sabit 

bir təbii qaz bazarının yaradılması, müstəqil tənzimləmə və nəzarət sisteminin təmin edilməsidir. 

Bu Qanunla BOTAŞ-ın səlahiyyətləri azaldılmış və təbii qaz bazarının tənzimlənməsi və nəzarəti 

funksiyaları  yeni  qurum  olan  Enerji  Bazarı  Tənzimləmə  Qurumuna  (EPDK)  verilmişdir.  Qanunda 

Təbii  qazın  paylanması,  saxlanılması  xidmətlərinin  tender  yolu  ilə  özəl  şirkətlərə  verilməsi  və 

BOTAŞ–ın tərkibində olan mövcud paylama şirkətlərinin tender yolu ilə özəlləşdirilməsi, BOTAŞ-ın 

daxili  bazardakı  fəaliyyət  payının  20%  -ə  düşənə  qədər  tərəf  olduğu  alqı-satqı  müqavilələrini  başqa 

özəl şirkətlərə verməsi kimi bır sıra mühüm tənzimləmələr nəzərdə tutulmuşdur. 

2. Türkiyə təbii qaz bazarında BOTAŞ və EPDK-nın rolu  

BOTAŞ - 1973-cü ildə TPAO-un (Türkiyə Petrolları Anonim Ortaklığı) tərkibində yaradılmışdır. 

1987 - ci ildən etibarən təbii qazın nəql olunması və ticarəti fəaliyyəti ilə məşğul olmaqdadır. Hazırda 

dövlətin tərkibində fəaliyyət göstərən Kamu İktisadi Teşekküllü (KİT) hüquqi şəxsdir.  

Kamu  İktisadi  Teşekküllü  dedikdə  -  yəni  sərmayəsi  bütövlükdə  dövlətə  məxsus  olan,  lakin 

inzibati  idarəetmə  və  maliyyə  cəhətdən  daxili  muxtariyyətə  sahib,  dövlətin  inhisarçı  səlahiyyətində 

olan təbii ehtiyatların axtarışı və kəşfiyyatı, emalı, hasilatı, satışı, alışı və digər fəaliyyətlərləri dövlətin 

adından həyata keçirmək üçün yaradılan hüquqi şəxs nəzərdə tutulur. 



EPDK - “4628 nömrəli Elektrik bazarı haqqında Qanun”la əvvəlcə “Elektrik Bazarı Tənzimləmə 

Qurumu” adı altında yaradılmışdır. 2001 - ci ildən “4646 nömrəli” Qanunla BOTAŞ-ın inhisarçılığına 

son  qoymaq  məqsədilə  BOTAŞ-dan  alınaraq  ona  verilən,  təbii  qaz  bazarına  nəzarət,  tariflərin 

müəyyən olunması, lisenziyaların verilməsi fəaliyyətlərini də həyata keçirməyə başlamışdır və Enerji 

Bazarı Tənzimləmə Qurumu adı altında fəaliyyətini davam etdirməkdədir. EPDK, dövlətin tərkibində 

olan, ancaq inzibati idarəetmə və maliyyə cəhətdən daxili muxtariyyətə sahib hüquqi şəxsdir.  



Müqayisəli təhlil və nəticə 

Azərbaycan  və  Türkiyə  təbii  qaz  bazarının  hüquqi  çərçivəsini  təhlil  edərkən,  hər  iki  bazardada 

dövlətin  müstəsna  səlahiyyətlərini  görə  bilərik  və  hər  iki  ölkədə  də  qüvvədə  olan  qanunvericilik 

dövlətin  bazara  ciddi  nəzarətini  əks  etdirən  tərzdə  hazırlanmışdır.  Hazırda  hər  iki  dövlət  də  daxili 

enerji  bazarını  sərbəstləşdirmək  və  özəl  sektorun  inkişafını  sürətləndirmək  istiqamətində  dəqiq 

addımlar atmaqdadır. 

 Türkiyə təbii qaz bazarının hüquqi çərçivəsindən də göründüyü kimi bazarı birbaşa tənzimləyən, 

bazardakı  qurumların  səlahiyyətlərinin  birbaşa  göstərən  qanun  qəbul  etmişdir  və  həmin  qanuna 

dəyişikliklər  edilməklə  rəqabətə  davamlı,  özəl  sektorun  inkişaf  edəcəyi  bazar  yaratmağa 

çalışılmaqdadır.  

Eyni  şəkildə  Azərbaycan  da  təbii  qaz  bazarını  sərbəstləşdirmək  üçün  əlaqəli  qanunvericilik 

aktlarına Avropa Birliyi təbii qaz direktivlərinə uyğun olaraq bir sıra əlavə və dəyişikliklər edərək təbii 

qaz bazarının rəqabətə davamlı və şafaf olması üçün mühüm addımlar atmaqdadır. 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   484   485   486   487   488   489   490   491   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə