Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə484/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   480   481   482   483   484   485   486   487   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1711

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



CƏLALİLƏR HƏRAKATI  ƏRƏFƏSİNDƏ OSMANLI  

İMPERİYASININ SOSİAL-İQTİSADİ VƏZİYYƏT 

 

Amənə KƏRBƏLAYEVA 

AMEA-nın A.A.Bakıxanov adına  Tarix  İnstitutu 



kerbalayeva-amin@mail.ru 

AZƏRBAYCAN 

                                                            

Böyük çoğrafi kəşflər və onun nəticəsində quru yolların dəniz yolları ilə əvəz olunması, 

Osmanlı  dövlətinin  İranla  və  Avstriya  ilə  rəqabət  aparması  Türkiyənin  iqtisadi  vəziyyətinə 

çox mənfi təsir edirdi. Hələ I Sultan Səlim, merkantilizm baxımından dövləti zərərsiz hala gə-

tirmək üçün bəzi tacirlərin İrana gedib gəlmələrini qadağan edərək, mal və mülklərini əllərin-

dən almış, mallarının bir qismini saray şərabxanasına, qalanını isə digər xərclər üçün ayırdı .  

Peçevinin məlumatına əsasən isə “sultan Süleyman hamısının geri verilməsini xüsusi dəf-

tərdarlarına əmr etdi və beləcə əl qoyulmuş malların hamısını sahiblərinə geri verməklə böyük 

savab qazandı”. Ölkə ticarətini canlandırmaq məqsədi ilə Süleyman Qanuni Fransa ilə 1535-ci 

ildə  kapitulyasıya  bağlamalı  oldu.  Həmin  kapitulyasiyaya  əsasən  hər  iki  ölkə  sərbəst  ticarət 

haqqı  əldə  edəcək  və  bu  haqlar  iki  hökmdarın  yaşadıqları  müddətdə  keçərli  olacaqdırlar. 

Lakin  sonrakı  dövlət  adamlarının bacarıqsızlığı  ucbatından bu müqavilə tək tərəfli işləməyə 

başlamış  və  nəticədə  Türkiyə  digər  dövlətlərin  də  imtiyazlarını  tanımaqla  öz  iqtisadiyyatını 

sarsıtdı. Həmin dövrdə  Qərbdən bura  gətirilən  malların  sayı  çox az idi.  Türkiyədən daşınan 

ipək  və  mahud  parçalara  Polşa,  Avstriya  və  Venesiyada  bazarlarında  böyük  tələbat  var  idi. 

Türk ticarətinə dəyən əsas zərbə isə tədricən daxili və xarici ticarətin komprodorların əllərində 

cəmləşməsi idi. Bu dövrdə Avropa ilə ipək və mahud ticarəti ermənilərin əlində idi.  

Bir  tərəfdən  Türkiyənin  xarici  siyasətdə  geriləməsi,  digər  tərəfdən  daxili  hüququn 

dövlətin  nizam  tələbatlarının  ödəməməsi  və  nəticə  kimi  sultan  hakimiyyətinin  zəifləməsi, 

şahzadələrin  hakimiyyət  uğrunda  mübarizəsi.  və  yerlərdə  hakimiyyətin  tədricən  vəzir  və 

canişinlərin əllərində cəmləşməsi üstəgəl feodal mülkiyyətinin böhranı artıq bütövlüklə daxili 

ziddiyyətləri  biruzə  verirdi.  Tarixi  qaynaqlardan  göründüyü  kimi  osmanlı  cəmiyyəti  üçün 

“dünya  sona  doğru  gedirdi”

 

və  bunun  nəticəsi  idi  ki,  osmanlı  hakimiyyəti  uzun  sürən 



üsyanlarla qarşılaşmalı oldu. Bu üsyanların bir çoxunu siyasi, dini, etnik və iqtisadi cəhətdən 

xarakterizə  etmək  mümkündür.  Həmin  üsyanları  araşdıran  tədqiqatçıların  qənaətinə  əsasən 

baş  verən  hadisələrin  səbəbləri  məzhəb  mübahisələri,  mərkəzi  hakimiyyətlə  Anadoluda 

yaşayan  türkmənlər  arasında  yaşanan  ziddiyyətlər,  timar  sahiblərinin  timarlarının  əllərindən 

alınması və nəhayət vergilərin sürətlə artması idi. 

 

 



AZƏRBAYCAN MEMARLIĞININ TARİXİ SAHƏ                                        

ÜZRƏ SƏNƏD KÜTLƏSİNİN OBYEKTİ KİMİ 

 

Günel HACIYEVA  

AMEA Mərkəzi Elmi Kitabxanası 

AZƏRBAYCAN 

 

 

Azərbaycan memarlığı üzrə sənəd kütləsinin əsas bazasını Azərbaycanda memarlıq tarixinə həsr olunmuş 

elmi-tədqiqat əsərləri təşkil edir. Belə ki, Azərbaycanda çox zəngin memarlıq məktəbləri və onların möhtəşəm 

tarixi vardır. 

 Azərbaycanda müxtəlif memarlıq məktəbləri X-XII yüzillərdə yaranmışdır. Bunlar Aran, Təbriz, 

Naxçıvan,  Şirvan,  Abşeron  memarlıq  məktəbləridir.  Bu  memarlıq  məktəbləri  arasında  ümumi  üslub 

yaxınlığı var idi. 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1712

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Aran  memarlıq  məktəbinə  (Gəncə,  Bərdə,  Beyləqan)  mənsub  sənətkarların  yaratdığı  binaların 

əksəriyyəti  Gəncə  zəlzələsi  (1139)  və  monqol  hücumları  (XIII  əsr)  zamanı  dağılmışdır.  Gəncə  çayı 

üzərindəki  3  körpü  (XII  əsr),  Beyləqandakı  yaşayış  binaları,  hamam  və  s.  qalıqları  Aran  memarlıq 

məktəbinin  üslub  özəllikləri  haqqında  aydın  təsəvvür  yaradır.  Naxçıvan  memarlıq  məktəbinin 

abidələri binalarda çox boyalı kaşıdan ornamentli baştağ kompozisiyalarının tətbiqi, Şirvan-Abşeron 

məktəbinə mənsub tikililər isə sadə memarlıq bölgüləri və dekorativ oyma bəzəkləri ilə seçilir. Təbriz 

məktəbinin  ən  yaxşı  abidələri  üçün  memarlıq  quruluşunun  dəbdəbəliyi,  dekorların  müxtəlifliyi 

səciyyəvidir. 

 Mütənasib quruluşlu, zəngin dekorlu qülləvarı türbələr və digər tikililərdə Naxçıvan məktəbinin 

üslub özəllikləri əksini tapıb. Bu məktəbin ən yüksək zirvəsini Naxçıvandakı Yusif ibn Küseyr (1162) 

və  Mömünə  xatın  (1186)  türbələrinin,  eləcə  də  hazırda  mövcud  olmayan  dini  tikililər  kompleksinin 

müəllifi memar Əcəmi Əbubəkr oğlu Naxçıvaninin yaradıcılığı təşkil edir. 

Əcəminin  yaratdığı  kompozisiya  və  dekorativ  bəzək  üsulları  Azərbaycanın,  eləcə  də  müəyyən 

ölkələrin türbə tikililərinə böyük təsir göstərib. Əcəmi üslubuna yaxın Marağa abidələri Azərbaycan 

memarlığının  inkişafında  önəmli  yer  tutub.  Bunlardan  "Göy  günbəz"  türbəsi  (1196,  memar  Əhməd 

Məhəmməd oğlu) "Qırmızı günbəz" türbəsini (1148, memar Bəkir Məhəmməd) göstərmək olar.  

Naxçıvan  məktəbinin  kərpic  tikililərində  formalaşmış  memarlıq  üsulları  daşdan  tikilmiş 

türbələrdə  -  Naxçıvan  MR-nın  Cuğa  kəndi  yaxınlığındakı  Gülüstan  türbəsində  (XIII  əsrin  əvvəli), 

Füzuli rayonunun Babı kəndindəki Şeyx Babı Yəqubi türbəsində (1273-1274 memar Əli Məcidəddin ) 

və Aşağı Veysəlli kəndindəki Mirəli türbəsində (XIII-XIV əsrlər), Bərdədə (1322, memar Əhməd ibn 

Əyyub əl-Hafiz Naxçıvani) öz əksini tapıb.  

X-XII  əsrlərdə  yaşayıb  yaradan  bir  çox  Azərbaycan  memarları  və  memarlıq  bəzəyi  ustalarının 

adları  müxtəlif  tikililərin  kitabələrində,  daş  plitələrində,  dekorativ  bəzək  məmulatlarında  dövrümüzə 

kimi  çatmışdır.  Bunlardan  Məhəmməd  ibn  Cəfər  (Beyləqan  rayonundakı  "Peyğəmbər" 

qəbiristanlığındakı  kitabəli  plitə,  X  əsr),  İbrahim  ibn  Osman  (Gəncə  darvazası,  1063),  Məhəmməd 

Əbubəkr oğlu (Bakıda Sınıqqala məscidi) və b. X-XIV əsrlərdə Azərbaycan memarlığının ən dəyərli 

örnəklərini yaradıblar. 

XII-XIII  əsrlərdə  Azərbaycanda  bir  sıra  möhtəşəm  körpülər  salınıb.  Bunlardan  Araz  çayı 

üzərindəki 15 aşırımlı (XII əsr) və 11 aşırımlı (XIII əsr) Xudafərin körpüləri, Qazaxda 4 aşırımlı Sınıq 

körpü  (Qırmızı  körpü,  XII  əsr),  Gəncəçayın  üzərində  salınmış  3  körpü  (qalıqları;  XII-XIII  əsrlər), 

Güney Azərbaycanında Minayə şəhəri yaxınlığında Qızılüzən çayı üzərindəki körpü (Qız körpüsü, XII 

əsr) və b. xüsusilə diqqəti cəlb edir. 

Şirvan-Abşeron  memarlıq  abidələri  üçün  daş  konstruksiyalar,  tikililərin  həcm-məkan  həllinin 

lakonikliyi,  daş  üzərində  oyma  bitki  ornamentləri  səciyyəvidir.  Bakıdakı  Sınıqqala  minarəsi  (1078, 

Məhəmməd  Əbubəkr  oğlu),  Qız  qalası  (XII  əsr,  memar  Məsud  Davud  oğlu),  Mərdəkan  qalaları 

(Dairəvi qala-1232, memar Əbdülməcid Məsud oğlu; Dördkünc qala, XIV əsr), Nardaran qalası (1301, 

memar  Mahmud  Səd  oğlu),  Ramana  qalası  (XIV  əsr)  və  s.  bu  məktəbin  ən  yaxşı  abidələri  sırasına 

daxildir.  XIII  əsrdə  Bakı  limanında  tikilmiş  və  hazırda  suyun  altında  qalmış  Şirvanşahların  "Bayıl 

qəsri"  adlı  iqamətgahı  da  bu  dövrün  maraqlı  tikililərindəndir.  Bürclü  divarlarla  əhatə  olunmuş  bu 

binalar  kompleksi  (1235,  usta  Zeynəddin  Əburəşid  oğlu  Şirvani  və  ehtimal  ki,  memar  Əbdülməcid 

Məsud oğlu) üzərindəki daş oymalar, yazı və təsvirlər qurşağı ilə birlikdə nadir memarlıq ansamblıdır. 

XIII  əsrin  ortalarında  paytaxtın  Təbrizə  köçürülməsi  ilə  bağlı  Təbriz  şəhəri  önəmli  memarlıq 

mərkəzinə çevrilmişdir. 

XV-XVI  əsrlərdə  də  Azərbaycan  memarları  başqa  ölkələrdə  də  fəaliyyət  göstərmiş,  müxtəlif 

şəhərlərdə  maraqlı  sənətkarlıq  örnəkləri  yaratmışlar.  Bursa,  Qahirə,  Bağdad,  Dəmirqapı  (Dərbənd), 

Herat, Səmərqənd və s. şəhərlərdəki bir sıra memarlıq abidələrində Azərbaycan memarların "imzaları" 

qalıb. 

XVII-XVIII  əsrlərdə  ticarətin  inkişafı  ilə  bağlı,  müxtəlif  binaların  tikintisi  genişlənib.  Şamaxı, 



Gəncə və Bakıda karvansaralar, Ərdəbil (Qeysəriyyə bazarı) və Təbrizdə örtülü bazarlar, eləcə də dini 

binalar və yaşayış evləri inşa edilmişdir. 

Bu  dövrlərdə  Azərbaycan  şəhərlərində  hamam  binaları  geniş  yayılmışdır.  Azərbaycan 

hamamlarının ən yaxşı örnəkləri Abşeronun Nardaran kəndində (1388, memar Kəştasif Musa oğlu), 

Bakının İçərişəhər bölməsində (Qasımbəy hamamı, XIV əsr), Basqalda (XVII əsr), Gəncədə ("Çökək 

hamam",  XVII  əsr),  Şuşada  ("Merdinli"  məhəlləsinin  hamamı),  Qubada  ("Çuxur  hamam"XIX  əsr), 

Ağdamda (Abdal Gülablı kəndinin hamamı 1900, memar Kərbalayi Səfixan Qarabaği) qalmışdır. 



Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   480   481   482   483   484   485   486   487   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə