Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə486/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   482   483   484   485   486   487   488   489   ...   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1715

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

kilsəsinin  nəsranilərə  məxsus  olduğu,  eyni  zamanda  Abşeronun  bir  sıra  qədim  qəbiristanlarında 

nəsrani  müqəddəslərinin  sərdabələri  olduğu  məlumdur.  Orta  əsrlərdə  Azərbaycanda  iudaist  dininin 

daşıyıcıları  olan  yəhudi  icmaları  da  mövcud  idi..  Onların  Azərbaycanda  məskunlaşması  ilə  bağlı 

araşdırıcılar  arasında  fərqli  fikirlər  mövcuddur.  Tarixçi  alim  Tarix  Dostəliyev  “Şimali-şərqi 

Azərbaycan  IX-XV  əsrlərdə”  adlı  əsərində  yəhudilərin  Azərbaycanda  mənşəyi  ilə  bağlı,  bəzi 

tədqiqatçılar tərəfindən irəli sürülən Sasanilərin köçürtdükləri İran mənşəli əhalinin sonradan iudaizmi 

qəbul  etmələri  və  bunun  əsasında  Azərbaycanda  yəhudi  icmasının  yaranması  haqqındakı  versiyanı 

rədd edərək qeyd edir ki, yəhudilər dünyanın bir çox məməkətlərinə səpələndikdən sonra da müxtəlif 

xalqlar arasında yaşayaraq onların dillərini qəbul etsələr də, dini mənsubiyyətlərini qoruyub saxlaya 

bildikləri kimi Azərbaycanda da öz icmalılığını və dini mənsubiyyətini qoruyub saxlamışlar.  

 

 

ORTA ƏSRLƏRDƏ DAŞKƏSƏNDƏ METALİŞLƏMƏ SƏNƏTİ 



 

Vüsalə AXUNDOVA  

Gəncə Dövlət Universiteti 

AZƏRBAYCAN 

 

Təbii  sərvətlərlə  zəngin  olan  Daskəsən  rayonunun  strateji  məhsulları  olan  dəmir,  alüminium, 



kobalt,  mərmər  və  sair  məhsulların  çıxarılması  üçün  qazıntılar  aparılmışdır.  1959-1960-cı  illərdə 

aparılan arxeoloji qazıntılar zamanı tapılan sayı hesabı bilinməyən kurqan tipli dəfn abidələri göstərir 

ki, bu ərazilər istifadə edilib. Bu əraziyə isə yay vaxtında yalnız bir yerdən simal-sərq tərəfdən Kür 

çayı vadisindən gəlmək mümkündür. (1) Sözsüz ki, İslamiyyətə qədər yerli əhali xristiyan olub, isalam 

laşdırma siyasəti dağlıq ərazidə ləng getdiyi üçün Daskəsən dağlarında Alban-Xristiyan məbədləri də 

olduqca  çoxluq  təşkil  edir.  Orta  əsrlərdə  Daşkəsən  rayonu  ərazisində  mədən  işi  ilə  məşğul 

olunmuşdur.  (2)  Metallurgiya  və  metalişləmə  iqtisadi  həyatın  bütün  sahələrinə  güclü  təsir  göstərən 

fəaliyyət sahələri idi. Metalişləmə sənətinin inkişaf səviyyəsi onun texnoloji təkmilləşməsi bu və ya 

digər  dərəcədə  əkinçiliyin  sənətkarlığın  hərb  sənətinin  və  təsərrufat  məisətinin  durumuna  təsir 

göstərir,sənətkarlığın texniki səviyyəsini müəyyənləşdirirdi. Ehtimallara görə Gədəbəy, Daşkəsən, Şiz, 

Marağa filiz yataqları metallurgiyanı zəruri xammalla təmin etməkdə başlıca rol oynayırdı. XX - əsrin 

30-cu  illərində  A  .A.  İyessen  və  B.  Y.  Degen  Kovalevski  Şəmkir,  Gəncə  ,  Daşkəsən,Tərtərçay 

hövzəsində  mis,  dəmir,  filiz  yataqlarında  qədim  və  orta  əsr  mədənlərinin  qalıqlarını  qeydə  almışlar. 

Görünür son orta əsrlərdə filizçıxarma prosesi XVIII - XIX-əstlərdə mövcud olmuş üsul və texnikadan 

fərqlənməmiş, Y. Veydenbaumun təsvir etdiyi şəkildə olmuşdur. Həmin təsvirə görə çox darısqal olan 

mədənə  fəhlələr  iməkləyərək  girir.  Uzanmış  halda  filizi  qopararaq  torbalara  doldurur  və  kəndir 

vasitəsilə bayıra çıxarırdılar.  

 Tədqiqatçılar  yerli  yataqlardan  çıxarılan  filizin  mədənlərin  yaxınlığında  əridildiyini  bildirirlər. 

Bu səbəbdən filiz yataqlarının olduğu kəndlərin sakinləri metallurgiya ilə yaxından məşğul olurdular. 

Məsələn  müəyyən  olunmuşdu  ki,  Quşçu,  Seyidlər,  Çovdar,  Bayan,  Daşkəsəndə  yerli  kənd  əhalisi 

ənənəvi  şəkildə  bir  neçə  əsr  ərzində  dəmir  və  mis  filizinin  çıxarılması  ilə  və  əridilməsi  ilə  məşğul 

olmuşdur. Mənbələrdən məlum olur ki, filiz əridən kürələr ortasında çalaşəkilli odluğu olan açıq ocağa 

bənzəyirdi.  Filiz  parçalarını  və  kömürü  kürəyə  qat-qat  yığaraq  körük  vasitəsilə  odluğa  hava 

üfürülürdü. Nəticədə kürənin aşağı hissəsində kömür közünün hərarətinin yüksəlməsi ilə əmələ gələn 

və  yüksək  hərarətlə  qızan  karbon  oksidi  yuxarı  qalxır,  filiz  və  kömürü  qızdıraraq  onlarla  kimyəvi 

reaksiyaya girirdi. Bu yolla filizdəki dəmirin və tərkibindəki maddələrin oksidləşməsi nəticəsində bir 

tərəfdən dəmir, digər tərəfdən isə metal pasa əmələ gəlirdi. Beş saat ərzində filiz əriyib qaynar kütləyə 

çevrilirdi.  Hasil  olunmuş  ərinti  qırsının  tərkibində  hələ  metal  pasa  olduğundan  onu  döyərək 

saflaşdırırdılar.  E.  Veydenbaum  qeyd  edirdi  ki,  filiz  əritmə  kürələrində  yüksək  hərarəti  almaq  üçün 

odluğa güclü hava üfürülməsi zəruri idi. Kürəyə süni hava üfürülməsini təmin etmək üçün körüklərdən 

istifadə olunurdu. (3) Körüklərin dəri hissələri dövrümüzə qədər gəlib çatmasa da, onların oda davamlı 

saxsı  başlıqları  tapılmışdır.Bəsit  texnalogiyaya  əsaslanan  belə  metaləritmə  kürələrində  yuksək 

hərarətin  alınmasının  təminatı  üçün  alışarkən  zəngin  karbon  oksidi  əmələ  gətirən  yüksək  koloritli 

yanacaq növü lazım idi. Bu ilk növbədə yüksək hərarət verən oduncaqlı ağac növləri  – palıd, ardıc, 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1716

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

arçan,  vələs  və  s.-dən  alınan  kömür  idi.  Kiçik  Qafqaz  dağlarının  zəngin  meşə  zolağı  ilə  örtülən 

Daşkəsən rayonunda kömür, mis, dəmir filizi geniş istifadə olunmuş, kömürdən yanacaqda da istifadə 

etmişlər. 

 Metal qırsa, adətən, dəyirmi kündə formalı görünüş verirdilər. Metallurqların hasil etdiyi xammal 

adətən istehsal üçün yararlı olmurdu. Sənətkarlar onu emal edib yararlı hala salmalı idi. Metaləritmə 

kürələri  adətən  şəhərlərin  rabad  hissəsində  yerləşirdi.  (4)  Q.  V.  Abix  Gəncə  gölünün  şimalında  və 

simal-qərbində  yerləşən  dağların  ətəklərini  zəngin  filiz  yataqları  olduğunu  hesab  edir.  Kiçik  Qafqaz 

dağlarının ətəklərində yerləşən Gədəbəy, Daşkəsən, Zəylik, Bayanda metal filizlərinin çoxluğunu qeyd 

edir.  Onların  yalnız  qizil  və  gümüşə  aid  olmayıb,həm  də  mis  və  maqnitli  dəmir  filizindən  ibarət 

olduğunu  filizlərin  tərkibinin  müxtəlifliyini  söyləyir.  Daşkəsəndə  aparılan  geoloji  tədqiqatların 

nəticələrindən qədim dövrlərdə, mis - dəmir mədənlərində istifadə olunması məlumdur. Q. V. Abix də 

Daşkəsən dərəsində zəngin mis və dəmir filizlərindən hələ lap qədim zamanlardan başlayaraq istifadə 

olunduğunu göstərir. (5) Bu barədə E. Veydenbaum da məlumat vermiş və bölgədə mis, dəmir filizi 

yataqlarının olmasını qeyd etmişdir. Orta əsrlərdə dəmirçilikdə yanacaq materialı kimi istifadə etmək 

üçün  ağac  kömurunu  hazırlamaq  məqsədilə  zəngin  Daşkəsən  meşələrindən  istifadə  edilmişdir.Bu 

baxımdan  sənətkarlığın  yaranmasına  və  inkişafına  əlverişli  zəmin  yaranmışdır. Daşkəsən  rayonunun 

qedim tarixə malik olduğunu Rus arxeoloqları da təsdiq edir. (6) Sinder V. A. Gəncəçay ərazisində , 

Gəncə  ilə  Xanlar  arasındakı  sahədə  maddi  mədəniyyət  abidələri  və  Çovdar  kəndi  yaxınlığındafiliz 

yataqlari askar etmişdir. Dağ mühəndisi Ferdinand Lass Daşkəsən və Quşçu kəndi ərazisində daş qutu 

qəbirlər aşkar etmişdir. E. Resler Gəncəçay hövzəsində bir sıra arxeoloji abidələri nəzərdən keçirdi. 

Rusiya hakim dairələri Qafqazın arxeoloji baxımdan tədqiq edilməsinin zəruri olduğunu qeyd edirdi. 

Son  orta  əsrlərdən  etibarən  Qafqazın  o  cumlədən  Azərbaycanın  nisbətən  sistemli  şəkildə  və  Qafqaz 

arxeologiya cəmiyyətinin nəzarəti altında öyrenilməsi başlanıldı. Bu tedqiqatda hem yerli, hem xarici, 

hem  de  rus  arxeoloqları  mühüm  rol  oynayırdılar.  Tedqiq  olunan  ərazilər  içərisində  Daşkəsən 

rayonunun zəngin filiz yataqları da vardı. Bu tesadüfi deyildi. Tebii ki, Daşkəsən rayonu Qafqazın bir 

guşəsi kimi faydalı, strateji təbii məhsullarla zəngindir.  




Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   482   483   484   485   486   487   488   489   ...   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə