QanunveriCİLİK ÜZRƏ proqram



Yüklə 447,28 Kb.
Pdf görüntüsü
tarix01.09.2018
ölçüsü447,28 Kb.
#66522


Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya sədrinin  

2009-cu il 1 oktyabr tarixli 251 nömrəli əmri ilə 

təsdiq edilmişdir 

 

 

Dövlət orqanlarında dövlət qulluğuna qəbul üzrə 



test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin 

aparılması və inzibati  

vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi  

QAYDALARI  

I. Ümumi müddəalar

 

1. Bu Qaydalar “Dövlət qulluğu haqqında” Azərbaycan 

Respublikası Qanununun 28-ci maddəsinə  və Azərbaycan 

Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 

nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət 

qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”nın 8-ci bəndinə 

əsasən hazırlanmışdır və dövlət orqanlarında inzibati vəzifələrin 

altıncı-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə 

dövlət qulluğuna qəbul məqsədi ilə test imtahanının təşkili, 

keçirilməsi, qiymətləndirilmənin aparılması qaydalarını  və 

inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarını müəyyən edir.  

2. Test imtahanının (bundan sonra - imtahan) məqsədi dövlət 

qulluğuna qəbul edilmək üçün Azərbaycan Respublikasının 

Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 

(bundan sonra – Komissiya) namizəd kimi qeydiyyatdan keçmiş 

Azərbaycan Respublikası  vətəndaşlarının (bundan sonra – 

namizədlər) dünyagörüşü, o cümlədən Azərbaycan haqqında 

ümumi biliklərinin, Azərbaycan Respublikasının müvafiq 

qanunvericiliyi və informasiya texnologiyalarından istifadə üzrə 

biliklərinin və 

məntiqi düşünmə qabiliyyətlərinin 

yoxlanılmasıdır.  

3.  İnzibati vəzifələrin altıncı-yeddinci təsnifatları üzrə 

imtahanda toplanılması mümkün olan balın 50 faizindən, 

səkkizinci-doqquzuncu təsnifatları üzrə isə imtahanda 

toplanılması mümkün olan balın 40 faizindən az bal toplamış və 




ya imtahan nəticəsi ləğv edilmiş  namizəd imtahan verdiyi 

gündən altı ay müddətində elan edilən müsabiqələr üzrə 

namizəd kimi qeydiyyatdan keçə  və müsabiqələrdə  iştirak edə 

bilməz.  

4.  İmtahan Komissiya tərəfindən qanunçuluq, obyektivlik, 

bərabərlik, şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirilir.



II. Test imtahanının təşkili və keçirilməsi

 

 



5. İmtahanın yeri və tarixi Komissiya tərəfindən müəyyən edilir 

və imtahanın  keçirilməsinə  azı  3 gün  qalmış  namizədlərə bu  

barədə məlumat verilir.  

6.  İmtahan informasiya təhlükəsizliyinə riayət edilmək  şərti ilə 

xüsusi proqram təminatı vasitəsi ilə keçirilir.  

7.  İmtahanın təşkilinə  və keçirilməsinə  məsul olan imtahan 

personalı, onun tərkibi və  vəzifələri Komissiya tərəfindən 

müəyyən edilir. 

8.  İmtahanda namizəd  şəxsiyyətini təsdiq edən sənədi təqdim 

etməklə qeydiyyatdan keçir və imtahan zalında müəyyən edilmiş 

qaydada yerləşdirilir. 

9. Namizədlərin imtahan zalında yerləşdirilməsi prosesi başa 

çatdıqdan sonra onlar imtahan personalı  tərəfindən imtahanın 

keçirilməsi qaydaları, namizədlərin hüquq və  vəzifələri, 

müəyyən edilmiş qadağalar haqqında məlumatlandırılır. 

Namizədlərin hüquq və  vəzifələri, imtahanın təşkili və 

keçirilməsi ilə bağlı qadağalar Komissiya tərəfindən müəyyən 

edilir. 


10.  İmtahanın keçirildiyi müddətdə müəyyən edilmiş qaydalara 

riayət etməyən namizədlər imtahan zalından kənarlaşdırılır və 

onların imtahanda əldə etdiyi nəticələr ləğv edilir.  

11.  İmtahanda namizədlər tərəfindən 100 test tapşırığının 

(bundan sonra - imtahan testinin) yerinə yetirilməsi nəzərdə 

tutulur. 

 

 

 



 

 



 

 

 



12. İmtahan testi aşağıdakı test bloklarından ibarət olur: 

 

12.1.  dünyagörüşü, o cümlədən Azərbaycan haqqında ümumi 



biliklərin yoxlanılması üçün 15 test tapşırığından ibarət test 

bloku; 

12.2.  qanunvericilik üzrə biliklərin yoxlanılması üçün 40 test 



tapşırığından ibarət test bloku

12.3.  informasiya texnologiyalarından istifadə üzrə biliklərin 



yoxlanılması üçün 15 test tapşırığından ibarət test bloku; 

12.4. məntiqi düşünmə qabiliyyətinin yoxlanılması üçün 30 test 



tapşırığından ibarət test bloku; 

12.5.  zərurət olduqda Komissiya tərəfindən imtahan testinin 



müəyyən hissəsi peşə-ixtisas üzrə bilikləri yoxlayan test 

tapşırıqları ilə əvəz edilə bilər

13. Namizədlərə imtahan testinin yerinə yetirilməsi üçün 2 saat 

30 dəqiqə vaxt ayrılır. Ayrılmış vaxt qurtardıqda imtahan başa 

çatmış hesab edilir. Namizəd imtahanı müəyyən edilmiş vaxtdan 

tez başa çatdıra bilər və bu zaman başa çatdırılmış imtahanın 

yenidən davam etdirilməsinə yol verilmir.  

14. Texniki səbəblərdən imtahanın davam etdirilməsi mümkün 

olmadıqda imtahan təxirə salınır və müəyyən edilmiş vaxtda 

davam etdirilə bilər. 

15. Namizədə imtahanın nəticəsinə dair arayış verilir. Arayışda 

namizəd, onun iddia etdiyi vakant vəzifə, səhv və düzgün yerinə 

yetirilmiş test tapşırıqları haqqında məlumat, test imtahanından 

toplanmış yekun bal, nəticə və digər məlumatlar göstərilir.  

 

 



 

 

 



 

 

 



 


 

 

III. Qiymətləndirilmənin aparılması və inzibati  



vəzifələrin təsnifatı üzrə keçid balları

16.  İmtahanda namizədə  təqdim edilən test tapşırıqlarına 

verilmiş hər bir düzgün cavab 1 balla qiymətləndirilir. 

17.  İnzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun 

olan vəzifələr üzrə  təqdim olunan 100 test tapşırığından ibarət 

imtahan testinin 80 faizini, eyni zamanda məntiqi düşünmə 

qabiliyyətinin  yoxlanılması üçün təqdim edilən 30 test 

tapşırığından ibarət test blokunun 50 faizini düzgün 

cavablandırmış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab 

edilir. 


18.  İnzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına 

uyğun olan vəzifələr üzrə  təqdim olunan 100 test tapşırığından 

ibarət imtahan testinin 70 faizini, eyni zamanda məntiqi 

düşünmə qabiliyyətinin yoxlanılması üçün təqdim olunan 30 test 

tapşırığından ibarət test blokunun 40 faizini düzgün 

cavablandırmış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab 

edilir. İnzibati vəzifələrin altıncı - yeddinci təsnifatlarına uyğun 

olan vəzifələr üzrə test imtahanından uğur qazanmayan, lakin 

inzibati vəzifələrin səkkizinci - doqquzuncu təsnifatlarına uyğun 

olan vəzifələr üzrə test imtahanını müvəffəqiyyətlə vermək üçün 

müəyyən edilmiş  tələblərə cavab  verən namizəd vəzifənin 

tutulması şərtləri nəzərə alınmaqla inzibati vəzifələrin səkkizinci 

- doqquzuncu təsnifatlarına uyğun olan vəzifələrin tutulması 

üçün keçirilən müsabiqənin müsahibə  mərhələsində  iştirak edə 

bilər. 

  

 



 

 

 



 


Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar  

aşağıdakı sənədləri təqdim etməlidirlər:

 



ərizə  

 



şəxsiyyəti təsdiq edən sənədin surəti  

 



kadrlar uçotunun şəxsi vərəqəsi  

 



ali təhsil haqqında sənədin surəti  

 



əmək kitabçasının surəti  

 



ixtisas dərəcəsini təsdiq edən sənədlərin surəti (olduğu təqdirdə)  

 



sağlamlıq haqqında arayış  

 



ağ fonlu rəngli fotoşəkil 4 ədəd (2 ədəd 3 x 4, 2 ədəd 4 x 6) 

Qeydlər:

 



Şəxsiyyəti təsdiq edən sənədin surəti notarial qaydada, ali təhsil haqqında 

sənədin surəti notarial qaydada və ya bu sənədi təqdim edən ali təhsil 

müəssisəsi tərəfindən, əmək kitabçasının surəti notarial qaydada və ya 

şəxsin işlədiyi sonuncu təşkilat tərəfindən, ixtisas dərəcəsini təsdiq edən 

sənədlərin (olduğu təqdirdə) surəti isə dövlət orqanı tərəfindən təsdiq 

edilməlidir.  

 



1993-cü ildən sonrakı dövrlərdə xarici dövlətlərin təhsil müəssisələri 

tərəfindən verilmiş ali təhsil haqqında sənədlər “Xarici dövlətlərin ali təhsil 

sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi 

(nostrifikasiyası) Qaydaları”na uyğun  olaraq Azərbaycan Respublikasının 



Təhsil Nazirliyi tərəfindən müvafiq şəhadətnamə ilə təsdiq edilməlidir.

 

 



 

Ali təhsilini başa vurmuş, lakin ali təhsil haqqında sənədini əldə etməmiş 

vətəndaşlar bitirdikləri ali təhsil müəssisəsinin müvafiq arayışını (ixtisas 

istiqaməti və ixtisas göstərilməklə) təqdim etməklə müsabiqədə iştirak edə 

bilərlər.  

 



Yalnız son 6 ay ərzində əldə edilmiş sağlamlıq haqqında arayış qəbul edilir.  

 



Kadrlar uçotunun şəxsi vərəqəsi vətəndaş tərəfindən əl ilə doldurulmalı və 

hazırkı dövrü əhatə etməlidir.  

 



Fotoşəkillərin hamısı  eyni olmalı və hazırkı dövrü əhatə etməlidir.

 

Müsabiqə test imtahanı və söhbətdən ibarətdir. Test imtahanının keçirilmə vaxtı və 



test  imtahanı  sualları  Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət 

Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet saytında yerləşdiriləcəkdir. 

Test  imtahanında  mümkün  baldan  ən  azı  80  faizini toplamış namizəd imtahanı 

müvəffəqiyyətlə  vermiş  hesab  edilir  və söhbətə buraxılır. Söhbət namizədin bilik 

səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və zəruri olan digər keyfiyyət-

lərini yoxlamaqla vəzifəyə uyğunluğuinun müəyyən edilməsi məqsədi daşıyır. 

Söhbətin  nəticələri balla qiymətləndirilir. Müsabiqəyə dair ətraflı məlumat almaq 

üçün Komissiyanın internet saytını izləyə bilərsiniz: 

 

csc@csc.gov.az



 

Əlaqə telefonları:

 

465-87-93, 465-87-94,   



 

 

 




 

QANUNVERİCİLİK ÜZRӘ PROQRAM  

(8-9-ci tәsnifat inzibati vәzifәlәr üzrә) 

1. Azərbaycan Respublikasının Konstitusiyası

 

Xalq hakimiyyəti 

Hakimiyyətin mənbəyi. Xalqın suverenliyi. Ümumxalq səsverməsi — 

referendum yolu ilə  həll edilən məsələlər. Xalqı  təmsil etmək hüququ. 

Xalqın vahidliyi. Hakimiyyətin mənimsənilməsinə yol verilməməsi. 



Dövlətin əsasları 

Azərbaycan dövləti: Azərbaycan dövlətinin səciyyəvi xüsusiyyəti, 

dövlət hakimiyyəti məhdudlaşır. Azərbaycan dövlətinin başçısı. Silahlı 

Qüvvələr. Beynəlxalq münasibətlərin prinsipləri.  Ərazi. Dövlətin ali 

məqsədi. Mülkiyyət. Təbii ehtiyatlar. İqtisadi inkişaf və dövlət. Sosial 

inkişaf və dövlət. Ailə, uşaqlar və dövlət. Din və dövlət. Pul vahidi. 

Dövlətin borclarına qoyulan məhdudiyyətlər. Dövlət dili. Paytaxt. 

Azərbaycan dövlətinin rəmzləri 



Əsas insan və vətəndaş hüquqları və azadlıqları 

İnsan və  vətəndaş hüquqlarının və azadlıqlarının  əsas prinsipi. 

Bərabərlik hüququ. İnsan və  vətəndaş hüquqlarının və azadlıqlarının 

müdafiəsi. Yaşamaq hüququ. Azadlıq hüququ. Mülkiyyət hüququ. Əqli 

mülkiyyət hüququ. Təhlükəsiz yaşamaq hüququ. Şəxsi toxunulmazlıq 

hüququ. Mənzil toxunulmazlığı hüququ. Nikah hüququ. Əmək hüququ. 

Tətil hüququ. İstirahət hüququ. Sosial təminat hüququ. Sağlam  ətraf 

mühitdə yaşamaq hüququ. Mədəniyyət hüququ. Sağlamlığın qorunması 

hüququ. Təhsil hüququ. Mənzil hüququ. Milli mənsubiyyət hüququ. Ana 

dilindən istifadə hüququ. Şərəf və ləyaqətin müdafiəsi hüququ. Fikir və 

söz azadlığı. Vicdan azadlığı. Sərbəst toplaşmaq azadlığı. Məlumat 

azadlığı. Yaradıcılıq azadlığı. Vətəndaşlıq hüququ. Vətəndaşlıq 

hüququnun təminatı. Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak 

hüququ. Dövlətin idarə olunmasında iştirak etmək hüququ. Seçki 

hüququ. Müraciət etmək hüququ. Birləşmək hüququ. Azad sahibkarlıq 

hüququ. Hüquq və azadlıqların məhkəmə  təminatı. Hüquqi yardım 

almaq hüququ. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi. 

Təqsirsizlik prezumpsiyası. Bir cinayətə görə təkrarən məhkum etməyə 

yol verilməməsi. Məhkəməyə  təkrar müraciət hüququ. Qohumların 

əleyhinə ifadə verməyə məcbur etməyə yol verilməməsi. Tutulan, həbsə 




alınan və cinayət törədilməsində ittiham edilənlərin hüquqları. Zərərin 

ödənilməsini tələb etmək hüququ. Əcnəbilərin və vətəndaşlığı olmayan 

şəxslərin hüquqları. Siyasi sığınacaq hüququ. İnsan və  vətəndaş 

hüquqlarının və azadlıqlarının təminatı. 



Vətəndaşların əsas vəzifələri 

Vətəndaşların vəzifələrinin  əsası. Vergilər və başqa dövlət ödənişləri. 

Vətənə  sədaqət. Dövlət rəmzlərinə hörmət. Vətəni müdafiə. Tarix və 

mədəniyyət abidələrinin qorunması.  Ətraf mühitin qorunması. Qanuna 

zidd vəzifələrin icrasına yol verilməməsi. Məsuliyyət. 

Qanunvericilik hakimiyyəti.  

Qanunvericilik hakimiyyətinin həyata keçirilməsi. Azərbaycan 

Respublikası Milli Məclisinin say tərkibi. Azərbaycan Respublikası 

Milli Məclisi deputatlarının seçkilərinin  əsasları. Azərbaycan 

Respublikası Milli Məclisi çağırışının səlahiyyət müddəti. Azərbaycan 

Respublikası Milli Məclisinin deputatlığına namizədlərə aid tələblər. 

Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin 

nəticələrinin yoxlanılması  və  təsdiqi. Azərbaycan Respublikası Milli 

Məclisi deputatlarının səlahiyyətinin bitməsi. Azərbaycan Respublikası 

Milli Məclisinin sessiyaları: Milli Məclisin sessiyaları, ilk iclasının 

çağırılması, növbədənkənar sessiyaları, sessiyaların iclaslarının 

keçirilmə forması. Azərbaycan Respublikası Milli Məclisi 

deputatlığından məhrumetmə  və Azərbaycan Respublikası Milli 

Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi. Azərbaycan 

Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı. 

Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə  cəlb 

olunmasına qoyulan qadağanlar. Azərbaycan Respublikası Milli 

Məclisinin işinin təşkili. Azərbaycan Respublikası Milli Məclisinin 

aktları. Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi 

ümumi qaydalar: Milli Məclis tərəfindən müəyyən edilən ümumi 

qaydalara dair 83 və 63 səs çoxluğu ilə qəbul edilən qanunlar, müəyyən 

edilən ümumi qaydalara əlavələr edilməsi. Azərbaycan Respublikası 

Milli Məclisinin həll etdiyi məsələlər: Milli Məclisin həll etdiyi 

məsələlərə dair qəbul edilən qanunlar və qərarlar, həll etdiyi məsələlərə 

əlavələr edilməsi. Qanunvericilik təşəbbüsü hüququ: qanunvericilik 

təşəbbüsü hüququnun mənsubiyyəti və  həyata keçirilməsi, qanun və 

qərar layihələrinin müzakirəyə  çıxarılması  və  səsə qoyulması müddəti, 

layihələrdə dəyişikliklər. Qanunların imzalanmaq üçün təqdim olunması 




müddəti. Azərbaycan Respublikası Milli Məclisinin aktlarının qüvvəyə 

minməsi. 



İcra hakimiyyəti 

İcra hakimiyyətinin mənsubiyyəti.  Azərbaycan Respublikasının 

Prezidentliyinə namizədlərə aid tələblər. Azərbaycan Respublikası 

Prezidenti seçkilərinin  əsasları  və yekunları: Prezidentin seçilməsi, 

səlahiyyət müddətinin uzadılması, seçkilərin yekunlarının elan edilməsi. 

Azərbaycan Respublikasının Prezidenti seçilmiş  şəxsin andı. 

Azərbaycan Respublikası Prezidentinin öz səlahiyyətlərini daimi icra 

edə bilməməsi. Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə 

onun səlahiyyətlərinin icrası: növbədənkənar Prezident seçkiləri, 

Prezidentin səlahiyyətlərinin icrası. Azərbaycan Respublikası 

Prezidentinin toxunulmazlığı. Azərbaycan Respublikası Prezidentinin 

vəzifədən kənarlaşdırılması. Azərbaycan Respublikası Prezidentinin 

təminatı. Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri. 

Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunların imzalanması. 

Hərbi vəziyyət elan edilməsi. Fövqəladə  vəziyyət tətbiq edilməsi. 

Azərbaycan Respublikası Prezidentinin aktları. Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin statusu. Azərbaycan Respublikası 

Nazirlər Kabinetinin tərkibi. Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin istefası. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

iclasları. Azərbaycan Respublikası Baş nazirinin təyin edilməsi qaydası. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları. Azərbaycan 

Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə dair tələblər. 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə aid tələblər. 

Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı. Yerlərdə icra 

hakimiyyəti. 



Məhkəmə hakimiyyəti 

Məhkəmə hakimiyyətinin həyata keçirilməsi. Hakimliyə namizədlərə aid 

tələblər. Hakimlərin müstəqilliyi.  Ədalət mühakiməsinin həyata 

keçirilməsinin  əsas prinsipləri və  şərtləri. Hakimlərin toxunulmazlığı. 

Məhkəmə  qərarları  və onların icrası. Azərbaycan Respublikasının 

Konstitusiya Məhkəməsi: Konstitusiya Məhkəməsi hakimlərinin sayı, 

təyin edilməsi, Konstitusiya Məhkəməsinin həll etdiyi məsələlər, 

Konstitusiya və qanunların  şərhi, Konstitusiya Məhkəməsinə  şikayət, 




müraciət, sorğu verilməsi, qanunlar, digər aktlar və onların ayrı-ayrı 

müddəalarının və hökumətlərarası müqavilələrin qüvvədən düşməsi, 

dövlətlərarası müqavilələrin qüvvəyə minməməsi. Azərbaycan 

Respublikasının Ali Məhkəməsi. Azərbaycan Respublikasının 

apellyasiya məhkəmələri. Azərbaycan Respublikasının Prokurorluğu. 

Naxçıvan Muxtar Respublikası 

Naxçıvan Muxtar Respublikasının statusu. Naxçıvan Muxtar 

Respublikasında hakimiyyətlərin bölünməsi. Naxçıvan Muxtar 

Respublikasının ali vəzifəli şəxsi. Naxçıvan Muxtar Respublikasının Ali 

Məclisi. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müəyyən etdiyi 

ümumi qaydalar və  həll etdiyi məsələlər: Ali Məclisin müəyyən etdiyi 

ümumi qaydalar və həll etdiyi məsələlər, bu məsələlərə dair qanunlar və 

qərarların qəbul edilməsi. Naxçıvan Muxtar Respublikasının Nazirlər 

Kabineti: Nazirlər Kabinetinin tərkibi, Baş nazirin təyin edilməsi, 

Nazirlər Kabinetinin həll etdiyi məsələlər və  qəbul etdiyi aktlar. 

Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyəti. 

Bələdiyyələr  

Yerlərdə özünüidarənin təşkili. Bələdiyyələrin işinin təşkili. 

Bələdiyyələrin səlahiyyətləri. Bələdiyyələrin qərarları. Bələdiyyələrin 

müstəqilliyinin təminatı. 



Qanunvericilik sistemi 

Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi qüvvəsi. 

Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar. 

Normativ hüquqi aktlar. Bələdiyyə aktları. Beynəlxalq aktların hüquqi 

qüvvəsi. 

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər 

 Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin qəbul 

edilməsi qaydası. Azərbaycan Respublikası Konstitusiyasının mətnində 

dəyişikliklərin təklif edilməsi qaydası. Azərbaycan Respublikası 

Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin məhdudlaşdırılması. 

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif 

edilməsi təşəbbüsünün məhdudlaşdırılması. 



Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr 

Azərbaycan Respublikasının Konstitusiyasına əlavələrin qəbul edilməsi 

qaydası. Azərbaycan Respublikası Konstitusiyasına  əlavələrin təklif 



edilməsi təşəbbüsü. Azərbaycan Respublikasının Konstitusiyasına 

əlavələrin təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması. 



Ədəbiyyat  

 Azərbaycan Respublikasının Konstitusiyası. 12 noyabr 1995-ci il.



 

2. Dövlət qulluğuna dair qanunvericilik 

2.1. Dövlət qulluğu haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU  

 

 

Ümumi müddəalar 

Qanunun məqsədi. Dövlət qulluğu: anlayışı, kimlərə  şamil olunur, 

dövlət qulluğunun xüsusi növü. Dövlət qulluğunun  əsas vəzifələri. 

Dövlət qulluğunun prinsipləri. Dövlət qulluğunu idarəetmə orqanları. 

Dövlət qulluğu haqqında qanunvericilik. 



Dövlət orqanları  

Dövlət orqanı anlayışı. Dövlət orqanlarının təsnifatı. 



Dövlət qulluğu vəzifəsi  

Dövlət qulluğu vəzifəsinin anlayışı. Dövlət orqanlarında vəzifələrin 

təsnifatı. İnzibati və yardımçı vəzifələrin təsnifatı.  İnzibati və yardımçı 

vəzifələrin təsnifat toplusu. İnzibati və yardımçı  vəzifələrə aid ixtisas 

tələbləri. 

Dövlət qulluqçusu 

Dövlət qulluqçusu. Dövlət qulluqçusunun andı. Dövlət qulluqçularının 

ixtisas dərəcələri.  İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum 

edilmə. Dövlət qulluqçusunun əsas vəzifələri. Dövlət qulluqçusunun 

əsas hüquqları. Dövlət qulluğu ilə  əlaqədar məhdudiyyətlər. Dövlət 

qulluqçuları üçün təminatlar: təminatlar, dövlət qulluqçusunun aşağı 

maaşlı  vəzifəyə keçirilməsi, dövlət hakimiyyəti orqanlarının, habelə 

dövlət orqanları  rəhbərliyinin tərkibinin dəyişməsinin nəticəsi. Dövlət 

məvacibi. Dövlət qulluqçusunun təcrübə, yenidənhazırlanma və 

ixtisasartırma keçməsi:  əlavə peşə  təhsili, onun qulluq stajına daxil 

edilməsi, təcrübə, yenidənhazırlanma və ixtisasartırma keçmə üçün 

əsaslar. Dövlət qulluqçularının pensiya təminatı: pensiya təminatı üçün 

əsas və onun qaydası, pensiyanın məbləği və xidmət illərinin minimum 

həddi, ömürlük müavinət, dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən 




sonra pensiyanın ödənilməsi məsələsi. Dövlət qulluqçularının 

mükafatlandırılması. Dövlət qulluqçusunun məsuliyyəti: məsuliyyətin 

səbəbləri, tənbeh tədbirlərinin növü və  tətbiqi, araşdırma və xidməti 

yoxlama, tənbeh tədbirinin verilməsi müddəti, tənbeh tədbirinin tətbiq 

edilməsi barədə əmrdən şikayət. Qanunsuz göstərişin yerinə yetirilməsi 

üstündə dövlət qulluqçusunun məsuliyyəti. 



Dövlət qulluğu keçmə 

Dövlət qulluğuna qəbul edilmək hüququ. Dövlət qulluğuna qəbul: dövlət 

qulluğuna qəbulun  əsasları, müsabiqə, namizədlərin təqdimatı  və 

vəzifəyə təyin edilməsi, staj və sınaq müddətinin tətbiqi məsələsi, daimi 

dövlət qulluğu.  İnzibati vəzifələrin tutulması: inzibati vəzifələrin 

tutulması yolları. Dövlət qulluğunun  şərtləri: iş vaxtı, məzuniyyət, 

xidməti ezamiyyətə göndərilən və ya müvəqqəti olaraq başqa yerə 

qulluğa keçirilən dövlət qulluqçusunun təminatları. Dövlət 

qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi: müddəti, məqsədi, 

nəticələrinin nəzərə alınması, həyata keçirilməsi, qiymətləndirilmə 

meyarları  və verilən qiymətlər, qiymətləndirmənin nəticələrinin 

rəsmiləşdirilməsi və saxlanılması, qiymətləndirilmə qaydalarına dair 

normativ hüquqi aktların qəbulu. Dövlət qulluqçusunun attestasiyası. 

Dövlət qulluğunda irəli çəkilmək hüququ. Dövlət qulluğuna xitam 

verilməsi: dövlət qulluğuna xitam verilmə üçün əsaslar, dövlət 

qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına 

çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda təminatı, 

dövlət qulluğundan çıxma barədə  ərizə verildikdə dövlət qulluğunun 

davam etdirilməsi məsələsi. 

Yekun müddəalar 

Dövlət qulluğu keçmənin digər məsələləri. Qanunun qüvvəyə minməsi. 



Ədəbiyyat 

1. 


“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu. 21 

iyul 2000-ci il, № 926-IQ

2. 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda 



dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 

tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı 

il 22 dekabr tarixli 497 nömrəli Fərmanı

 – 2-ci bənd. 

3. 

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında 



dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 3 

mart tarixli, 78-III QD nömrəli Qanununun tətbiq edilməsi haqqında” 




Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 407 

nömrəli Fərmanı

 –2-ci bənd. 

4. 


Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 3 oktyabr tarixli 

830 nömrəli Fərmanı

 – 2-ci bənd.  

 

2.2 Dövlət orqanlarında  dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul 

Qaydaları 

Dövlət qulluğuna qəbulun  əsasları, müsabiqə, vakant vəzifələrin 

tutulmasının ümumi şərtləri, müsabiqədə iştirak üçün sənədlərin qəbulu

sənədlərin yoxlanılması, müsabiqədən kənarlaşdırılma, test imtahanının 

təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydalarının və 

inzibati vəzifələrin təsnifatı üzrə keçid ballarının müəyyən edilməsi, 

namizədin müsahibəyə buraxılması, müsahibə komissiyası, müsahibənin 

keçirilməsi qaydaları  və keçid ballarının müəyyən edilməsi, 

müsabiqənin yekununa dair qərar, namizədlərin təqdimatı  və  vəzifəyə 

təyin edilməsi, staj və  sınaq müddətinin tətbiqi məsələsi, daimi dövlət 

qulluğu, ehtiyat kadr, apellyasiya şikayəti və onun araşdırılması.  

Ədəbiyyat 

1. 


Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 

nömrəli Fərmanı ilə  təsdiq edilmiş “Dövlət orqanlarında dövlət 

qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları”



 



3. Dövlət qulluqçularının etik davranış qaydaları haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Ümumi müddəalar 

Qanunun əhatə dairəsi. Qanunun məqsədləri. Xidməti davranışın hüquqi 

tənzimlənməsi. 

Etik davranış qaydaları 

Vicdanlı davranış. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması. Loyallıq. 

İctimai etimad. İnsanların hüquq, azadlıq və qanuni maraqlarına,  şərəf 

və  ləyaqətinə  və  işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar 

nüfuzuna hörmət. Mədəni davranış.  Əmr, sərəncam və ya tapşırıqların 

yerinə yetirilməsi. Qərəzsizlik. Maddi və qeyri-maddi nemətlərin, 

imtiyazların və ya güzəştlərin  əldə edilməsinə yol verilməməsi. 

Korrupsiyanın qarşısının alınması. Hədiyyə alma ilə  əlaqədar 

məhdudiyyətlər. Maraqlar toqquşmasının qarşısının alınması. Əmlakdan 

istifadə. Məlumatlardan istifadə. İctimai və ya siyasi fəaliyyət. 



Etik davranış qaydalarının həyata keçirilməsinin təmin olunması 


Təminatlar sistemi. Etik davranış qaydalarına əməl olunmasına nəzarət. 

Dövlət orqanının rəhbəri tərəfindən nəzarət. Nəzarət orqanının 

səlahiyyətləri. Etik davranış qaydalarının pozulmasına görə məsuliyyət.  

Ədəbiyyat 

"Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Azərbaycan 

Respublikasının Qanunu. 31 may 2007-ci il, № 352-IIIQ

 

4. Korrupsiyaya qarşı mübarizə haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Ümumi müddəalar 

Korrupsiyanın anlayışı. Korrupsiya ilə  əlaqədar hüquqpozmaların 

subyektləri. Qanunun tətbiq dairəsi. Korrupsiyaya qarşı mübarizəni 

həyata keçirən orqanlar. 



Korrupsiyanın qarşısının alınması 

Maliyyə xarakterli tələblər. Maliyyə xarakterli tələblərin pozulmasına 

görə  məsuliyyət. Yaxın qohumların birgə  işləməsinə yol verilməməsi. 

Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər. 



Korrupsiya ilə  əlaqədar hüquqpozmalar və bu hüquqpozmalara 

görə məsuliyyət 

Korrupsiya ilə  əlaqədar hüquqpozmalar. Korrupsiya ilə  əlaqədar 

hüquqpozmalara görə  vəzifəli  şəxslərin məsuliyyəti. Korrupsiya 

hüquqpozmalarına görə fiziki və ya hüquqi şəxslərin məsuliyyəti. 



Korrupsiya ilə  əlaqədar hüquqpozmaların nəticələrinin aradan 

qaldırılması 

Qanunsuz  əldə edilmiş  əmlakın götürülməsi və qanunsuz əldə edilmiş 

imtiyaz və ya güzəştlərin dəyərinin ödənilməsi. Korrupsiya ilə əlaqədar 

hüquqpozmalar nəticəsində qəbul olunmuş aktların ləğv edilməsi.  



Ədəbiyyat  

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 

Qanunu. 13 yanvar 2004-cü il, № 580-IIQ

 

5. Məlumat azadlığı haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Məlumat azadlığı. Məlumat azadlığının təminatı. Qanunun təyinatı. 

Məlumat münasibətlərinin subyektləri. Məlumat azadlığının həyata 

keçirilməsinin əsas prinsipləri. Məlumatın əldə edilməsi üçün təminatlar. 




Məlumat mənbələri. Məlumatın  əldə edilməsi. Açıq məlumatın  əldə 

edilməsi. Alınması məhdudlaşdırılan məlumat. Məlumatın əldə edilməsi 

barədə müraciət. Məlumatın  əldə edilməsi ilə  əlaqədar  şikayət etmək 

hüququ.  Şəxsiyyət haqqında məlumat.  Şəxsiyyətin onun haqqında 

toplanmış  məlumatla tanış olmaq hüququ. Bu Qanunun tələblərinin 

pozulmasına görə məsuliyyət. 



Ədəbiyyat  

“Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu. 19 

iyun 1998-ci il, № 505-IQ

 

6. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Müraciət еtmək hüququ. Vətəndaşların müraciətlərinə baхılması qaydası 

haqqında qanunvеricilik.  Əsas anlayışlar. Qanuna aid оlmayan sahələr. 

Dövlət hakimiyyəti  оrqanlarının, idarələrin, təşkilatların, müəssisələrin 

vəzifələri. Vətəndaşların qəbul  еdilmə qaydası. Müraciətə baхılması 

qaydası. Müraciətlə bağlı kargüzarlığın aparılma qaydası. Qərardan 

şikayət  еtmək hüququ. Müraciətə baхılma müddət. Qanunun 

pоzulmasına görə  məsuliyyət.  Əcnəbilərin və  vətəndaşlığı  оlmayan 

şəхslərin müraciətlərinə baхılması qaydası.  

Ədəbiyyat 

“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan 

Respublikasının Qanunu. 10 iyun 1997-ci il, № 314-IQ

 

7. Azərbaycan Respublikasında dövlət dili haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Ümumi müddəalar 

Dövlət dilinin hüquqi statusu.  Azərbaycan Respublikasında dövlət dili 

haqqında qanunvericilik. Dövlət dilinin işlənməsi, qorunması və inkişafı 

sahəsində dövlətin əsas vəzifələri 



Dövlət dilinin işlənməsi, qorunması və inkişafı 

Dövlət dilinin rəsmi mərasimlərdə  işlənməsi.  Dövlət dilinin təhsil 

sahəsində  işlənməsi.  Dövlət dilinin televiziya və radio yayımlarında 

işlənməsi.  Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda 

işlənməsi. Dövlət dilinin xüsusi adlarda işlənməsi. İnzibati ərazi bölgüsü 

ilə əlaqədar dövlət dilindən istifadə. Coğrafi obyektlərin adlarında dövlət 

dilinin işlədilməsi.  Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı 

Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında 

və inzibati xətalar üzrə icraatda işlənməsi.  Dövlət dilinin beynəlxalq 

yazışmalarda işlənməsi. Dövlət dilinin normaları. Dövlət dilinin əlifbası. 




Dövlət dilinin nəşriyyat işində  işlənməsi.  Dövlət dilinin vətəndaşların 

şəxsiyyətini təsdiq edən rəsmi və vahid nümunəli sənədlərdə işlədilməsi. 

Dövlət dilinin dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, 

hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin 

adında işlədilməsi. Dövlət dilinin qorunması və inkişafı. 

Yekun müddəaları 

Qanunun pozulmasına görə məsuliyyət.  



Ədəbiyyat  

“Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan 

Respublikasının Qanunu. 30 sentyabr 2002-ci il № 365-IIQ 

 

8. Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və  

müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat 

(Bu proqramda “Təlimat” müəyyən ixtisarlarla verilmişdir və test 

imtahanında  

yalnız aşağıda göstərilmiş mövzular (bəndlər) üzrə namizədlərin 

bilikləri yoxlanılacaq) 

Təlimatın tələblərinə riayət olunmasına nəzarət. 



Ümumi müddəalar 

Kargüzarlığın aparılması qaydalarına riayət olunmasına nəzarət, 

kargüzarlıq xidmətinin vəzifələri, mərkəzləşdirilmiş 

və 


mərkəzləşdirilməmiş kargüzarlıq sistemi. 

Sənədlərin hazırlanması üçün ümumi tələblər  

Göndərilən sənədlərdə göstərilən rekvizitlər, təşkilat daxilində  sənədin 

razılaşdırılması və viza. 

Sənədlərin rəsmiləşdirilməsi üçün ümumi tələblər 

Rəsmiləşdirmənin həyata keçirilməsi, sənədin imzalanması, iki və ya 

daha artıq  şəxsin məsuliyyət daşıdığı  sənədlərin rəsmiləşdirilməsi, 

sənədlərin təsdiq edilməsi, sənədlərə möhür vurulması. 



Kompüter (makina) üsulu ilə hazırlanan sənədlərə olan tələblər  

Təşkilatın adının və onun struktur bölməsinin adının yazılışı, böyük 

hərflə yazılması qanunvericilikdə bilavasitə  nəzərdə tutulan vəzifələr, 

vəzifə adlarının yazılışı. 



Sənədlərə əlavələrin (qoşmaların) edilməsi qaydası 

Sənədlərə edilən əlavələr, sənədlərə əlavə edilən qoşma. 



Sənədlərin surətlərinin çıxarılması, çoxaldılması  və stenoqrafiya 

işləri 

Sənədlərin surətlərinin çıxarılması  və onların aidiyyəti tərəflərə 

verilməsi. 

Qərarların hazırlanması və tərtib edilməsi 



Qərarın qəbul edilməsi və onun mətni, qərarın şərh və sərəncam hissəsi, 

qəbul edilmiş qərarların imzası. 



Sərəncamların hazırlanması və tərtib edilməsi 

Sərəncamı mətni, sərəncamın imzalanması. 



Əmrlərin hazırlanması və tərtib edilməsi 

Əmrin şərh və sərəncam hissəsi. 



Protokolların hazırlanması və tərtib edilməsi 

Protokolun yazılması  və onun giriş  və  əsas hissəsi, protokolun 

imzalanması. 

Arayışların və  məlumat vərəqələrinin hazırlanması  və  tərtib 

edilməsi 

Arayışın hissələri, arayışın imzalanması, vətəndaşların xahişi ilə arayışın 

tərtib olunması. 

Aktın hazırlanması və tərtib edilməsi 

Aktın hissələri, aktın giriş və əsas hissəsi, aktın imzalanması. 



Məktub, teleqram və telefonoqramın hazırlanması və tərtib edilməsi 

 Məktubların tərtib edilməsi, məktubun hissələri, teleqram. 



Sənədlərin dövriyyəsinin təşkili 

Sənədlərdə  dərkənar, daxil olmuş  sənədlərə  rəhbərlik tərəfindən 

baxılması, sənədin  əsas icraçısı, daxili sənədlərin hazırlanması, 

sərəncam mahiyyətli sənədlərin layihələrinin imzalanması. 



Sənədlərin icrasına nəzarətin təşkili 

Sənədlərin icrasına nəzarət, sənədlərin icrasına nəzarətin həyata 

keçirilməsi, sənədlərin xüsusi nəzarətə götürülməsi, sənədlərdə xüsusi 

icra müddətinin müəyyən olunması. 



Ədəbiyyat  

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 

935  №-li Fərmanı ilə ilə  təsdiq edilmiş “Dövlət hakimiyyəti 

orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın 

aparılmasına dair Təlimat”.

9. Azərbaycan Respublikasının dövlət rəmzlərinə dair 

qanunvericilik 

9.1. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları 

haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU 

Azərbaycan Respublikasının Dövlət bayrağına hörmət göstərilməsi ilə 

bağlı vəzifələr. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılmalı 

olduğu yerlər. Azərbaycan Respublikası Dövlət bayrağının 

yerləşdirilməli olduğu yerlər. Azərbaycan Respublikası Dövlət 

bayrağının təsvirinin istifadəsi. Azərbaycan Respublikası Dövlət bayra-




ğının digər yerlərdə istifadəsi. Azərbaycan Respublikası Dövlət 

bayrağının rəsmi tədbirlər zamanı istifadəsi. Azərbaycan Respublikası 

Dövlət bayrağının matəm günlərində  və matəm mərasimlərində 

istifadəsi. Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla 

birgə qaldırılması (asılması) və ya yerləşdirilməsi. Azərbaycan 

Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər. Azərbaycan 

Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər. 

Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin 

pozulmasına görə məsuliyyət. Yekun müddəaları. 

Ədəbiyyat  

Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları 

haqqında” Azərbaycan Respublikasının Qanunu. 8 iyun 2004-cü il № 

683-IIQ 

9.2. 

Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli 516 nömrəli 

Qanun ilə təsdiq edilmiş “Dövlət gerbi haqqında Əsasnamə”



9.3. 

Azərbaycan Respublikasının 1991-ci il 5 fevral tarixli 17—XII 

nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət bayrağı haqqında 

Əsasnamə”





9.4. 

Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli 

525 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 

Dövlət himni haqqında Əsasnamə”



. 

 

Proqramla bağlı sual və təkliflərinizi  



v.askerov@csc.gov.az

  

ünvanına göndərməyinizi xahiş edirik 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


DÜNYANIN, ƏSASƏN DƏ AZƏRBAYCANIN TARİXİ, 

COĞRAFİYASI, MƏDƏNİYYƏTİ, MÜASİR BEYNƏLXALQ  

MÜNASİBƏTLƏRİ ÜZRƏ PROQRAM 

(8 və 9-cu təsnifat inzibati vəzifələr üzrə) 

 

İbtidai icma cəmiyyəti 

Daş dövrü. Azərbaycanda tunc və dəmir dövrləri. 



Azərbaycan qədim dövrdə 

Manna dövləti: Manna dövlətinin yaranması  və yüksəlişi; Mannanın 

mədəniyyəti. Albaniya dövləti: Albaniya dövlətinin yaranması; Albaniya 

mədəniyyəti. 



Azərbaycan orta əsrlərdə 

Azərbaycan III-VII əsrlərdə: Girdiman (Aqvan) knyazlığı; III-VII əsrlər 

Azərbaycan mədəniyyəti. Azərbaycan  ərəb xilafətinin tərkibində: 

Cavanşirin Albaniyanın müstəqilliyini qoruyub saxlamaq uğrunda 

mübarizəsi; Azərbaycanda islam dininin yayılması; Babəkin başçılığı ilə 

xalq azadlıq hərəkatı; Azərbaycan xalqının təşəkkülü; Kitabi-Dədə 

Qorqud. Azərbaycan dövlətçiliyinin bərpası (IX-XI əsrlər): Sacilər 

dövləti. Azərbaycan Atabəylər (Eldənizlər) dövləti: Atabəylər dövlətinin 

yaranması; Atabəylər dövlətinin zəifləməsi. XI-XII əsrlərdə Azərbaycan 

mədəniyyəti: Azərbaycan intibah mədəniyyəti; XI-XII əsrlərdə 

Azərbaycan memarlığı.  Şirvanşahlar dövləti.  Şəki hakimliyi (XIII-XIV 

əsrlər). XIII-XIV əsrlər Azərbaycan mədəniyyəti: Təbriz universiteti; 

elmin inkişafı; memarlıq, incəsənət. Qaraqoyunlu dövləti: Qaraqoyunlu 

dövlətinin yaranması; Qaraqoyunluların  Şirvanşahlarla və Teymurilərlə 

münasibətləri. Ağqoyunlu dövləti: Ağqoyunlu dövlətinin yaranması; 

Ağqoyunlu dövlətinin xarici siyasəti; Avropa ölkələri ilə münasibətlər. 

XV əsr Azərbaycan mədəniyyəti. Azərbaycan Səfəvi dövləti XVI əsrin 

birinci yarısında: Səfəvi dövlətinin yaranması; Səfəvi dövlətinin 

imperiyaya çevrilməsi; Çaldıran döyüşü; Azərbaycanın birləşdirilməsi 

prosesinin başa çatması. Azərbaycan XVI əsr – XVII əsrin birinci 

yarısında Azərbaycan mədəniyyəti. 

Azərbaycan yeni dövrdə 

Azərbaycan XVIII əsrdə. Xanlıqlar: I Pyotrun Xəzəryanı bölgələrə 

yürüşü; 1724-cü il İstanbul müqaviləsi; ermənilərin ilk dəfə 

Azərbaycana köçürülməsi; Şəki xanlığı; “Qızılqaya xəyanəti”; Qarabağ 

xanlığı;  İrəvan xanlığı; Gəncə xanlığı. Azərbaycanın bölüşdürülməsi: 

XVIII  əsrin sonu - XIX əsrin  əvvəllərində Azərbaycanın daxili və 

beynəlxalq vəziyyəti; Birinci Rusiya - İran müharibəsi; Azərbaycanın 

Rusiya və  İran arasında bölüşdürülməsinin ikinci mərhələsi;  İkinci 

Rusiya-İran müharibəsi. Azərbaycan XIX əsrin 30-50-ci illərində: 

Şimali Azərbaycana ermənilərin kütləvi  şəkildə köçürülməsi; rusların 

məskunlaşması; alman koloniyalarının yaradılması; Rusiya 



müstəmləkəçiliyi əleyhinə üsyanlar; Quba üsyanı. Azərbaycan XIX əsrin 

ikinci yarısında: millətin təşəkkülü. Azərbaycan XX əsrin əvvəllərində: 

çarizmin  Şimali Azərbaycanda milli qırğın siyasəti;  Şimali 

Azərbaycanda milli-demokratik hərəkat; Cənubi Azərbaycan  İran 

inqilabının mərkəzi kimi. XVII əsrin ikinci yarısı – XX əsrin  əvvəllə-

rində Azərbaycan mədəniyyəti: XVII əsrin ikinci yarısı Azərbaycan 

memarlığı; XVIII əsr Azərbaycan mədəniyyəti; XIX əsrdə Azərbaycan 

elminin inkişafı, milli mətbuatın təşəkkülü, teatr, musiqi memarlıq; XX 

əsrin  əvvəllərində Azərbaycanda mətbuat, incəsənətin inkişafı. 

Azərbaycan Birinci dünya müharibəsi illərində: Qafqaz cəbhəsində hərbi 

əməliyyatlar; erməni quldurlarının azərbaycanlılara qarşı  vəhşilikləri; 

Şimali Azərbaycanda milli-azadlıq hərəkatı. 



Azərbaycan ən yeni dövrdə 

Azərbaycan iki dünya müharibəsi arasındakı dövrdə 

Azərbaycan Xalq Cümhuriyyəti: 1918-ci il mart soyqırımı; Azərbaycan 

Xalq Cümhuriyyətinin yaradılması; Azərbaycan Xalq Cümhuriyyətinin 

dövlət quruculuğu; sosial-iqtisadi tədbirlər; ordu quruculuğu; mədəni 

quruculuq; erməni təcavüzünə qarşı mübarizə;  İrəvanın ermənilərə 

verilməsi; xarici siyasət; beynəlxalq aləmdə tanınmaq uğrunda 

mübarizə; aprel istilası.  Şimali Azərbaycanda sovet rejiminin bərqərar 

olması: Şimali Azərbaycanda sovet rejiminin qurulması; sovet rejiminə 

qarşı müqavimət hərəkatı və üsyanlar; Gəncə üsyanı; Azərbaycanın ərazi 

bütövlüyünə qarşı yeni qəsdlər; Azərbaycanda sovet milli siyasəti; 

DQMV və Naxçıvan MSSR-in yaradılması;  ədəbiyyat və incəsənət; 

dinin təqib olunması. Azərbaycan SSR İkinci dünya müharibəsi 

illərində: Azərbaycan döyüşçüləri ön cəbhədə, antifaşist müqavimət 

hərəkatında; partizan hərəkatı; Azərbaycan SSR-in mədəniyyəti 

müharibə illərində. 

Azərbaycan ikinci dünya müharibəsindən sonrakı dövrdə 

Azərbaycan 1940-cı illərin ikinci yarısı - 60-cı illərdə: azərbaycanlıların 

Qərbi Azərbaycan torpaqlarından (Ermənistan SSR ərazisindən) 

deportasiyası; 1950-ci illərin ortaları - 1960-cı illərdə siyasi sistemin 

təkmilləşdirilməsi; 1940-1960-cı illərdə  mədəniyyət. Azərbaycan SSR 

1960-cı illərin sonu - 1980-ci illərdə: Heydər Əliyevin Azərbaycan KP 

MK-nın Birinci katibi təyin edilməsi; respublikada idarəçiliyin 

gücləndirilməsi, iqtisadi və sosial yüksəliş. iqtisadi və sosial dirçəliş; 

1960-cı illərin sonu - 1980-ci illərdə  mədəniyyət. Cənubi Azərbaycan 

İkinci dünya müharibəsi və ondan sonrakı dövrdə: Cənubi Azərbaycanda 

Milli hökumətin yaranması və fəaliyyəti; milli hökümətin yaranması ilə 

Cənubi Azərbaycanda demokratik hərəkatın üçüncü mərhələsi başlandı; 

mədəniyyət. Azərbaycan SSR “Yenidənqurma” dövründə (1980-ci 

illərin ikinci yarısı - 90-cı illərin əvvəlləri): sovet sisteminin iflası; milli 




zəmində qarşıdurma; qondarma Dağlıq Qarabağ problemi; xalq hərəkatı. 

Azərbaycan dövlətçiliyinin bərpası. Müstəqilliyin möhkəmləndirilməsi 

uğrunda mübarizə: Azərbaycan dövlət müstəqilliyinin bərpası; Qarabağ 

müharibəsi; siyasi böhranın dərinləşməsi; müstəqilliyin 

möhkəmləndirilməsinə qarşı törədilən maneələr; milli qurtuluş - 

ümummilli lider Heydər  Əliyevin Azərbaycan Respublikasının Ali 

Sovetinin sədri seçilməsi; siyasi sabitlik və milli dövlətçiliyi 

möhkəmləndirmək uğrunda mübarizə; bazar iqtisadiyyatına doğru; 

xarici siyasətdə uğurlar; milli-mədəni dirçəliş. 

 

Əsas ədəbiyyat: 



1. «Tarix» Abituriyentlər üçün vəsait. TQDK. Bakı – 2007, 2008. 

2. Azərbaycan tarixi. 11-ci sinif üçün dərslik. Bakı, 2009. 

Əlavə ədəbiyyat: 

1. Azərbaycan tarixi. 6-cı sinif üçün dərslik. Bakı, 2005-2008.  

2. Azərbaycan tarixi. 7-ci sinif üçün dərslik. Bakı, 2005-2009.  

3. Azərbaycan tarixi. 8-ci sinif üçün dərslik. Bakı, 2005-2009.  

4. Azərbaycan tarixi. 9-cu sinif üçün dərslik. Bakı, 2005-2009.  

5. Azərbaycan tarixi. 10-cu sinif üçün dərslik. Bakı, 2005-2009.  

Azərbaycan Respublikasının fiziki coğrafiyası 

Azərbaycan Respublikasının təbii  şəraiti: Azərbaycan Respublikasının 

coğrafi mövqeyi, relyefi, faydalı qazıntıları. Daxili suları: Kür, Araz və 

Samur çayları. Xəzər dənizi, onun canlılar aləmi və problemləri. 

Təbiətin mühafizəsi. Azərbaycan Respublikasının fiziki-coğrafi 

rayonlaşdırılması: Böyük Qafqaz, Kür dağarası çökəkliyi, Kiçik Qafqaz, 

Lənkəran, Orta Araz (Naxçıvan) təbii vilayətləri və fiziki-coğrafi 

rayonları. 



Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası 

Təsərrüfatın  ərazi təşkilinə  təbii  şəraitin təsiri: Azərbaycan 

Respublikasının iqtisadi coğrafi mövqeyi, təbii şəraiti,  təbii ehtiyatları, 

əhalisi və  əmək ehtiyatları. Təsərrüfat sahələrinin coğrafiyası: 

təsərrüfatın ümumi səciyyəsi, xarici iqtisadi əlaqələr. Azərbaycan 

Respublikasının iqtisadi-coğrafi rayonları: iqtisadi-coğrafi 

rayonlaşdırma.  

 

 




Dünyanın iqtisadi və sosial coğrafiyası 

Dünyanın müasir siyasi xəritəsi. Beynəlxalq təşkilatlar. Təbii resurslar 

və onların təsnifatı. Dünya əhalisinin tərkibi, yerləşməsi, məskunlaşma 

formaları və miqrasiyası. 



Türk dünyası ölkələrinin coğrafiyası 

Müasir türk dünyası: türk dünyası anlayışı, dünya elm və 

mədəniyyətində türk xalqlarının yeri. Türk dövlət və qurumları. Türk 

dünyası ölkələrinin əhalisi və əmək ehtiyatları.  

 

Əsas ədəbiyyat: 

 

1.  «Coğrafiya» Abituriyentlər üçün vəsait. TQDK. Bakı – 2008 

 

Əlavə ədəbiyyat: 

 

1. B.Ə.Budaqov, Y.Ə.Qəribli. Azərbaycan Respublikasının fiziki 

coğrafiyası VIII sinif. Bakı, 2007. 

2. N.N.Allahverdiyev, Ş.Y.Göyçaylı, Ş.Q.Dəmirqayayev, N.H.Əyyubov. 

Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası VIII sinif. 

Bakı, 2007. 

3. T.P.Gərayzadə. Coğrafiya (Dünyanın iqtisadi və sosial coğrafiyası) 

IX sinif. Bakı, 2007. 

4. M.A.Müseyibov, V.Ə.Əfəndiyev, N.S.Seyfullayeva. Türk dünyasının 

coğrafiyası XI sinif. Bakı, 2007. 

 

Proqramla bağlı sual və təkliflərinizi  

a.aliyev@csc.gov.az

  ünvanına 

göndərməyinizi xahiş edirik. 

 

 

 



Yüklə 447,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə