Conference committees conference chairs c


IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS



Yüklə 14,02 Mb.
Pdf görüntüsü
səhifə492/492
tarix16.11.2017
ölçüsü14,02 Mb.
#10692
1   ...   484   485   486   487   488   489   490   491   492

IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1728

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

Heydər  Əliyevin  banisi  olduğu  bu  mühüm  strategiyanın  uğurları  sırasında  Azərbaycan  neft  və 

qazının    dünya  bazarlarına  maneəsiz  nəqlini  qeyd  edə  bilərik.1996-ci  il  yanvarın  18-də    Rusiya 

Federasiyasının  hökümət  evində  Azərbaycan  Respublikasının  prezidenti  Heydər  Əliyev  və  Rusiya 

Federasiyasının baş naziri  Viktor  Çernomırdin Azərbaycanın “Azəri”, “Çiraq” və “Günəşli”  dəniz 

yataqlarından    çıxarılacaq  ilkin  neftin  Rusiya  ərazisi  vasitəsilə  nəql  edilməsi  haqqında    saziş 

imzaladılar. Bu sazişə əsasən, Azərbaycan nefti  Bakıdan başlayaraq Çeçenistanın Qroznı şəhərindən 

keçib  Rusiya  ərazisi  ilə  Qara  dəniz  tərəfə  uzanaraq  Bakı-Mahaçqala-Qroznı  xətti  və  Tengiz-

Novorossiysk marşrutu ilə birləşib Rusiyanın Novorossiysk limanına gedib çıxmalı idi. Lakin bu hələ 

nəzərdə tutulan əsas işin başlanğıcı idi, əsas kəmər məsələsi isə hələ  də açıq qalırdı. Təbii ki, Heydər 

Əliyevin uzaqgörən siyasəti nəticəsində bu məsələlərdə öz həllini tapmağ üzrə idi. 1997-ci il noyabrın 

12-də“Çıraq-1”  platformasında  “Əsrin  müqaviləsi”  üzrə  ilkin  neftin  hasilatına  başlanması 

münasibətilə  təntənəli mərasim keçirildi. Həmin gün Xəzər dənizinin təkindən dünya bazarlarına ilk 

Azərbaycan  nefti  axıdılmağa  başlandı.  Bu  Heydər  Əliyevin  neft  strategiyasının  mühüm  qələbəsi 

idi.Xəzər  neftinin  Qərb  istiqamətində  nəql  olunması  üçün  tikilmiş  ikinci  kəmər  Baki-Supsa  oldu. 

Kəmərin  təməli  1996-ci  il  martin  8-də  Tbilisi  şəhərində  imzalanan  hökümətlərarası  sazişlə 

qoyulmuşdur. Bu xəttin uzunluğu 830 km, layihə gücü ildə 5,1 milyon ton, dəyəri 565 milyon ABŞ 

dollarıdır.1999-cu  il  aprelin  17-də  Gürcüstanda    ilkin  Xəzər  neftinin  Qərb  istiqamətində  nəqli  üçün 

Bakı-Supsa  ixrac  boru  kəmərinin,  Supsa  yer  üstü  terminalının  Varna-Poti-batumi-İliçovsk  bərə 

keçidinin  rəsmi  açılışına  həsr  edilmiş  təntənəli  mərasimlər  keçirilmişdir.Xəzər  dənizi  regionunda 

karbohidrogen  istehsal  edən  ölkələrin  mənafelərini  və  maraqlarını  hərtərəfli  qane  edən  Şərq-Qərb 

dəhlizinin  hər  iki  tərəfə  tranzit  yükdaşıma  baxımından  Transxəzər  və  Transqafqaz  boru  kəmərləri 

sistemində  müstəsna  rolu  olan  Bakı-Supsa  Qərb  boru  kəmərinin  istismara  verilməsi,  eyni  zamanda 

1998ci  il  oktyabrın  29  da  Azərbaycan,Gürcüstan,Qazaxıstan,Türkiyə  və  Özbəkistan  prezidentlərinin 

imza etdiyi Ankara bəyannaməsinin gerçəkləşməsi istiqamətində atılan yeni bir addım idi. 

Azərbaycanın neft strategiyasının rallaşması  və onun ehtiyatlarının dünya bazarlarına sərbəst  və 

maneəsiz  çıxarılması  üçün  əlbətdə,  bu  iki  kəmərin  imkanları  yetərli  deyildir.  Rusiyanın  və  İranın 

təzyiqlərinə baxmayaraq , Heydər Əliyevin misilsiz xidmətləri sayəsində uzunluğu 1760 km, gücü ildə 

50  milyon  ton  olan  Bakı-Tbilisi-Ceyhan  kəmərinin  tikintisinə  nail  olundu.Bu  həm  də  Azərbaycanın 

qardaş ölkəyə böyük etimadı və dəstəyi idi.1999-cu il noyabrın 18-də  İstanbulun “Çırağan sarayı”nda 

Xam neftin Azərbaycan Respublikası,Gürcüstan və Türkiyə Respublikasının əraziləri ilə Bakı-Tblisi-

Ceyhan  əsas  ixrac  boru  kəməri  vasitəsilə  nəql  edilməsinə  dair  saziş  imzalandı.Bu  layihəni 

dəstəkləmək, Qazaxıstan neft həcmlərini bu layihəyə cəlb etmək üçün ABŞ prezidenti  Bill Klintonun 

şahidliyi  ilə  Azərbaycan,Gürcüstan,  Qazaxıstan  və  Türkiyə  arasında    “İstanbul  bəyannaməsi” 

imzalanmışdır. Bəyannamədə  vurğulanırdı ki,  bu kəmər Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və 

Türkiyəni daha sıx birləşdirəcək, onların əməkdaşlığını daimi edəcək, dünya enerji bazarlarına sərbəst 

çıxışı təmin edəcəklər.  

Dünya  enerji  siyasətində  və  beynəlxalq  münasibətlər  sistemində    Azərbaycanla  bağlı  yeni 

prioritetlər, dövlətlərarası və beynəlxalq əlaqələrdə yeni istiqamətlər yaradılmışdır. Prezident Corc Buş 

Azərbaycan  Respublikasının  prezidenti  Heydər  Əliyevə  ünvanladığı  14  iyun  2001-ci  il  tarixi 

məktubunda  yazırdı:  “Həyata  keçirilən  neft-qazlayihələrinin  Azərbaycanı  tezliklə  güclü,sabit  və 

dinamik inkişaf edən iqtisadiyyata malik dövlət edəcəyinə qəti əminəm”. 

 

 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1729

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



AZƏRBAYCAN NEFTİNIN İNKİŞAF TARİXİ (IX-XX əsrlərdə) 

 

Şəms Rəcəb qızı ŞİRİNOVA 

Sumqayıt Dövlət Universiteti 

 

“Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir...” 



Heydər Əliyev 

 

Azərbaycan neft sənayesi  özünün 150 illik tarixi ərzində böyük inkişaf  yolu  keçmişdir. 



Lakin  Azərbaycan  xalqı  yalnız  XX  əsrin  sonralarında  müstəqillik  qazandıqdan  sonra  bu 

sərvətlərdən  tam  bəhrələnmək  imkanı  qazanmışdır.Bu  imkanı  reallığa  çevirən  isə  Heydər 

Əliyev dühasıdır. 

Azərbaycan  neftinin  tarixi  kökləri  çox  qədim  dövrlərə  gedib  çıxır.  Ərəb  tarixçiləri, 

coğrafiyaşünasları  və  səyyahlarından  Əhməd  Əl-Bəlaruri  (IX  əsr)  Abşerondakı  iqtisadi 

həyatın  qədimdən  neftlə  bağlı  olduğunu  göstərmiş,  Əbu-İshaq  İstəxri  (XI-X  əsrlər)  Bakının 

neftli  torpağı,  Abşeronun "ağ" və  "qara" nefti haqqında məlumat vermişdir. XIII-XIV əsrdə 

yaşamış  İtalyan  səyyəhı  Marko  Polo  Bakı  neftinin  yaxın  Şərq  ölkələrinə  aparılması,  alman 

diplomatı  və  səyyahı  Adam  Oleari  Bakıdakı  neft  quyuları,  türk  səyyahı  Evliya  Çələbi  neft 

mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin gətirdiyi 

illik gəlir haqqında məlumat vermişdir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş 

daş  üzərindəki  yazı  quyunun  hələ  1594-cü  ildə  usta  Allahyar  Məmmədnur  oğlu  tərəfindən 

qazılıb istifadəyə verildiyi göstərilir. 

İranlı  mütəfəkkür  Əmin  Əhməd  Razinin  məlumatına  görə  XVI  əsrin  əvvəllərində  Bakı 

ətrafında 500-ə qədər neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də 

"ağ"  neft  çıxarılırdı.  Alman  səyyahı,  həkim  və  təbiətşünası  Engelbert  Kempfer  İsveç 

səfirliyinin  katibi  kimi  1683-cü  ildə  Abşeron  yarımadasında  Balaxanı,  Binəqədi,  Suraxanı 

yataqlarında  olmuş,  neftin  Abşeron  yarımadasından  İrana,  Orta  Asiyaya  və  Şimali  Qafqaza 

aparılmasını  təsvir  etmişdir.  1847-ci  ildən  neftin  mexaniki  üsulla  qazılmış  quyuları  hasil 

edilmiş və 1920-ci ilə kimi davam etmişdir. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu tikilir. 

1863-cü ildə Cavad  Məlikov Bakıda kerosin zavodu tikdirdi  və dünyada ilk dəfə neftayırma 

prosesində soyuduculardan istifadə etdi. 

Bütün  dünyada  qədim  neft  diyarı  kimi  tanınmış  Azərbaycanda  neftin  sənaye  üsulu  ilə 

hasilatı hələ XIX əsrin ortalarından başlanmışdır. 1848-ci ildə Bakıda, Bibiheybət  yatağında 

qazılmış  quyudan  vurmuş  neft  fontanı  Azərbaycanda  "qara  qızılın"  sənaye  üsulu  ilə 

çıxarılmasının əsasını qoymuşdur. Artıq 1899-cu ildə Azərbaycan neft hasilatı və emalı üzrə 

dünyada birinci yerə çıxmış, dünya neft hasilatının yarısını vermişdir. Təhkimçilik sisteminin 

ləğv edilməsi ilə 1872-ci ildə manufaktura sənayesi fabrik zavod istehsalı mərhələsinə keçdi. 

XIX  əsrin  70-90-cı  illərində  neft  sənayesinin  intensiv  inkişaf  dövrü,  şəxsi  sahibkarlıq  erası 

başlandı.  Məhz  həmin  illərdə  neft  istehsalında  sənaye  çevrilişi  baş  verdi,  adi  üsulla  qazılan 

quyular, neftin sənaye üsulu ilə çıxarıldığı quyularla əvəz edildi. 

1873-1880-ci illərdə Bakı neft sənayesi nə qədər tərəqqi etsə də, o bütün sahələrdə 1881-

1890-cı illər arasındakı inkişaf ilə müqayisə edilə bilməz. Xam və emal olunan neft hasilatı, 

onun  daxili  bazara  daşınması  və  xarici  ticarət  hətta  1883-cü  ildə  ağlagəlməz  dərəcədə 

artmışdı.  Yerli  sahibkarların  və  rusların  narazılıqlarına  baxmayaraq,  xarici  şirkətlər  özlərini 

göstərməkdə idi. 

1888-ci ilə qədər neft mədənlərində, neft emalı müəssisələrində istehsalın, boru kəmərləri 

sisteminin inkişafı, məhsul ixracatı haqqında məlumatlar sadəcə olaraq proqnoz və ayrı-ayrı 

şəxslərin verdiyi hesablamalardan ibarət idi. 1889-cu ildə Neft İstehsalçıları Assosiasiyasının 

statistika  bürosu  yaradıldı.  Həmin  ildən  də  neft  sənayesinin  durmadan  inkişaf  etməsini 

statistik  rəqəmlərdən  izləyə  bilərik.  Eyni  zamanda  borunun  göstəricilərinə  nəzər  salanda 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1730

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

neftçıxarma mərkəzinin tədricən Balaxanı və Sabunçunun qərb hissəsindən Ramanaya doğru 

hərəkət etdiyini, Nobel qardaşlarının dərin qazma üsulunun tətbiqi ilə Bibiheybət və Ramana 

mədənlərinin yüksək sürətlə irəlilədiyinin şahidi olarıq. 

1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin 

ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1mln. t neft nəql edilirdi. 1883-cü ildə Bakı-

Batum  dəmir  yolu  tikilib  istifadəyə  verilir  ki,  bu  da  neft  və  neft  məhsullarının  Avropa 

ölkələrinə  ixrac  edilməsində  mühüm  əhəmiyyətə  malik  idi.  1920-ci  ildə  Azərbaycanda  neft 

sənayesinin milliləşdirilir və 1949-cu ildə açıq dənizdə "Neft Daşları"  yatağının kəşfi dövrü 

başlayır.  1947-ci  dənizin  5-6  metr  dərinliyində  ilk  estakadalar  quruldu.  Beləliklə,  Xəzərin 

genişmiqyaslı tədqiqinin, onun neft ehtiyatlarının istismarının bünövrəsi qoyuldu. 

1949-cu  il  noyabrın  7-si  Azərbaycanın  neft  tarixinə  həmişəlik  yazıldı.  Bu  dünya  neft 

tarixində də fövqəlada bir hadisə idi. Həmin gün dərinliyi 1000 metr olan 1 saylı quyu güclü 

fontan vurdu. Quyunun gündəlik istismarı 100 ton idi. Bu nailiyyətin şərəfinə ərazinin əvvəlki 

“Qara  daşlar”  adı  “Neft  daşları”  ilə  əvəzləndi.  Dünyada  ilk  dəfə  olaraq  polad  dayaqlar 

üzərində  dəniz  yolları-  estakadalar  quruldu,  ümumi  uzunluğu  300  kilometrə  çatdırıldı. 

Estakadalar “Neft daşları”nı qəsəbəyə cevirdi. “Neft daşları” na xas həyat tərzi, sosial-məişət 

münasibətləri  yarandı.  XX  əsrin  70-80-ci  illəri  Azərbaycan  neft  sənayesinin  böyük 

nailiyyətləri  ilə  yadda  qalaraq  onun  inkişafı,  maddi-texniki  bazasının  möhkəmlənməsi  illəri 

olmuşdur.  Bu  illər  Azərbaycan  neftçiləri  tərəfindən  dənizin  daha  dərin  sahələrinin 

mənimsənilməsi  ilə  səciyyələnmişdir.  Məhz  bu  dövrdə  görülən  məqsədyönlü  tədbirlər 

nəticəsində  neft  sənayesi  möhkəmlənmiş  və  onun  geniş  infrastukturu  yaranmışdır. 

Azərbaycanda  dəniz  yataqlarının  işlənməsi  üçün  qazma  qurğuları,  dənizdə  tikinti  işlərini 

təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı  dərin dəniz özülləri 

zavodu  kimi  nəhəng  strateji  istehsalat  qurğusu  tikilmişdir.  Bununla  yanaşı  neft  emalı,  neft-

kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur. 1994-cü il 

sentyabrın 20-də Bakıda “Gülüstan” sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi 

müstəqil Azərbaycan Respublikasının yeni tarixinin şanlı səhifəsini açdı. “Əsrin müqaviləsi” 

adı  ilə  indi  bütün  dünyada  tanınmış  bu  müqavilənin  imzalanması  və  onun  gerçəkləşməsi 

müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və böyük siyasətçi Heydər 

Əliyev  tərəfindən  işlənib  hazırlanmış  neft  strategiyasının  həyata  keçirilməsinin  parlaq 

təzahürüdür.  Bu  sahədə  Azərbaycanın  mənafelərinin  uzunmüddətli  şəkildə  qorunması, 

genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə 

əlaqədar  neftin  dünya  bazarlarına  nəqlinin  təmin  edilməsi  məqsədi  ilə  strateji  əhəmiyyətli 

Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  boru  kəməri  layihəsinin  gerçəkləşməsi  üçün  gərgin  işlər 

həyata keçirilmiş, aparılan danışıqlar uğurla nəticələnmişdir. 

 



IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1731

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 



1941-1945-CI ILLƏR MÜHARIBƏSI ZAMANI MÜHACIR AZƏRBAYCAN 

KOMITƏSININ YARANMASI VƏ AZƏRBAYCAN LEGIONLARININ 

FƏALIYYƏTI AZƏRBAYCAN SOVET TARIXŞÜNASLIĞINDA 

 

Şəfa MÜSLÜMOV 

 

1941-1945-ci illər müharibəsi zamanı Berlində yaradılan və fəaliyyət göstərən Mühacir Azərbay-

can  Komitəsi  və  azərbaycanlı  legionların  müharibədə  iştirakı  Azərbaycan  sovet  tarixşünaslığında 

tədqiq  edilməyən  mövzulardandır.  Sovet  dövrünün  sərt  inzibati  amirlik  sistemi  və  kommunist 

Partiyasının  siyasi  ideoloji  konsepsiyasından  kənara  çıxa  bilməyən  tədqiqatçılar  Azərbaycan  sovet 

tarixşünaslığında  bu  mövzuya  toxuna  bilməmişlər.Hitler  ordusu  tərəfindən  SSRİ-yə  qarşı  vuruşmuş 

azərbaycanlılardan təşkil olunmuş legionerlərin döyüş yolu və hərbi fəaliyyəti  də həmçinin  tədqiqat 

sahəsindən kənarda qalmışdır. Hitlerin SSRİ-ni işğal edəcəyi halda Azərbaycana verəcəyi müstəqillik 

vədinə inanan Mühacir Azərbaycan Komitəsinin və azərbaycanlı legionerlərin fəaliyyəti müstəqillik-

dən  sonra  daha  geniş  araşdırılmağa  başlanılıb.  Qeyd  edək  ki.  Azərbaycan  sovet  tarixşünaslığında 

mühacir həyatı yaşayan, İkinci Dünya Müharibəsi illərində Azərbaycanın azadlığı uğrunda mübarizə 

üçün çalışan Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan M. Ə. Rəsulzadənin siyasi 

fəaliyyəti birtərəfli qaydada araşdırılmış, bəzən də ayrı-ayrı müəlliflər onu hitlerçilərlə əməkdaşlıqda 

ittiham  edir,  sosializmin  düşməni  kimi  göstərirlər.  M.  Ə.  Rəsulzadənin  müharibə  zamanı  Hitler  ilə 

görüşərək azərbaycanlı hərbi əsirlərin həyatı ilə maraqlanması, onların yəhudilərlə birlikdə soyqırıma 

məruz qalmasından xilas edilməsi, müharibədən sonra azərbaycanlı legion üzvlərinin taleyinə biganə 

qalmayaraq onlara dəstək olması və Azərbaycan həqiqətlərini dünyaya çatdırması kimi faktlara müasir 

tarixşünaslığımızda  daha  çox  rast  gəlinir.  Sovet  Ordusunun  zabiti  olmuş  Əbdürrəhman  bəy 

Fətəlibəylinin  (Düdənginski)  hitlerçilərlə  əməkdaşlıq  etməsi  və  Mühacir  Azərbaycan  Komitəsi 

yaradaraq  Azərbaycanın  istiqlaliyyəti  üçün  mübarizəsi  də  müasir  tarixşünaslığımızda  ayrı  -  ayrı 

müəlliflər tərəfindən yazılmış əsərlərdə  və məqalələrdə rast gəlinir. Müasir tarixşünaslığımızda qeyd 

olunur ki, Baltikyanı cəbhədə hitlerçilərə əsir düşən Ə. Fətəlibəyli  azərbaycanlı hərbi əsirlərdən ibarət 

dəstələrin  yaradılması  üçün  1941-ci  ilin  avqustunda  Hitlerə  müraciət  edib.  Həmin  ilin  payızında 

M.Ə.Rəsulzadə  Almaniyanın  Şərq  Nazirliyi  tərəfindən  Berlinə  dəvət  olunur.  Bununla  bağlı  aparılan 

danışıqlar 12 maddədən ibarət xüsusi memorandumda əks olunmuşdur.   

1998-ci ildə Bakı Dövlət Universitetinin müəlliflər heyəti tərəfindən nəşr edilmiş  "Siyasi tarix" 

əsərində vurğulanılır ki, Hitlerin əmri ilə müsəlmanlardan təşkil olunmuş hərbi hissə Azərbaycan və 

Şimali  Qafqaz  regionlarına  bölünmüşdü.  Burada  xüsusi  olaraq  yazılır  ki,  M.Ə.Rəsulzadə  müharibə 

illərində hərbi əsirlər arasında  azərbaycanlıların tapılıb müəyyən edilməsi, onların konslagerdən xilası 

və azərbaycanlıların milli hərbi hissələrə cəlb edilməsi üçün böyük cəhdlər edirdi (1., səh.72). 

Mühacir Azərbaycan höküməti və milli legionlarımızın fəaliyyətinə  tarix elmləri doktoru  Tahir 

Qafarovun 1993-cü ildə çap olunmuş məqaləsində daha geniş toxunulub. Müəllif yuxarıdakı əsərdən 

fərqli  olaraq  göstərir  ki,  hərbi  əsirlərin  içərisindən  yəhudilər  kimi  azərbaycanlılar  da  öldürülürdü. 

Müsəlman əsirlərlə işi səmərəli qurmaq üçün Qüds müftisi Hacı Əmin Əl-Hüseyni Almaniyaya dəvət 

olmuş,  hətta  I  tank  ordusunun  komandanı  general  fon  Makizen  məsciddə  namaz  da  qılmışdı.  Sonra 

məqalədə göstərilir ki, Geniqsberqin "Telzit" hərbi düşərgəsindən Azərbaycan türklərini və  müsəlman 

azərbaycanlıları seçib "Şelzi" hərbi düşərgəsinə apardılar. (2.,səh.3). 

2014-cü  ildə "Şərq"  qəzetində  nəşrə  getmiş  Mühacir Azərbaycan  Komitəsinin fəaliyyəti  və  Ə. 

Fətəlibəyli-Düdənginskinin  sovet  casusu  tərəfindən  qətli  barədə  son  araşdırmalara  toxunulub. 

Məqalənin  girişində  qeyd  olunur  ki,  Fətəli  bəy  Almaniyada  Milli  Birlik  Məclisinin  rəhbəri  olmaqla 

SSRİ  üzərində  qələbə  qazanılacağı  təqdirdə  Azərbaycanın  müstəqilliyinə  nail  olacağı  göstərilmişdi. 

Onun həyat yoluna qısa nəzər salınır, II Dünya Müharibəsində Azərbaycan legionuna başçılıq etməsi, 

"Azadlıq"  radiosunun  Azərbaycan  reaksiyasına  və  "Azərbaycan"  jurnalına  Ceyhun  Hacıbəyli  ilə 

birlikdə baş redaktorluq etməsi göstərilib (3.,səh.11). 

Mühacir  Azərbaycan  Komitəsinin  və  legionların  fəaliyyətindən  bəhs  edərkən  son  dövrün 

araşdırmalarına da toxunmaq yerinə düşər. Professor Cəmil Həsənlinin 2015-ci ildə işıq üzü görmüş 

"II Dünya Müharibəsi illərində Azərbaycanın hərbi,siyasi və diplomatik münasibətlərdə (1939-1945)" 

adlı əsərində daha çox rast gəlinir. Qeyd olunan əsər Azərbaycanın müharibədə iştirakını.,beynəlxalq 




IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

 

 



1732

 

Qafqaz University                                                                                         29-30 April 2016, Baku, Azerbaijan 

vəziyyətini,  Cənubi  Azərbaycan  məsələsini  və  Bakı  neftinin  əhəmiyyətinə  aid  fundamental 

araşdırmadır.  Əsərin VI  fəsli  müharibə illərində  Azərbaycan  mühacirətinin  Almaniya  ilə  əlaqələrinə 

aiddir."Üçüncü  Reyxin  Qafqaz  mühacirlərini  təşkilatlandırmaq  cəhdləri"  adlanan  bölmədə  müəllif 

Almaniya  hökümətinin  Qafqaz  və  Azərbaycanla  bağlı  planlarından  yazır,  M.Ə.Rəsulzadənin  Alman 

hakim  dairələri  ilə  Türkiyə  vasitəsilə  əlaqələrindən  toxunur.burada  vurğulanılır  ki,  1941-ci  ilin 

payızında  Türkiyədə  yaşayan  Azərbaycan  mühacirləri  sovet  -  alman  müharibəsinin  başlanması  və 

Almaniyanın qazandığı hərbi uğurların təsiri altında xeyli fəallaşmışdılar (4.,səh 273). 

Tarixçi Nəsiman Yaqublu digər əsərlərində də Mühacir Hökümət və milli legionların fəaliyyətinə 

toxunmuşdur.Onun  1998-ci  ildə  çap  olunmuş  “M.Ə.Rəsulzadə.Azərbaycan  davası”  əsərində  Milli 

Azərbaycan  Komitəsinin  və  Azərbaycan  legionunun  yaranmasında  F.  Düdənginskinin  fəaliyyəti 

haqqında ümumi məlumat verilmişdir. Əsərdə M. Ə. Rəsulzadənin Ə. Fətəlibəyli-Düdənginskinin qətli 

ilə  bağlı  etdiyi  çıxış  verilmiş,  onun  və  legionların  fəaliyyəti  haqqında  ümumi  məlumat  yer  almışdır 



(5.,səh.60). 

N.Yaqublunun 2008-ci ildə nəşr olunmuş ”Əbdürrəhman Fətəlibəyli-Düdənginski” əsərinin ikinci 

fəsli  Azərbaycan  legionunun  təşkilində  Ə.  Fətəlibəylinin  fəaliyyətinə  və  legionlara  həsr  olunub 

(6.,səh.45).  2011-ci  ildə  Moskvada  nəşr  olunmuş  “İkinci  Dünya  Müharibəsi  1939-1945.Vermaxtın 

kazak  hissələri  və  Şərq  legionları”  adlı  hərbi-tarixi  əsərdə  Hitler  ordusundakı  legionlardan  ümumi 

məlumat verilmişdir.Burada Azərbaycan legionları haqqında yazan müəlliflər onların 806, 807, 817 və 

818-ci taborlarda döyüşdüklərini bildirir və hərbi nişanlarını göstərir (7.,səh.7) 



 

 

Document Outline

  • 08_1_Azərb dili
  • 08_2_Azər ədəbiyyatı
  • 08_3_Ingilis dili ve edebiyati
  • 08_4_Turk dili ve edebiyati
  • 09_1_pedaqogika_design
  • 09_2_Psixologiya
  • 10_ Tərcümə
  • 11_Tarix_Huquq
  • GTK4_Matriallar_Qapaq_2016.pdf
    • 1: 1-ci Kitab
    • 2: 2-ci Kitab

Yüklə 14,02 Mb.

Dostları ilə paylaş:
1   ...   484   485   486   487   488   489   490   491   492




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə