Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə15/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   ...   11   12   13   14   15   16   17   18   ...   91

2-
 
ci MÖVZU 
MÜNAQİŞƏ VƏ BÖHRAN: 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR NƏZƏRİYYƏSİNDƏ 
KATEQORİAL KOMPLEKSLƏR 
Suallar 
1.
 
Münaqişə və onun ölçüləri 
2.
 
Münaqişənin inkişaf dinamikası 
3.
 
Münaqişənin yaranmasının və eskalasiyasınm səbəbləri 
§1. Münaqişə və onun ölçüləri 
«Münaqişə»  ifadəsi  və  onun  mümkün  izahları  ətrafında 
mübahisələrin  mövcüdluğu  tamamilə  qanunauyğun  haldır.  Təkcə 
1945-ci ildən sonra dünyada 300-dən artıq dövlətlərarası münaqişə baş 
vermiş  və  onların  200-dən  çoxunda  sistematik  şəkildə  silahlı 
qüvvələrdən istifadə edilmişdir. 
Bir 
çox 
tədqiqatçılar 
beynəlxalq 
münasibətlərdəki 
münaqişələrə  digər  dövlətlərin  birbaşa  və  ya  dolayı  iştiraki  ilə 
ayrı-ayrı  ölkələr  arasında  baş  verən  vətəndaş  müharibələrini  də  aid 
etməyə  meyl  edirlər  (bu  kimi  hallar  bu  gün  «beynəimiləlləşdirilmiş 
daxili 
münaqişələr» 
adlanır).  Digər  alimlər  münaqişələri 
«infra-səviyyə-  dən»  (dövlətdaxili  koliziyadan)  hipotetik  ABC 
«atomic-bioche-  mical»,  yəni  bütün  növ  kütləvi  qırğın  silahlarından 
istifadə etməklə) səviyyəli irimiqyaslı müharibələrədək təsnif edirlər. 
Çox va.xt  hərbi mütəxəssislər münaqişələri  yalnız silahlı zorakılığın 
tətbiqi  hallarına  aid  edirlər  və  müjyafıq  olaraq,  «aşağı  intensivliyə 
malik» münaqişələri döyüş əməliyyatlarının aparılması xüsusiyyətinə 
malik  xüsusi  müharibə  kateqoriyasına  aid  edirlər  və  sinonim  kimi 
«yerli  münaqişə»  və  digər  terminlərdən  istifadə  edirlər.  Sosioloqlar 
isə,  əksinə,  fərdlərlə  sosial  qruplar  arasındakı  münasibətlərin 
qanunauyğunluqlarım,  zorakılığın  tətbiq  edilib-  edilməsindən  asılı 
olmayaraq,  tamamilə  başqa,  xüsusən  beynəlxalq  münaqişələrə  aid 
etməyə  çalışırlar.  Müvafiq  olaraq,  müasir  elm  münaqişələrin 
tipologiyası  məsələləri  üzrə  çoxsaylı  baxışlar  təqdim  edir  -  onları 
«hərbi»,  «sosial»,  «siyasi»,  «etnosiyasi»  və  ya  «etnomilli»,  «etik», 
«hüquqi» və s. münaqişələr adlandırırlar. 
45 


Münaqişələrlə  əlaqədar  anlayışlar  haqqında  məsələlərin 
qoyuluşunda  qeyd  etmək  lazımdır  ki,  beynəlxalq  qarşılıqlı  təsir 
iştirakçılarının mənafe və məqsədlərinin toqquşması və mübarizəsi hər 
zaman  beynəlxalq  münasibətlər  sisteminin  özünün  təbii  və  bir  çox 
hallarda qaçılmaz şərti olmuşdur. Şübhəsiz ki, müasir elm sahələrində 
istifadə olunan münaqişə kateqoriyası bu fəsildə nəzərdən keşirilməsi 
ehtimal  edildiyindən  daha  genişdir.  Münaqişə  və  onun  təzahürlərini 
(iştirakçıların  münaqişəli  davranışlarının  struktur  və  növləri)  bu  gün 
insanı, sosial qrupları, cəmiyyəti və dövləti öyrənən bütün elmlər təhlil 
edir. Problem bilavasitə beynəlxalq-siyasi münaqişələr sahəsinə nəyin 
aid olduğunu aşkara çıxarmaqda, bu hadisənin nəzərdən keçirilməsini 
mümkün edən amillər  yaratmaqda, eləcə də beynəlxalq münasibətlər 
sistemində ümumi inkişaf vektorunu formalaşdıran çoxsaylı müxtəlif 
amillərin  bu  münaqişədə  necə  həyata  keşirilməsinin  göstəril- 
məsindədir. Münaqişəni həm ictimai-siyasi hadisə, həm də proses kimi 
göstərmək  lazımdır.  Hər  iki  halda  münaqişə  müəyyən  funksiyalar 
daşıyır  və  onların  iştirakçıları  arasındakı  münasibətləri  tənzimləyir. 
Münaqişəni 
həmçinin, 
beynəlxalq 
münasibətlərin 
sistemli 
modellərinin  dəyişməsi  şəraiti  kimi,  bir  beynəlxalq  siyasi  reallıqdan 
digərinə  keçid  üsulu  kimi  nəzərdən  keçirmək  olar.  Bəs  beynəbcalq 
münasibətlər fenomeni kimi, münaqişənin dərk edilməsi üçün şüurlu 
üsulu  necə  tapmalı?  Bunun  üçün  başqa  üsula  əl  atmaq  -  nəzərdən 
keçirilən  predmetin  növünün  ümümi-  likdə  münaqişənin  yalnız 
təsadüfi  hadisəsi  olduğunu  göstərməklə  həmin  predmeti  yalnız 
beynəlxalq  siyasi  münaqişələrlə  məhdudlaşdırmaq  olar.  Bu  zaman 
ayrı-ayrı  şəxsiyyətlər,  sosial  və  siyasi  qruplar  arasındakı  münaqişəli 
qarşılıqlı əlaqələri digər təsadüfü münaqişə halları kimi kənara qoymaq 
olar.  Şübhəsiz,  bununla  əlaqədar  qeyd  etmək  lazımdır  ki,  hər  hansı 
sosium  (cəmiyyət)  daxilində  şəxsi  və  qrup  halında  baş  verən 
münaqişələr  dolayısı  yolla  beynəlxalq  münaqişələrin  xarakterinə  və 
tipinə təsir göstərə bilər. Məhz dövlətlər və onların birləşmələri, eləcə 
də  dövlətlər  və  döv-  lətlərarası  təşkilatlar  arasında  baş  verən 
beynəlxalq-siyasi  münaqişələrdə  sosiumların  bir  araya  gətirilmiş 
maraqları  özünün  daha  geniş  əksini  tapır.  Fikrimizcə,  dövlətlərarası 
qarşılıqlı əlaqələr sahəsində bütünlüklə dünya inkişafının gedişinə təsir 
göstərən  nisbətən  ümumi  qanunauyğunluqların  təzahürünü  görmək 
olar. 
46 


ümumi  mənada, bir-birini  qarşılıqlı şəkildə istisna edən və  ya 
əvəzləyən məqsədlər güdən beynəlxalq münasibətlər sisteminin iki və 
ya  daha  artıq  elementinin  qarşılıqlı  əlaqəsini  beynəlxalq  münaqişə 
hesab elmək olar. Bizim diqqət mərkəzimizdə dövlətin mövcüdluğuna 
toxunan  münaqişələr  -  onun  əsas  əlamətləri  (əvvəllər  qeyd  etdiymiz 
kimi, funksional və atributiv) dayanacaq, Beynəlxalq siyasi münaqişə 
çoxölçülü  hadisədir  və  bu  hadisənin  ölçülərinin  strukturu  aşağıda 
nəzərdən keçiriləcək. 
Bu izah beynəlxalq münasibətlər sisteminin özünüqoru- nıaya, 
güctoplamağa  və  öz  inkişafı  üçün  əlverişli  xarici  mühit  yaratmağa 
cəhd etmə kimi prinsipial səciyyə daşıyan əsas elementi kimi dövlətin 
əvvəllər  verilmiş  şərhi  ilə  bilavasitə  əlaqədədir.  Münaqişənin 
iştirakçısı (dövlət) öz qarşısına nail ola biləcəyi  məqsədlər qoyur və 
eyni zamanda, «rəqibin» öz məqsədlərinə nail ola bilməməsinə çalışır. 
Münaqişə içtirakçıları öz məqsədlərinə (uzunmüddətli və digər) 
nail olmaq üçün öz gücündən istifadə edirlər (bu anlayış «qüvvə» ilə 
eyniyyət təşkil etmir). 
Mübarizə aparan tərəflər bir-birinə öz məqsədlərinə nail olmaq 
yolunda mövcud olan maneə və təhlükə mənbəyi kimi baxırlar. 
Bu  çox  kəskin  beynəlxalq  münaqişələr  çox  vaxt  tədqiqatçılar 
tərəfindən  «sıfır  məbləğli  oyun»  versiyası  kimi  baxırlar.  Bu  o 
deməkdir ki, münaqişə iştirakçısı öz uduşunu, mübahisəli məsələlərdə 
«qələbəsini»  rəqib  üçün  itkiyə  bərabər  hesab  edirlər,  yəni  əgər 
tərəflərdən  biri,  məsələn,  öz  məcmu  qüvvəsini  50  «şərti  vahidini» 
itirmişsə (hansı amillər hesabına olursa-olsun), onun rəqibi olan digər 
tərəf  həmin  50  vahid  həcmində  «güclənmiş»  hesab  olunur.  Əlbəttə, 
münaqişənin inkişafı heç də həmişə bu üsulla dərk olunmur. Bu halda 
dövlət  liderləri,  siyasi  elitalar,  bəzən  isə  bütünlüklə  cəmiyyət 
tərəfindən  münaqişənin  məhz  bu  şəkildə  dərk  olunması  haqqında 
məsələ  qaldırmaq  olar.  Tərəddüd  etmədən  demək  olar  ki,  «soyuq 
müharibənin»  ilkin  mərhələsinə  iştirakçılar  tərəfindən,  hətta 
ümumiyyətlə,  bütün  dünya  tərəfindən  «sıfır  məbləğli  oyun»  kimi 
baxılır.  Planetin,  geostrateji  cəhətdən  hər  iki  nəhəng  superdövlətin 
idarə  olunan  və  ya  az-çox  nəzarət  altında  olan  «təsir  sahələrinə» 
bölünməsi onilliklər ərzində sırf «neytral» sahələrinin mövcüdluğuna 
seçim imkanı vermirdi. Bu 
47 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə