Ci Mövzu. Konfliktologiyanın predmeti vo mahiyyəti



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə3/91
tarix14.04.2018
ölçüsü2,79 Kb.
#38158
1   2   3   4   5   6   7   8   9   ...   91

etmişdir.  BMT-nin  keçmiş  Baş  Katibi  B.Butros  Qali  1993-cü  ilin 
noyabrında  Bakıda  olarkən  Azərbaycan  həqiqətlərini  öz  gözü  ilə 
görmüş,  təcavüzkar,  terrorçu-separatizm  siyasətini  məhkum  edərək 
demişdi:  «Əgər  milli-etnik,  ərazi-sərhəd  zəminində  baş  vermiş,  bu 
münaqişələrin  qarşısı  vaxtında  alınmazsa,  yüzilliyin  sonları  üçün 
dünyanın siyasi xəritəsində dörd yüzə qədər dövlətin mövcud olduğunu 
görəcəyik.  Dünya  birliyi  isə  belə  ağırlığın  problemlərini  daşımaq 
gücündə deyildir». 
Məhz  buna  görə  də  münaqişələrin  öyrənilməsinə  kompleks 
yanaşılmalı, sivilizasiyaya böyük fəlakətlər gətirən bu bəlanın yaranma 
səbəbləri  və  kökləri,  inkişaf  dinamikası,  habelə  münaqişədən  çıxma 
yolları ciddi elmi-nəzəri təhlil süzgəcindən keçirilməli, əldə olunmuş 
nəticələrlə toplanmış praktikanın müqayisəsindən yaranan nəticələrdən 
istifadə  yolu  ilə  münaqişəli  vəziyyətlərə  dair  konkret  proqnozlar 
verilməlidir. 
Mövcud  siyasətşünaslıq  elmində  münaqişələrin  yaranma  və 
inkişaf dinamikası daxili və xarici faktorların təsiri ilə əlaqələndirilir. 
Əgər  daxili  faktorlar  münaqişənin  yaranmasını  və  gərginliyin 
güclənməsini  şərtləndirirsə,  xarici  faktorlar  onun  bütün  gedişi, 
istiqamətləri və nəticələri ilə bağlı çıxış edir. Təsadüfi deyil ki, mövcud 
elmi-nəzəri fikirdə münaqişələrin «üçlü təbiəti» ilə bağlı baxışlar kök 
salmışdır. 
Münaqişələrdə  üçüncü  tərəfin  iştirakı,  ilk  növbədə,  geosiyasi 
maraqlarla bağlıdır, münaqişələrlə bağlı mövcud modellərin hamısında 
üçüncü  tərəfin  geosiyasi  maraqlarının  dominantlıq  etdiyini  görürük. 
Dünyanın istənilən nöqtəsində baş vermiş münaqişələrdə münaqişəyə 
girən tərəflər konkret şəkildə məlumdur, lakin üçüncü tərəf rolunda ya 
region dövlətləri,  ya da fövqəldövlətlərdən biri və ya bir neçəsi çıxış 
edir.  Nə  qədər  ki,  onlarm  mənafeyi  təmin  edilməyib,  maraqları 
reallaşmayıb, münaqişənin başa çatmasından danışmaq tezdir. 
Münaqişədə  maraqlı  olan  üçüncü  tərəfin  (və  ya  tərəflərin) 
vasitəçi-münsif  rolunda  çıxış  etməsi  müasir  diplomatiyanın 
elementlərindən  biridir.  Balkan  böhranında,  körfəz  böhranlarında  və 
«qeyri-sabitlik  qövsü»  hesab  edilən  Cənubi  Qafqazda  baş  vermiş 
münaqişələrin  nizamlanması  ilə  bağlı  toplanmış  təcrübə  göstərir  ki, 
böhranlar  aradan  qaldırılsa  da,  münaqişəli  şərait  potensial  şəkildə 
mövcud olmaqda davam edir, bu isə əslində münaqi 


şənin «konservləşdirilməsidir». Buna görə də söndürülmüş münaqişə 
ocaqlarında  yenidən  münaqişələrin  yaranması  ehtimalı  olduqca 
böyöikdür. 
Son, XX yüzilliyin təcrübəsinə fikir versək görərik ki, yüzilliyin 
əvvəllərindəki  Balkan  böhranı  miqyas  və  iştirakçılarındakı  fərqlərlə 
(böyük-kiçikliyindən  asılı  olmayaraq)  yüzilliyin  sonlarında  yenidən 
baş  verdi,  əslində  güc  yolu  ilə  nizamlanmasına  baxmayaraq  «həll 
edilmiş»  görünüşü  yaratdı.  Cənubi  Qafqazda  vəziyyət  potensial 
münaqişə  ocaqlarının  çoxluğu  ilə  səciyyəvidir.  Ötən  yüzilliyin 
əvvəllərindəki mövcüd olmuş bu münaqişələr «Lenin milli siyasətinin 
təntənəsi»  nəticəsində  70  illik  dövr  üçün  «konservləşdirilmiş», 
yüzilliyin  sonlarından  etibarən  yenidən  partlayış  həddinə  çatmışdı. 
Dərinləşməkdə, «konservləşdirilmək- də» və nisbi sükunətdə olan bu 
münaqişələrin nizamlanması üçün hazırda təklif edilən layihələrin heç 
biri problemə son qoymaq imkanlarına malik deyildir. 
Məhz buna görə də, millətlərin ayrılması prosesi rəvac verilir, 
beynəlxalq  münasibətlərdə  əslində  çoxsaylı  beynəlxalq  sənədlərlə 
pislənilmiş  «zorakılıq»  amilinin  dominantlıq  etməsi  üçün  münbit 
şərait  yetişir.  Yaranmış  vəziyyətdən  çıxış  yolu  dünya  birliyinin 
səylərinin  artırılmasında,  «ikili  standartlar»  kimi  diplomatiyada  kök 
salmış  mövqelərdən  imtina  edilməsində,  təcavüzə  və  təca\o,izkara 
identik 
münasibət 
bəslənilməsində, 
obyektivliyin 
təmin 
olunmasındadır. 
10 


1-
 
ci MÖVZU 
KONTLİKTOLOGİYANIN PREDMETİ VƏ MAHİYYƏTİ 
Suallar: 
1.
 
Münaqişəyə dair elmi baxışların təkamülü 
2.
 
Konfliktologiya nəzəriyyəsində əsas istiqamətlər 
2.1.
 
Psixologiyada münaqişə problemi 
2.2.
 
Münaqişənin sosioloji nəzəriyyələri 
2.3.
 
Münaqişənin politoloji nəzəriyyələri 
3.
 
Konfliktologiyanm nəzəri əsaslan 
3.1.
 
Münaqişələrin öyrənilməsinə sistemli yanaşma 
3.2.
 
Münaqişələrin təsnifləşdiriliməsinin əsas növləri 
3.3.
 
Münaqişədə davranış strategiyası 
3.4.
 
Münaqişənin dinamikası 
3.5.
 
Münaqişənin inkişaf mərhələləri 
«Konflikt»  sözü  latınca  «conflistus»  sözündən  olub, 
«toqquşma»  mənasını  verir.  Konfliktologiyanm  sosiologiya, 
psixologiya və digər elmlərin qovuşuğunda yerləşən ayrıca, müstəqil 
elm,  yaxud  kompleks  elmi  fənn  hesab  olunması  suahna  «hər  ikisi» 
cavabım vermək olar. 
Konfliktologiya  elm  kimi  hal-hazırda  tədricən  kompleks 
xarakterə malik müstəqil elmi fənn statusu kəsb etməkdədir. 
Lakin 
konfliktologiyanm 
müstəqilliyi 
nisbidir. 
O, 
münaqişələrin  öyrənilməsinə  kömək  göstərən  istənilən  elmin 
məlumatlarından, nəzəri modellərindən, metod və üsullarından istifadə 
edir.  Bu  elm  ayrıldığı  bilik  sahələri  -  sosiologiya  və  psixologiya  ilə 
xüsusilə sıx surətdə bağlıdır. Bir çox digər elm sahələri - politologiya, 
tarix, kulturologiya, iqtisadi elmlər, hüquqşü- naslıq, pedaqogika, hərb 
elmi ona faktiki material verir və onun konsepsiyalarının tətbiq sahəsi 
kimi çıxış edir. 
O,  fəlsəfədən  münaqişənin  əksliklərin  ziddiyyəti,  toqquşması 
və qarşılıqlı təsirinin bir növü kimi anlayışının ümumi prinsiplərini əxz 
edir.  Konfliktologiyanm  problemlərinə  riyazi  aparatın  cəlb  edilməsi 
imkanları da nəzərdən keçirilir. 
II 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə