Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

 
48 
Elin də, elatın da ömrü çıxdı qaradan, 
Əzəldən uca tutub yaradanı Yaradan. 
 
İnqilab kəndə gəlib qışın oğlan çağında, 
Xoşbəxt sayıb özünü dağların qucağında. 
 
Dağ kəndinə qan-tərə bata-bata gəlibdir, 
Görüşünə sevinclə ana-ata gəlibdir. 
 
Milyon dəfə baş çəkib həm əkin, həm biçinə
Kənardan baxmayıbdır, girib xalqın içinə. 
 
Ucqardakı fermaya hər gün üzünü tutub. 
Kənd əzəlki kənd deyil, o da özünü tutub. 
 
O dağları süzəndə vüqarı dağ olubdur, 
Üzü elin içində hər zaman ağ olubdur. 
 
Camaat hər sözünə səs verib inanıbdır, 
Ağsaqqallar da onu ağsaqqalı sanıbdır 
 
Xalq uca bir dağ kimi görünübdür gözünə, 
Güvəncini, gücünü qaytarıbdır özünə. 
 
 
KƏLBƏCƏR QIZILI YAD ƏLLƏRDƏ 
 
Heyif, Ala göllərin vəsfinə vaxt çatmadı. 
Narahat duyğular da heç məni oyatmadı!.. 
 
Təbiət Kəlbəcərin hər şeyini bol verib. 
Gül-çiçəkdən çəkilən qaymaq verib, bal verib. 
 
Hələ çiy yemək olar əmliyinin ətini. 
Bəzən dərk eləməyir insan səadətini... 
 
Torpaqdan nə istəsən ala bilərsən onu. 
Bunu mən uydurmuram - təbiətin qanunu. 
 
Yada salır qayalar canlı heykəli, büstü. 
Tükənməz bir xəzinə dağların altı, üstü... 
 
Daşlar daş-qaş timsallı, dərə mərmər, dağ mərmər. 


 
49 
Sahibini gözləyir qara mərmər, ağ mərmər. 
 
Torpağın özü qədər bu dağların yaşı var. 
Bir-birindən seçilən otuz min cür daşı var. 
 
Təkcə məşhur deyildir boranı Kəlbəcərin. 
Dağlar qoynunda boldur uranı Kəlbəcərin. 
 
Həmişə bu sözləri deyən ürəkdir, ürək: 
Belə varlı torpaqda yoxsul olmasın gərək. 
 
Söyüdlü yaylaqları dağ başında tac kimi. 
Hüsnünə boylanmışam gözü-könlü ac kimi. 
 
Göy yamacda ağ sürü - göydən düşən ağ tala. 
Qartalların səsindən qəlbim dönüb qartala. 
 
Söyüdlü dağ heç zaman qürurunu əyməyib. 
Zirvələr var hələ də insan əli dəyməyib. 
 
Elə səxavətlidir əsirgəməz varını. 
Yaya qədər saxlayar quzeylər öz qarını. 
 
Yaz ki, oldu, dərələr gəlin kimi gözəldir. 
Lalə, bənövşə, nərgiz sərgisini düzəldir. 
 
Bir bulağın gözünə bir yol əl vurmaq olar. 
Günəş batana qədər məclislər qurmaq olar. 
 
Sürüləri qaytarar tütək səsi çobanın. 
Burda örüş yeri var Bərdənin, Beyləqanın... 
 
İmişlinin, Yevlağın, Ağdamın yeri bəlli, 
Kəlbəcər yaylaqları bir ölkəyə təsəlli. 
 
Söyüdlü çay min ildir nəğmə deyir dağlara. 
Yayda el-oba köçür bu sərin yaylaqlara. 
 
Nə qədər düşsəm də mən "söyüdlərin" izinə. 
Nə düzdə, nə də dağda rast gəlmədim özünə. 
 
Min bir heyrət içində hey baxıram onlara. 
Görən, bu "söyüd" hardan köçübdür ünvanlara?! 


 
50 
Sarı yerin gülləri, otları düz dizəcən. 
Bir güney yamacında çiçək saydım yüzəcən. 
 
Çoban hərdən qarışır ot-ələfin işinə. 
"Qızıl qalpaq" salıb ot qoyunların dişinə. 
 
Bu söz nə bir qərara, nə bir kağıza düşüb. 
Nə yaxşı ki, mahalda dilə, ağıza düşüb. 
 
Günəşin nuru qalıb dağların qayasında. 
Qızıl cövhəri vardır torpağın mayasında. 
 
Gün altında bərq vurur Zod qızıl mədənləri. 
Min heyrətə gətirir boylanıb gedənləri. 
 
Yer altdan çıxarılmır, üstü açıqdır daşın. 
Gecə-gündüz sürətlə daşınır maşın-maşın!.. 
 
Səhər-axşam daşınır bir oğurluq mal kimi. 
Öz sahibi kənardan durub baxır lal kimi. 
 
Dağ altından çəkilən tunellər də işində
Dəzgahlar daş-filizi gətirir öz dişində. 
 
Qədim zamandan bəri bu yaylaqlar bizimdir. 
Qızılları daşınan bu torpaqlar bizimdir. 
 
Belə keçsə ömür-gün bu ömür çox ucuzdur. 
Sərvəti geri almaq müqəddəs borcumuzdur. 
 
Onu geri almasaq qəbirdə yerimiz yox!.. 
Zənn edilsin ölmüşük, bir nəfər dirimiz yox! 
 
Nəsillərə qoy qalsın bu sözlərim yazılı! 
Geriyə almalıyıq Zoddan çıxan qızılı. 
 
Müqəddəs iş qoyulsa əgər sabah-sabaha... 
Bu torpaqda yaşamaq haqqımız yoxdur daha!.. 
 
İyirmi ildən çoxdur bu mədən işə düşüb. 
Nə bir kəlmə yazıblar, nə dilə-dişə düşüb. 
 
Hər il beş tondan artıq qızılımız yox olur. 


 
51 
Bəlkə hesab düz deyil, bəlkə daha çox olur. 
 
Bu azdır - parça-parça doğrasalar da məni. 
Sərvətimi talayıb, talan edib erməni. 
 
Arpaçay qənşərində gördüm bir zavod da mən
Qızıl külçəsi deyil, bişirildim odda mən. 
 
Ta nəyini gizlədək, nə gələn var, nə gedən. 
Bir eyninə alan yox, bizimkidir bu mədən. 
 
Onu görən olsa da, dərhal aradan çıxıb. 
Min hektardan da çox örüş sıradan çıxıb. 
 
Bəs gözü hara baxıb bu bölgə rəhbərinin. 
Fərasəti, qeyrəti olmayıbdır birinin. 
 
Var-yoxum talanırsa millətimə ar deyil?! 
Mərkəzdəki bəs bundan niyə xəbərdar deyil?! 
 
Bəd xəbər kimi çatdı bu xəbər İnqilaba. 
Qəlbinin ağrıları gəlməyirdi hesaba. 
 
Bircə anda İnqilab gör nə qədər dəyişdi. 
Kabinetdə oturmaq çox çətin, müşkül işdi. 
 
Elə həmin gün getdi Söyüdlü yaylağma. 
İnana bilməyirdi zəngin qızıl dağına. 
 
Ara vermir tunellər, ara vermir "KAMAZ‖lar. 
Aparır sərvətimi erməni yaramazlar. 
 
Bu mənzərə ox olub ürəyini oyurdu. 
Ermənilər də ona kənardan göz qoyurdu. 
 
Qızılımla varlanıb, özümə yağı olub. 
Düşmənin bu fitnəsi qəlbimin dağı olub. 
 
Çirkin əməllərindən xəcalət çəkmir onlar, 
Üstəlik ünvanıma atır qara böhtanlar. 
 
Hara baxsan sürüdü, hara baxsan örüşdü. 
İnqilab yaylaqdakı çobanlarla görüşdü. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə