Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

 
74 
 
İ.Nadirli dünyanın ən qocaman sakini, Aşıq Ələsgərin vəsf etdiyi 
156 yaşlı Güləndam nənə ilə birlikdə. 
1985-ci il 
 
 
 
Vəcdə gələn qayalar çəkmirdi nəfəsini. 
Səfa dağın başında qaldıranda səsini: 
 
Dağam, çənsiz qalmışam. 
Quşam, dənsiz qalmışam. 
Yaman sənsiz qalmışam, 
Yolunu gözləyirəm! 
 
Könlümün təlaşında, 
Ürəyimin başında, 
Gözlərimin yaşında 
Yolunu gözləyirəm! 
Həsrət zülm oxu kimi, 
Dözərəm çoxu kimi. 
Şirin bir yuxu kimi 
Yolunu gözləyirəm! 
 
Qəlbimin od-atəşi, 
Ömrüm əlində teşi. 
İlk görüş tale işi, 
Yolunu gözləyirəm! 
 
Sənsiz həyat heç, hədər, 
Sənlə toydur dərd, kədər. 
Ömrün sonuna qədər 
Yolunu gözləyirəm! 
 
Nəfəsim, havam səndə, 
Dərmanım, davam səndə, 
Gəlsən də, gəlməsən də 
Yolunu gözləyirəm! 
 
Səfanm xoş səsindən alqış sədası qalxdı, 
Hamı bir İnqilaba, bir də dağlara baxdı. 
 
Buludu dağ başında ağ, boz, abı görürəm. 


 
75 
Zirvələrdə dayanan İnqilabı görürəm. 
 
Görüb məharətini, görüb istedadını, 
O zirvəyə el verdi İnqilabın adını... 
 
"Laçın qaya"nın fəthi min-min könül açıbdır. 
Bir ağıllı qərarla xəyallar gül açıbdır. 
 
Zirvələrin başında gizli yaxa qalmışdı, 
Gəlib gedən nəsillər baxa-baxa qalmışdı. 
 
Sonsuzluğun sonuna ucaldaraq səsini. 
İnsanın əli açdı yaxanın düyməsini. 
 
Hansı dağı dinləsən İnqilabın səsi var. 
Çətin işlər görməyə kişinin həvəsi var. 
 
Bişirilən, qoyulan hələ çox şey tabaqda. 
Əfsanənin, nağılın ən böyüyü qabaqda. 
 
 
DAĞLARDA ŞƏHƏR 
 
Əyri-üyrü binalar necə yöndəmsizdilər, 
Geriliyin üzünə şahid duran izdilər. 
 
Təzə, köhnə evlərin nə səmti var, nə yönü. 
Nəzər salsan hansına, hamısı göz düyünü. 
 
Buradakı binalar Nuh dövründən qalmadı. 
Gəlib-gedən rəhbərin ürəyini çalmadı. 
 
Yaz gəlmişdi həyata - nə borandı, nə qışdı, 
Kənddə yaşayanların qayğısı azalmışdı. 
 
Kəndlərin hamısında elektrik işığı, 
Elləri cəlb edirdi evlərin yaraşığı. 
 
Buna bədniyyətlərin olmasa da gümanı, 
Yeni şəhər salmağın yetişmişdi zamanı. 
 
İnqilabın ən gözəl əsəri o şəhərdi, 
Desəm də, deməsəm də ünvanı Kəlbəcərdi. 


 
76 
...Bir qədər oldu azad İnqilab qəm-qəhərdən, 
Elə bil ki, sıyrılıb bir işıqlı səhərdən. 
 
Yerin sahibi kimi uzadaraq əlini 
Kəlbəcər şəhərinin o qoydu təməlini. 
 
Dedi ki, salınacaq burda yeni Kəlbəcər!.. 
O söz işlənməmişdi hələ bu vaxta qədər. 
 
Özü öz əlləriylə qoydu təməl daşını, 
Bir qədər də qaldırdı Dəlidağ öz başını. 
 
Gecə-gündüz İnqilab göründü iş başında, 
Onun ünvanı vardır hər binanın daşında. 
 
Qüdrətini insanın göylərə qaldırdı o, 
Dağların sinəsində bir şəhər saldırdı o!.. 
 
İnşaatçı paltarı geyinəndə əyninə, 
Başçı olduğunu da heç alnıadı eyninə. 
 
Qızmar günəş altında fəhlə kimi yanırdı. 
Tikinti meydanında mərdliklə dayanırdı. 
 
Mehmanxana yox idi, əvvəlcə o tikildi, 
Baş plan əsasında geniş yollar çəkildi. 
 
Dünyamızda yaranan hər gözəl nemət şirin. 
Əbədi izi qalır tikib-quran əllərin. 
 
Gəl-gəl deyir restoran, təzədi əczaxana, 
Şəhərə rövnəq olub yeni bağ, yeni bina. 
 
Şəhərin bəzəyidir rabitə, kitab evi. 
Çölü də əfsanəvi, içi də əfsanəvi. 
 
Yol üstündə bərq vuran yaraşıqlı hamamdı. 
Göstərdiyim siyahı hələ çox natamamdı. 
 
Kəlbəcərin işığı tet-tez yanıb sönürdü. 
Bəzən olur gecələr bir zülmətə dönürdü. 
 
Basarkeçərdən gəldi Kəlbəcərin işığı. 


 
77 
Tikilən təzə qüllə dağların yaraşığı. 
 
Nə qədər ötrücünü birləşdirib özündə. 
Qitələrin hamısı Kəlbəcərin gözündə. 
 
Qüllə uca, əlçatmaz dağ başında quruldu. 
Ucqardakı kəndin də daha kefi duruldu. 
 
Televizor hər evə təzə yaraşıq oldu. 
İnsanların ürəyi nur oldu, işıq oldu. 
 
Şəhərin gecəsi də necə əfsanəvidir. 
Kəlbəcərin qucağı Ayın təzə evidir. 
 
Zəlzələdən dağılıb gör nə qədər ev-eşik. 
Təbii fəlakətə kim çəkə bilər keşik?! 
 
Seysmik stansiya oldu yeni tamaşa. 
İnqilabın gücüylə çatdırıldı o başa. 
 
Kiçik partlayış olsa hansı qütbündə yerin. 
Ondan xəbəri vardır bu ucqar Kəlbəcərin. 
 
Şəhər varsa, su gərək uca, hündür evlərə. 
Еl ağzı, çuval ağzı - bir söz deyirdi hərə. 
 
Fikirləşdi, İnqilab, min yol götür-qoy etdi. 
Hörmətli bir nazirin bir gün yanına getdi. 
 
"İsti su"dan - hündürdən ancaq çəkmək olar su. 
Bu işi görmək üçün  çətinlik var doğrusu. 
 
Bir qarış yer qaz görüm, yer həm daşdı, həm uzaq. 
Diş-dırnaqla da olsa, gərək torpağı qazaq. 
 
Kəlbəcər qüvvə aldı ellərin qüvvəsindən. 
Dağ, daş lərzəyə gəldi motorların səsindən. 
 
İnqilab ön cərgədə ali komandan kimi. 
Xalq ona çox inanır, Rəbbə inanan kimi. 
 
Hündürdə su anbarı çox sürətlə tikildi. 
Az vaxtda hər mənzilə bulaq suyu çəkildi. 


 
78 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ.Nadirli raykomun şöbə müdiri S.Əkbərova Kəlbəcər şəhərinin 
tikinti planı ilə bağlı göstəriş və məsləhətlərini verir. 
1988-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ.Nadirlinin müxtəlif rəngli Kəlbəcər daşlarından 
tikdirdiyi  şahmat məktəbi. 
1985-ci il 
 
Təkcə geniş yol deyil, meydan, bağ, bağça təzə. 
Xəritəyə düşəcək səkkizinci möcüzə. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə