Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə12/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

 
52 
Buldozerlər yaylağın komasını yıxıbdır. 
Gör nə qədər örüşlər örüşlükdən çıxıbdır. 
 
İllər boyu mədənə baxılıbdır biganə. 
Varlığından sarsılan İnqilabdır yeganə. 
 
Erməni çox sayıqdı - götürərdi izini. 
Odur ki, ehtiyatla öyrəndi ərazini. 
 
Ələk-vələk elədi nə qədər xəritəni. 
Belə böyük işdə də səhv etmək olar yəni?! 
 
Təkbaşına bu işi görməyə gücü çatmaz. 
İlan vuran yatsa da, İnqilab daha yatmaz. 
 
Millətim düşə bilər bundan betər xətaya. 
Təcili çatdırmalı əziz Heydər ataya!!! 
 
 
İNAMIMIZ BÖYÜK OLUB SABAHA 
 
Bir xoşbəxlik quşu var, qonub Azərbaycana!.. 
Tikinti də, mədən də, çöl də gəlibdir cana. 
 
Hakimiyyət başına keçibdir Heydər ata. 
Bu gəliş gözəl ovqat gətiribdir həyata. 
 
Yol salıb, çığır açmaq necə çətindi, çətin. 
Dirəkləri kökündən sınıbdır ətalətin. 
 
Çox borana düşmüşdüm, qızıb bədənim, canım. 
Tikinti meydanına dönüb Azərbaycanım. 
 
Üzləşsə də nə qədər şaxta ilə, qar ilə, 
Vətən gedir sabaha iri addımlar ilə. 
 
Söz, dil pəhləvanları elə bil lal olubdur. 
Tutduğu vəzifədə hamı fəal olubdur. 
 
Qaranlıq gecələrin sabahları işıqdır. 
Yeni-yeni zəfərlər Vətənə yaraşıqdır. 
 
Rüşvətxoru, xaini qoymaz qalsın cəzasız. 


 
53 
Qanunlar şah olanda ömür keçər qəzasız. 
 
Gün kimi aydın olub bu, xalqa, camaata, 
Vəzifəyə bir şöhrət gətirdi Heydər ata. 
 
İllətimiz ağırdı illətlər arasında. 
Görünmürdü imzamız millətlər arasında. 
 
Hər il güllə, çiçəklə gələn yazı da gördük. 
İmzaların içində imzamızı da gördük. 
 
Göylərimdən silindi çox dumanlar, çox sislər. 
Köçdü Azərbaycana ən mötəbər məclislər. 
 
Qəlbini axtarışda, odda, təlaşda gördüm. 
Heydər atanı hər vaxt ucada, başda gördüm. 
 
Bunu necə gizlədim - son qoyub çox zillətə. 
Şan-şöhrət gətiribdir o, hər yerdə millətə. 
 
Mümkün olmayan işi çarpışıb mümkün edər. 
Xalqının, millətinin arzusunu çin edər. 
 
Arzusu gələcəkdə, xəyalı keçmişdədir. 
Haçan axtarsan onu hər vaxt əli işdədir. 
 
Uzaqgörənlik oldu çox əməli, çox işi. 
Zəkasının nuruyla qazandı pərəstişi. 
 
Gecə-gündüz çalışdı böyük əməllər üstdə. 
Fabrik, zavodlar tikdi möhkəm təməllər üstdə. 
 
Hər işində inadkar, hər sözündə qətidir. 
Canımızı qızdıran onun hərarətidir. 
 
Millətə məhəbbəti ürəyində, qanında. 
Şəhərin də, kəndin də qayğıları canında. 
 
Kimi qəbul eyləsə söz-söhbəti dərindi. 
İndi də danışmağa növbə Kəlbəcərindi. 
 
İnqilabı görəntək gözləri gülümsədi. 
Bir az danışan kimi bildi ki, mətləb nədi... 


 
54 
Bir yer ola bilməzdi boş vədə, boş yalana. 
Gün-güzəran qayğısı çəkildi ön plana. 
 
Yeni-yeni arzular, bənzərsiz islahatlar... 
Heydər ata da çıxdı İnqilaba tərəfdar. 
 
Söyüdlü mədənindən elə ki, düşdü söhbət, 
Birdən Heydər atanı dəhşət bürüdü, dəhşət!.. 
 
Sevinci уоха çıxdı dodağının, gözünün. 
Başqa şəkilə düşdü cizgiləri üzünün. 
 
Neçə dəfə bu sözlər təkrarlandı dilində: 
"Azərbaycan qızılı erməninin əlində! 
 
Budur gizli yolları vətənə xəyanətin. 
Üstü indiyə kimi örtülüb cinayətin! 
 
Zənn edirəm burada kimlərinsə var əli!.. 
Çox götür-qoy elədim, belədir, bəli, bəli!.." 
 
Bu nəqşənin əsası çoxdan qoyulub, şəksiz. 
Bu böyüklükdə işi etmək olmaz köməksiz... 
 
İyirmi ildən çoxdur qonşumuz qərəzində. 
Etiraz da olmayıb bu illərin ərzində. 
 
Oldu necə pərişan, qaldı necə nigaran. 
Rəhbəri məhz bu idi hövsələdən çıxaran. 
 
"Vətən oğlu" söyləyir belələri adına. 
Bir dəfə də Vətəni gətirməyir yadına! 
 
Heç xəyala gəlməyən qəribə hallar oldu. 
Bu barədə nə qədər sorğu-suallar oldu. 
 
Heydər ata özü də bu işə qalmışdı mat: 
- Bu barədə bir kəsə vermisizmi məlumat?! 
 
- Baş nazirlə bir dəfə olubdur söhbətimiz... 
- Yoldaş Nadirov! - dedi, azacıq səbr edin siz!.. 
 
Qaldıraraq dəstəyi baş nazirlə danışdı. 


 
55 
Aldığı cavablardan hirsi həddini aşdı. 
 
Heç demə bu barədə nə fikir, nə qərar var. 
Biganədir bu boyda "siqnalı" unudanlar. 
 
Axı hökumət özü bu işlərə cavabdeh. 
Tədbir görmədiyindən sədr olundu tənbeh!.. 
 
Ötəri göz gəzdirdi divardakı saata. 
Təcili yığışmağa tapşırıq verdi Ata!.. 
 
Divarda xəritənin o, sezərək birini: 
- Mənə göstərin – dedi, o mədənin yerini. 
 
Xəritədə nöqtə də İnqilaba tanışdı. 
Xəritə üzərində əhatəli danışdı... 
 
Heydər ata düşündü söz düşəndə zavoddan. 
"Oqonyok"dakı xəbər heç zaman çıxmaz yaddan!.. 
 
Mədənlərə dəmir yol çəkdirirdi erməni. 
O vaxtlar bu dərindən düşündürürdü məni. 
 
Erməninin nəyinə gərək o dəmir yolu. 
Sərvətimi çəkəcək, demə, onun bir qolu. 
 
"O yolların sirrini mən indi düşdüm başa". 
Xəyanət törədirmiş, demə, "qardaş qardaşa"! 
 
...Bircə səs çıxmayırdı xalqın "rəhbərlərindən". 
Axı günahları var - dərk eləsək dərindən. 
 
Özümüzü nə qədər aldadırıq hələ biz. 
Nəzarətsiz qalıbdır, demək, sərhədlərimiz. 
 
Yarıtmaz insanların arxasınca deyindi. 
Düşünülmüş, ağıllı tədbir gərəkdi indi. 
 
Torpağına məhəbbət qaynayırdı qanında. 
Axıradək oturtdu İnqilabı yanında. 
 
Adi deyil, bu söhbət gedir milli sərvətdən. 
Erməni qonşumuzun etdiyi xəyanətdən. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə