Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

 
69 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ.Nadirlinin şair Seyidəli (sağda) və usta Fərmanla (solda) birlikdə. 
Usta Fərmanın daşdan yonduğu at fiquru hazırda Şirvanşahlar 
sarayında saxlanılır. 
1987-ci il 
 
 
Elə danışır heç kəs elə danışa bilməz. 
Bu vəhyin sahibiylə kimsə yarışa bilməz. 
 
Onun kimi bilən yox qədim ədəbiyyatı, 
Sözlərilə açılır ərş ilə kürşün qatı. 
 
Möcüzə zənn edərsən sazdan, tardan danışsa, 
Səni heyrət bürüyər Yoxdan, Vardan danışsa. 
 
Dediklərim qoy sizə gəlməsin yalan kimi, 


 
70 
Sazı götürüb çalıb əlinə alan kimi. 
 
Görəsən, təbiətin nədir qəsdi, inadı, 
Niyə şikəst yaradıb böyük bir istedadı? 
 
Ürəyində sönməyən məhəbbəti var onun. 
Həyatın nəşəsi yox, - dərd onun, qubar onun... 
 
Bir kəlmənin sehriylə çıxan Ayı "ləngidir", 
Yazdığı sevgi şeiri məhəbbət çələngidir. 
 
Sevdiyi qız da onun Leylası olmaq istər. 
Dünyası dağılmışın dünyası olmaq istər. 
 
Qızda sönməz məhəbbət, ağıl, cəsarət, inam, 
"Əli üçün doğubdur, - söyləyir, - məni anam". 
 
Fəqət ata-ananın "yox" sözü bir ox oldu. 
Əli yaman sarsıldı, dərdi daha çox oldu. 
 
Əli əlil olsa da, qız ona vurulubdur. 
Aylar, günlər ötdükcə arzusu durulubdur. 
 
Onun adı gələndə şanım, şöhrətim deyir. 
Mənim taleyim deyir, ilkin qismətim deyir!.. 
 
Bəli, çətin işlərdə İnqilab təkdi, birdi, 
Bu köməksiz insana bir mənzil də tikdirdi. 
 
Yaraşıqlı otaqda çaldı telefon zəngi. 
Elə bil ki, dəyişdi yerin, göyün ahəngi... 
 
İnsan elə xilqət ki, min vəzifə daşıyır. 
Xeyirxahlıq ölməyir, xeyirxahlıq yaşayır. 
 
Şeir-söz məclisinə kaman gəldi, tar gəldi, 
Bakıdan, Kəlbəcərə neçə sənətkar gəldi. 
 
Şair Bəxtiyar ilə çox məclislər quruldu. 
Qəlblər necə açıldı, keflər necə duruldu. 
 
Nə fikrə gəldiyini tuturam öz sözündən. 
Əli yaxşı tanıyır Bəxtiyarı özündən. 


 
71 
Kəlbəcər torpağında istedad üzə çıxdı. 
Təptəzə məclislərdə söz-söhbət "dizə" çıxdı. 
 
Gedən elçilər yaman qəm-qüssəyə batdılar. 
Yenə də qız evindən əliboş qayıtdılar. 
 
Əlini bu qəhərdən necə qurtarmaq olar? 
Ürək didən bu həsrət ona böyük dağ olar. 
 
Qız təmiz sevgisində həm dönməz, həm qətidir, 
Onu götürüb qaçmaq!.. bu da el adətidir!.. 
 
Məhəbbət bir qaladır, onu sarsıtmaq çətin. 
Aqillər güvənibdir gücünə məhəbbətin. 
 
Bu xeyir-duanı da İnqilab özü verdi, 
Deyilənlər çin olsa, Seyidəlinin nə dərdi?! 
 
Kədərin ömrü gödək, qara qanlar durulur, 
Az sonra Kəlbəcərdə toy məclisi qurulur. 
 
Ürəyimdə qalmasın, deyim, söz sözü çəkdi
Bu toyun çox xərcini İnqilab özü çəkdi. 
 
Azərbaycan toyları göz önündə aynadı, 
Mübarək toylarında bəylə gəlin oynadı. 
 
İstedada məhəbbət, istedada ehtiram, - 
Bu sevgi qandan gəlir, mən buna inanıram. 
 
Sevincdən elə bil ki, göydə uçan quşdular
Sevənlər, sevilənlər arzuya çatmışdılar. 
 
Günlər necə mənalı, hərarətli keçirdi, 
Çox sevdalı keçirdi, çox ləzzətli keçirdi. 
 
Əhdinə, ilqarına doğru çıxdı o cavan. 
Atasının qırxında Seyidəli verdi can... 
 
Bu həyatın hökmünə nə gileylən, nə darın, 
Ömrü uzun olmayır böyük istedadların. 
 
 


 
72 
Sözlər dedi son dəfə, qəlbləri dəlib keçdi. 
Seyidəli nağıltək dünyadan gəlib keçdi!.. 
 
 
"LAÇIN QAYA"NIN FƏTHİ 
 
"Laçın qaya" adında əzəmətli dağ vardı. 
Ünvanına hərə bir ad deyər, söz qoşardı. 
 
Laçınlar yuvasıydı sıldırımlı qucağı, 
Min illərdi fəth edən olmamışdı bu dağı. 
 
"Laçın qaya" sehirli əfsanəyə dönmüşdü, 
Ona əl uzadanın arzuları sönmüşdü. 
 
O qayanın kim bilir arxasmda nələr var!.. 
Dildə, ağızda gəzən gözəl əfsanələr var. 
 
İnsan əfsanələrdən necə qurtarsın yaxa, 
Əlləri qoynundaca qalmışdı baxa-baxa!.. 
 
Oraya əl uzatmaq çox müşkül, çətin işdi, 
İnqilabın qərarı fikirləri dəyişdi. 
 
Üfüqlər görməmişdi o açılan dan kimi. 
İnqilab qabaqdaydı ali komandan kimi. 
 
Vahiməyə düşmüşdü əfsanəvi qayalar. 
Bu hünəri gərəkdir yer üzünə yayalar. 
 
Polad dişli maşınlar doğradıqca daşını. 
Uca zirvələr belə əyirdi öz başını. 
 
Çağırış sədasıyla yer də, göy də dolurdu, 
Qıy vuran qartal səsi eşidilməz olurdu. 
 
Motorların nərəsi titrətdikcə dağları, 
Sanki yerə çökürdü asimanın tağları. 
 
Dağların nə hikkəsi, inadı var, sönürdü, 
Polad kimi qayalar hamar yola dönürdü. 
 
Ölkənin hər yerindən xoş bir soraq gəlirdi, 


 
73 
Köhnə qonaq getməmiş təzə qonaq gəlirdi. 
Bilmirdi ki, nə desin qəlbinin təlaşından, 
Qonaq vardı gəlirdi dünyanın o başından. 
 
Eşitməyən az olar Almalığın adını, 
O çatdırmışdı boya Güləndamtək qadını. 
 
Ələsgər vəsf eyləyən gözəl hələ sağ idi. 
"Laçın qaya"nın sirri ona da bir dağ idi. 
 
Sanki kədər silindi Almalığın üzündən, 
Sevinc yaşları axdı Güləndamın gözündən. 
 
Onu da apardılar yeni çəmənliklərə, 
Qürurla göz gəzdirdi qayalara, diklərə. 
 
Vəhşi, dəmir qayalar hünərlə çapılmışdı. 
Yeni torpaqlar deyil, xəzinə tapılmışdı. 
 
Bütün el, oba bildi İnqilab kara çatdı, 
Almalığın o vaxtdan varı, dövləti artdı. 
 
"Laçın qaya"nın sirri deməyin tilsim oldu, 
Çox inad göstərsə də, könüllü təslim oldu. 
 
Zəngin dəfinə varmış qayanın arxasında 
Ellər toy-bayram etdi qayanın yaxasında. 
 
İnsan dırnağı ilə daşı, qayanı dələr. 
Şərəfinə insanın qaldırıldı badələr. 
 
Bu qüdrəti, bu gücü min yerə yozan oldu. 
Qayanın başındaca şeirlər yazan oldu. 
 
Xanəndə Səfanın da ürəyi atlanmışdı. 
Dağın qartalı kimi göyə qanadlanmışdı. 
 
Vəcdə gələn qayalar çəkmirdi nəfəsini. 
Səfa dağın başında qaldıranda səsini: 
Dağam, çənsiz qalmışam. 
Quşam, dənsiz qalmışam. 
Yaman sənsiz qalmışam, 
Yolunu gözləyirəm! 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə