Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

 
61 
Bu dərd elə ağır ki, el dərdinə qatıldı. 
 
Əyilməyən dağlar da əydi məğrur başını. 
Sabir adlı bir gəncin yoldan çıxıb maşını. 
 
Kəlbəcərdə ən yaxşı adamlardan biriydi. 
Aqronomdu, özü də sovxozun rəhbəriydi. 
 
Söz götürməyi sevməz, həvəslə çalışırdı. 
Yaxşı başçı olmağa təzəcə alışırdı. 
 
Kəndinin hər dərdindən, hər sərindən halıydı. 
Cavan oğlan olsa da, kəndin ağsaqqalıydı. 
 
Hamı bilirdi Sabir hər əməldə pak olub
Qəfil qəzaya düşüb, bir anda həlak olub. 
 
Bu xəbəri Keşdəyə necə çatdırmaq olar?! 
Qəza elə ağır ki, eşidənə dağ olar... 
 
Göylər yerə enməzmi anasının ünündən. 
Heç iki ay keçməyib Sabirin toy günündən. 
 
Tökülən göz yaşını heç vaxt qurutmaq olmaz. 
Ata-ana dərdini sözlə ovutmaq olmaz. 
 
Vaxtsız gələn Əzrayıl qılıncını endirdi. 
Vədəsiz əsən külək bir ocağı söndürdü. 
 
Gəlincə bu Əzrayıl sınaydı ayaqları. 
Axı elə arxadı bu oğlan uşaqları. 
 
Bu dərdə necə dözsün bəy oğlanın anası. 
Gəlinin getməyibdir əllərinin xınası. 
 
Bu xəbəri Arzuya necə çatdırmaq olar?! 
Təzə bir gəlin üçün bundan böyük dağ olar? 
 
Qara bulud tutmuşdu asimanın üzünü. 
Faciəli xəbərdən kənd itirdi özünü. 
 
Deyirlər ki, uzaqda zirvələr silkələndi. 
Qayalar qəlpələnib dərələrə ələndi. 


 
62 
Bircə anın içində evindən çıxdı hamı. 
Qanlı Quzey yolları tutmurdu izdihamı. 
 
Tutulmuşdu qulaqlar bir ana fəryadından. 
Tale qisas alırmı o zavallı qadından?! 
 
Qızıl qanın içində gətirdilər meyidi. 
Axı bu təzə bəyin günahları nə idi?! 
 
Hamının qəlbi ağlar, hamının qəlbi dolu. 
Bir ağızdan dedilər: müqəssir Quzey yolu!.. 
 
Bu çoxdan məlum idi; belə kənd yolu olmaz. 
Olsa da, elə yolun şöhrəti ulu olmaz. 
 
Yoldan kim keçsə deyib: belə olmaz, ayıbdır. 
Kənd yolunu düşünən oğul tapılmayıbdır. 
 
Bu, doğrudur, həyatda xətasız bir qul olmaz. 
Ağsaqqalar çox deyib, bu Quzeydən yol olmaz. 
 
Başqa çarə yox, yenə fələk görüb işini. 
Əldən verməz fürsəti, dəyişməz gərdişini. 
 
Bu yaraya sağalmaz, ağır yara dedilər. 
Arzu kimi gəlinə baxtı qara dedilər. 
 
Quş kimi uçdu əldən arxa-dayağı onun. 
Dedilər ki, düşməyib bəlkə ayağı onun. 
 
Bu söz həqiqət deyil, adicə bir qeybətdi. 
Nakam qalan, puç olan yenə də məhəbbətdi. 
 
Sevmək də, sevilmək də qəlbin ehtiyacıdır. 
Kamsız qalan sevgisə bədbəxtliyin tacıdır... 
 
Gəlinin qəlbi dərddən az qalırdı dayana. 
Hansı ağır zülm olar daha bundan oyana. 
 
Arzunun bəd taleyi hər yerdə səsə düşdü. 
Göydə azad göyərçin gəlib qəfəsə düşdü. 
 
Gücü çatırdı ancaq Arzunun göz yaşına. 


 
63 
Belə qəza gəlməsin bir gəlinin başına... 
 
Qurumadı göz yaşı, çağlayan selə döndü. 
Sabirsiz yaşamağın hər günü ilə döndü. 
 
Dünyada bir cavan da kaş görməyə bu dərdi. 
Nakam keçən bir ömür ölümə bərabərdi. 
 
Ata-ana yurdundan bir az da aralıydı. 
Sabirə könül verən bir Gəncə maralıydı. 
 
Arzunun ki, taleyi belə qara gəlmişdi. 
...Keçən müddət ərzində bir qərara gəlmişdi. 
 
Onun yerində olan onu anlayar ancaq. 
Qaynananın yanına gəldi kövrək, utancaq: 
 
-
 
Nəzərindən düşmüşəm, mən nə deyim allaha?! 
Burda gəlin qalmağa bir haqqım yoxdur daha!.. 
 
Arzunun bu qərarı gözlənilməz, sərt, acı. 
Çarəsi yox gəlinin, buna qalıb əlacı. 
 
Sanki ildırım çaxdı qaynananın başında. 
Dünya yana bilərdi gözlərinin yaşında. 
 
Bir yerə baxdı ana, bir göyə baxdı ana... 
Deməyə sözü yoxdu göydən gələn fərmana. 
 
Ana nəvazişiylə qucaqladı gəlini. 
Sol çiyninin üstünə uzatdı sağ əlini: 
 
- Çox darısqal görünür bu göy mənə, yer mənə... 
Mənim gözəl gəlinim, azca möhlət ver mənə!.. 
 
Oğlumu itirsəm də, itirmərəm arımı. 
Bax, bax elə indicə söylərəm qərarımı. 
 
Bu andaca titrədi ananın ayaqları. 
Bir dikdirdə uzandı üzü qibləyə sarı!.. 
 
"Oğlum, Sabirim" - deyib, ana qəlbi inlədi. 
Yanıqlı naləsini bütün yer, göy dinlədi. 


 
64 
Bir az geci, tezi var: dünya qəm qucağıdır. 
Həyatın insanlara bu da bir cür dağıdır... 
 
Ölümü əlindəydi... ana yumdu gözünü. 
Başqa bir söz demədi, söyləmişdi sözünü. 
 
Daha gecdi, bu dərdin bir çarəsi tapılmaz. 
Ana endi atından, o at bir də çapılmaz. 
 
Yer də, göy də əydi baş Zəhra kimi qadına. 
Müqəddəs heykəl oldu anaların adına. 
 
Ananın bu mərdliyi, söz-söhbəti uzandı. 
Nakam ömür sürsə də, əbədiyyət qazandı. 
 
Kəlbəcər torpağından elə bir ana çıxdı. 
Bir gün Günəş sönərsə, kainata işıqdı. 
 
Deyirəm qarış-qarış gəzək bütün dünyanı. 
Elə analar hanı?! Elə analar hanı?! 
 
Elə ana ölmədi, hər ürəkdə dirildi. 
Kəlbəcər torpağında əfsanəyə çevrildi. 
 
Kənd ağır dərd içində ,- yenə açdı sabahı. 
Bu alın yazısını kim yazıbdır, kim axı?! 
 
Yerə, göyə sığarmı  bu dərdlərin yığını – 
Xaliq yaşatmayırsa əgər yaratdığını? 
 
...Göstərdiyim yaralar çox ağırdı, çox dərin. 
İldırımdan yüyrəkdir ayağı bəd xəbərin. 
 
Bu xəbərlər çatanda İnqilab müəllimə. 
Uşaq kimi kövrəldi, qəlbi büründü qəmə. 
 
Ailənin dərdinə təsəlli olsun deyə. 
Yubanmadan həmin gün tez yollandı Keşdəyə. 
 
Elin faciəsiydi, buna dözə bilməzdi. 
Gedib güneyə baxdı, gəlib Quzeyi gəzdi. 
 
Quzey Quzey deyildi, fəlakət ocağıydı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə