Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   15   16   17   18   19   20   21   22   ...   28

 
84 
Möcüzəsi tükənməz, bitməz qoca dünyanın. 
Ölümü də möcüzə, əziz Çiçək ananın 
 
Qəbristana yol alıb gedir insan karvanı, 
Qəhərdən İnqilabın iflic olub bir yanı. 
 
Körpəlikdən görmüşdü gör nə qədər çətini. 
Göz önünə gətirdi ananın zəhmətini. 
 
Toxuduğu bir palaz kömək, həyan olmuşdu. 
Anasının ölümü ona əyan olmuşdu. 
 
Yuxusunda eşidib anasının səsini. 
Ancaq başa düşməmiş tək bircə kəlməsini. 
 
İnqilabın qəlbində bu niskilli dağ idi. 
Bu da bir tale idi, bu da olacaq idi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ.Nadirli anası Çiçək xanım və qardaşı Həmzə müəllimlə birlikdə. 
Gəncə şəhəri 1978-ci il 
 
Ona can, nəfəs verən ananı tərk edirdi. 
Oğul bunları duyur, dərindən dərk edirdi. 
 
Ana köçür dünyadan, bu da etibarmıdır... 


 
85 
"Köçü" geri qaytaran bircə qüvvə varmıdır?! 
 
Təbiblər qaldı aciz, çatmışdı köç zamanı, 
Övladların fəryadı tutmuşdu asimanı. 
 
Əvvəl oğul götürdü cənazəni çiyninə. 
Qapqara qəm libası geyinmişdi əyninə. 
 
Geniş dünya gözündə kiçilmişdi, dar idi. 
Ananın sağlığında necə bəxtiyar idi. 
 
Məngənə arasında sanki sıxırlar onu. 
Əzabkeş bir anaya verirdi son borcunu. 
 
Göylərin qübbəsində günəş oynadırdı at. 
Qəm-qüssəyə batmışdı sanki bütün kainat. 
 
Qəbristana gedənin azalsa da taqəti, 
Getdikcə çoxalırdı günəşin hərarəti. 
 
Üfüqdən baş qaldırdı bir zolaq qara bulud
Görən, bu sürət ilə üz tutub hara bulud?! 
 
Qəbrə gedən yollara yağışını çilədi, 
Çiçək ananın üstə bir aydınlıq ələdi!.. 
 
Qəlbində bir qəhərlə pıçıldayırdı hamı: 
"Budur Çiçək anaya göylərin ehtiramı!". 
 
Çiçək ananın dəfni gurlayan bir səs oldu. 
Ellərin nəzərində ana müqəddəs oldu!.. 
 
Oğul duruş gətirdi qəfil dəyən zərbəyə. 
Ana uyuyan torpaq çevrildi bir türbəyə. 
 
 
"SÜMÜKLÜ DƏRƏ" FACİƏSİ 
 
Yurdumun hər guşəsi ölüm izi, qan izi. 
Öyrənə bilməmişik hələ tariximizi... 
 
Tarixi bilməyənin yaddaşı da olmayır. 
Yaddaşı olmayanın öz başı da olmayır. 


 
86 
Ulu, qədim tarixim min yerə yozulurdu. 
Xəritədən varlığım gizlicə pozulurdu. 
 
Min doqquz yüz beşinci ildə qış gəldi qara. 
Min-min soydaşım o vaxt düşdü borana, qara. 
 
O qış adi qış deyil, çox amansız bir qışdı. 
Qəvi düşmən qətlimə yaxşı hazırlaşmışdı. 
 
Faciəni törədən - erməni daşnakları. 
Əllərindən alındı Haqlıların haqları. 
 
Bağladılar hər yerdən bərələri, bəndləri. 
Ölümlə pəncələşdi Basarkeçər kəndləri. 
 
Tiflis də, Naxçıvan da  təcavüzün qurbanı. 
Bu od-alov bürüdü Şuşanı, Lənkəranı... 
 
Göyçənin kənd-kəsəyi qalıb sanki adada. 
"Böyük" rus çarının da əli var bu qadada. 
 
Dağ da, düz də inlədi fəryad, aman içində. 
Kəndlər görünməz oldu tüstü-duman içində. 
 
Demirəm ki, o zaman dağların daşı yandı. 
Bircə onu bilirəm qəlbimin başı yandı. 
 
Soyqırımın başında mayor Aramdı, Aram. 
Deyir ki, yurdunuzu  beləcə dağıdaram. 
 
Üzbəüz gələn uşaq gülləsinə tuş olur. 
Erməninin əlindən məgər qurtuluş olur?! 
 
Gah sola, gah da sağa Aram çapır atını. 
Çox heyif ki, vaxtında tanımadıq zatını. 
 
Kinini, qəzəbini nə cür çinləyək, sayaq? 
İstəyir ki, dünyada birimiz sağ qalmayaqü 
 


 
87 
Nə qədər bu xülya var erməninin başında. 
Bil hələ çox qovğalar dayanıbdır qarşında. 
 
Qaçmağa gücü çatan dağlara üz qoymuşdu. 
Uşağı da qırmağa erməni söz qoymuşdu. 
 
Tufan ki, elə qopdu geyinən yoxdu qalın. 
Kimisi alt paltarda, kimisi ayaqyalın. 
 
Qolundan yapışan yox, qayaya dəy, daşa dəy! 
Belə yerdə deyiblər: ara xəlvət, tülükü bəy... 
 
Əli haradan çatsın - Azərabycan uzaqda. 
Qaçdı dağlara sarı qoca, cavan, uşaq da!.. 
 
Bala anadan ayrı, ana baladan ayrı. 
Düşmək müşkül olubdur dərddən, bəladan ayrı. 
 
Dağlar göz yaşlarından bir şəlalə düzəldib. 
Soydaşlarım nə bilsin düşmən tələ düzəldib. 
 
Göz görməyib qabaqda qar var, buz var, dolu var. 
Kəlbəcərə buradan yeganə dağ yolu var. 
 
O yolu ki, deyirəm beş ay keçilməz olur. 
O yolun qar qalağı hər vaxt kiçilməz olur. 
 
Qaçhaqaç zamanıdır, mal-dövlət yaddan çıxıb. 
Təsəlli tapan da var: kənddəki oddan çıxıb!.. 
 
Silahlana bilsəydi kişilər öz vaxtında. 
Qoymaz idi sağ qalsın ermənini taxtında. 
 
Müsəlmanın əlində olsaydı quş tüfəngi, 
Ermənilər bəlkə də başlamazdı bu cəngi!.. 
 
Özümüzə həyatda laqeyd, biganə dedik. 


 
88 
Düşdüyümüz bəlaya min yol yeganə dedik. 
 
Süfrəmincə başında əyləşdirdim düşməni. 
Bilmədim gülləsinə hədəf seçəcək məni. 
 
Daha iş işdən keçib, Kəlbəcərsə çox uzaq. 
Arxada da, öndə də dayanıbdır yalquzaq. 
 
Qarlı-buzlu yollarda donub qaldı neçəsi. 
Yol - deyil gediləsi, dağ - deyil keçiləsi. 
 
Zirvələr göy qatında, uçurum vahiməli!.. 
Bir balaca büdrəsən çatmaz kimsənin əli.. 
 
Qarla doldurar müdam bu dərə "dar cibini". 
Ha boylansan görməzsə uçurumun dibini. 
 
Bütün fəsillər qışa verib ixtiyarını. 
Yay əridə bilməyib dərələrin qarını. 
 
Ermənilər qəfildən qabağı da kəsdilər. 
Necə deyim, qaçqınlar qaçmağa tələsdilər. 
 
Görünür, qabaqcadan düşünüblər bu fəndi. 
Çıxış yolunu göstər - qabaq, arxa düşməndi!.. 
 
Aramın hər əmrindən əks-səda verir dağ: 
Elə atın dərəyə biri də qalmasın sağ!.. 
 
Böyük, kiçik nə varsa bir-birinə qatıldı. 
Hamısı diri-diri dar dərəyə atıldı. 
 
Bu, tarixi həqiqət! Nə heyrət et, nə qal mat. 
Dərənin dibinə də çatmadılar salamat. 
 
Nə məzar gördü onlar, nə kəfən gördü onlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə