Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   20   21   22   23   24   25   26   27   28

 
114 
"Sarsılmaz" zənn edilən özülündən çürüdü. 
Müstəqillik sədası hər diyarı bürüdü. 
 
Çətin doğulsa da o, çoxdan ana bətnində. 
İki əsrdən artıq biz onun həsrətində. 
 
İnsanların azadlıq arzuları müqəddəs. 
Mövqeyini bilməyən insana nə deyək bəs?! 
 
Nə zaman ki, millətin qan axır yarasından, 
Loğman da o vaxt çıxır ellərin arasından. 
 
Düşdü bir iddiaya dəllək də, şor satan da... 
Çoxdan oyağam - dedi ayaq altda yatan da. 
 
Çox keçmədi rüzgarın hər qılığı dəyişdi, 
İnsanın insanlara yaxınlığı dəyişdi. 
 
Azadlıq meydanları Xəzər kimi çağladı, 
Ümidini millətim hər yetənə bağladı. 
 
Əsl millət oğlunu tanımaq müşkül oldu, 
Çox müqəddəs arzular yanıb-yanıb kül oldu. 
 
Azadlığın bu yolu necə çətindi, çətin. 
Əsl atası yoxdu bu əzabkeş millətin. 
 
Heydər ata uzaqdan baxıb qəhərlənirdi. 
Ürəyini əzirdi yazıq millətin dərdi. 
 
Qorbaçov deyirdi ki, mənəm böyüyün, ağan!.. 
Yətəninə dönmək də edilmişdi qadağan... 
 
İstəmirdi Heydəri tez qurtara çətindən. 
Tülkü kimi qorxurdu onun əzəmətindən. 
 


 
115 
Müttəhim kürsüsündən qurtarsa da canını, 
İlk dəfə Heydər ata tanıtdırdı canini!.. 
 
Atanın sözlərindən millət də ayılırdı. 
Ata, qorbaçovlara təhlükə sayılırdı. 
 
Başı olmayan kəslər keçmişdi iş başına, 
Qan yağırdı yurdumun torpağına, daşına. 
 
Çox iş bilən qovulub bir kənara atıldı. 
Talandı var-yoxumuz, torpağımız satıldı. 
 
Çaldı hərə bir zurna, oxundu neçə şərqi. 
Bilinmədi bazarda şorla pendirin fərqi. 
 
Zillətdən cana doyan düşdü yeni zillətə. 
Nə təpiklər dəydisə, dəydi yazıq millətə. 
 
Çiçəkləri açmırdı aranın da, dağın da.. 
Atasız qalan millət atanın sorağında!.. 
 
 
YENƏ XALQIN XİDMƏTİNDƏ 
 
İnqilabın gücünü görüb-duydu el-elat. 
Zəkasının önündə alimlər qaldılar mat. 
 
Ağrılar qövr etsə də sağalmaz yarasında, 
Yenidən oldu Millət Vəkili sırasında. 
 
Hələ gənclik çağından seçib yolun düzünü
Ən uca kürsülərdən deyib xalqın sözünü. 
 
Bivec buyruq qulları turp əksə də başında, 
Heç demə yaşayırmış millətin yaddaşında. 
 
Öz gözüylə gördü o, xalqın iradəsini, 


 
116 
Xalq səkkiz namizəddən ona verdi səsini... 
 
Bu ən böyük ehtiram, ən böyük etimaddı. 
Halal olsun bu xalqa - yaşadanı yaşatdı!.. 
 
Məclisdəki çox sözü şöhrət, şərəf gətirdi. 
Qəlbi həmişə onu xalqa tərəf gətirdi. 
 
Qanlı Yanvar günləri çəkdi elə bir haray, 
Kəlməsindən, sözündən lərzəyə gəldi saray. 
 
Təlatümlü nitqindən tufan qopdu məclisdə. 
Qan içən cəlladlara qəzəb vardı o səsdə. 
 
Vətənin haqq sədası tutdu şəhəri, kəndi. 
İmperiya özü də o səsdən silkələndi. 
 
Haqqa tərəfdarıq biz, haqqa inanmışıq biz. 
Bu əzablı yollarda min yol sınanmışıq biz. 
 
Taleyimiz həmişə göylərin nəzərində. 
Xeyir qələbə çaldı böhtan, şər üzərində. 
 
İdrakının gücüylə enib yerin təkinə
Dözüb ağır işlərin çətininə, bərkinə. 
 
Dayanıbdır çox böyük bir rayonun başında, 
Gah qazın, gah nöyütün, gah "göl"ün təlaşında. 
 
Hər vaxt xalqın içində - xalqsız yaşaya bilməz. 
Bu qədər ağır yükü xalqsız daşıya bilməz. 
 
Əvvəlkindən betərdi, dönüb alova, oda, 
Bu gün mədənə gedir, sabah isə zavoda. 
 
Yeni məna tapıldı onun etirazında!.. 


 
117 
Hasilatı çoxaldı nöyütün də, qazın da... 
 
Ən adicə görünən işin mənası dərin, 
Növbəsini düzəltdi görüləcək işlərin. 
 
"Böyük şor" deyilən göl dönmüşdü fəlakətə. 
Kükrəyəndə Bakını gətirirdi dəhşətə. 
 
Neçə dəfə boynundan atıbdır kəməndini, 
Neçə yerdən uçurub, dağıdıbdır bəndini. 
 
Havayı, boş yerlərə milyard pullar axırdı. 
Hamı əli qoynunda yazıq-yazıq baxırdı. 
 
Su altında qalmışdı elin sonsuz sərvəti. 
Biri kişi sözünü deyə bilmirdi qəti. 
 
Nöyüt ilə dolmuşdu "Böyük şor"un qucağı. 
Еl onu çağırırdı - "fəlakətlər ocağı". 
 
Törədilən ziyanı hesablamaq çətindi. 
Bu ziyan məmləkətin, bu ziyan dövlətindi. 
 
"Böyük şor" böyük bəla, saymırdı oğulları. 
Törətdiyi vahimə bürümüşdü yolları. 
 
Nə yoxsa da, ellərin şikayəti çox idi. 
Qəsəbənin kənd ilə əlaqəsi yox idi. 
 
Bənd-bərəni kəsməkçün neçəsi daş sındırıb. 
Çox mötəbər adamlar iş görüb, baş sındırıb. 
 
Yuxarıdan gəlibdir hələ neçə yol bilən, 
Ancaq tapılmayıbdır elin dərdini bölən. 
 
Bəli, söylədiklərim necə də ağır, acı. 


 
118 
Alimlər də deyib ki, yoxdur bunun əlacı. 
 
Ürəklərdə bu bəla ən ağrılı iz idi. 
Qəsəbəyə bir yol var, o da keçilməz idi. 
 
Su azalmaq bilmirdi, qalxırdı yavaş-yavaş
Sabahkı gün kim bilir, nələr verəcəkdi baş!.. 
 
Bəlkə coşan bu sular gəlib evlərə çatdı?! 
Uşaq da narahatdı, qoca da narahatdı... 
 
Çoxlarının gözündə bu keçilməz dağ idi, 
Ancaq İnqilab ona əlac tapacaq idi!.. 
 
 
TƏSLİM OLDU "BÖYÜK ŞOR" 
 
Elə bil tükənmişdi elmin, millətin gücü. 
Sıyrılıb qılınc kimi çıxdı qeyrətin gücü. 
 
Sığmasa da idraka, gəlməsə də ağıla, 
İnqilabın gəlişi döndü gerçək nağıla. 
 
Mən demirəm səsindən yerlər, göylər çapıldı. 
Yeganə çarə vardı, bax o, çarə tapıldı. 
 
Alimin də ağlına gəlməyən əcaib iş! 
Heç demə artan sular qrunt sular deyilmiş. 
 
Gözəl məsləhət aldı, oxudu çoxlu kitab. 
Zəkasının gücüylə kəşflər etdi İnqilab. 
 
Bu arzu, məqsəd, məram nə mənalı, nə uca, 
İnqilabın səsinə səs verdi cavan, qoca. 
 
Gölün diz çökməsinə inanmayan da vardı, 
Eləsinin əzəldən ağlı, zəkası dardı, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə