Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

 
79 
Gözəl işin dünyada unudulmaz dadı var. 
Hər binanın üstündə İnqilabın adı var. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İnqilab Nadirli yeni Kəlbəcər şəhərinin ilk tikintilərini seyr edir. 
1987-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ.Nadirlinin 1600-dək müxtəlif rəng çalarlarına malik təbii daşdan tikdirdiyi 
məşhur Kəlbəcər muzeyinin arxa planda görünüşü. 
1984-cü il 


 
80 
Bədənə qəsd edilməz, axı bədən, can şirin. 
Aparılan inşaat şirin yuxudan şirin. 
 
Təzə, hündür binayla dağın sinəsi dolub. 
Şəhərin açılışı şanlı bir tarix olub. 
 
Əzəmətlə ucalır göyün üzünə onlar. 
Eşidəndə, biləndə qibtə edir rayonlar. 
 
Arandan yaylaqlara maşın-maşın gəlir daş, 
Çoxmərtəbə binalar ucalır yavaş-yavaş! 
 
Mərtəbələr qalxdıqca, o da ucaldı, qalxdı, 
İnqilab bu cəlala min bir sevinclə baxdı. 
 
Binalara baxmırdı çöllərdəki daş kimi, 
Parlayırdı saraylar üzükdəki qaş kimi. 
 
Haqqı olan adamlar köçürdü ilk mənzilə, 
İnqilab bu qaydanı qoymuşdu bilə-bilə. 
 
Məclislərdə əzəldən yeri var adamların, 
Yeri hər vaxt başdadır fədakar adamların. 
 
Təzə evlər baxdıqca dağların sinəsindən, 
Qəlbi vəcda gəlirdi qartalların səsindən. 
 
Təkcə insan deyil, yox, yer də, göy də mat idi. 
Bu dağlar diyarında başqa bir büsat idi. 
 
Qartal gözlərində də dəyişmişdi yer, səma. 
Şair olmayanlar da burda gələr ilhama. 
 
Bütün bulanıq sular durulurdu beləcə, 
Azərbaycan tikilib, qurulurdu beləcə. 
 
Demirəm ki, dağlarda təkcə dəyişdi həyat
Ağıl, şüur dəyişdi, dəyişdi mənəviyyat. 
 
İnsanlar arasında ünsiyyət də dəyişdi, 
Təbiət gec dəyişər, təbiət də dəyişdi. 
 
İnsanların özünə öz baxışı dəyişdi, 


 
81 
Kəlbəcərin qəlb açan yazı, qışı dəyişdi. 
 
İnqilab yaxın kənddən bir gün bir məktub aldı. 
Əvvəlcə gülümsündü, sonra xəyala daldı: 
 
"Bir kisə pul almışam becərdiyim tütündən. 
Əbədi qələm çəkdim oğurluğun üstündən. 
 
Bu qədər pul gəlməyib heç bir zaman əlimə. 
Bundan sonra haram mal dəyə bilməz dilimə. 
 
Dərk etdim ki, xoşbəxtlik halal əməkdi, işdi..." 
Yalançı bir ad ilə "Zərbəli" göndərmişdi. 
 
Düz iyirmi səkiz il yatıb həbsxanada. 
Əmək öz qüdrətini göstəribdir ona da. 
 
Qafil olma, ey insan, qüdrətini gəl tanı. 
Əmək xoşbəxt edəcək əməkdən bərk tutanı. 
 
Kəlbəcərin siması gör nə yaman dəyişir. 
İnsanlar dəyişirsə, dövran, zaman dəyişir. 
 
Kəndlər də abadlaşdı, kəndlər də təzələndi. 
Çaldı aşıq, dindi saz, bu dastan çözələndi. 
 
İnqilabın gəlişi gör nəyə səbəb oldu?! 
Ən ucqar kəndlərdə də məktəb tikmək dəb oldu. 
 
Dərslər qısa zamanda bir növbədə keçildi. 
Bu cəhətdən Kəlbəcər məmləkətdə seçildi. 
 
Qadir əllər rayonun muzeyini yaratdı. 
Muzeyə rövnəq verən otuz min eksponatdı. 
 
Onları axtaranın gözləri çox itiydi, 
Hamısı Kəlbəcərin təbii sərvətiydi. 
 
Elə daşlar tapıldı kökləri var dərində, 
Əfsanələr həkk olub qayanın üzərində. 
 
"Göylər tacı Günəşə qurban aparılan at..." 
Dünya muzeylərində yox elə eksponat!.. 


 
82 
Min illərin arzusu, min illərin səsiydi. 
Üstü yazılı bir daş bir muzeyin bəsiydi. 
 
Naxışına dönmüşdü ən gözəl salonların. 
Əgər qiymət qoyulsa, qiyməti yox onların. 
 
Hamı kiçik daşın da çəkibdir qeyrətini. 
Gizlədə bilmədilər alimlər heyrətini. 
 
Tarixi olmayanlar sözümə biganədir. 
Dedilər ki, bu muzey dünyada yeganədir. 
 
Çatdı Vaşinqtona Kəlbəcərin büsatı. 
Ekranlarda göründü el-obanın həyatı. 
 
Min maraq doğururdu yüzü keçmiş qarı da, 
Kəlbəcərdən yazırdı dünya jurnalları da!.. 
 
Şəhərin salamına dağ gəldi, dərə gəldi, 
Bəlkə də bu Kəlbəcər bəd bir nəzərə gəldi!.. 
 
Əzəldən insanların şirin arzuları var, 
Əkilən ağacların bəhrəsi var, barı var. 
 
Ən çətin, ən ağır iş düşmüşdü məcrasına, 
Xalq özü qoşulmuşdu onların icrasına. 
 
Hər gün yeni vəzifə, hər gün yeni əməl, iş. 
İnqilabı bu yerə allah özü göndərmiş. 
 
O, var-dövlət yığmadı vəzifə kölgəsində. 
Ömrü keçdi hər zaman yaratmaq həvəsində. 
 
Dəyişərək kənd-kəsək gül-gülüstan olurdu. 
Gözdən uzaq Kəlbəcər dildə dastan olurdu. 
 
 
ÇİÇƏK ANA 
 
Asimanın soltanımin dəfə doğdu, batdı. 
Elə məqamlar da var oxucu narahatdı. 
 
Bir qədər ayrı düşdük axı Çiçək anadan. 


 
83 
O evin şah sütunu - gözəl-göyçək anadan. 
 
Unutmuşdu dərdləri, indi xoşbəxt çağıydı. 
Hələ körpəliyindən Hüsülüyə bağlıydı. 
 
Kəlbəcər havasını götürmədi xisləti, 
Ruhuna doğma idi aranın təbiəti. 
 
Çətinlikdə qoymadı taleyini tərs əyə. 
İnqilabı böyüdüb çatdırmışdı ərsəyə. 
 
Bir qədər aralıya düşsə də sonbeşikdən, 
Nigaranlıq çəkmirdi daha evdən-eşikdən. 
 
Keçən illər nə qədər olsa da ağır, acı. 
Allaha şükür, indi yox idi ehtiyacı. 
 
Ruhu, hissi, arzusu oğlunun canındaydı. 
Həftə səkkiz, mən doqquz İnqilab yanındaydı. 
 
Başı bəla çəksə də onun dünənə kimi. 
Hər kamına çatmışdı şərəfli nənə kimi. 
 
İnqilabın şöhrəti artırdı gündən-günə. 
Fələyin hökmü ilə ömrü düşdü düyünə. 
 
Ata dərdi, niskili ürəyindən çıxmamış 
Şiddət ilə qapını döydü boran, döydü qış! 
 
Ölümə yoxdur çarə, bu bir çərxi-gərdişdi. 
Çiçək ana qəfildən dünyasını dəyişdi. 
 
Loğman da gəlsə, dərman itirmişdi hökmünü. 
Təbiət heç övlada göstərməsin o günü. 
 
İldırımlar çaxnaşdı İnqilabın başında. 
Qəlbinin göynərtisi gözlərinin yaşında. 
 
Hüsülüyə tökülüb gəldi qohum da, yad da. 
Nə fayda, Çiçək ana daha yoxdu həyatda!.. 
 
Desəm də, deməsəm də, hamımıza bu bəlli. 
Elin ehtiramı da insana bir təsəlli. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə