Roman kimi hekayə



Yüklə 355,94 Kb.
Pdf görüntüsü
səhifə1/13
tarix26.09.2017
ölçüsü355,94 Kb.
#1646
  1   2   3   4   5   6   7   8   9   ...   13


Roman kimi hekayə

 / 1 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

YUXU 


MAŞINI 

 

 

İnsan yaranandan özü üçün Tanrı 

axtarışındadır. Tanrı çox yaradıcıdır, çünki insan 

kimi mürəkkəb  mexanizmə sahib özünəbənzər bir 

varlığı yaratdı. 

 



2 / 

Roman kimi hekayə 

 

 

 



Roman kimi hekayə

 / 3 


 

ŞƏMİL SADİQ 



 

 

 

 

 

 

 

 

YUXU 


MAŞINI 

Roman kimi hekayə 

 

 


4 / 

Roman kimi hekayə 

 

Şəmil Sadiq. Yuxu maşını. Roman kimi hekayə 

“XAN” nəşriyyatı tərəfindən çap olunub. Bakı–2016. 88 səh. 

   


Redaktorlar: 

Nərgiz Cabbarlı 

Varis 

      

Naşir: 


Müşfiq XAN 

        

Korrektor:  



Asifə Əfəndi 

        

Texniki redaktor: 



Bəxtiyar Ələkbərov 

      

Dizayn və qrafika: 



Teymur Fərzi 

    


ISBN: 9000000060053  

“XAN” nəşriyyatı / Bakı 

www.hedefnesrleri.az 

Tel.: (+99470) 523 01 34 

 

Çağdaş  Azərbaycan  nəsrinin  nümayəndələrindən  biri 

olan  Şəmil  Sadiqin  “Yuxu  maşını”  povesti  fantastik 

janrda  qələmə  alınıb.  Əsər  yuxu  ilə  reallıq,  yuxu    ilə 

arzular və fantaziyalar arasındakı əlaqənin mövcudluğu-

nu öz qəhrəmanının  timsalında sübut edir.  



 

“XAN” nəşriyyatı / 2016 

 


Roman kimi hekayə

 / 5 


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bundan sonra nə vaxt kömək lazım olsa, bütün 

cinlər ölkəsi sənin arxandadır. 

 

 

 

 


6 / 

Roman kimi hekayə 

 

 

 

 

 

 

 

 

 

Hadisələr 2050-ci ildə cərəyan edir 

 

 



 

 



Roman kimi hekayə

 / 7 


 

 

 



 

 

 



“Mən  arvadımı  çox  sevirdim.  Həm  də 

çox istəyirdim. Sevməyim istəməyimi, istə-

məyim  də  sevməyimi  elə  qucaqlayırdı  ki, 

bəzən  ona  qarşı  olan  münasibətimin  adını 

tapa bilmirdim. Onu özüm bilirdim. İndi fi-

kirləşirəm  ki,  bir  zamanlar  heç  bir  halda 

onun  mənə  xəyanət  edəcəyini,  edə  biləcə-

yini  ürəyimə  gətirməmişdim.  Heç  bu  fikir 

ağlımın ucundan belə keçməmişdi. Kasıbçı-

lıqla keçirdiyimiz günlərdə elə xoşbəxt idik 

ki... Sanki heç bir dərdimiz yox idi. Özüm-

dən boylu-buxunlu, yaraşıqlı, cüssəli, mən-

dən  daha  imkanlı,  daha  qabiliyyətli  kişilər 

görəndə ağlıma gəlməzdi ki, görəsən, arva-

dım  buna  baxdımı,  buna  qarşı  hansısa  bir 

hissi ürəyindən keçirdimi? Bu fikirlər qəlbi-

min  dərinliklərində,  heç  kimin  eşitməməsi 

üçün  gizlətdiyim  qaranlıq  otağımda  belə 




8 / 

Roman kimi hekayə 

 

cücərməzdi. Heç bir zaman onun gözlərinə 



uzun-uzadı baxıb, “mənə xəyanət edərmi?” 

sualına cavab da axtarmamışdım. İndi fikir-

ləşirəm ki, görəsən, onda ağılsız idim, yoxsa 

ürəyimi  şübhələrin  yeyib  dağıtdığı  indiki 

halımda? 

Bu  sualın  cavabını  hərdən  tapıram. 

Hərdən də düzgün cavabı tapdığıma inan-

mayıb yenidən axtarır və sadəcə ölümümü 

gözləyirəm.  Tapdığım  cavab,  adətən,  bu 

olur ki, insan o zaman ətrafındakıları xəya-

nətkar görür ki, özü xəyanətə bulaşır, insan 

o zaman ətrafındakılarda saxtakarlıq axtarır 

ki, özü saxtakarlıq edir, insan yanındakılar-

dan o zaman utanır ki, özü utancverici olur. 

Elə mən də bu gün eləyəm.  

Dərindən  düşünəndə  yoldaşıma  qarşı 

inamımın    başqa  qadınla  görüşdüyüm  za-

man bitdiyini indi anlayıram. O qadın evli 

idi.  Hətta  onunla  görüşənə qədər namuslu 

bir qadın olduğunu düşünürdüm. Təsəvvü-

rümdə  siması  o  qədər  saf  və  aydın  idi  ki, 

onunla yatağa girəndən sonra bütün qadın-




Yüklə 355,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə