Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

 
56 
İşlər belə gedərsə, bu məmləkət soyular. 
Vətənin qızıl qat yad əllərlə oyular. 
 
Qoruya bilmiriksə biz milli sərvətləri 
Allah özü çox görər xalqa o nemətləri. 
 
Üstümüzə böyük yox, uşaq da daş qaldırar. 
Ruhu oyaq babalar məzardan baş qaldırar... 
 
...İnqilab o günləri çıxarmayıb yadından. 
Komissiya yarandı hökumətin adından. 
 
İnqilaba verildi xüsusi tapşırıqlar. 
Onların hər birinin ayrıca mənası var. 
 
Komissiya üzvütək çox şeylər etməlidir. 
Rayon rəhbəri kimi dərinə getməlidir. 
 
Bircə günün ərzində xəbər ünvana çatdı. 
Ermənistan tərəf də komissiya yaratdı. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Heydər Əliyev cənablarının Milli Qvardiyada qarşılanması. 
28 may 1998-ci il 


 
57 
Söyüdlü mədənində maraqlı işlər oldu. 
Haqqı üzə çıxaran yeni görüşlər oldu. 
 
Yenə nöqtə qoyulmur, söz-söhbət uzanırdı. 
Xəritə yoxluğundan erməni qazanırdı. 
 
Davam edir axtarış gör nə zamandan bəri. 
 
Arxivlərdən qeyb olub dövlət xəritələri... 
 
Nə edək, inanmışıq, qonşunun dili yağlı. 
Neçə qərar "itibdir", taleyimizlə bağlı. 
 
Ermənilər onları oğurlayıb, yox edib. 
Sonralar bəlli oldu, indikindən çox edib. 
 
Moskva, Leninqrad çox cavabı verirdi. 
Təkcə bu xəritəyə "yox" cavabı verirdi. 
 
Görünür, əzəl gündən sayıqlıq yoxdu bizdə. 
Ələk-vələk edilib doğma arxivimiz də. 
 
Komissiya çarəsiz, daha gəlmişdi cana. 
Ümid qalmışdı yalnız qonşumuz Gürcüstana. 
 
Qəribədir, burda da erməninin əli var. 
Əvvəlcədən hər şeyi düzüb-qoşubdur onlar. 
 
Götürülüb hər nə ki, ələ, dişə keçibdir. 
Nə gizlədək, burada pul da işə keçibdir. 
 
Təkcə arxivlər deyil, yerlər, göylər çapıldı. 
Çox təzyiqlər olsa da, o xəritə tapıldı. 
 
Gürcü xeyirxahlığı, demə, varmış dünyada. 
Yaxşılıq itə bilməz - hər vaxt düşəcək yada. 
 
Bietibar qonşuya göstərildi öz həddi, 
"Qızıl çıxarılan yer - Azərbaycan sərhədi!‖ 
 
Artıq-əskik deyilən söz-söhbət daha bəsdi. 
Yersiz mübahisəni ancaq xəritə kəsdi. 
 


 
58 
Ermənilər yenə də hikkəni qoymur yerə. 
Hərdənbir "xox"da edir hələ bizimkilərə. 
 
Qənbəryan başçı idi ermənilər tərəfdən. 
Tez-tez söhbət açırdı ləyaqətdən, şərəfdən. 
 
Hərdən isə deyirdi o qudurmuş canavar: 
- Özünüzü yormayın, dağ kimi arxamız var. 
 
Azərbaycanın özü erməni torpağıdır. 
- Yox, o qonşu deyildir, millətimə yağıdır. 
 
Xəyala da gəlməyən böhtanlar yaza bilir. 
Tariximi hər necə istəsə yoza bilir. 
 
Kələfin ucu hər vaxt əlimizdə gərəkdir. 
Yoxsa düşmən həddini daha çox keçəcəkdir. 
 
Moskvadan naziri gətirtdi Heydər ata. 
Erməni heyran qaldı ondakı bu səbata. 
 
Söyüdlü mədəninə bələd oldu Lomako! 
Heyrətini bir an da gizlədə bilmədi o!.. 
 
Nazir də dedi: - Mədən Azərbaycana məxsus. 
...Oğulsansa bu sözü eşidəndən sonra sus! 
 
Bu hiyləyə dözməyə ürək gərəkdi, ürək. 
Mədən şikayətinə Moskva baxsın gərək. 
 
Mübahisəli nə var, mədən bizimdi, bizim. 
Kiçik qarışında da durur möhürüm, izim. 
 
Dağın, düzün, dərənin, çayın da adı bizdən. 
Yaylaqların şəkilib asılıb ömrümüzdən. 
 
Mənə izah eləyin, Moskvalıq nə iş var. 
Bunu sonra bildik ki, gizli bir göstəriş var. 
 
Sovetlərin başında biri vardı - Kosıgin!.. 
Hər zaman türkə qarşı, söhbəti kin, sözü kin. 
 
Hər mahalda rusları çox etmək istəyirdi. 


 
59 
Millətləri əridib yox etmək istəyirdi. 
 
Doğma ana dilimin düşmənindən biriydi. 
Qəlbi kiçik olsa da, vəzifəsi iriydi. 
 
Heç kəs gülümsər halda görəmməzdi üzünü, 
Siyasətdə hamıdan baş bilirdi özünü. 
 
Ömründə iş görməyib xeyrinə millətlərin. 
Səbəbkarıydı ancaq nə qədər zillətlərin. 
 
Çox mühüm işlər görüb arzuya çata-çata. 
Mütləq görüşməliydi onunla Heydər ata! 
 
Elə məclislər var ki, meydanımız dar bizim. 
Heydər atadan başqa, de, kimimiz var bizim?! 
 
Belə çətin zamanda di gəl milləti qoru. 
İşini çoxdan görüb erməni diasporu. 
 
İçimizdən olsa da, özümüzə qənimdi. 
Bu elin fikridir, nə sənin, nə mənimdi. 
 
Əl-ayağa dolaşan bir yandan vermir ara. 
Söz tapmıram söyləyim mən belə adamlara. 
 
Xalqımızın düşməni Mikoyan da hələ sağ. 
Keyfi, əhvalı onun əvvəlkitək yenə çağ... 
 
Erməninin atası yeni plan cızırdı, 
Millətimi bir yolluq məhv etməyə hazırdı. 
 
Başının qovğaları ağırdı yurdumuzun. 
Kosıgin ilə olan söhbət çəkmədi uzun... 
 
"Yerin altda nə varsa sovet xalqına məxsus!.. 
Bu sözlər o deməkdir - haqqın yoxdu, daha sus!.." 
 
"Qızılı sən çıxartdın, ya çıxartdı erməni. 
Bunun sovet xalqına bir ziyanı var yəni?!" 
 
Kreml səltənətindən umduğumuz budur bax. 
Bu torpağın taleyi yaman ağır olacaq... 


 
60 
O zülmətdə deyirdik sabahımız işıqdı. 
Qızıl çıxan torpağa erməni sahib çıxdı. 
 
Belə dərdim, qəhərim, bir deyil, neçə mindi. 
Qızıl yataqlarını nə cür qaytaraq indi?!. 
 
O yerlər qəsbkarda - bu da bir olacaqdır. 
Kəlbəcəri qaytaran oğullar olacaqdır! 
 
Yetişəcək ərənlər Vətənimin dadına. 
Ucalacaq heykəllər o mərdlərin adına. 
 
 
SABİR YOLU 
 
Dağ vüqarlı İnqilab dağlar kimi uludur. 
Aranda doğulsa da, o, dağların oğludur. 
 
Dağlar necə vüqarlı, dağlar necə qürurlu. 
İnsan kimi düşünür, fikri, xəyalı nurlu. 
 
Altında sirlər yatır hər qayanın, hər daşın. 
Bir yoxuşu qalxmağa ömrü gödəkdir yaşın. 
 
Balaca bir daşın da təlaşını görmüşəm. 
Qayaların pozulmaz yaddaşını görmüşəm. 
 
Tarixin sınağında al-dəyişlər olubdur. 
Sinəsində dağların çox döyüşlər olubdur. 
 
İgidlər at belində yalmana yata-yata. 
Qılınc, qalxan qurşayıb qanına bata-bata. 
 
Bu dağların hər zaman dumanlıdır fəzası. 
Elə bil ki, yol gəlir min illərin qəzası... 
 
...Quzeyində Keşdəyin yenə qəza verdi baş
Dağlar qəmə büründü, inildədi qaya, daş!.. 
 
Töküb yarpaq yaşını zümrüd meşə ağladı. 
Lalə, nərgiz, nilufər, göy bənövşə ağladı. 
 
Dağ keçisi dözməyib sıldırımdan atıldı. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə